İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə41/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   37   38   39   40   41   42   43   44   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

155 


 

üzr istəməyi tələb edirlər (19 oktyabr 2005-ci il). İslam 

Əməkdaşlıq Təşkilatı (2011-ci ilə  qədər  İslam Kofransı 

Təşkilatı) 57 dövlət başçısının iştirak etdiyi növbədənkənar 

sammitində (6 dekabr 2005-ci il) karikaturalarla bağlı 

müzakirələr keçirir və Danimarka hökumətindən 

karikaturalara görə  məsul  şəxsləri mühakimə etməyi tələb 

edir (18 yanvar 2006-cı il). Ərəb Dövlətləri Liqası  

Danimarka hökumətinə ciddi etirazını bildirir (29 dekabr 

2005-ci il). İslam  Əməkdaşlıq Təşkilatı dini əqidələrin 

təhqir olunmasını qadağan edən Qətnamə layihəsini BMT-

nin müzakirəsinə təqdim edir. Bu müddət ərzində bəzi ərəb 

dövlətləri Danimarka hökumətinin fəaliyyətsizliynə görə bu 

ölkədən öz səfirlərini geri çağırır, öz ölkələrindən isə 

Danimarkanın səfirlərini çıxarır, Danimarkanın mallarını 

boykot edirlər.  

Yalnız Norveç hökuməti “Magazinet” qəzetində 

karikaturaların dərcinə görə üzr istəyir, lakin eyni zamanda 

azad mətbuat üzərində hökmü olmadığını bildirir (26 yanvar 

2006-cı il). Danimarkanın Səudyyə  Ərəbistanındakı  səfiri 

American AP-TV-yə verdiyi müsahibəsində “Jyllands-

Postens” qəzetini islamı zəif bildiyinə görə tənqid edir (28 

yanvar 2006-cı il). “Jyllands-Postens” qəzeti özü isə 

danimarka və  ərəb dillərində - karikaturaları çap etdiyinə 

görə yox, islam ictimaiyyətinin hisslərinə etinasızlığına görə 

üzr istəyir.

88

 

                                            



88

 “Jyllands-Postens” qəzeti, 30 yanvar 2007. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

156 


 

Bütün bu proseslərə, bir neçə  qəzetin  Məhəmməd 

Peyğəmbərin karikaturalarını çap etmələri dörd qitənin 100-

dən çox dövlətinin və bu ölkələrdə yaşayan millətlərin, hətta 

bir ölkənin vətəndaşları arasındakı münasibətləri son həddə 

qədər gərginləşdirdiyinə baxmayaraq, Avropa qəzetləri 

2008-ci ilin yanvar-fevral aylarında Danimarka və Norveç 

qəzetləri ilə həmrəylik nümayiş etdirmək haqqında qərarlar 

qəbul edirlər.  

Müsəlman ölkələrinin aparıcı  mətbuat orqanları 

Qərbli həmkarlarının bu cür qərarlarının KİV-in fəaliy-

yətinin təməl prinsiplərinə, jurnalistikanın daxili qanunauy-

ğunluqlarına, məhz ilk növbədə  Qərb jurnalistlərinin 

təşəbbüsü ilə  qəbul olunmuş jurnalistikanın etik 

normalarına, davranış kodeksinə  və s. zidd oduğunu 

xatırladırlar. 

Adətən, “söz azadlığı” pərdəsinə bürünərək öz 

çıxışları ilə ciddi qarşıdurmalar yaradan (o cümlədən 

dinlərarası, millətlərarası və dövlətlərarası münasibətlərdə), 

sonra da heç nə olmamış kimi üzr istəməklə  işini bitmiş 

hesab edən Qərb mətbuatı yenə bu metoddan isrifadə edir.  

“Эхо Москвы” radiosu 2010-cu il martın 10-da “Politiken” 

jurnalının Məhəmməd Peygəmbərin karikaturalarını çap 

etdiyinə görə oxucularından (jurnal 90 min abunəçisini 

itirmişdi) üzr istədiyi barədə məlumat yaymışdır.  

Fransada Məhəmməd Peyğəmbərin karikaturalarını 

ilk nəşr edən “Charlie Hebdo” jurnalının Parisdəki ofisi  

yandırıldıqdan və üzvləri,  əsasən də qurucusu Stefan 




İlham A.Mazanlı_________________________________________________________ 

 

157 


 

Şarbonyenin (ləqəbi  Şarbo) ünvanına hədələr səsləndikdən 

sonra jurnalın fəlsəfə  və  islam dini məsələləri üzrə 

mütəxəssisi, professor Abdenur Bidarla “Məhəmməd 

Peyğəmbəri yançaqları açıq göstərən karikatura məncə 

gülməli deyildi. Amma onun “axmaqlar tərəfindən sevilmək 

çətin məsələdir” dediyi karikaturasına çox güldüm” başlıqlı 

müsahibədə jurnalla əhali arasında yaranmış  gərginliyn 

yumşaldılmasna cəhdlər göstərilir.

89

     



Gələcəkdə əhalinin milli tərkibi haqqında proqnozlar 

da vəziyyəti Avropanın xeyrinə  dəyişdirmir.  İnkişaf etmiş 

ölkələrdə, o cümlədən, Avropa ölkələrində yerli əhalinin 

sayının 2,3 dəfə azalacağı proqnozlaşdırılır. BMT-nin Sosial 

Məsələlər və  İqtisadiyyat Departamentinin xüsusi 

məruzəsində (noyabr 2004, Brüssel) göstərilir ki, 2000-

2050-ci illərdə Avropanın əhalisi 96 mln. nəfər azalacaqdır. 

Məsələn, 1995-2000-ci illərdə Avropanın  əhalisi 4,4 mln. 

nəfər azalmışdır. Avropa ölkələri bu boşluğu miqrantların 

hesabına doldururlar. Doyche Presse-Agentur İnformasiya 

Agentliyinin 2004-cü ilin noyabr ayında verdiyi məlumata 

görə, həmin müddətdə Avropa 5 mln. miqrant qəbul 

etmişdir. Miqrantların  əksəriyyətini müsəlmanlar təşkil 

edir.


90

 Bütövlükdə isə  təxminən 455 milyonluq Avropa 

əhalisinin 15 milyondan artığını müsəlmanlar təşkil edir və 

bu rəqəm ildən-ilə artmaqdadır. 

                                            

89

 “Charlie Hebdo” jurnalı, Paris, 2013. 2 yanvar. 



90

 “Respublika” qəzeti, Bakı, 2004. 19 noyabr. 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

158 


 

Latviya Universitetinin professoru, şərqşünas Leon 

Tayvans Baltkom “93,5” radiostansiyasına müsahibəsində 

(8 avqust 2011-c il) Avropanın müsəlmanlaşmasının 

qaçılmaz olduğunu və bu prosesin artıq üç istiqamətdə - 

Qitənin demoqrafik, iqtisadi və dini məskunlaşması 

istiqamətlərində getdiyini və  əgər sərhədlər açılarsa,  20 

ildən sonra  Avropanın müsəlman Avropası olacağına əmin 

olduğunu bildirir.  

Bununla bərabər, bəzi müsəlman ölkələrinin rəsmi 

dairələri Qərbdə islamofobiya əhval-ruhiyyəsinin güclənmə-

si və bu cəmiyyətlərdə müsəlman azlıqlarının hüquqlarının 

pozulması hallarının artması barədə  KİV-lərdə hesabatlar 

çap etdirirlər. Bu hesabatlarda Avropa ölkələrində 

məscidlərin tikilməsinə, islam saytlarının açılmasına qarşı 

atılan addımlar, müsəlmanların müqəddəs ziyarətgahlarına 

hücumların edilməsi və onların murdarlanması  Qərbdə, 

əsasən də ABŞ,  İngiltərə,  İsveçrə, Fransa, Avstriya

Avstraliya və s ölkələrdə insan  hüquqlarının pozulması 

kimi qiymətləndirilir. Həmçinin, bu hesabatlarda Qərb 

ölkələrində, o cümlədən, Belçika və Fransada hicabı 

qadağan edən qərar və qanunların qəbul edilməsi pislənilir. 

KİV-lər isə yerli əhalidə islama və islam təşkilatlarına nifrət 

əhval-ruhiyyəsi formalaşdırırlar.

91

 

                                            



91

 

http://obozrevatel.com/abroad/evropa-mozhet-stat-musulmanskoj-za-

20-let-ekspert.htm 

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə