İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə37/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   33   34   35   36   37   38   39   40   ...   154

KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

140 


 

jurnalisti, nüfuzlu “Figaro” və “Ekspress” qəzetlərinin köşə 

yazarı, 

Azad 


Fransa Təşkilatının Londonda nəşr olunan “La 

France Libre” qəzetinin baş redaktoru kimi çalışmış R. 

Raymon Klod Ferdinan Aronun 

 (1905-1983) 

fikirləri 

tədqiqatımız üçün daha böyük əhəmiyyət kəsb edir. 

R.Arona görə (“Millətlər arasında sülh və hərb” əsəri, 1962-

ci il; “Mühribə haqqında düşüncələr: Klauzevits”, 1963-cü 

il;), “...beynəlxalq münasibətlər siyasi vahidlər arasındakı 

münasibətlərdir. O, sözügedən anlayışın Yunanıstan polisini 

(antik dövrdə  şəhər-dövlət (Qədim Yunanıstan, qədim 

Roma),  şəhərin özündən və  ətraf  ərazilərdən ibarət idi – 

İ.M.), Roma və ya Misir imperiyalarını, həmçinin Avropa 

monarxiyalarını, burjua respublikalarını  və ya da xalq 

demokratiyalarını özündə    birləşdirdiyini,  beynəlxalq 

münasibətlərin məzmununun  əsasən dövlətlər arasındakı 

münasibətlərdən ibarət olduğunu göstərir və  dövlətlərarası 

sazişləri beynəlxalq münasibətlərin  şəksiz nümunəsi 

adlandırır.

75

  



R.Aron insan cəmiyyətinin gələcəyini diplomatik-

strateji mövqedən nəzərdən keçirir və

   

dövlətlərarası 



münasibətlərin rəmzi personajların – diplomatın və əsgərin 

spesifik davranışında öz əksini tapdığını göstərir. O yazır: 

“İki və yalnız iki nəfər, sadəcə olaraq üzv qismində deyil, 

mənsub olduqları  cəmiyyətin təmsilçiləri qismində hərəkət 

edirlər: səfir öz funksiyalarının icrası zamanı hansı siyasi 

                                            

75

 Агоn R. Paix et Guerre entre les nations. Paris, 1984, p. 17.

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

141 


 

vahidin adından danışırsa, onu təmsil edir; əsgər döyüş 

meydanında kimin tapşırığı ilə özü kimilərini öldürürsə, 

həmin siyasi vahidi təmsil edir”

76

. Başqa sözlə desək, 



beynəlxalq münasibətlər öz mahiyyəti etibarı ilə sülhə  və 

müharibəyə alternativdir və buna görə  də  hər ikisinin baş 

verməsini mümkün hesab edir və hər iki halda əhəmiyyətli 

dərəcədə riskin olduğunu təxmin edir.   

R.Aron beynəlxalq münasibətlər haqqında fikirlərini 

daha anlaqlı etmək üçün onları idmanla müqayisə edir. O 

yazır ki, “futbolla müqayisədə xarici siyasət daha çox qeyri-

məyyəndir. Burada iştirak edən  şəxslərin məqsədi qolun 

vurulması  qədər də asan deyildir. Diplomatiya oyununun 

qaydaları da bütün xırdalıqlarına qədər müfəssəl yazılmır və 

istənilən oyunçu özünə  sərfəli bütün hallarda bu qaydaları 

pozur. Hakim yoxdur, hətta iştirak edən  şəxslərin hansısa 

birliyi  hakimliyə (BMT) iddialı olarsa, milli iştirakçı 

şəxslər bu kollektiv arbitrin qərarlarına tabe olmurlar və 

hakimin bitərəflik dərəcəsi müzakirələr aparmaq üçün 

bəhanə rolunu oynayır. Əgər, millətlərin rəqabəti həqiqətən 

də idmanın hansısa növünü xatırladırsa, bu növ əksər 

hallarda qaydasız döyüş olur.”

77

  

R.Aronun qənaətinə görə, beynəlxalq münasibətlər 



cəmiyyətin “vətəndaş cəmiyyətinə qədərki” və ya da “təbii” 

vəziyyətidir (Hobbsun müəyyən etdiyi kimi: “hamıya qarşı 

                                            

76

 Агоn R. Paix et Guerre entre les nations. Paris, 1984, p. 17.



 

77

 Агоn R. Paix et Guerre entre les nations. Paris, 1984, p. 22.



 

 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

142 


 

hamının müharibəsi”. Beynəlxalq münasibətlər sferasında 

“suverenliklərin plüralizmi” hökmranlıq edir və ona görə də 

burada təhrikə  və zorakılığa monopoliya yoxdur və 

beynəlxalq münasibətlərin hər bir aktoru öz davranışlarında 

başqa iştirakçıların 

əksər hallarda qabaqcadan 

gözlənilməyən davranışından çıxış etməlidir.  

R.Aronun mövqeyini bölüşdürən bir çox 

tədqiqatçılar vardır. Onlar qeyd edirlər ki, beynəlxalq 

münasibətlər onun iştirakçıları arasında ümumi dəyərlərlə 

bağlı konsensusun olmaması ilə  səciyyələnir, halbuki bu 

fikri hüquqi və ya əxlaqi normalarla təsbit edilmiş və hamı 

tərəfindən qəbul olunmuş sosial qərarlarla, mərkəzi 

hakimiyyətin olmaması, qeyri-mütəşəkkil proseslərin və 

subyektiv amillərin böyük rolu  və  əhəmiyyətli dərəcədə 

risk elementləri və qabaqcadan xəbər verilə bilinməyən 

hallarla bağlı demək çətindir.  

R.Aron beynəlxalq münasibətlərin  əsas məzununu 

dövlətlər arasında birgə  fəaliyyətin təşkil etdiyini göstərir

lakin onun bu fikri ilə razılaşmayanlar da vardır. Məsələn, 

Amerika tədqiqatçısı J.Kaporazo belə hesab edir ki, hazırda 

beynəlxalq münasibətlərdə  əsas rol oynayan vahidlər 

dövlətlər yox, siniflər, sosial-iqtisadi qruplar və siyasi 

qüvvələrdir.

78

 Beynəlxalq münasibətlərin tədqiqi sahəsində 



biheviorizm məktəbinin (ingiliscə  behavio – davranış, XX 

                                            

78

 Caporaso J. Dependence, Dependecy and Power in the Global 



System: A Structural and Behavioral Analisis// International 

Organization. 1979. Mi 10. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə