İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə33/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   29   30   31   32   33   34   35   36   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

125 


 

şəkildə büruzə verməyə başlamışdır. Bununla belə, “üçüncü 

dünya” ölkələrində,  Şərqi Avropada və keçmiş Sovet 

İttifaqında baş vermiş hadisələr göstərmişdir ki, 

cəmiyyətdəki demokratikləşmə prosesləri dərinləşdikcə 

milli azadlığın bu və ya digər baxışları  və tipləri yeni 

formalarda və yeni qüvvə ilə meydana çıxa bilər. Məsələn, 

a) Banqladeşdə ikinci dəfə müstəmləkəsizləşməni; b) 

Afrikada etno-milli amilin rolunun artmasını; c) keçmiş 

SSRİ və Şərqi Avropa dövlətlərində suverenləşmə prosesini 

buna misal göstərmək olar. 

Milli azadlıq prosesində  cəmiyyətdəki sosial, milli, 

iqtisadi, dil, mədəniyyət və s. problemlərin həll olunmasına 

da cəhdlər göstərilir. Həllini tapmayan problemlər növbəti 

mərhələlərdə  təkrar qaldırılır. Bu və ya başqa siyasi 

qüvvələrin təsiri ilə beynəlxalq münasibətlərin deformasi-

yası da milli azadlıq  şüarı altında dövlətlərin suveren 

hüquqlarının bərpa olunması  cəhdlərinin canlanmasına və 

reallaşmasına şərait yaradır.  

Tədqiq etdiyimiz millətlərarası  və dövlətlərarası, 

eyni zamanda, dövlətdaxili münasibətlərin kütləvi 

informasiya vasitələrində  işıqlandırılması  təcrübəsinin 

öyrənilməsi  və yaxud da KİV-in bu istiqamətdə ikili 

fəaliyətinin araşdırılması  stalinizm terminindən istifdə 

edilmədən mümkün deyildir. SSRİ-nin tərkibinə daxil 

edilmiş  və milli məsələlərin „həllində“  daha çox zərbələrə 

və itkilərə (cəzalara) məruz qalmış xalqlardan biri (birincisi 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

126 


 

– İ.M.) Azərbaycan xalqıdır və bu itkilərin böyük bir hissəsi 

məhz Stalin irticası dövrünə düşür.  

Ensiklopedik politologiya lügətində

70

 stalinizm - 



Stalin diktaturası dövründə SSRİ-də hökm sürmüş ictimai 

münasibətlər və siyasi hakimiyyət sistemi kimi müəyyən 

edilir. II Дünya müharibəsindən sonra bu sistem mülkiy-

yətin milliləşdirildiyi və planlı  təsərrüfatın tətbiq edildiyi  

bütün ölkələrdə (sosializm düşərgəsi ölkələrinndə) tətbiq 

olunmuşdur. Bu ölkələrdə Sovet İttifaqının təzyiqi altında 

ictimai quruluşun Stalin modeli qəbul olunmuşdu və bu 

model yalnız təsərrüfat ukladına deyil, ölkənin ictimai-

siyasi həyatına, o cümlədən, milli, millətlərarası  və 

dövlətlərarası münsibətlərə  və bu problematikanın KİV-də 

işıqlandırılması praktikasına da tətbiq edilirdi. Stalinzmin 

tədqiqatımızın pofilinə uyğun aşağıdakı istiqamət və 

xarakterik cəhətlərini göstərmək  olar: 

 

1).  milli münasibətlər sahəsində - hakim millətçilik 



şovinizminin və antisemitizmin dirçəlməsi; milli 

azlıqların və milli respublikaların hüquqlarını 

məhdudlaşdıran unitar dövlət hakimiyyətinin 

bərqərar edilməsi; uydurma antisovet, dövlət 

                                            

70

 Politologiya. Ensiklopedik lüğət. - Bakı: „Elm“ nəşriyyatı, 2007. səh. 



265-266. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

127 


 

əleyhinə  fəaliyyətdə ittiham olunan bir sıra 

xalqların deportasiya olunması; 

2).  mənəvi   sahədə - mədəni plüralizmin, elmi və 

bədii yaradıcılıq azadlığının ləğvi; „dünyəvi 

ideologiyanın“ yeni növünün – “rəhbərin“ 

şəxsiyyətinə pərəstişin bərqərar olması; 

3).  ideoloji  sahədə - stalinizm yaydığı ictimai 

münasibətlərin təbiətini və yeritdiyi siyasətin əsl 

mahiyyətini heç bir məntiqi  əsası olmayan 

diskurslarla pərdələyir və ona bəraət 

qazandırmağa çalışırdı. 

Əldə etdikləri 

„imtiyazları“ itirməkdən qorxan „siyasi mujiklər“ 

tərəfindən başlıca ideoloji vasitələrin, hər hansı 

fikir azadlığını  və sosial tənqidi boğmaq üçün 

sosial boşboğazlığın və siyasi vahimələrin 

(trotskiçilik, kosmopolitizm və s.) irəli sürülməsi. 

 

Praktik siyasətdə stalinizm kobud empirizmə, siyasi 



nəzəriyyənin və strategiyanın cari taktiki vəzifələrə tabe 

edilməsinə  əsaslanırdı. Siyasi göstərişlər tez-tez dəyişir və 

bu dəyişmələrin „vacibliyini“ ictimaiyyətə izah etmək üçün  

müəyyən nəzəri əsaslar „kəşf edilirdi“. 

Stalinizm siyasi nəzəriyyə sahəsində prinsip etibarilə 

yeni heç bir təlim və ya ideya yaratmamışdır. Stalinizm 

əsassız marksist mülahizələrdən, siyasi mif və yarlıqlardan 

istifadə edərək, xüsusilə  də milli müasibətlər, mənəvi və 

ideoloji sahədə, ictimai fikirdə, humanitar və  hətta təbiət 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

128 


 

elmlərində belə yeni, mütərəqqi nə vardısa, hamısını inkar 

edilirdi. Məsələn, stalinizmin ideoloqları genetikanı  və 

nisbilik nəzəriyyəsini „burjua“ nəzəriyyələri və elmi, 

kibernetikanı isə „yalançı elm“ adlandırırdılar.  

1953-cü ildə Stalin vəfat etdikdən sonra SSRİ-də və 

Şərqi Avropa ölkələrində stalinizmin qeyri-humanist 

təzahürləri - kütləvi terror, “xilaskar rəhbərə“ pərəstiş və s. 

aradan qaldırılsa da, stalinizmin əsl mahiyyəti hələ tam 

araşdırılmamış, xüsusilə  də    Azərbaycan xalqına qarşı 

edilən haqsızlıqlar öz qiymətini almamışdır. 60-cı illərin 

ortalarından etibarən isə stalinizmin tənqid edilməsinə 

əslində qeyri-rəsmi qadağa qoyulmuşdu. „Stalinin 

varislərinin“ stalinizmin yaratdığı iqtisadi, sosial və siyasi 

sistemi kökündən dəyişməyi istəməmələri və ya da bunu 

bacarmamaları 

həmin sistemin dağılmasını 

sürətləndirmişdir. Bu isə öz əksini „yuxarıların“ 

korrupsiyaya qurşanmasında və 

mənəvi cəhətdən 

pozulmasında, „aşağıların“ isə sosial-siyasi süstlüyündə 

tapmış, 70-80-ci illərdə iqtisadi artımın sürəti isə xeyli 

azalmış, sosial təbəqələşmənin yeni formaları yaranmışdır. 

Stalinin ölümündən sonra isə stalinizmin səciyyəvi 

xüsusiyyətlərini özündə yaşadan rejimlərin dağılması 

prosesi başlamış və nəhayət 80-90-cı illərdə başa çatmışdır. 

Millətlərarası  və dövlətlərarası münasibətlərin 

təkmilləşməsində mühüm faktor olan KİV-in iştirakının 

elmi xarakteristikasının açılması üçün müasir beynəlxalq 

münasibətlərin aktorlarının müəyyən edilməsi və kütləvi 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə