İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə34/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   30   31   32   33   34   35   36   37   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

129 


 

informasiya vasitələrinin  bu aktorların cərgəsinə daxil 

edilib-edilməməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir.     

Müasir dövrdə beynəlxalq həyat məsələləri, 

beynəlxalq münasibətlər, güclü dövlətlərin, o cümlədən 

dünyada gedən siyasi proseslərin bu və ya digər  şəkildə 

iştirakçısına çevrilmiş ölkələrin daxili, xüsusilə  də xarici 

siyasət məsələləri qlobal xarakter almış, KİV-in mərkəzi 

mövzusu və  təhlil obyekti səviyyəsinə yüksəlmişdir. 

Bununla  əlaqədar olaraq, beynəlxalq münasibətlər, 



beynəlxalq  əlaqələr, beynəlxalq həyat,  geosiyasət  və s. 

terminlər  hazırda həm cəmiyyətdə, həm də jurnalistikada 

geniş işlənən terminlərdir və bu anlayışlar çoxplanlı şəkildə 

təfsir edilir. Jurnalistika bu terminləri dövlətlərin siyasi 

mövqelərinin qiymətləndirilməsi, beynəlxalq münasibətlər 

sistemində onların yerinin və rolunun müəyyən olunması, 

dünya dövlətlərinin daxili və xarici siyasətlərinin təhlili 

üçün istifadə edir. 

Hazırda beynəlxalq iqlimin “mülayimləşməsinə”, 

silahlanmanın azalmasına, nüvə  təhlükəsi probleminin ara-

dan qaldırılmasına müəyyən dərəcədə  zəmin yaransa da, 

hələ də bəzi dövlətlər arasında qarşıdurma vəziyyəti davam 

edir, lokal konfliktlərin və kiçik müharibələrin baş verməsi 

təhlükəsi tam aradan qaldırılmamışdır. Həmçinin, atom 

silahının hansısa siyasi təcavüzkar qrupların  əllərinə düşə 

biləcəyi səbəbindən nüvə kataklizmləri təhlükəsi də 

getdikcə artmaqdadır.  



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

130 


 

Buna görə  də jurnalistika bynəlxalq həyat 

məsələlərinin işıqlandırılmasında iqtisadi, siyasi, hərbi-

strateji, resurs, həmçinin ümumdünya və regional güc 

balansının saxlanılmasında və  dəyişməsində mühüm rol 

oynayan digər məsələləri kompleks şəkildə izləməyə  və 

işıqlandırmağa çalışmalıdır. Bunun üçün ilk növbədə 

jurnalistlər özləri geosiyasətin nə olduğunu aydınlaşdırmalı, 

onun mahiyyətini dərk etməlidirlər. Geosiyasət - xarici 

siyasətin siyasi partnyorlar  arasındakı  ərazi, mənafe və 

maraq yaxınlığı ilə müəyyən olunan, həmhüdud (olmaya da 

bilər) ölkələrin və qüvvələrin maraqları arasında bağlılıq 

münasibəti yaradan növlərindən biridir. 

Soyuq müharibənin başa çatması  və ikiqütblüyün 

aradan qalxması  əvvəlki xarici siyasət və beynəlxalq 

münasibətlər oriyentirlərinin dağılmasına gətirib çıxarmış, 

eyni zamanda siyasət elmi, beynəlxalq münasibətlər 

nəzəriyyəsi və eləcə  də jurnalistika tərəfindən istifadə 

olunan nəzəri proqnozlaşdırma potensialının zəif olmasını 

aşkar etmişdir. Həqiqətən də, böyük dövlətlər və onların 

daxil olduqları bloklar arasındakı qarşıdurmadan və ideoloji 

antaqonizmdən qaynaqlanan münaqişələrin bir qədər 

zəifləməsi fonunda ölkədaxili münaqişələrin sürət 

götürməsi (əlbəttə, xarici faktorların təsiri ilə - İ.M.) açıq 

şəkildə  nəzərə çarpır. Yaranmış  vəziyyət geosiyasət və 

beynəlxalq münasibətlər mövzusunda yazan jurnalistlərdən 

peşəkarlıq, problemə  bələdlilik (nəzəri və praktik 

kontekstdə) və xüsusi takt tələb edir.  




İlham A.Mazanlı_________________________________________________________ 

 

131 


 

Müasir beynəlxalq münasibətlər 

anlayışının 

səciyyəvi cizgilərini dəqiqləşdirmədən KİV-in millətlərarası 

və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi amili 

kimi xarakterizə edilməsi, onun problematikaya uyğun 

funksiya  özəlliklərinin müəyyən edilməsi ilk baxışdan 

göründüyü kimi elə də asan deyildir.  

Beləliklə,  beynəlxalq münasibətlər

71

 -  beynəlxalq 



arenada fəaliyyət göstərən subyektlər arasında siyasi, 

iqtisadi, ideoloji, hüquqi, diplomatik, hərbi, mədəni və digər 

əlaqələrin və qarşılıqlı münasibətlərin məcmusudur.  

Beynəlxalq münasibətlər onu ictimai həyatda olan bütün 

digər münasibətlərdən keyfiyyətcə  fərqləndirən aşağıdakı 

cizgilərə malikdir: 

a)

 

mərkəzi hakimiyyətin olmaması  və  qərar qəbul 



olunması üçün xeyli sayda nisbətən bərabər və 

suveren mərkəzlərin mövcudluğu; 

b)

 

beynəlxalq proseslərin gedişində qeyri-



mütəşəkkil xarakterin əhəmiyyətli dərəcədə yer 

tutması, iştirakçıların müxtəlif mövqelərə malik 

olması  və proseslər üzərində  mərkəzəqaçan 

ənənələrin üstünlük təşkil etməsi; 

c)

 

məşhur liderlərin, həmçinin beynəlxalq 



münasibətlərin digər iştirakçılarının 

                                            

71

 Понятие международных отношений и их субекты. http://about-



political.ru/ponyatie-mezhdunarodnyx-otnoshenij-i-ix-subekty/

  


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

132 


 

məramlarının rolunu əks etdirən subyektiv 

amillərin əhəmiyyətliliyi.    

 

   Beynəlxalq münasibətlər öz məzmunlarına görə 



siyasi, iqtisadi, elmi-texniki, informasiya-ideoloji, beynəl-

xalq-hüquqi, hərbi, mədəni və s. növlərə bölünür. Bu növlər 

arasında millətlərarası  və dövlətlərarası münasibətləri 

özündə əks etdirən beynəlxalq siyasi münasibətlər ön plana 

çəkilir, çünki siyasi qərarları  dövlət qəbul edir və digər 

münasibətləri də o müəyyən edir.  

Müasir dövrdə mütəxəssislər beynəlxalq 

münasibətlərin subyektlərini 3 əsas qrupa bölürlər: 

 

1.

 



Müstəqil milli dövlətlər. 

2.

 



Dövlətlərarası birliklər. 

3.

 



Beynəlxalq təşkilatlar (bu təşkilatlar 

hökumətlərarası, qeyri-hökumət və qarışıq tipli 

ola bilərlər). 

 

Beynəlxalq münasibətlərin subyekti kimi dövlətin 



əsas  əlaməti onun suverenliyidir (2 əsas aspektə malikdir: 

daxili və xarici. Daxili aspekt  dövlətin öz daxili və xarici 

siyasətini müəyyən etməkdə tam azadlığını ifadə edir. 

Xarici aspekt isə dövlətlərin bir-birilərinin daxili işlərinə 

qarışmamalarını, qarşılıqlı münasibətlərdə onların 

bərabərliyini və müstəqilliyini ifadə edir. Lakin, formal 

olaraq dövlətlərin hüquqi bərabərliyi beynəlxalq 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə