İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə35/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   31   32   33   34   35   36   37   38   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

133 


 

münasibətlərin subyekti kimi 



   

onların real bərabərliyi 

demək deyildir. Dövlətlər bir-birindən öz ərazilərinə, 

əhalisinin sayına, təbii ehtiyatlarına, iqtisadi potensialına, 

hərbi gücünə  və s. görə  fərqlənirlər. Dövlətlərin bu cür 

qeyri-bərabərliyinin nəticəsi olaraq, onların hegemon 

dövlətlər, böyük dövlətlər, orta, kiçik və mikrodövlət

   

kimi 


real stratifikasiyası (latınca stratum  qat, lay + fasere etmək 

deməkdir, burada təbəqə  mənasında işlədilir – İ.M.

mövcuddur. 

Müasir dövrdə dövlətlərarası birliklər beynəlxalq 

münasibətlərin vacib subyektinə çevrilirlər. Bu birliklər 

iştirakçı dövlətlərin müəyyən məqsədlərinin, daha doğrusu, 

hər hansı ümumi bir marağın həyata keçirilməsi üçün 

yaradılır.    

Siyasi sahədə  dövlətlərarası münasibətlərin 

mürəkkəbliyi, qlobal iqtisadi problemlərin həllinə  və 

planetar iqtisdi inteqrasiyaya olan tələbat dövlətlər arasında 

qarşılıqlı  əlaqələrin genişlənməsinə  və beynəlxalq 

münasibətlərin subyektlərinin üçüncü qrupunun - 

beynəlxalq tşkilatların yaranmasına gətirib çıxarmışdır. 

Beynəlxalq təşkilatlar bu qismdə (beynəlxalq 

münasibətlərin subyektləri kimi), ya da üzv-dövlətlər 

adından dövlətlərarası münasibətlərə daxil ola bilərlər.  

Beynəlxalq təşkilatların müəyyən kompetensiya, 

səlahiyyət və funksiyaya malik daimi idarəetmə orqanları 

vardır və onlar bir qayda olaraq, çoxtərəfli danışıqlar və ya 

da xüsusi razılaşmalar  əsasında yaradılırlar. Bu 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

134 


 

razılaşmalarda beynəlxalq təşkilatların məqsədləri, 

səlahiyyət və funksiyaları, strukturları və təşkilat üzvlərinin 

öhdəlikləri müəyyən edilir, onların fəaliyyəti konstitusiya 

xarakteri daşıyır, yəni onların iştirakçıları öz üzərlərinə 

beynəlxalq hüquq normalarında təsbit olunmuş öhdəliklər 

götürürlər.  İlk beynəlxalq təşkilat 1875-ci idə yaradılmış 

Ümumdünya Poçt İttifaqıdır. 



Beynlxalq hüquq isə dövlətlər və beynəlxalq 

münasibətlərin digər subyektləri arasındakı münasibətləri 

tənzimləyən razılaşdırılmış  və hüquqi cəhətdən təsbit 

olunmuş norma və prinsiplər sistemidir. 

Beynəlxalq münasibətlər sistemində  ən  əhəmiyyətli 

rolu Birləşmiş Millətlər Təşkilatı oynayır. Bu təşkilat 

beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, 

bütün xalqların iqtisadi və sosial tərəqqisinə kömək 

edilməsi məqsədi ilə müxtəlif dövlətlərin ilk birgə fəaliyyət 

mexanizmidir. BMT çərçivəsində bir sıra orqanik olaraq 

beynəlxalq münasibətlər sisteminə  və BMT strukturuna 

daxil olan, həm də müstəqil təşkilatlar yaranmışdır. 

Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, 

Təhsil, Elm və  Mədəniyyət Məsələləri üzrə  Təşkilat 

(YUNESKO), Beyəlxalq Valyuta Fondu, Atom Enerjisi 

üzrə Beynəlxalq Agentlik (MAQATE), Beynəlxalq 

Məhkəmə və s. bu təşkilatlara aiddir. 

Beynəlxalq qeyri-hökumət təşkiatlarına ictimai-

siyasi təşkilatları, həmçinin beynəlxalq birlikdə özlərinin     

iqtisadi təsirlərini möhkəmləndirməyə çalışan transnasional 




İlham A.Mazanlı_________________________________________________________ 

 

135 


 

korporasiyaları və bir sıra hökumətlərarası təşklatları da aid 

edirlər.  

Göründüyü kimi, “beynəlxalq münasibətlər” 

anlayışının ilk baxışdan müəyyən edilməsi o qədər də çətin 

deyildir.  Sadə insanlar bu anlayışı dövlətlər arasındakı 

münasibətlər sistemində uzun müddətə  nəzərdə tutulmuş 

hədəf kimi izah edirlər. Onların fikrinə görə, bu sistem artıq 

dövlət sərhədlərinin öz aktuallığını və əhəmiyyətini itirdiyi, 

insanların öz köklərini, mənşə ölkələrini unudub, - mənim 

vətənim dünyadır, mən bəşər övladıyam, qardaşım, - deyə 

biləcəkləri qədər tolerant, mədəni bir gələcəkdən ibarət 

olacaqdır. Lakin, insanlar bu gələcəyin gerçəkləşib – 

gerçəkləşməyəciyni və dünyanı hara sürükləyəcəyini 

(tərəqqiyə  və ya tənəzzülə - İ.M.) hələlik dəqiq  təsəvvür 

edə bilmirlər. 

Hələlik isə mütəxəssislər, sahə elmləri, həmçinin 

özünün funksiyasına görə  cəmiyyətdə baş verən 

proseslərdən kənarda qalmalı olmayan kütləvi informasiya 

vasitələri qloballaşan dünyada insanın fəaliyyəti ilə bağlı 

olan bütün istiqamətlərdə, özlərinin və dövlətlərinin 

maraqlarını əks etdirən müzakirələr aparırlar  

Müasir dövrdə insan hüquqlarının aliliyi, xüsusilə də 

insanların beynəlxalq və milli normalara uyğun və qanuni 

yollarla bütün dünyada  sərbəst hərəkət  etmək hüququ 

beynəlxalq həyat məsələlərinin palitrasını xeyli 

genişləndirir. Məsələn,  şəxsin xarici ölkədə yaşayan 

qohumlarına qovuşması (ailə birləşməsi), təhsil alması və ya 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

136 


 

bizneslə  məşğul olması, uşağın başqa ölkənin vətəndaşları 

tərəfindən övladlığa götürülməsi, bir ölkənin 

vətəndaşlarının başqa bir ölkəyə  səfəri, müxtəlif ölkələrin 

vətəndaşları arasında nikahın baglanması,  şəxsin öz 

ölkəsində başqa ölkədə istehsal olunmuş bahalı mal alması 

(mebel, avtomobil və s. qiymətli  əşyalar) artıq beynəlxalq 

münasibətlər sahəsinə aid edilir. Sadaladığımız bu misallar 

cəmiyyətdaxili və beynəlxalq münasibətlər arasındakı 

sərhədlərin müəyyən edilməsinə bir sıra yeni korrektələr 

daxil edir.  

Bununla yanaşı olaraq, “təşkilatlarla və hərəkatlarla” 

müqayisədə “beynəlxalq arenada fəaliyyətdə olan əsas 

siniflər arasındakı  əlaqə  və qarşılıqlı münasibətlərin 

məcmusudur” anlayışının spesifikasının özünü məhz nədə 

ifadə etməsi haqqında bəzi məqamlar hələ tam aydınlığını 

tapmamışdır.  Əsasən Qərb elmində  və kütləvi informasiya 

vasitələrində formalaşdırılmış “sosial, iqtisadi və siyasi 

qüvvələr”, “beynəlxalq terrorizm”, Rusiya mətbuatında 

uydurulmuş “vəhhabilik” anlayışlarının arxasında gizlənən 

siluetlər də mücərrədlikdən xali deyildir. “Xalqların 

bərabərliyi və özünümüəyyənetmə hüququ”, “beynəlxalq 

arena” anlayışlarındakı süzgünlük (sürüşgənlik) bu 

ifadələrin müxtəlif tərəflərin öz xeyirlərinə istifadə 

etmələrinə imkan yaradır.  

“Beynəlxalq münasibətlər” anlayışının məzmununun 

daha da ciddiləşdirilməsinə göstərilən cəhdlər də 

[“beynəlxalq münasibətlər dünyada mövcud olan dövlətlər 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə