İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə38/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   34   35   36   37   38   39   40   41   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

143 


 

əsrin  əvvəllərində Amerika psixologiyasının bir istiqaməti,  

psixologiyada şüur və təfəkkür anlayışlarının işlənilməsinin 

əleyhinə  çıxış edir; davranışı  psixologiyanın predmeti 

hesab edir və bu söz altında stimullara sırf fizioloji 

reaksiyanı qəbul edirlər)  nümayəndəsi D.Singer beynəlxalq 

münasibətlərin, fərddən tutmuş qlobal birliklərə  qədər, 

bütün iştirakçılarının davranışının öyrənilməsini təklif edir 

və dünya arenasında onların rolunun artması  məqsədi ilə  

prioritetlərin yaranmasını yolverilməz hesab edir.

79

 

Beynəlxalq münasibətlər sahəsində başqa bir məşhur 



Amerikalı mütəxəssis C.Rozenaunun fikrinə görə, son 

onilliklərdə dünya siyasətində baş verən struktur 

dəyişiklikləri öz növbəsində millətlərin və  cəmiyyətlərin 

qarşılıqlı asılılığına səbəb olmuş  və beynəlxalq 

münasibətlərdə ciddi transformasiyalar yaratmışdır. Bu 

transformasiyaların nəticəsində beynəlxalq münasibətlərin 

əsas iştirakçısı qismində artıq dövlətlər deyil, onların cüzi 

dəstəyi ilə və ya da onların iradəsinin əksinə olaraq konkret 

şəxslər çıxış edirlər. R.Aron  beynəlxalq münasibətlərin 

məzmununu diplomat və 

əsgər fiqurları ilə 

simvollaşdırılmış  dövlətlər arasında qarşılıqlı  fəaliyyət 

kimi görürsə,  C.Rozenau beynəlxalq münasibətlər 

sahəsindəki dəyişikliklərin nəticəsi kimi beynəlxalq 

kontinuumu  (latınca  continuum  – fasiləsiz, bütöv – 

                                            

79

 Synger D . (ed). Quantitative Intemationan Politics: Insights and 



Evidence. N.Y., 1978. 


KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

144 


 

təzahürlərin, proseslərin fasiləsizliyi, qırılmazlığı) görür, 

turisti və terrorçunu onun rəmzi subyektləri adlandırır.

80

 



 Göründüyü kimi, beynəlxalq münasibətləri təhlil 

edənlər arasında ya iki meyarı (iştirakçıların spesifikliyini 

və  beynəlxalq münasibətlərin xüsusi mahiyyətini) 

birləşdirməyə, ya da beynəlxalq münasibətlərin təhlilində 

üstünlyü onlardan birinə vermək cəhdi özünü büruzə verir. 

Məsələ burasındadır ki, bu meyarlardan hər biri birmənalı 

nəticələrə  gətirib çıxarmaya bilər və  təbii ki, onlardan hər 

birinin öz üstün və çatışmayan cəhətləri vardır. Həmçinin 

bir yanaşma çərçivəsində beynəlxalq münasibətləri ya 

dövlətlər arasında qarşılıqlı fəaliyyət sahəsinə, ya da dövləti 

təmsil etməyən iştirakçılara aid etmək imkanının da 

olduğunun şahidi oluruq. Əlbəttə, bunların hər ikisini yanlış 

da hesab etmək olar.  

Son dövlərdə dünyada demokratikləşən cəmiyyət-

lərin xəritəsinin genişlənməsi nəticəsində yeni yaranan 

dövlət, qeyri-dövlət və özəl subyektlərin hesabına 

beynəlxalq münasibətlərin iştirakçılarının saylarının artması 

ənənəsi onların dünya arenasında baş verən dəyişikliklərdə 

rollarının diqqətlə izlənilməsi və öyrənilməsi bir neçə 

aspektdən, o cümlədən kütləvi informasiya vasitələrinin 

beynəlxalq münasibətlərdə  iştirakı praktikasının təhlili 

                                            

80

 Rosenau  J.X .  Le touriste et le terroriste on les deux extremes du 



continuntinternational// Etudes intemationales. 1979. Juin, p. 220. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

145 


 

baxımından müəyyən əhəmiyyət kəsb edir. Bu cür təhlillər 

beynəlxalq münasibətlərin iştirakçılarının, xüsusilə  də 

dövlətlərin və o dövlətlərə aid olan kütləvi informasiya 

vasitələrinin bu proseslərdə tutduqları yerlərin müqayisə 

edilməsi baxımından da əhəmiyyətlidir. Təcrübə göstərir ki, 

müasir dövrdə beynəlxalq münasibətlərdə dövlətlər 

dominantlıq edən iştirakçı kimi qalsalar da, onların rolunun 

“yeganə”ləşdirilməsi və mütləqləşdirilməsi həm bu 

sahədəki mövcud beynəlxalq hüquqi qaydalara, həm də 

zamanın çağırışlarına adekvat deyil, çünki ictimai 

təşkilatların və  KİV-in, xüsusilə  də internet KİV-nin, o 

cümlədən sosial medianın bu münasibətlərin 

mülayimləşməsində  və ya əksinə, gərginlşməsində 

“çəkiləri” və verdikləri “töhfələr” heç də az deyildir.   

İkinci yanaşma da bir-birinə  əks olan və bir-birini 

inkar edən nəticələrə yol verir. Beynəlxalq münasibətlərin 

təbiətinin  yalnız “təbii” və “vətəndaş cəmiyyətinə qədərki” 

vəziyyət kimi başa düşülməsi onların ictimailəşdirilməsi 

ənənələrini hesaba almır, bu vəziyyətin aradan 

qaldırılmasını  və yeni dünya nizamının bərqərar olmasını 

inkar edir. Əgər biz beynəlxalq münasibətlərə  təkcə 

ictimailəşdirilmə  ənənəsindən yanaşsaq, dünyanın getdikcə 

bütövləşməsinə  və qarşılıqlı asılılığının artmasına, 

beynəlxalq inteqrasiya proseslərinin güclənməsinə, müxtəlif 

dövlətlərin və millətlərin iqtisadi, siyasi, sosial və digər 

sahələrdə  əməkdaşlıqlarının genişlənməsinə baxmayaraq, 

belə bir yanlış  nəticəyə  gələ bilərik ki, beynəlxalq 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

146 


 

münasibətlər bu gün də  hələ bir-birinə uyğun gəlməyən 

maraq, rəqabət və  hətta ziddiyyət və zorakılıq meydanı 

olaraq qalmaqdadır. Beynəlxalq münasibətlər artıq 

“cəngəllik”, “hamıya qarşı hamının müharibəsi” deyilsə də, 

vahid qanunlarla, bütün üzvlərin bölüşdüyü dəyərlərlə  və 

normalarla yaşayan birlik də deyildir. Amma bir şey 

həqiqətdir ki, bəşəriyyətin dünya cəmiyyətinə doğru 

irəliləməsi, “suverenitetlərin plüralizmi”nə, qaşılıqlı marağa 

və  təkmilləşməyə söykənən beynəlxalq  əməkdaşlıq  

dönməzdir.  

Mütəxəssislər  belə bir fikirdədirlər ki, beynəlxalq 

münasibətlərin səciyyəvi cəhətlərini müəyyən etmək üçün 

yuxarıda göstərilən meyarlar kifayət etmir. Onlar belə hesab 

edirlər ki, əgər bu meyarları dəyişmək mümkün deyilsə də, 

onlara yeni meyarların  əlavə edilməsi vacibdir. Məşhur 

fransız tədqiqatçısı M.Merlenin  təklif etdiyi yeni 

“lokallaşdırma meyarı”na görə, beynəlxalq münasibətlər 

“sərhədləri keçən və  ya  da  sərhədləri keçmək  ənənəsinə 

malik olan razılaşma və axınların məcmusudur.”

81

  

M.Merlenin təklif etdiyi meyarın anlamı dünyanın öz 



əraziləri üzərində suverenlikərini saxlaya bilən dövlətlərə 

bölünməsi praktikasına söykənir və  həm beynəlxalq 

münasibətlərin inkişaf mərhələlərinin spesifik 

xüsusiyyətlərini nəzərə almağa, həm onların dövlətlərarası 

                                            

81

 http://ru.wikipedia.org/wiki/Международные_отношения  




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə