İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə40/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   36   37   38   39   40   41   42   43   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

151 


 

kəsiyini götürsək,  əsasında guya dinin  - islam faktorunun 

dayandığı Azərbaycan - Ermənistan, Çeçenistan - Rusiya 

münaqişələrinin (Ermənistan və Rusiya KİV-ləri bu amili 

xüsusi “yaradıcılıqla” təbliğ edirlər)  şahidi oluruq. Eyni 

zamanda, SSRİ - Əfqanıstan, ABŞ - Əfqanıstan, ABŞ - İraq, 

faktiki iştirakı olmasa da, ABŞ - Liviya, ABŞ - Suriya, bir 

qədər  əvvəl serblərlə albanlar arasında baş vermiş 

münaqişələri də islamla bağlayanlar az deyildir. Bir qədər 

də keçmişə qayıtsaq, ABŞ-la Vyetnam, Yponiya, 

İndoneziya, Panama, Honduras və s. ölkələrlə  münaqişələri 

təfərrüatı ilə yadımza sala bilərik. Rusiya və Gürcüstan 

arasındakı (hər ikisi xristianlığın pravoslav məzhəbinə 

aiddir) silahlı münaqişə isə gözlərimizin önündə baş verir. 

Əgər biz də millətlər və dövlətlər arasındakı münaqişələrin 

səbəbini dini amillərlə izah etməyə başlasaq, eyni ənənədən 

çıxış edərək, onları avropa bütpərəstliyi və katolosizmi, rus 

şovinizmi ilə  əlaqələndirmək haqqına malikik. Eyni fikri 

Qərb mətbuatının “islam fundamentalizmi” anlayışı 

ətrafında formlaşdırdığı neqativ rəy barədə  də demək 

mümkündür. Hər bir təlimin (din təlimdir) söykəndiyi 

fundament (lat. fundamentum – özül, təməl) vardır. Təməli, 

əsası olmayan hər bir şey, o cümlədən, təlim də  məhvə 

məhkumdur. Xristianlığın protestantlıq teologiyasının 

cərəyanlarından biri olan fundamentalizm köhnəlmiş dini 

anlayışların tənqidi cəhətən yenidən baxılmasının  əleyhinə 

çıxış edir. Ümmiyyətlə, dinlərdə ortodoksiyanın 

tərəfdarlarını fundamentalistlər adlandırırlar. Necə ola 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

152 


 

bilərki, eyni tələblər irəli sürənlər, eyni mövqe nümayiş 

etdirənlər - xristian dinindəki ortodokslar “sivil”, 

islamdakılar isə “varvar” olsunlar?  



Dinlərarası münaqişələr KİV-lərarası 

müharibələrə  gətirib çıxarır həmişə. Qərbi Avropa KİV-

lərində vaxtaşırı Məhəmməd Peygəmbərin karikaturalarının 

yerləşdirilməsi, islam 

əleyhinə yazıların verilməsi  

qərbsayağı söz, ifadə və əqidə azadlığı kimi deyil, 2 milyard 

insanın (Yer kürəsi əhalisnin təxminən 25 %-ni təşkil edir) 

şərəf və  ləyaqətinin təhir edilməsi kimi, əqidə  və inamına 

hörmətsizlik kimi qiymətləndirilməlidir və varvarlığa daha 

çox uyğundur.  

Qərb mətbuatının islama qarşı sonuncu “səlib 

yürüşünü” izləsək, onların bu kampaniya və  kompaniyda  

xüsusi fəallığının və geniş coğrafiyasının  şahidi oluruq.

85

 

İlk dəfə Danimarkanın “Jyllands-Posten” qəzeti (ingilis 



dilində çap olunur –İ.M.)  Məhəmməd Peygəmbərin 12 

karikaturasını 2005-ci il 30 sentyabr tarixli sayında 

özünüsenzura və söz azadlığı haqqında məqaləyə illüstrativ 

əlavələr kimi çap edir.  

2006-cı il fevralın 9-da Volqoqradın (Rusiya) 

«Городские  вести» qəzeti “İrqçilərə hakimiyyətdə yer 

                                            

85

 

http://ru.wikipedia.org/wiki/кариктурный_ скандал_ (2005-2006) 

 



İlham A.Mazanlı_________________________________________________________ 

 

153 


 

yoxdur” məqaləsini çap edir. Məqaləni müşayiət edən 

illüstrasiya materialında yəhudi, xristian və islam dininin 

peyğəmbərlərinin Buddanın  ətrafına toplaşıb silahlı 

münaqişələri pislədikləri mənzərə təsvir edilir.  

Belorusda çıxan «Згода» qəzeti 2006-cı il 18-26 

fevral tarixli sayında çap olunuş  «Палітычны  крэатыў» 

(“Siyasi kreativ”) başlıqlı 

məqaləyə “Jyllands-

Posten” qəzetinin 2005-ci ilin sentyabrında Məhəmməd 

Peygəmbərin çap etdyi karikaturalarını illüstrasiya kimi 

əlavə edir. 

2007-ci ilin avqustunda İsveçin “Nerikes Allehanda” 

qəzeti insanların əqidə azadlığı hüququna “hörmət”də daha 

uzağa gedir və peyğəmbərin başının it bədəni üstündə 

təsvirini yaradan karikatura çap edir. Qəzet özünün 

insanlığa ləkə  gətirən bu addımını ölkə qalereyalarının 

rəssam Lars Uilksin işlərini sərgilərə  çıxarmaqdan imtina 

etdirdiklərinə görə ona dəstək mənasında və “söz və məzhəb 

azadlığının  İcveç üçün boş, mənasız” bir şey olmadığını 

sübuta yetirmək məqsədilə etdiyini bildirir. 

2008-ci ildə Avropada İslama qarşı media hücumları 

yeni vüsət almağa başlayır. Fevral ayının 16-da 

Danimarkada çıxan beş  qəzet Məhəmməd Peygəmbərin 

bombaya oxşayan  əmmamə ilə  təsvirini çap edir. 

“Berlingske Tidende” qəzeti özünün bu “coşqunluğunu” 

“söz azadlığını  dəstəklə” izah edir və bunu gələcəkdə    də 

edəcəklərini bildirir.   Daha sonrakı illərdə    Danimarkanın 

“Politiken” jurnalı,

 

İspaniyanın “El Jueves” jurnalı, 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

154 


 

Fransanın  həftəlik satirik “Charlie Hebdo” jurnalı da

86

  

qitənin 



digər KİV-lərilə  həmrəylik 

nümayiş etdirərək 

Məhəmməd Peyğəmbərin karikaturalarını çap edirlər. 

Almaniyanın 

Berlin və Brandenburq federal 

torpaqlarının ali inzibati məhkəməsi ultrasağ «Almaniya 

uğrunda» hərəkatının nümayəndələrinə Berlində 

Məhəmməd Peyğəmbərin karikaturalarını nümayiş etdirə 

biləcəkləri barədə  müvafiq qərar çıxardır.

87

 ABŞ-da 



istehsal olunan və 

Məhəmməd Peyğəmbərin  ələ salındığı 

“Müsəlmanların məsumluğu” filmi İnternet  şəbəkəsində 

yerləşdirilir.       

Zənnimizcə, Avropa KİV-lərinin bu cür heç bir 

əndazəyə  sığmayan davranışlarını Avropanın sürətlə 

müsəlmanlaşmasına qısqanclıqla yanaşmanın nəticəsi kimi 

də nəzərdən keçirmək olar. Dünya ölkələrində tolerantlıqla 

bağlı monitoinqlər keçirib vəziyyəti qiymətləndirənlərin, 

başqa millətlərə və dövlətlərə demokratiya dərsi keçənlərin 

özlərini bu cür aparmaları yalnız təəssüf və onların 

obyektivliyinə  və demokratikliklərinə inamsızlıq  hissi 

doğurur.  

Əlbəttə, vəziyyət bu cür birtərəfli – “bir qapıya 

oyun” şəklində qala bilməzdi. Müsəlman dünyasının cavabı 

özünü çox gözlətmir. On bir İslam ölkəsinin xarici işlər 

nazirlikləri Danimarka hökumətindən karikaturalara görə 

                                            

86

 “Charlie Hebdo” jurnalı, 18 sentyabr 2012. 



87

 http://proses.az/?m=xeber&id=2797



 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə