İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə36/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   32   33   34   35   36   37   38   39   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

137 


 

və dövlətlər qrupu, sosial, iqtisadi, siyasi güclər, təşkilatlar 

və  hərəkatlar, xalqlar və ayrı-ayrı insan qrupları arasında 

beynəlxalq aləmdə (öz ölkəsinin sərhədləri xaricində 

istənilən təmas nəzərdə tutulur)  həyata keçirilən siyasi, 

iqtisadi, ideoloji, mənəvi, diplomatik və başqa  əlaqələrin 

birgə məcmusu” kimi xarakterizə edilir]

72

 vəziyyətə kifayət 



qədər aydınlıq gətirmir və beynəlxalq münasibətləri 

iştirakçıların qarşılıqlı fəaliyyətinin məcmusu kimi nəzərdən 

keçirir. Ümumiyyətlə, bu və ya bu kimi anlayışlar son 

həddə beynəlxalq münasibətləri onun çoxşaxəliliyinə diqqət 

yetirmədən yalnız dövlətlərin qarşılıqlı  fəaliyyətləri kimi 

izah edirlər. Zənnimizcə, bu cür yanaşmanı sözügedən 

anlayışların hamısının çatışmayan cəhəti hesab etmək olar. 

Beynəlxalq münasibətlərin tənzimlənməsində 

transmilli, inteqrasiya və qarşılıqlı asılılıq   problemləri 

daim tədqiqatın  əsas obyektlərindən olmuşdur. Bəzi 

tədqiqatçılar beynəlxalq münasibətləri “dövlətlərarası 

qarşılıqlı  fəaliyyət” çərçivəsindən kənara çıxararaq, onu 

“insan cəmiyyətini formalaşdıran inteqrasiya əlaqələrinin 

məcmusu” adlandırırlar. Siyasi inteqrasiya nəzəriyyəsinin 

(“Dünyanın  sistemi” müəllifi, ingilis iqtisadçısı Devid 

Mitranidir) tərəfdarları  dövlətləri beynəlxalq 

münasibətlərin  əsas aktorları kimi qəbul edirlər.

73

 



Bu cür 

                                            

72

 Həsənov  Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın 



xarici siyasəti. Dərslk. – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, səh. 20.  

73

 



Шевчук Д.А. Мировая экономика.  http://www.e-

reading.mobi/chapter.php/143271/3/Shevchuk_-_Mirovaya_ekonomika.html

 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

138 


 

yanaşma beynəlxalq münasibətlərin iştirakçıları haqqında 

məsələni açıq saxlayır və onların yerli-yersiz dövlətlərarası 

münasibətlərə aid edilməsinin qarşısını alır. Bu anlayış 

həmçinin diqqəti beynəlxalq münasibətlərin  əsas inkişaf 

ənənələrindən birinə  cəlb edir. Lakin, bu anlayışı  həddən 

artıq geniş hesab edən tədqiqatçılar da var və onların fikrinə 

görə, bu anlayış cəmiyyətdaxili və beynəlxalq münasibətlər 

arasında heç bir fərq qoymur, əsasən diqqəti beynəlxalq 

münasibətlərin iştirakçılarına deyil, onların bir-biri ilə 

qarşılıqlı fəaliyyətlərinə yönəldir.  

Müasir dövr millətlərarası  və dövlətlərarası 

münasibətlər problematikasının fəal tədqiqatçısı, professor 

Ə.Həsənov da inteqrasiya prosesini beynəlxalq münasibət-

lərə, xüsusilə  də onun müasir vəziyyətinə ciddi təsir 

göstərən, dövlətlərarası  sədləri sürətlə aradan qaldıran,  

vahid daxili və xarici siyasət strategiyası formalaşdıran  

amil kimi nəzərdən keçirir. O, eyni zamanda, müasir 

inteqrasiya fonunda mərkəzdənqaçma meyllərinin, etnik 

separatizmin, davakar millətçiliyin və dini ayrı-seçkilik 

hisslərinin yüksəldiyini də müasir dünya siyasətinin reallığı 

kimi xarakterizə edir. 

74

 Beləliklə, beynəlxalq aləmdə baş 



verən proseslərin məzmunu və bu sahədə yaranan 

problemlərin tənzimlənməsinə  və  həllinə göstərilən ikili 

münasibət cəmiyyətin aparıcı sosial-siyasi institutlarından 

                                            

74

 Həsənov  Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın 



xarici siyasəti. Dərslk. – Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, s. 133. 


İlham A.Mazanlı_________________________________________________________ 

 

139 


 

biri olan kütləvi informasiya vasitələrinin də sözügedən 

problemlərin işıqlandırılmasında və müvafiq olaraq 

təkmilləşdirilməsində ikili – a) struktiv (qurucu) və ya b) 

destruktiv (dağıdıcı) rol oynadığını anlaşıqlı edir.      

 Bununla  bərabər, beynəlxalq münasibətlərin 

iştirakçılarından hansının qanuni və ya təsadüfi, əsas və ya 

ikincidərəcəli olduğunu, həmçinin onlar arasında 

iyerarxiyanı  (əsas və qeyri-əsas iştirakçıları)  düzgün 

anlamadan, beynəlxalq münasibətlərin spesifik cizgilərini 

müəyyən etmək həqiqətən də çox çətindir. 

“Anlayışlar hər  şeyi  əhatə etməlidir” - iddiasında 

olmaq da düzgün deyildir. Heç bir definisiya müəyyən 

edilmiş obyektin məzmununu tam açmaq iqtidarında olmur. 

Xüsusilə  də yeni informasiya texnologiyalarının sürətli 

inkişafı və onların KİV-ə tətbiqi yeni anlayışların yaranma 

sürətini və adekvat əhatəliliyini xeyli qabaqlayır. Bununla 

belə, definisiyanın vəzifəsi obyekt haqqında ilkin təəssürat 

yaratmaqdan ibarətdir. Ona görə də tədqiqatçılar beynəlxalq 

münasibətləri, o cümlədən də, dövlətlərarası əlaqələri təhlil 

edərkən müfəssəl anlam müəyyən etməkdənsə, onların 

mahiyyətini və spesifik cəhətlərini başa düşməyə kömək 

edən meyarların müəyyən edilməsinə cəhd göstərirlər.        

Bir sıra tədqiqatçılar beynəlxalq münasibətlərin və 

dövlətlərarası  əlaqələrin tədqiqinin başlanğıc nöqtəsi kimi 

onların iştirakçılarını (aktorlarını) götürürlər. Məşhur 

fransız tarixçisi, sosioloqu   və siyasi təhlilçisi, Tuluza 

Universitetinin sosial fəlsəfə professoru, dövrünün aktiv 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə