İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə44/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   40   41   42   43   44   45   46   47   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

167 


 

sahələrdə, o cümlədən, milli ruh və milli mənəviyyatın 

inkişafı sahəsində  iştirakının səmərəliliyinin artırılması 

üçün bütün lazımi  şərait yaradılsa da, jurnalistlərimiz 

kifayət qədər peşəkarlıq və  sənətkarlıq keyfiyyətlərinə 

malik olsalar da, təəssüflə qeyd etməliyik ki, hələ  də 



müəyyən siyasi və maddi mənafe mövqeyindən uzaqlaşıb 

vətəndaşlıq mövqeyindən çıxış edə bilmirlər. Zənnimizcə, 

bu sahədə  vəziyyəti yaxşılığa doğru dəyişmək üçün ali 

məktəblərin juralistika fakültə  və  şöbələrində “Jurnalistika 

və milli inkişaf siyasəti”,  “Jurnalistika və milli mənəviyyat 

problemləri”  və s. oxşar seçmə  fənnlərin tədris edilməsi 

faydalı  ola bilərdi.  

Həyat milli məsələlərin və millətlərarası 

münasibətlərin „problemsizliyi“ barədə  bəsit və  aldadıcı 

inancların illüziyalardan ibarət oldğunu dəfələrlə sübut 

etmişdir. Hazırda bəzi MDB ölkələrində, xüsusilə  də 

Rusiyada şovinizmin yeni qüvvə ilə dirçəlişi və inkişafı acı 

həqiqətdir. Bu vəziyyətin yaranması heç də səbəbsiz deyil. 

Bunu ilk növbədə “xalqların yaxınlaşması” prosesinin 

yanlış əsaslandırılması, milli-ərazi bölgüsündəki nöqsanlara 

da aid etmək olar. XX əsrin  əvvəllərində  əzəli Qərbi 

Azərbaycan torpaqlarında Ermənistan SSR yaradıldığı 

halda, Azərbaycan SSR  ərazisində ikinci bir daşnak 

yuvasının - Dağlıq Qarabağ Muxtar Vilayətinin 

yaradılmasını rus şovinizmi tərəfindən  Azərbaycan xalqının 

gələcəyi altına qoyulmuş gec partlayan bomba 

adlandırmaqdan başqa çarə qalmır.   Bunu həmçinin 



KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

168 


 

millətlərarası münasibətlərdə yaranmış ziddiyyətlərlə, 

sağlam düşüncələrin yerli “millətçilik” kimi 

qiymətləndirilməsi tendensiyası ilə  də  əsaslandırmaq olar. 

Amma, bu təzhürləri necə adlandırsaq da, necə izah etsək 

də, bütün bunların baş verməsində kütləvi informasiya 

vasitələrinin işində boşluqların olmasını açıq etiraf 

etməliyik.    

Əlbəttə ki, millətlərarası münasibətlərdə dramatik 

vəziyyətin yaranmasına və  şovinizmin artmasına Sov.İKP-

nin 1960-1970-ci illərdə  həyata keçirdiyi „milli inkişaf“ 

siyasəti, durğunluq illərində  təməli qoyulmuş    ağır iqtisadi 

böhran,  əhalinin sosial vəziyyətinin kəskin  şəkildə 

pisləşməsi və ictimai həyatdakı ümumi nöqsanlar da münbit 

şərait yaratmışdı. Belə bir fonda milli ekstremistlər öz 

fəaliyyətlərini daha da canlandırırlar. Müxtəlif milli 

iddialara və bu qəbildən olan əsassız ambisiyalara rəvac 

verən   qədimdənqalma xürafatlarla yanaşı, „etnik  sterillik“, 

„milli prioritetlər“ və s. bunabənzər ideyalar haqqında 

konsepsiyalar da mübarizə müstəvisinə çıxarılır və ən əsası 

da budur ki, bu cür vəziyyətlərdə heç bir razılıq və 

kompromis əldə olunmur.  

Bizim fikrimizə görə, millətlərarası və dövlətlərarası 

münasibətlərin tənzimlənməsi sahəsindəki uğursuzluqların 

səbəblərindən biri də  vəziyyətin birmənalı  şəkildə  dərk 

olunmasına yönəldilmiş  və beynəlmiləlçilik xarakterinə 

malik dəlil və  şüarların özlərinin möhkəm bir əsasa 

söykənməməsi olmuşdur. “Yadlara” düşmən münasibəti 




İlham A.Mazanlı_________________________________________________________ 

 

169 


 

bəsləyənlərin xudbinliyinə müraciət edən populist liderlərin  

populyarlığının da səbəbi bununla əlaqələndirilirdi. 

Zənnimizcə, istənilən ölkənin  milli problemlərin həllinə 

cəlb olunmuş  vətəndaşlarının yarı yolda büdrəmələri  də 

“qaynar başda ağıl olmaz” məntiqi ilə izah olunur. Hazırda, 

hətta müxtəlif sosial-siyasi qüvvələrə  məxsus “mübarizlər” 

özlərinin məkrli məqsədlərinə nail olmaq üçün “milli rəngə” 

boyanırlar.  Əslində isə bu şəxslər tələm-tələsik yaradılmış 

siyasi, mədəni, etnoqrafik, təbiəti mühafizə  və s. bu tipli 

müvəqqəti özfəaliyyət strukturlarına aid “qəhrəmanlardan” 

ibarət olurlar. Onların cərgələrində olan separatçı, 

ekstremist, boşboğaz, populist, demaqoq ünsürlər kütləvi 

şüura təsir etmək üçün milli problematikadan məharətlə 

istifadə etməyi, hətta nəinki kütləvi şüura, həmçinin kütləvi 

emosiyaya təsir etməyi  də bacarırlar. Bu işdə real vaxt 

rejimində informasiyanın alınması, hazırlanması  və 

yayılması sahəsində geniş imkanlar yaradan yeni 

informasiya texnologiyaları və onların tətbiq edildiyi kütləvi 

informsiya vasitələri özlərindən asılı olmayaraq, “maraqlı 

tərəfin” portnyoruna çevrilirlər. Adətən, bu səpkidən olan 

materiallarda (əsasən video) tamaşaçıya psixoekoloji təsir 

göstərmək məqsədi ilə neyrolinqvistik proqramlaşdırmadan 

geniş istifadə olunur. BBC-nin Azərbaycan Xidmətinin xətti 

ilə 2013-cü il sentyabrın 4-də   özünü separatçı “Talış-

Muğan Respublikası”nın “prezidenti” elan etmiş  Əlikram 

Hümbətovun Yerevana səfəri barədə süjet nümayiş 

etdirilmişdir. BBC-nin Yerevan müxbirinin süjetdəki 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

170 


 

görüntüləri Azərbaycan dilində    müşayiət edən “Talış-

Muğan Respublikası”nın “prezidenti” Əlikram Hümbətov”, 

“Əlikram Hümbətov Yerevan Universitetində alqışla 

qarşılanıb”, “Əlikram Hümbətov Yerevan Dövlət 

Universitetində talışşünaslıq üzrə magistr proqramının 

açılışında iştirak edib”, “...divara vurulan naməlum bayraq”, 

“talış dilində oxunan “Lənkəran himni” çalınarkən hamı 

ayağa qalxıb və Əlikram Hümbətovu əl çalaraq qarşılayıb”, 

Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasında 



öz dövlətçiliyi olmayan Şərq xalqlarının tarixi, mədəni 

irsinin öyrənilməsi üzrə  tədqiqatlar aparılıb ..., son illər 

xüsusilə “talışşünaslıq” üzrə xeyli iş görülüb”, “Əlikram 

Hümbətov talış xalqının irsinə diqqətə görə  təşəkkürünü 

bildirib”

95

 və s. cümlələrin yuxarıda sadaladığımız elmi 



diskursları empirik cəhətdən təsdiq etməsi milli  siyasət və 

jurnalistika problematikası üzrə peşəkarlarda heç bir şübhə 

doğurmur.  

Əlbəttə, biz qonşu  Şərq xalqlarının tarixini

mədəniyyətini və mədəni irsini “öyrənib” (oğurlayıb desək, 

daha dəqiq olar – İ.M.) özlərinə “mədəni irs”qondaran 

ermənilərin “talış xalqının irsinə diqqət göstərmələrinin” nə 

dərəcədə səmimi və obyektiv olacağına inanıb-inanmamağı 

talış xalqının ziyalılarının və sözügedən elm sahələrində 

çalışan tədqiqatçıların fəaliyyət istiqamətlərinə aid hesab 

                                            

95

http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130924__alakram__h



ummetov__yerevan.shtml

 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə