İlham Mazanlı



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix26.09.2017
ölçüsü3,34 Mb.
#2226
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

İlham A.Mazanlı_________________________________________________________ 

 

163 


 

millətlərarası  əlaqələrə, beyəlxalq münasibətlərə vurduğu 

zərbənin böyük bir səhv və çox təhlükəli olduğunu 

anlamağa, bu məsələlərin işıqlandırılmasına KİV-ləri 

gələcəkdə daha məsuliyyətlə  və qarşılıqlı hörmət hissi ilə 

yanaşmaq barədə fikirləşməyə vadar etməlidir. 

Dövlətlərarası  və millətlərarası  əlaqələrin, xüsusilə 

də millətlərarası münaqişələrin (Kosovo – Serbiya, Rusiya – 

Gürcüstan, Rusiya – Moldova, Ermənistan – Azərbaycan) 

mənzərəsi və  məzmunu müxtəlif və mürəkkəb neqativ 

çalarlarla o qədər zəngin və ziddiyyətlidir ki, bu 

münaqişələrin KİV-də  işıqlandırılması, onların başvermə 

səbəblərinin ümumi əsaslarının izah edilməsi də müəyyən 

çətinliklər yaradır və problematikaya bir neçə aspektdən 

yanaşmağı  tələb edir. Təcrübə göstərir ki, bu sahədə 

tədqiqatlar aparmaq üçün ilk növbədə  milli ruh və milli 



mənəviyyat  reallığına müraciət etmək məqsədəuyğundur. 

Milli ruhun və milli mənəviyyatın əsasını millətin dini, dili, 

xalqın yaşadığı  təbii  şərait, onun mədəniyyəti, adət-

ənənələri və s. elementlər təşkil edir. Cəmiyyətdə çoxluğun 

qəbul etdiyi reallıq milli ruh və  mənəviyyat kimi 

qiymətləndirilir və insanlar bu anlayışı ruh, mənəviyyat, 

mentalitet, milli düşüncə və s. anlayışlarla  birgə işlədirlər. 

Bu reallıqlar özünü daha çox cəmiyyətin həyatında baş 

verən çətin anlarda, o cümlədən, millətlərarası  və 

dövlətlərarası münasibətlərin gərginləşdiyi və bu zəmində 

yaranan münaqişələr zamanı özünü daha qabarıq tərzdə 

büruzə verir. Paradoks burasındadır ki, məhz belə 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

164 


 

vəziyyətlərdə milli ruhun cizgilərini müəyyən etmək daha 

çətin olur. Hətta, güclü məlumatlandırma və maarifləndirmə 

imkanlarına malik olan kütləvi informasiya vasitələri də bu 

işdə  hər hansı bir fərqli üstünlüyə malik deyildir. Hər bir 

millətin incəsənəti – folkloru, xalq mahnıları, milli musiqisi

milli poeziya və proza korifeylərinin yaradıcılıqları  və s. 

faktorlar bu vəzifəni daha uğurla və sistemli şəkildə yerinə 

yetirə bilir. Bu baxımdan, xalqımızın mədəniyyət və 

incəsənət xəzinəsi ilə  həqiqətən də  fəxr etməyə  dəyər. Bu 

gün dünyanın ən demokratik ölkələrinin konstitusiyalarında 

öz  əksini tapmış müddəalar  ən azı 1000 illik tarixə malik 

Azərbaycan xalq nağıllarında, zərbi-məsəllərində, 

nəsihətlərində, dastanlarında böyük həssaslıq və 

peşəkarlıqla nəzərdən keçirilmiş və onların tətbiqi qaydaları 

müəyyən edilmişdir. Tədqiq etdiyimiz istiqamət - 

millətlərarası  və dövlətlərarası münasibətlər də istisnalıq 

təşkil etmir.   

Adətən, “ümumbəşəri dəyərlər” beynəlxalq 

münasibətlərin tənzimlənməsində o qədər də  əməli olmur. 

Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsi ilə əlaqədar BMT-nin qəbul etdyi 4 Qətnamənin 

20 ildən artıq vaxtdır ki, Ermənistan tərəfindən yerinə 

yetirilməməsini buna nümunə göstərmək olar. Bu cür 

yanaşma deməyə  əsas verir ki, xalqlar və dövlətlər 

arasındakı münasibətlər sinfi ziddiyyətlərlə, iqtisadiyyatın 

təməl prinsipləri, xalqların iqisadi-mədəni inkişaf səviyyəsi, 

mədəni-tarixi səciyyələri ilə deyil, onların milli ruh və milli 




İlham A.Mazanlı_________________________________________________________ 

 

165 


 

mənəviyyatlarının bir-birinə uyğun olub-olmaması 

səviyyəsi ilə müəyyən olunur. Milli ruhu və milli 

mənəviyyatı  şikəst olan və yaxud da milli eqoizm ruhu 

inkişaf etmiş xalq həmişə düşmənçiliyə, tarixin 

qarmaqarışıqlı dönəmlərində qonşu xalqların  ərazisindən, 

maddi-mənəvi potensiallarından və s.-dən yararlanmağa 

meylli olur. Milli ruha və milli mənəviyyata, həmçinin 

xalqın  əqidəsi, inamı, dili, mərhəməti, alicənablığı,  ərazisi, 

qəddarlıq və xeyirxahlıq dərəcəsi, işğalçılıq, qəsbkarlıq və 

şovinistlik ənənələri, hiyləgərliyi və s. keyfiyyətlər də daxil 

edilir. 


Rusiya mətbuatı sosializm düşərgəsi süquta 

uğradıqdan sonra Şərqi Avropa və postsovet məkanında 

Rusiya-Ukrayna, Rusiya-Moldova (Dnestryanı Respublika), 

Rusiya-Gürcüstan (Abxaziya və  Cənubi Osetiya daxil 

olmaqla) qarşıdurmalarında Rusiyanın “mübarizəsini” 

onlarla bu xalqları bir-birinə bağlayan pravoslav kilsəsi ilə 

izah etsələr də, Kosovo, Çeçenistan, Dağlıq Qarabağ 

hadisələrində, o cümlədən, günümüzdə  ərəb ölkələrində 

yaşanan faciələrdə marağını və iştirakını kilsə mənəviyyatı 

ilə  əsaslandıra bilmir.  Qərbi serblərin, ukraynalıların, 

gürcülərin, “Dnestryanı Respublika”da yaşayan rusların 

milli ruh və milli mənəviyyatlarını deformasiya etməkdə və 

zəiflətməkdə “suçlandıran” Rusiya KİV-ləri ölkələrinin 

Dağlıq Qarabağ, Çeçenistan, Şimali Qafqazdakı digər 

bölgələrlə, Kosovo və  ərəb dünyası ilə bağlı siyasətlərinə 

bəraət qazandırarkən bu ərazilərdə yaşayan xalqların milli 




KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi 

 

166 


 

ruh və milli mənəviyyatına hörmət hissini unudur, 

Məhəmməd Peyğəmbərin karikaturası ilə bağlı yaşanan 

“danimarkasayağı” (“avropasayağı”)  mövqe və ya da 

mövqesizlik nümayiş etdirir, ya da onları abstrakt 

terrorizmdə  və dövlətə itaətsizlikdə (özünün qeyri-rus 

əhalisini millətçi rus vandalizmindən qoruya bilməyən 

qurumu dövlət adlandırmaq mümkündürsə. Yeri gəlmişkən, 

hazırda Rusiya əhalisinin 11,7 %-ni müsəlmanlar təşkil edir

2030-cu ildə bu rəqəmin 14,4 % olacağı proqnozlaşdırılır) 

günahlandırırlar.  Əgər Rusiyanın  məqsədi adıçəkilən 

regionlarda yaşayan xalqların həyat səviyyəsini 

yaxşılaşdırmaqdan ibarətdirsə (onlar özləri bu cür 

bəyanatlar verirlər), o bunu ilk növbədə öz əhalisi üçün edə 

bilərdi.                                

Milli ruhun və milli mənəviyyatın formalaşmasında 

kütləvi informasiya vasitələrinin rolu danılmazdır.  Lakin, 

son iyirmi ildə milli ruhların bir-birinə yaxınlıq və    ya 

uzaqlıq səviyyələrinin millətlərarası  və dövlətlərarası 

münasibətlər və münaqişələr sahəsində  özünü daha qabarıq 

formada büruzə verməsinə baxmayaraq, bir qədər  əvvəl 

folklorumuz haqqında dediyimiz fkri KİV-lərimiz barədə 

(fəaliyyətləri və fəaliyyətsizlikləri) əminliklə deyə bilmirik. 

Azərbaycan Respublikasının Konstitusiyasına, bilavasitə 

KİV-lərin  fəaliyyəti ilə bağlı  qəbul olunmuş 10-adək 

qanuna və onların tətbiqi mexanizmləri ilə əlaqədar yüksək 

səviyyədə imzalanmış 50-dən artıq fərman, sərəncam, qərar, 

əsasnamə, qayda və s. sənədlərə  əsasən mətbuatın bütün 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə