tet quşlar təbii olaraq hər hansı xəstəliyi keçirib sağaldıqdan
sonra yaranır. Buna bəzən postinfeksion immunitet də deyilir.
Süni im m unitet. Belə immunitet vaksin və spesifik serum-
larla əldə edilir. İmmunitetin formalaşması üçün vaksinasiya-
dan, xəstəliklərin xarakterindən asılı olaraq müəyyən qədər
vaxt keçməlidir.
Süni immunitet aktiv və passiv olmaqla 2 yerə bölünür. Aktiv
immunitet müxtəlif diri və inakivləşdirilmiş vaksinlərlə əldə edilir.
Bir qayda olaraq zəiflədilmiş diri vaksinlərə quşlar intensiv
immunoloji reaksiyalara cavab verir. İmmunitet tez yaranaraq
yüksək gərginlikli olur. İnaktivləşdirilmiş vaksinlərlə peyvənd
zamanı immunitet nisbətən gec inkişaf edir və immunitetin
müddəti də nisbətən qısa olur. İmmun cavabın aktivliyinin tə
min edilməsi üçün və immunitet uzun müddətliyini təmin etmək
məqsədilə adyuvantlar əlavə edilir.
Passiv im m unitet. Belə immunitet quşdarda ana antitelləri
hesabına əldə edilir. Məməlilərdə immunoqlobulinlər anadan
dölə plasenta vasitəsilə və postnatal inkişafın ilk saatlarında ağız
südü ilə, quşlarda isə ana toyuqların qan serumundan yetkin yu
murtaların sarı maddəsinə verilir. Buradan isə immunoqlobulin
lər sarı maddədən embriona onun inkişafının 14-15-ci günündə
keçir. Ana antitellərinin sarı maddədən verilməsi fasiləsiz şəkil
də gedir.
Müəyyən edilmişdir ki, sarı maddədə antitellərin kumulya-
siyası baş vermir. Antitellərin miqdarı qan serumundakı antitel
lərin titrindən çox olmur və sarı maddənin ölçüsündən asılı de
yil. Onu da qeyd etmək lazımdır ki, antitellər yalnız sarı maddə
də toplanır və zülal hissədə bunlar müşahidə edilmir. Antitellə
rin sarı maddədən embriona verilməsi tək sarı maddənin göv-
dəciyi vasitəsiylə həyata keçirilmir. Sarılıq kisəsi daxilindəki
maddənin əsas sorulması kisənin endoderma hüceyrələri vasitə
silə baş verir.
34
Cücələrdə ana antitelləri çox qalmır, onların xaric olunması
gedir. Antitellərin xaric olunması çox güman edilir ki, onların
həyatlarının ilk günlərində müşahidə edilir, ancaq onun dəqiq
vaxtı hələ də müəyyən edilməmişdir. Tədqiqatçılar göstərilər ki,
antitellərin yarım parçalanma dövrü 5 günə qədərdir. Anaların im
munoloji statusundan asılı olaraq cücələr müəyyən qədər antitel
lər alır. Əgər bunların səviyyəsi kifayət dərəcədə yüksəkdirsə on
da ana antitellərin xaric olunması 2 həftə və daha çox davam edir.
Sağlam quşların passiv qoruyuculuq səviyyəsi təkcə onların
xəstəliklərə davamlılığın təyin edilməs üçün vacib deyi. Bu gös
tərici düzgün profilaktiki peyvəndlərin aparılmasında praktik
baytar həkimləri üçün vacibdir.
Quşlar xəstəliyi keçirdikdən sonra infeksiya törədicisindən
azad olursa və qeyri-həssaslıq xüsusiyyəti saxlanırsa belə im
munitet steril və ya qeyri-infeksion immunitet adlanır. Ancaq
bəzi infeksiyalarda imunitet o vaxta qədər saxlanır ki, orqa
nizmdə xəstəlik törədicisi mövcuddur. Belə immunitet qeyri-
steril və ya infeksion immunitet adlanır.
Antibakterial immunitetdə orqanizmin qoruyucu reaksiyaları
bilavasitə mikroba təsir edərək onun məhv olunmasına və ya in
kişafının dayandırılmasına səbəb olur. Antitoksik immunitetdə
qoruyucu reaksiyalar mikrobun toksiki məhsullarının neytrallaş
masına səbəb olur. Heç də bütün orqan və toxumalar patogen mik
robun təsirinə eyni dərəcədə həssaslıq göstərmir. Buda onu gös
tərir ki, bütün orqanizmin qoaıyucu xassəsi ilə əlaqəli olan ümu
mi immunitetlə bərabər eyni zamanda yerli immunitetdə mövcud
dur. Belə immunitet serum antitellərin aştirakı olmadan ba verir.
Bundan əlavə humoral immunitetdə qeyd olunur ki, bunda orqa
nizmin qorunması əsasən serum antitelləri vasitəsilə baş verir.
Hüceyrə və ya toxuma immunitetində qeyri-həssaslıq toxu
maların qoruyucu funksiyası ilə faqositar immunitetdə spesifik
senbilizasiya olunmuş faqositar hüceyrələrlə həyata keçirilir.
35
A n tigen lər və onların im m unogenliyi
Antigenlər /yunanca anti-əks, genes-törəmə/ orqanizin üçün
yad, mürəkkəb tərkibli üzvi maddə olub, orqanizmə daxil olduq
da spesifik antitellər yaradır və immunoloji reaktivliyi dəyişdirir.
Antigen dedikdə tək infeksion agent və onun həyat fəaliyyəti
məhsulu, vaksinləri yox, həm də orqanizm üçün yad olan mad
dələr /qan serumu, yumurta zülalı və s./ başa düşülməlidir.
Funksional xüsusiyyətinə görə antigenlər 2 xassəyə malik
olmalıdır. 1). Antigenlik xüsusiyyəti, yəni antitellər yaratmaq
qabiliyyəti və 2). Antitellərlə qarşılıqla əlaqəyə girməlidir ki,
buda immunitet reaksiyaları halında özünü göstərir. Belə funk
siyalara malik olan antigenlərə tam antigenlər deyilir. Bəzi anti
genlər bu funksiyların yalnız birinə malik olur. Yəni bunlar sər
bəst şəkildə spesifik antitel törətmir və bu xüsusiyyəti digər
komplekslərlə bilikdə orqanizmə yeritdikdə yaradır. M əsələn,
lipidlər sərbəst halda antitel yarada bilmir, ancaq zülalla qarışıq
halda lipid və zülala komplementar olan antitel törətmə qabi
liyyəti ilə özünü göstərir. Belə antigenlərə natamam antigenlər
və ya qaptenlər deyilir.
Antigenlik qabiliyyətli maddələr aşağıdakı xüsusiyyətlərə
malik olmalıdır:
1)
. Orqanizm üçün yad, heterogen olmalıdır. Orqanizmlər tə
kamül sırasından bir-birindən nə qədər uzaqda durursa, onların
antigenliyi bir o qədər çox nəzərə çarpır.
2)
. Makromolekulyarlığa malik olmalıdır, antigenin molekulu
nə qədər böyükdürsə, onun antigenliyi bir o qdərə yüksək olur.
3)
. Kolloid halında və həlloluma vəziyyətində olmalıdır.
Kristal və həllolunmayan maddələr antigen deyil.
Qeyd edilən bu faktorların heç biri antitel yaranması üçün
mütləq deyil, ancaq bunlar maddənin antigenlik qabiliyyətini ar
tırır. Heyvan orqanizminin-resipientin-immunoloji reaktivliyidə
36
bu prosesdə böyük rolu vardır. Ona görə də immunlogiyada anti
genlik sinonimi kimi immunogenlik termini də işlədilir. Ancaq
bu terminlər arasında nəzərə çarparaq dərəcədə fərqlər qeyd olu
nur. Belə ki, antigenlik orqanizmə vurulan vasitənin xüsusiyyəti
olduğu halda immunogenlik həm də antigen vurulan orqanizmin
immunoreaktivliyindən də asılıdır. Reaktivliyi olmayan orqa
nizmdə antigen immunogenlik qabiliyyətini göstərə bilmir.
A ntitellər
Antitellər /immunoqlobulinlər/ antigen təsirindən dəyişilmiş
spesifik serum qlobulini olub, orqanizmdə limfoid hüceyrələrin
tərəfindən əm ələ gəlir. Məlumdur ki, antitellər orqanizmin in-
feksiyaya qarşı davamlılığında əsas rol oynayır.
Məlum olmayan mikroba və ya qida antigeninə qarşı əmələ
gəlmiş antitellər normal və ya təbii antitellər adlanır. Təbii antitel
lər ilk dəfə 1894-cü ildə Vasserman və Avel difteriya ilə xəstələn
miş və immunizasiya olunmamış insan qanında aşkar etmişdir.
Kimyəvi tərkibinə görə antitellər zülal təbiətli olub qanın
qlobulin fraksiysımn dəyişilmiş formasıdır. Antitellərin əm ələ
gəlməsində qamma-qlobulinlər əsas rol oynayır. Beynəlxalq
təsnifata əsasən əkscisim xassəsinə malik olan serum zülalları,
yəni qammaqlobulinlər immunoqlobulinlər adlanır.
İmmunoqlobulinlər iki qısa və ya yüngül yan zəncirdən və
iki mərkəzi uzun və ya ağır polipeptid zəncirdən ibarətdir.
Antitellərin əsas bioloji yunksyaları antigenləri tapmaq, on
larla birləşib immun komplekslər əm ələ gətirməkdən ibarətdir.
Antigenlə əlaqəsinə görə antitellər presipitinləşdirici, aqqlyuti-
ninləşdirici, komplement təsbitedici, neytrallaşdırıcı və lizisəuğ-
radıcı olur.
Son illər beynəlxalq təsnifaa əsasən immunoqlobulinlərin 5 sin
fi məlumdur: İ q A, İ q D, İ q E, İ q M və İ q G. Antitellər termola-
37
Dostları ilə paylaş: |