Timus və ya çəngələbənzər vəzin embriogenezin birinci ayın
da əsası qoyulur və bətndaxili inkişafın sonunda kütləsinə görə
maksimuma çatır. Heyvanlar yaşa dolduqca bu involyasiyaya
uğrayır, ancaq tamamilə yox olmur. Vəzin qabıq qatı sıx şəkildə
kiçik limfosit yığımları ilə təchiz olunmuş və bu limfositlər ti-
mositlər adlanır.
Fabrisiy kisəsi quşların kloakasının çıxıntısı kimi olub quş
larda embrional inkişafın 12-13-cü günlərində formalaşır və
cücələrin həyatlarının 7-ci həəftəsindən sonra atrofıyalaşır. Bu
nun qabıq hissəsində yetkin, beyin zonasında isə - yetkin ol
mayan limfositlər aşkar edilir.
Peyyer yığıntıları nazik bağırsaq şöbəsinin selikli qişası al
tında yerləşmişdir və limfositlər fabrisiy kisəsində olduğu kimi
yerləşmişdir.
Sümük iliyi gövdə hüceyrələrinin əsas istehsal olunan yeridir.
Bu hüceyrələrin hamısı retikulyar stromanın gözcüklərində yerləşir.
Qan periferik immun sistemin toxuması olub müxtəlif təyi
natlı və müxtəlif dərəcəli yetkinliyə malik olan ayrı-ayrı limfo-
id hüceyrələrdən, həmçinin qranulositlər və monositlərdən təş
kil olunmuşdur. Embriogenez dövründə heyvanların qanı limfa
və limfoid orqanların hesabına leykositlərlə zənginləşir. İri buy
nuzlu heyvanların bətndaxili inkişafının ilk aylarında periferik
qanda limfositlər, sonra isə monositlər, eozinofıllər və neytrofil-
lər meydana çıxır. Ontogenezin əvvəlində əvvəlcə yetkin, sonra
isə yetkin olmayan limfoid hüceyrələrlə təmsil olunur. Monosit
lər embrional inkişafının ikinci ayında, eozinofıllər və neytrofıl-
lər isə 3-cü ayında periferik qana daxil olur.
Dalaq ağ özək halında xüsusi limfoid toxumaya malikdir.
Limfa damarlarının yoxluğu ilə əlaqədar olaraq ağ özək trabekul
və cibciklərin vasitəsi ilə qan damarları ilə əlaqələnir və onu
gövdə və limfoid hüceyrələri ilə təmin edir. Ağ özək limfa
düyünləri tipi kimi qurulmuşdur.
26
Quşlar kənd təsərrüfatı heyvanlarından limfo sisteminin qu
ruluş xüsusiyyətinə görə əsaslı şəkildə fərqlənir. Quşlarda limfa
düyünləri yoxdur.qaz və ördəklərdən başqa quşlarda limfoid to
xuma həzm və tənəffüs sisteminin selikli qişasının epiteli hücey
rələrinin altında yerləşmişdir. Xüsusilə bu çinədən vəzisində, fa
brisiy kisəsində və dalaqda daha yaxşı inkişaf etmişdir. Fabrisiy
kisəsi və çəncəlvari vəzi quşların mərkəzi limfoid orqanları kimi
adaptiv immunitetin ontogenetik immunitetində mühüm rol oy
nayır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,
çəngəlvari vəzi,hüceyrə immunitetinə, fabrisiy kisəsi isə atitellə-
rin sintezinə nəzarət edir. Kənd təsərrüfatı heyvanlarından fərqli
olaraq quşlarda timositlirin iki subpopulyasiyası qeyd olunur ki,
bunlarda elektroforetik hərəkətinə görə bir-birindən fərqlənir.
Quşlarda mərkəz limfoid orqan fabrisiy kisəsi hesab edilir.
Bu orqan kloakanın dorzal səthində yerləşib və onun əsası em
brional inkişafının 5-ci günü endodermadan baş verir. Bunda ilk
limfositlər 8-ci gündə meydana çıxır və kisə 12-ci gündə tama
milə formalaşır. Kisənin əksər hüceyrələrində səthi immunoq-
lobulinlər embrionun inkişafının 16-18-ci günündə aşkar edilir
və 18-20-ci gündə onların miqdarı nəzərə çarpacaq dərəcədə ar
tır. Postnatal ontogenezdə fabirsiy kisənin maksimum ölçüsü
4,5-12 həftəlikdə qeyd olunur, sonra isə involyusiyaya uğrayır.
İmmunoqlobulin M /İ q M/ ontogenez prosesində kisənin
limfositləri də həm hüceyrənin səthində, həm də sitoplazmasın-
da aşkar edilən ilk immunoqlobulin sinfidir.
Fəaliyyəti və involyusyası prosesində fabrisiy kisəsi hücey
rələri hansı ki, humoral immunitet üçün məsuliyyət daşıyır əv
vəlcə sümük iliyinə miqrasiya edir, sonradan isə dalaqda müşa
hidə edilir. Tiınusun, fabrisiy kisəsinin və dalağın histon və ri-
bosomol zülallarını biokimyəvi tərkibcə bir-birinə yaxındır,
ancaq polisomlar timus və fabrisiy kisəsi nüvəsində yarandığı
gündən müşahidə edildiyi halda, dalaqda yalnız 30-cu gündə
27
qeyd olunur. Bu kisədə immunoqlobulinlərin sintezinin tez baş
lanması və onun atrofıyası zamanı bu funksiyanın dalağa keçmə
sini göstərir. Cücələrdə kisə asılı olmayan immunoqlobulin is
tehsalı sisteminin olması güman edilir.
Quşların humoral immuniteti 2 sistemlə: həqiqi humoral və se-
kretor immun sistemlərlə təmin olunur. Sistemin funksional aktiv
liyi embrionun, cücənin və ya quşun yaşından asılı olaraq dəyişilir
və fabrisiy kisəsinin nəzarətində olur. B-hüceyrəyə populyasi-
-yasının sintez məhsulları immunoqlobulin M. G və A. həm
çinin sekretor immunoqlobulin A və qamma hesab edilir. Axı
rıncı funksional olaraq heyvanların İ G-ə ekvivalentidir. Sekre
tor immunoqlobulin A toyuqlarının önündə, ağız suyunda. To-
Şəkil 1. Quşların immun sistem orqanları
28
xum plazmasında, göz yaşında və bağırsaq epitelsinin sekretin-
də aşkar edilmişdir.
Digər növ ev quşlarında olduğu kimi toyuqlarda da ayrı-ayrı
immunoqlobulin sinifləri eyni cinsli deyil və mono və polimer
formada təmsil olunur. Qanda, orqanlarda və toxumalarda im-
munoqlobulinlər qeyri-bərabər paylanmışdır. Belə ki, qan seru-
munda immunoqlobulin G üstünlük təşkil etdiyi halda öddə im
munoqlobulin A yüksək faizdə nəzərə çarpır.
Çəngələbənzər vəzi /timus/ quşların fabrisiy kisəsi kimi
mərkəzi limfoid orqan hesab olunur və embrional inkişafın 10-
cu günü formalaşır. Postnatal ontogenezdə timus 5-aylığa qədər
dövrdə fəaliyyətdə olur, sonra isə onun involyusiyası başlayır.
Cücələrin timusu embrional və postnatal dövrün əvvəlində B-
hüceyrələrdən məhrumdur, anciq 9-həftəlikdən başlayarq timu-
sda limfositlər qeyd olunur, demək timositlərin populyasiyası
heterogen olur.
Məməlilərdə olduğu kimi cücələrdə də timus və limfositlər
sistemi hüceyrə immunitetində hüceyrə effektorlardan ibarətdir.
Poliklonal T-hüceyrə mitogenləri hansı ki, klinik və eksperi
mental immunologiyada hüceyrə immunitetinin qiymətləndiril
məsi üçün istifadə edilir, selektiv olarak yalnız quşların T-limfo-
sit subpopulyasiyasını stimullaşdırır. Hüceyrə immunitetin ək
sər reaksiyalarında sensibilizasiya olunmuş T-limfositlər həle-
dici rol oynayır. Antitellərin sintezinin tənzimində iştirak edən
quşların T-limfositləri orqanizmin immunobioloji reaksiyaların
da mərkəzi rola malikdir.
Beləliklə, m əm əlilərdə olduğu kimi quşların T-sistemi
hüceyrə immunitetinin effektoru, humoral immunitetdə xelper
və supressor olmaqla eyni vaxtda orqanizmin adaptiv-kompen-
sator sistemində iştirak etməklə bütün immunobioloji apparatı
tarazlıqda saxlayır.
T-limfositlər timusda ona sümük iliyindən daxil olan dövrdə
29
Dostları ilə paylaş: |