əksinə hüceyrə daxilində virusların biosintezi axıra qədər da
vam etmir, virus məhv olir, hüceyrənin özü isə normal şəkildə
fəaliyyətini davam etdirir. Onu da göstərmək lazımdır ki, orta
variantlar yeni virusla hüceyrənin bir-birinə uyğunlaşması - vi-
rogeniya hadisəsi də baş verir. Bundan başqa virusun təsirindən
sahib hüceyrənin transformasiyası, yəni nəhayətsiz böyüməsi və
bölünməsi prosesi də meydana çıxır ki, onkogen viruslar məhz
bu xüsusiyyətə malikdirlər.
Virusla hüeyrənin qarşılıqlı əlaqəsi zamanı əvvəlcə virusun
hüceyrə səthinə adsorbsiyası baş verir. Bu fıziki-kimyəvi pro
ses, müxtəlif elektrik yükləri ilə yüklənmiş reseptorların qarşı
lıqlı əlaqəsindən ibarət olub, infenksion prosesin ilkin m ərhələ
sini təşkil edir. Viruslar hüeyrənin üzərinə adsopsiya olunduq
dan sonra onun daxilinə keçir. Virusların əksəriyyəti viropeksis,
az hissəsi isə yapışma, bəziləri isə hər iki yolla hüceyrəyə daxil
olur. Virus hüceyrəyə daxil olduqdan sonra orada hidrolitik fer-
mentlərin təsirindən onun nuklein turşusu zülal təbəqədən ayrı
lır. Bu prosesə virusun deproteinizasiyası deyilir. Nəticədə,
deproteinizasiya olunmuş nuklein turşusu hüceyrələrin maddə
lər mübadiləsini dəyişdirir, özünə lazım olan kompanentləri sin
tez edir, beləliklə də yeni virus hissəciyinin yaranması başlanır.
Viruslar hüceyədaxili parazi olduqları üçün öz kompanentlərinin
sintezində hüceyrənin həm fermentlərindən, həm də üzvi və
qeyri-üzvi birləşmələrindən istifadə edir.
Virusların növündən asılı olaraq onun formalaşması ya
hüceyrənin sitoplazmasında, ya da nüvəsində gedir, formalaşma
başa çatdıqdan sonra onun hüceyrədən azad olunması prosesi
başlayır ki, bu da «partlayışlı» yaxud litik və tədricən, yaxud ləng
yolla baş verir. Virusun hüceyrə ilə qarşılıqlı əlaqəsi zamanı
hüceyrələrdə funksional, biokimyəvi və struktur dəyişiklikləri
müşahidə edilir.
12
Patogen m ikroorqanizm lərin quş orqanizm ində yayılm ası
yolları v ə infeksiyanın növləri.
Hər hansı bir infeksion xəstəliyin patogenezi həmin xəstəlik
törədicisinin spesifik təsiri və orqanizmin cavab reaksiyası ilə
təyin olunur ki, bu da xarici mühit şəraitindən asılıdır.
Patogen mikroorqanizmin orqanizmə daxil olduğu yer infek-
siyanın giriş yolu adlanır. Dəri, konyunktiva, həzm və tənəffüs
orqanları və sidik-cinsiyyət orqanları, embrional dövrdə isə
embrion
gişaları infeksiya törədicilərinin giriş yolları hesab olunur.
Qeyd etmək lazımdır ki, təkamül dövründə hər bir xəstəlik
törədicisi özünün çoxalması və yayılması üçün əlverişli giriş yo
luna malik olmuşdur.
Xəstəlik törədicilərinin orqanizmə daxil olma yollarına gö-
rə-alimentar, respirator və ya aerogen, yara, transmissiv, transo-
varial və kontakt inveksiya növləri mövcuddur. Əgər mikroor-
qanizmin orqanizmə daxil olma yolu müəyyən edilməyibsə, be
lə infeksiya kriptogen infeksiya adlanır.
İnfeksiya törədicisinin yem və su vasitəsi ilə həzm orqanla
rına düşməsi nəticəsində baş verən infeksiyaya alimentar infek
siya deyilir. Əgər infeksiyanın baş verməsi havanın tənəffüs
üzvlərinə düməsi ilə əlaqədardırsa, belə infeksiya aerogen, ya
xud respirator infeksiya adlanır. Xəstə heyvan və ya quşların
sağlam heyvan və quşlarla kontaktı yolu ilə baş verən infeksi-
yalara kontakt infeksiyalar deyilir.
Giriş yolundan xəstəlik törədiciləri hemotogen, limfogen və
bəziləri isə neyrogen yolla orqanizmə yayılır.
İlkin ocaqdan mikrobun onun qan dövranına düşüb orqan və
toxumasına yayılmasına Bakterimiya, müvafiq şəkildə virusun
qanla yayılmasına - virusemiya, rikketsiyaların yayılması - rik-
ketsemiya və s. adlanır.
Bir çox infeksion xəstəliklərdə qanın bakterisit xüsusiyyəti
13