hüceyrələrin hesabına yetişir. Timus tərəfindən ayrılan maddə
nin hesabına proliferasiya və təfriq olunma prosesi zamanı əv
vəlcə sələflər - timus limfositləri və bunlardan isə T-limfositlər
yaranır və qana daxil olur.
B-limfositlərdə gövdə hüceyrələrindən yaranır, ancaq sonra
dan özünün fizioloji və immunoloji aktivliyinə görə bunlar fab-
risiy kisəsinə borcludur. Onların antigenasılıolmayan prolifera-
siyası və təfriq olunması bu orqanda formalaşır, nəticədə B-
hüceyrələr müəyyən inkişafmərhələsinə çatdıqdan sonra qana
daxil olur və buradan periferik limfoid orqanları və toxumaları
məskunlaşdırır.
T və B-limfositləri kiçik limfositlər populyasiyasındadır.
Bunlar asanlıqla kapilyarların divarından keçərək qan doğuran
orqanların parenximasında birləşdirici toxumada və eritrositlər-
də hərəkət edir.
Quşların periferik limfoid sistemi T və B-limfositlərin qarı
şıq populyasiyasından idarətdir. Ontogenez prosesində T və B-
limfa sitlərin nisbəti dəyişə bilir.
Quşlarda qan və limfoid orqanlarda T və B-Iimfositlərin
miqdarı təyin olunmuşdur. Normada, qanda onların nisbəti T-
limfositlər 42-52%, B-limfositlər 27-32%, müvafiq olaraq da
laqda 30-45 və 33-38, fabrisiy kisəsində 5-12 və 38-42, timusda
isə 37-52%-dir.
Plazmatik hüceyrələr /plazmositlər/ öz strukturu və funksi
yasına görə limfositlərdən kəskin şəkildə fərqlənir. Bunların
arasında yetkinlik dərəcəsinə görə müxtəlif hüceyrələr: plazmob-
lastlar, yetkin olmayan və yetkin hüceyrələr ayırd edilir. Bünlar
yüksək dərəcədə ixtisaslaşmış selikli hüceyrələr olub əsas funk
siyası immunoqlobulinlərin /antitellərin/ sintezi və sekresiyası
dır.
Orqanizmin maye mühitlərində geniş yayılmış bəzi maddə
lər mikrobun inkişafının qarşısını almaq qabiliyyətinə malikdir.
30
Məlumdur ki, orqanizmin daimi qeyri-spesifık faktorları-lizo-
sim, komplement və normal antitellər hesab olunur. Patogen mik
robun orqanizmə daxil olmasından və ya süni immunizasiyasın-
dan sonra immun və qoruyucu antitellər yaranır. Əvvəlcə anti
tellər yaranması tədricən gedir və immunogenezin bu fazası in
duktiv faza adlanır. İnfeksion xəstəliyin nəticəsinə təsir etmə
qabiliyyətinə malik olan kifayət dərəcədə antitellərin yaranma
sı 7-10 gün tələb olunur. Bundan sonra antitellər yaranma da
vam edir, ancaq surəti azalır. İmmunogenezin bu fazası produk-
tiv faza adlanır.
Bir neçə ay keçmiş qanda antitellər müşahidə edilmir, yaxıd
olduqca aşağı titrdə aşkar edilir. Ancaq, immun yaddaş saxlanı
lır və bunların daşıyıcıları isə kiçik T və B-limfositlər hesab olu
nur. Bu dövrdə əgər xəstəliyin törədicisi təkrarən orqanizmə
daxi olursa, onda antitellər 1-2 gündən sonra və böyük miqdar
da meydana çıxır. Belə ikinci serioloji cavab anamnestik reak
siya adlanır. İmmun yaddaş və ikinci immun cavab fonomeni
vaksinasiyalarda iki peyvənd arasındakı müddəti və revaksina-
siya vaxtını müəyyən eməkdə böyük əhəmiyyətə malikdir.
V irus ə le y h in ə im m unitetin x ü su siyyətləri.
Virus etiologiyalı xəstəliklərin baş verməsi və nəticəsi bak-
terial infeksyarlarla olduğu kimi bir çox amillərdən, xüsusilə vi
rusun virulentliyindən, orqanizmin immunoreaktivliyindən və s.
asılıdır.
Virus xəstəliklərində immunitet onun yaranma mexanizmi və
qanunauyğunluğu öz mahiyyətinə görə digər qrup xəstəliklərdən
fərqlənir. Ancaq, virusəleyhi immunitetin bəzi fərqli cəhətləri
qeyd edilməlidir. Məlumdur ki, virusların reproduksiyası subhiicey-
rə və molekulyar səviyyədə gedir və onların metobolizm prosesi
bilavəsitə yoluxmuş hüceyrə metobolizmi ilə əlaqədardır.
31
Virus əleyhinə növ immunitetində qeyri-həssaslıq virusların
adsorbsiyası üçün zəruri olan reseptorların hüceyrə üzərində ol
maması ilə izah edilir. Bunun nəticəsində də virus hüceyrəyə
daxil ola bilmir.
Virus əleyhinə immunitetdə digər qrup xəstəliklərdə olduğu
kimi bir çox spesifik və qeyri-spesifık faktorlar iştirak edir. Bak-
terial immunitetdən fərqli olaraq virus əleyhinə immunitetdə iııqi-
bitorlar adlanan qeyri-spesifık faktorlar mühüm rola malikdir. Mə
lum olmuşdur ki, inqibitorlar virusların hüceyrə üzərinə adsorb-
siya prosesini blokadaya alır və hətta bəzi hallarda onu parçalayır.
İnqibitor bir çox orqan və toxumalarda, sekret və ekskretlərdə aş
kar olunur. Bunların təbiəti hələ tam şəkildə öyrənilməmişdir,
ancaq təsir mexanizminə görə antitelləin təsirini xatırladır.
Virus əleyhi immunitetdə virusların interferensiya fenomeni
də mühüm əhəmiyyətə malikdir. Qarışıq infeksiyalar zamanı vi
rusun biri digərinin hüceyrədə inkişafını blokadaya alır və quş
ları təhlükəli xəstəliklərdən qoruyur.qeyd kmək lazımdır ki, in
terferensiya hadisəsi yalnız müəyyən qrup viruslar arasında
müşahidə edilir. İnterferensiya virusların miqdar nisbətindən
asılıdır və bu prosesi diri və inaktivləşdirilmiş viruslarla törət
mək mümükdür. Virusların interferensiya zamanı hüceyrələrin
metobolizmi pozulur. İnterferensiya fenomenini öyrənən zaman
Ayzek və Lindeman 1957-ci ilə həssas hüceyrələrin qoruyucusu
olan güclü faktoru aşkar etmiş və bunu interferon adlandırmışlar.
Onu da qeyd etmək lazımdır ki, viruslar interferensiyanın əksini
- ekzaltasiya fenomenini də törədir və bununla da öz verulent-
liyini artırır.
Virus infeksyalarında digər infeksion xəstəliklərdə olduğu
kimi immunoqlobulinlərin müxtəlif sinifləri ilə əlaqəli olan an-
titelləri sintez edir. Ancaq antitellər öz təsirini virusa hüceyrə
dən kənarda göstərir.
Viruslar həmçinn faqositoz hüceyrələrin üzərinə adsorbsiya
32
olunur, onun daxilinə keçir, ancaq məhv olmur. Demək virusa
görə faqositoz az effektlidir.
Virus əleyhi immunitetdə hüceyrələrin geno və fenotipik re-
aktivliyi də mühüm əhəmiyyətə malikdir. Buradan belə bir nə
ticəyə gəlinək olar ki, virus xəstəliklərində orqanizmin qoru
yucu funksiyaları digər qrup xəstəliklərdə olduğu kimi kifayət
dərəcədə müxtəlifdir. Hər bir vuirus xəstəliyinin özünün spesi
fikliyi və xarakter qoruyucu xüsusiyyətləri vardır.
İm m unitetin növləri
Yaranma mənşəyinə görə irsi və həyatda qazanılmış immu
nitet, təsir istiqamətinə görə antibakterial, antitoksik və antivi
rus immunitet mövcuddur.
İrsi /növ, anadangəlmə, fılogenetik/ immunitet. Hər hansı bir
heyvan növünün təkamülcə bu və ya digər xəstəlik törədicisinə
qeyri-həssaslığı və bunun nəsildən nəslə verilməsi irsi immunitet
adlanır. İrsi immunitet qeyi-həssaslığın ən davamlı forması olması
na baxmayaraq o da mütləq deyil. Bəzi xarici mühit faktorlarının tə
sirindən bu immunitet pozula bilər. Məsələn, L. Paster və başqala
rı 1878-ci ildə toyuqların ayaqlarını soyuq suya salıb ümumi tempe
raturu aşağı salmaqla onlarda eksperimental qarayara yaratmışlar.
İ.İ.Meçnikov qurbağanı termostatda saxladıqdan sonra həssas ol
mayan dovşancıq törədicisinin toksinini onlara yoluxdurmaqla ek-
serimental dovşancıq əldə etmişdir. Bu göstərilən təsirlərlə gərgin-
liiy pozulan immunitetə nisbi növ immuniteti deyilir. Hey bir vasi
tə ilə pozulmayan immunitetə isə mütləq növ immuniteti deyilir.
Q azanılm ış im m unitet. Bu immunitet heyvan doğulduq
dan sonra, cücələr yumurtadan çıxdıqdan sonra həyatda fərdi
inkişaf nəticəsində qazanılır və irsən nəsildən nəslə verilmir.
Belə immunitetin gərginliyi də müxtəlif olur.qazanılmış immu
nitet təbii və süni immunitetə bölünür.təbii qazanılmış immuni
33
Dostları ilə paylaş: |