kəskin şəkildə aşağı düşdüyünə görə mikrobların çoxalması y ə
ni septisemiya baş verir.
Streptokokk və stafılokokk infeksiyalannda törədici ilkin ocaq
dan limfa yolu, ən çox isə hemotogen yolla yayılaraq m üxtəlif
orqanlarda irinli ocaqlar yaradır ki, buna piemiya deyilir. Septi
semiya və piesiyanm birlikdə getməsi septikopiyemiya adlanır.
İnfeksiya spontan /təbii/ və süni/ ekspeimental/ ola bilər. Tə
bii şəraitdə patogen amillə, həssas makroorqanizmin müəyyən
şərait daxilində qarşılıqlı əlaqəsi zamanı yaranan infeksiyaya
spontan infeksiya deyilir.
Xəstəlik törədicilərinin kulturaları və ya patoloji materialın
ekstraktının heyvanlara və quşlara müxtəlif üsullarla yeritmə
yolu ilə əldə edilən infeksiyaya süni infeksiya deyilir.
Əgər spesifik xəstəlik törədicisi heyvan və ya quş orqaniz
minə xarici mühitdən daxil olursa, belə infeksiya ekzogen infek
siya adlanır. Əgər müəyyən amillərin təsirindən makroorqaniz
min ümumi rezistentliyi aşağı düşürsə və bu zaman orqanizmdə
olan potensial patogen mikrobların fəallaşması nəticəsində in
feksiya baş verirsə, buna endogen, yaxud autoinfeksiya deyilir.
Yalnız bir mikrob növünün təsirindən baş verən infeksiyaya
sadə və ya monoinfeksiya, bir neçə növ mikrobun assosiasiyala
rının orqanizmə daxil olması ilə yranan infeksiyaya assasiativ
infeksiya deyilir. Eyni vaxtda bir heyvan və ya quş növündə iki
müxtəlif xəstəliyin baş verməsinə qarışıq infeksiya deyilir.
İlkin infeksiya fonunda orqanizmin zəifləməsi ilə əlaqədar
olaraq ikinci növ mikrobun təsirindən baş verən infeksiyaya se-
kundar infeksiya deyilir.
Qarışıq, sekundar və assosiativ ifeksiyalar problemi iri quş
çuluq fabrikləri və təsərrüfatlarında, xüsusilə aktuallığı ilə səciy
yələnir. Belə şəraitdə quş orqanizminin mikrob peyzajı mürək
kəb olur.
İnfeksion xəstəliyin ləğvi və orqanizmin həmin xəstəliyin
14
törədicisindən azad olduqdan sonra yenidən həmin mikrobla yo
luxması baş verirsə - bu reinfeksiya adlanır. Əgər mikrob orqa
nizmdən azad olmadan həmin mikrob növü ilə yenidən yoluxur
sa, buna superinfeksiya deyilir. Kliniki sağalmadan sonra infek
sion xəstəliyin yenidən təkrarlanması və kliniki əlamətlərin
meydana çıxmasına residiv deyilir.
İnfek siyanın baş verm əsi və inkişafında m akroorqanizm in
v ə xarici m ühit am illərinin rolu.
İnfeksiyanın inkişafı və nəticəsi yalnız orqanizmə daxil ol
muş patogen mikrobun virulentlik dərəcəsi və miqdarından yox,
həmçinin heyvan orqanizminin ümumi davamlılığı və xarici
mühit şəraitindən də asılıdır. Xüsusilə heyvan və quşların növ,
cins, yaş və fizioloji xüsusiyyətləri bu cəhətdən böyük əhə
miyyətə malikdir. Bütün bunlar orqanizmin təbii rezistentliyini
xarakterizə edir. Təbii rezistenlik isə orqanizmin immunobiolo-
ji reaktivliyi ilə sıx əlaqədardır.
Təkamül dövründə hər hansı heyvan növü kifayət qədər
qeyri-spesifik qoruyucu xüsusiyyətlər əldə etmişdir. Buna dəri
və selikli qişaların baryer funksiyası, iltihab reaksiyası, faqositoz
prosesi, himoral amillər, xüsusilə iisosizm, normal bakteriolizin-
lər, konplement və properdin sistemi mühüm əhəmiyyət kəsb
edir.
Hər hansı bir infeksiya zamanı ümumi xarakterli qoruyucu
reaksiyalar tədricən spesifik istiqamətlilik xüsusiyyəti qazanır.
Nəticədə faqositlərin aktivliyi yüksəlir, müxtəlif toxumları təş
kil edən hüceyrələrin reaktivliyi dəyişilir. Mikrob antigenlərinin
təsirindən spesifik antitellərin sintezi baş verir.
Təbii davamlılıq bir çox cəhətdən xarici mühit şəraitindən
asılıdır. Orqanizmin ümumi davalılığının
aşağı düşməsində
stressorların rolu böyükdür.
15
Stressorlar aşağıdakı qruplara bölünür:
1.
Fiziki stressorlar. Buna yüksək və aşağı temperatur, aşağı
temperatur şəraitində yüksək nisbi nəmlik, güclü səslər, ionlaş-
dırıcı radiasiya və s. aiddir.
2.
Kimyəvi stressorlar. Bu qrupa quş binalarında ammonya-
kın, hidrogen sulfıdin, karbon qazının, yüksək konsentrasiyası-
nın və inseksid maddələri aid etmək olar.
3.
Yem stressorları. Bura heyvanların həddən artıq az və ya
çox yemləndirilməsi, rasionda birdən-birə kəskin dəyişiklik və
s. aiddir.
4.
Travmatik stressorlar. Buna m üxtəlif m ənşəli travmaları
aid etmək olar.
5.
Bioloji stressorlar. Bunlara misal olaraq infekson və inva-
zion xəstəlikləri, vaksinasiyaları və s. göstərmək olar.
6.
Texnoloji stressorlar. Bu qrupa quşların tez-tez yerinin
dəyişdirilməsi, qruplaşdırılması, onların sıx halda yerləşdirilmə
si və s. misal göstərmək olar.
7.
Nəqliyyat stressorları. Heyvan və quşların m üxtəlif nəq
liyyat vasitələri ilə daşınması buna aiddir.
Müxtəlif alimlərin tədqiqatları əsasında məlum olmuşdur ki,
stressorların orqanizmə təsiri nəticəsində adrenokortikotrop hor
monların istehsalı sürətlənir. Kortikoitlər orqanizmə iltihab po
tensialını aşağı salır, patogen mikrobun orqanizmə giriş yolunda
qranulyasiyanın yaranmasını ləngidir. Quşların az yemləndiril
məsi yəni ümumi aclıq zaman immunitet zəifləyir, xroniki infek-
siyalar kəskinləşir, orqanizmdə zülal mübadiləsi pozulur, immu-
noqlobulinlərin sintezi azalır, faqositləin aktivliyi aşağı düşür.
Zülal birləşmələrinin rasionda çoxluğu da nəticədə orqanizmdə
asidoza, qanın bakterisit xassəsinin aşağı düşməsinə səbəb olur.
Kalsium və maqnezium kationları orqanizmdə properdin sis
temini tənzimləyir. Natrium kationları və xlor anionları isə
həzm şöbəsi sekretiərini baktiriosidliyini gücləndirir.
Hipoavitomiozlar zamanı, xüsusilə A vitaminin çatışmamaz-
lığında maddələr mübadiləsində kəskin pozuntular baş verir, də
ri və selikli qişaların baryer funksiyası zəifləyir.
Quşların fizioloji təlabatına uyğun olmayan xarici mühit
temperaturu təbii rezistenliyi aşağı salır. Belə ki, soyuqlama za
manı faqosit hüceyrələrini aktivliyi aşağı düşür, leykopeniya in
kişaf edir. Xüsusilə yuxarı tənəffüs yollarının baryer funksiyası
zəifləyir, nəticədə potensial patogen mikroblarının aktivləşməsi
baş verir. Orqanimə yüksək temperaturu təsiri zamanı potensial
potogen bağırsaq mikroflorası aktivləşir və bağırsaqların keçi-
ricilik qabiliyyəti güclənir. Yüksək temperatur şəraitində istilik
mübadiləsi çətinləşir, istilik verilməsi ağ ciyərin hiperventilya-
siyası hesabına həyata keçir. Buda tənəffüs üzvlərinin funksio
nal gərginliyinə səbəb olur ki, nəticədə kütləvi respirator xəstə
liklər baş verir.
İonlaşdırıcı radiasiyanın təsirindən humoral faktorların ak
tivliyi pozulur, dəri, selikli qişalar, retikuloendotelial sistem ele
mentlərinin baryer funksiyası və antitel istehsalı aşağı düşür.
Bütün bunlar isə autoinfeksiyaların inkişafına və ekzogen infek-
siyaların isə baş verməsinə səbəb olur.
Daxili faktorlar, xüsusilə sinir sisteminin endokrin və retiku-
loendoterial sistemin vəziyyəti də nəzərə alınmalıdır. Qədim
dövrlərdə məlumdur ki, bəzi quş cinsləri müəyyən infeksion xəs
təliklərə davamlıdır. Və seleksiya yolu ilə davamlı quş cinsləri
yaratmaq olar. Körpələrdə yaşlılara nisbətən orqanizmin müda
fiə sistemləri zəif olduğu üçün onlarda bir sıra spesifik xəstəlik
lər qeyd olunur.
Demək, təbii rezistendlik genetik möhkəmlənmiş xüsusiyyət
olub, ancaq onun dərəcəsi quşların növ, yaş, cins və fərdi xüsu
siyyətlərindən, həmçinin xarici mühit şəraitindən asılıdır
3 i3
17
Azerbaycan RMpubllkaıı
Prezidentinin
t»l»r İdarəsinin
K İ T A B X A N A S I
Dostları ilə paylaş: |