İLLİK HESABAT 2009
49
normativ-hüquqi şərtlərin mümkün olan
dəyişmələrinin təsiri nəzərə alınır. Bunun
əsasında Bankın funksional bölmələrinin
vəziyyətin perspektiv qiymətləndirməsini
və proqnozlaşdırılmasını həyata keçirdiyi
ilkin verilənlər bazasının tamlığına, tərkibinə
və müasirliyinə nəzarət edilir. Bankın
rəhbərliyinin, analitik xidmətlərin və struktur
bölmələrinin gəldiyi nəticələr və irəli
sürdüyü təkliflər barədə, bazarın müvafiq
seqmentində, bütövlükdə iqtisadiyyatda,
bank fəaliyyətinin normativ-hüquqi sahəsində
vəziyyətin inkişafı proqnozları haqqında,
operativ və sistematik məlumatlandırılması
həyata keçirilir. Bank tərəfindən təklif olunan
məhsulların bazarda rəqabət qabiliyyətinə,
keyfiyyətinə və dəyərinə nəzarət, onların
digər kredit təşkilatlarının analoji xidmətləri
ilə müqayisəsi yerinə yetirilir.
Bankda aşağıdakı funksiyaları həyata keçirən
proseduralar və mexanizmlər mövcuddur:
•
Bank sövdələrinin və digər sövdələrin
yerinə yetirilməsinin müəyyən edilmiş
qaydalarının əməkdaşlara vaxtında
çatdırılmasının təmin edilməsini;
•
Əməkdaşın, əməliyyatların onun üçün
müəyyən edilmiş həcmi və tərkibi
hüdudlarından çıxmasının qarşısının
alınmasını;
•
İşçi tərəfindən həyata keçirilən
əməliyyatların şərtlərinin Bankın ümumi
resursların cəlb edilməsi və yerləşdirilməsi
siyasətinə müvafiqliyinin təmin edilməsini;
•
Bankın müştərilərinin iddia və şikayətlərinin
operativ qaydada nəzərdən keçirilməsinin
təmin edilməsini.
Əməliyyat riski, Bankın daxili proseslərinin
həyata keçirilməsi zamanı əməkdaşlar
tərəfindən yol verilən, informasiya sistemləri
və texnologiyalarının fəaliyyətinin, habelə
xarici hadisələrin təsirinin nəticəsi kimi
meydana çıxan çatışmazlıqların və səhvlərin
nəticəsində Bankın itkilərinin meydana
gəlməsi riski kimi nəzərdən keçirilir. Düzgün
olmayan qərarların qəbul edilməsi riski,
əməliyyatların əksəriyyətinin qərarların qəbul
edilməsinin kollegial sistemindən keçməsi
hesabına, minimuma endirilir. Sənədlərin
qeyri-düzgün rəsmiləşdirilməsi riski tipik
unifikasiya olunmuş müqavilə və sənəd
formalarının işlənib hazırlanması və qəbul
edilməsi, onların daim təzələnməsi və Bankın
rəhbərliyi tərəfindən imzalanmağa hazır olan
sənədlərin çoxsəviyyəli razılaşdırılmasının
və onlara dərkənar qoyulmasının
hesabına minimuma endirilir. İnformasiya
texnologiyaları riski, informasiyanın mühafizə
olunması və təkrarlanması sisteminin işə
salınması, ixtisaslaşdırılmış müəssisələrdən
– informasiya texnologiyaları bazarının
liderlərindən alınmış və onların müşayiət
etdiyi proqram-texniki komplekslərin istifadə
edilməsi hesabına, azaldılır.
Bankın hüquq departamenti istər
təsdiq edilmiş, istərsə də planlaşdırılan
qanunvericilik dəyişikliklərinin müntəzəm
monitorinqini yerinə yetirir ki, bu da inkişaf
strategiyasını, bank məhsullarını, Bankın
əməliyyat fəaliyyətini və proqram təminatını
vaxtında qanunvericiliklə tam müvafiqliyə
gətirməyə imkan veriri.
Qeyd etmək lazımdır ki, Daxili audit
xidməti tərəfindən keçirilən audit risklərin
çoxsəviyyəli idarə olunmasının keyfiyyətinə
daxili nəzarətin mühüm alətidir.
52
WWW.UNIBANK.AZ
HR-MENECMENT
«Unibank»ın kadr siyasəti bu prinsip üzərində
qurulub və əməkdaşların mükəmməl sürətdə
seçilməsi və öyrədilməsinə yönəldilib.
2009-cu ildə HR Bölməsinin əsas vəzifəsi
Bank əməkdaşlarının peşəkar səviyyəsinin
qaldırılması, heyətin komanda ruhunun
yüksəldilməsi, personal arasında korporativ
mədəniyyətin təbliğatı idi.
Bundan başqa HR-menecment tərəfindən
ötən ildə bir sıra layihələr həyata
keçirilmişdir. Belə ki, ilin əvvəlində açılmış
Mingəçevir filialının işçi heyəti bankın
daxili qaydalarına uyğun olaraq tam
hazırlanmışdır. İlin sonunda Gəncə şəhərində
açılması planlaşdırılan əlavə şöbənin işçi
heyətinin komplektləşdirilməsi məqsədi ilə
seçim müsabiqələri keçirilmiş və seçilmiş
stajçilar nəzəri və praktiki cəhətdən işə tam
hazırlanmışlar.
İRB-nin əməkdaşları Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq
İdarəsi tərəfindən təşkil edilən əmək
yarmarkalarında da yaxından iştirak etmişlər.
2009 cu il ərzində Unibank Azərbaycan
Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq
etmişdir. Universitetin nəzdində yaranan
Karyera planlaması mərkəzi ilə birlikdə
yüksək balla Universitetə qəbul olunmuş və
Maliyyə, Mühasibatlıq,
Kredit, BİM fakultələrində əla qiymətlərlə
oxuyan 4 cü kurs tələbələri arasında
müsabiqə keçirmiş və müsbət nəticələr
əldə edən tələbələr Unibankda müxtəlif
istiqamətlər üzrə iş təcrübəsi keçdikdən
sonra işlə təmin edilmişlər. Hər il olduğu
kimi bu il də Unibank «MƏZUN - 2009»
yarmarkasında iştirak etmişdir.
Banka potensiallı, intellektual səviyyəli
kadrları cəlb etmək məqsədilə işə qəbul
prosesi üçün namizədlərin intellektual
səviyyələrini müəyyən edən yeni testlər
hazırlanmış və bu testlərdən 2009-cu ildə işə
qəbul zamanı istifadə edilmişdir.
Mövcud işçi heyəti arasında komanda
ruhunun yüksəldilməsi məqsədilə il
ərzində bir neçə korporativ tədbirlər
və «Teambuilding»lər təşkil edilmişdir.
2010-cu ildə açılacaq yeni filiallar üçün
kadrlar seçilmiş və onların bankın mövcud
filiallarında təcrübə keçməsinə şərait
yaradılmışdır.
UNİTRAİNİNG
«Unibank» öz müştərilərinə hörmətlə
yanaşır və onları qiyməyləndirir, buna
görə də xidmətlərin keyfiyyətinin və
hər bir əməkdaşın peşəkar səviyyəsinin
yüksəldilməsi üçün bütün imkanlardan
istifadə edir. Komandamızın hər bir üzvü
Bankın siması olduğundan, biz bütün
xidmət şəbəkəsinin, 2009-cu ilin sonu
üçün 550 nəfərdən artıq olan personalının
təlimləndirilməsinə və inkişafına xüsusi
diqqət veririk.
2009-cu ildə «Unibank»-ın Korporativ təlim
mərkəzi – «Unitraining» 100-dən artıq
müxtəlif treninq və seminarlar keçirmişdir.
Personalın təlimləndirilməsinin illik planı
çərçivəsində əməkdaşların bu və ya digər
qrupu üçün mütləq qaydada keçirilən hər
bir treninq, dəqiq məqsədli auditoriyanın
təlimlənməsinə yönəlmişdir. İxtisaslaşmış
təlim bank işinin, menecmentin səciyyəsini
əhatə edir, əməkdaşların praktiki
vərdişlərinin inkişaf etdirilməsini nəzərdə
tutur. «Unitraining»-də həm də personalın
adaptasiya proqramı adlandırılan proqram
həyata keçirilmişdir. Adaptiv təlim proqramı
əməkdaşlarda «Unibank»ın strukturu,