İLLİK HESABAT 2009
35
sahəsi ilə sıx əməkdaşlığına şəhadət edir.
Korporativ müştərilərin kreditləşdirilməsinin
inkişaf etdirilməsi Müştərilərin Bankla cari
əməliyyatlarının həcminin artması üçün əlavə
motivasiya amilidir. Öz növbəsində, passiv
əməliyyatların artımı həmçinin məhsulların
və hesablaşma-kassa xidmətlərinin daha
çox diversifikasiya edilməsi sayəsində
mümkündür.
2009-cu ildə «Unibank»ın korporativ blokunun
yerinə yetirməli olduğu vəzifələr, orta
biznes müəssisələrinin maliyyələşdirilməsi
proqramının Bankın bütün regional
şəbəkəsinə yayılmasını nəzərdə tuturdu.
Nəticədə, Bankın artıq mövcud olan regional
filiallarında korporativ biznesin fəal inkişaf
etdirilməsi və artmasının nəticəsi kimi,
regional müştərilərin artması meyli dəqiq
müəyyən edildi. Bankın bir sıra filialları artıq
etibarlı tərəf-müqabil adını təsdiq etmişdir və
müəssisələrə xidmət göstərilməsi, onların
maliyyələşdirilməsi sahəsində regional
bazarlarda aparıcı mövqe tuturlar.
Qeyd etmək lazımdır ki, kiçik və makrobiznes
seqmenti üçün kredit proqramının planlı
surətdə inkişafını həyata keçirərək,
qərarların qəbul edilməsi vaxtının ixtisar
edilməsi məqsədilə, Bank daxili kredit
proqramının optimallaşdırılmasını yerinə
yetirmiş, «Mikro» seqmentinin müştəriləri
üçün məhsulları təklmilləşdirmiş, yenilərini
tətbiq etmiş, habelə yerləşmə məntəqələrinin
sayını artırmışdır.
“Bizim hər bir mütəxəssisimizin korporativ bizneslə
qarşılıqlı əlaqələrdə rəhbər tutduğu başlıca prinsip
– təkcə müştəriyə bank məhsulunun satılması
deyil, onunla strateji partnyorluq münasibətlərinin
qurulmasıdır. Məhz bu cür münasibətlər bizim
həlledici rəqabət üstünlüyümüzdür”.
Vaqif Qəribli
Korporativ bank xidmətləri üzrə direktor
36
WWW.UNIBANK.AZ
İLİN SAZİŞİ
Maliyyə böhranının təsirinə cavab olaraq,
«Unibank» 2009-cu ildə beynəlxalq maliyyə
təsisatları ilə fəal əməkdaşlığı davam etdirdi
və Azərbaycanda ən iri maliyyə paketi alan
ilk özəl bankı oldu. İyulun 8-də imzalanan
və «İlin sazişi» kimi tanınan bu sövdələşmə
qlobal maliyyə böhranı şəraitində beynəlxalq
sərmayəçilərin «Unibank»a göstərdiyi yüksək
etimadını növbəti dəfə təsdiqlədi.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)
və diqər nüfuzlu maliyyə qurumlarından
cəlb olunan paket maliyyələşdirilməsi
83 milyon ABŞ dolları təşkil edib. Belə
ki, AYİB tərəfindən ayrılan vəsait $37
milyon, «Deutsche Investitions-und
Entwicklungsgesellschaft mbH» (DEG)
Alman sərmayə qrupundan - $15,6 milyon,
FMO Hollandiya Maliyyə Şirkətindən -
$15 milyon, Avstriya İnkişaf Bankından
(OeEB) isə - $10 milyona bərabər olub.
«Unibank»ın yerli səhmdarlarının bu iri paket
maliyyələşdirilməsindəki payı 5,4 milyon
ABŞ dollarına çatıb. Maliyyə paketinə
Bankın səhmdar kapitalına $7 milyon
məbləğində sərmayə, $25 milyona bərabər
olan konvertasiya olunan istiqrazlar və $51
milyonuq kredit daxildir.
Alınan vəsait Bankın kapital bazasının
gücləndirilməsi üçün istifadə edildi və
ən əsası Azərbaycan iqtisadiyyatının
real sektoru üçün olduqca zəruri olan
maliyyələşdirilməni davam etdirməyə
geniş imkanlar yaratdı. Eyni zamanda,
Bankın əsas tərəfdaşları və səhmdarları
tərəfindən yaradılan bu maliyyələşmə bazası,
uzunmüddətli kredit alətlərinin inkişafını
təmin etdi.
2009-cu ilin yekünlarına görə «Unibank»ı
həmçinin xarici borclarını vaxtında qaytarmış
ilk özəl bank adlandırmaq olar. Hesabat
ilinin ilk 4 ayı ərzində Bank AYİB, «Raiffeisen
Zentralbank Osterreich AG», «Deutsche
Bank», «Citibank», Qara Dəniz Ticarət və
İnkişaf Bankı və digər beynəlxalq maliyyə
təsisatları qarşısında məcmu həcmi $160
milyona çatan öhdəliklərini tam yerinə
yetirmişdir.
İLLİK HESABAT 2009
37
“Bu sövdələşmə Azərbaycan özəl bank
sektorunun inkişafı tarixində ən iri paket
maliyyələşdirilməsidir. Bununla bərabər, “İlin sazişi”
beynəlxalq investorların “Unibank”a və ölkənin
bank sektoruna yüksək etimadını nümayiş etdirdi.
Dünya kapital bazarlarında hökm sürən qeyri-
sabitliyə baxmayaraq, bizim mühüm beynəlxalq
tərəf-müqabillərimiz, bundan əvvəlki layihələri
müvəffəqiyyətlə həyata keçirməyimiz, habelə öz
öhdəliklərimizi vaxtında yerinə yetirməyimiz üçün,
Banka iqtisadiyyatımızın qeyri-neft sektoru üçün
əlavə vəsait cəlb etməyə imkan verdi. Əslində, bu
sazışın imzalanması ilə biz Azərbaycanda bankların
dünya bazarındakı sarsıntılara tab gətirmək üçün
kifayət qədər güclü olduğunu sübut etdik.”
Eldar Qəribov
Müşahidə Şurasının sədri
38
WWW.UNIBANK.AZ
KORPORATİV SOSİAL MƏSULİYYƏT
«Unibank» ASC korporativ sosial məsuliyyət
proqramlarına xüsusi diqqət yetirir. Biz
təkcə ölkənin ən iri maliyyə institutlarından
biri yox, həm də Bankın korporativ
məsuliyyətinin onların vətəndaş mövqeyinə
əsaslandığı 500-dən yuxarı yüksək ixtisaslı
mütəxəssislərdən ibarət olan komandayıq.
«Unibank»ın cəmiyyət qarşısında məsuliyyəti
dəyərlərin sadəcə deklarasiya olunmasında
deyil, biznesin aparılmasının baza
prinsiplərinə ciddi riayət olunmasındadır.
BİZNESİN APARILMASININ ŞƏFFAFLIĞI
Tərəf-müqabillərlə, müştərilərlə,
əməkdaşlarla və hökumət nümayəndələri
ilə qarşılıqlı fəaliyyətdə açıqlıq və
şəffaflıq – «Unibank» ASC üçün ən mühüm
prioritetdir. Öz fəaliyyətimiz haqqında
bizim açıqladığımız məlumatlar riskləri
ədalətlə qiymətləndirməyə və uzunmüddətli
əməkdaşlıq haqqında qərarlar qəbul etməyə
imkan yaradır. Bank milli qanunvericiliyin
tələblərinə ciddi riayət edir, vergiləri
vaxtında və tam həcmdə ödəyir.
DAYANIQLI İNKİŞAFI ÜZRƏ LAYİHƏLƏRİN
DƏSTƏKLƏNMƏSİ
Öz komandasının hər bir üzvünün
vətəndaş mövqeyinə və onların cəmiyyətin
dayanıqlı inkişafında iştirak etmək
tələbatına əsaslanaraq, «Unibank» ictimai
sahənin, konkret olaraq, Azərbaycan
futbolunun dəstəklənməsi sahəsində
çoxillik ənənələrə malikdir. Bankın ictimai
məsuliyyətinin yeni səviyyəsi futbol üzrə
milli çempionatda sponsorluq oldu. 2009-cu
ildə Azərbaycan Peşəkar Futbol Liqası ilə
üçillik sponsorluq sazişi bağlayaraq, Bank
ölkədə klub futbolunun inkişaf etdirilməsi
və populyarlaşdırılmasının qayğısına qalır.
Bankın maliyyə vəsaitləri idmançıların,
məşqçilərin və digər mütəxəssislərin
dəstəklənməsinə, idman məktəblərinə,
regional təşkilatlara yardımın göstərilməsinə,
qabaqcıl mütəxəssislərin işə cəlb edilməsinə
yönəlmişdir. Bizim sponsorluq dəstəyimiz
qabiliyyətli oyunçulara böyük qələbələrin
əldə edilməsində yardım edəcək və
beynəlxalq arenada ölkənin idman nefuzunun
möhkəmlənməsinə əhəmiyyətli pay
verəcəkdir. «Unibank» premyer liqasının
oyunçularının nümayiş etdirdikləri qələbə
meyli, sürət və texniki mükəmməllik futbolu
və Bankın fəlsəfəsini birləşdirən başlıca
cəhətlərdir.
MƏSULİYYƏTLİ İŞƏGÖTÜRƏN STATUSU
«Unibank» ASC özünün bütün əməkdaşları
üçün məsuliyyətli işəgötürəndir, onlar
üçün layiqli əmək şəraiti yaradır, onları
zəruri sosial xidmətlər paketi və rəqabət
qabiliyyətli mükafatlandırma ilə təmin edir.
Bankda personalın təlimləndirilməsi və inkişaf
etdirilməsi proqramları işlənib hazırlanıb və
onlar daim təzələnir.
ƏHALİNİN QORUNMAMIŞ TƏBƏQƏLƏRİNİN
DƏSTƏKLƏNMƏSİ
Bank, bütün yaşlardan olan əlillərə, qocalara,
valideyn himayəsindən məhrum olan
uşaqlara, habelə ağır xəstəliklərə düçar
olmuş uşaqlara yardım göstərərək, istər
Bakıda, istərsə də regional səviyyədə
xeyriyyə proqramlarını inkişaf etdirir. Biz,
dəstək verilməsi barədə bütün xahişləri
diqqətlə nəzərdən keçiririk və əməkdaşların
xeyriyyə fəaliyyətinə qoşulmasına xüsusi
əhəmiyyət veririk. Xeyriyyə fondları ilə
və digər qeyri-hökumət təşkilatları ilə
əməkdaşlıq edərkən, «Unibank» onların
nüfuzuna və rəsmi statusuna, bu təşkilatların
maliyyə hesabatlarının olub-olmamasına,
habelə onların istənilən an sərf olunan
vəsaitlər üzrə ətraflı hesabat təqdim etməyə
hazırlığına diqqət yetirir.
Dostları ilə paylaş: |