İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   15   16   17   18   19   20   21   22   23

 
 
106 
106 
lazımdır.  Biz  zatən  bu  qüdrətə  malikik  və  artıq  bu 
gün müsəlmanların sayı bir milyardı ötmüşdür. 
Bir  milyarddan  artıq  insan  dünyada  vahid  bir 
qüdrət  təşkil  edə  bilmirmi?!  əgər  müsəlmanlar 
mütəşəkkil  olub  islami  dəyər  və  mənəviyyatı  öz 
qarşılarına məqsəd qoyaraq belə bir cəmiyyət təşkil 
etsələr  bütün  dünya  onlardan  qorxar.  Mümkün 
deyildir  ki,  Amerika  və  digər  fövqəl-qüdrətlər  bu 
kimi vahid cəmiyyətdən qorxub çəkinməsinlər. 
Biz  əmr  be  məruf  və  nəhy  əz  münkər  haqqında 
olduqca səhlənkarlıq etmişik. əmr be məruf və nəhy 
əz münkərlə əlaqədar nəşr etdiyimiz kitabların sayı 
başqa  kitablarla  müqayisədə  çox  azdır.  Biz  bəzən 
əhəmiyyətsiz 
məsələləri 
yüksək 
dərəcədə 
qiymətləndirir  və  daha  əhəmiyyətli  məsələlərə 
laqeyid yanaşırıq. 
Demək olar ki, on dördüncü əsrin beş-altıncı yüz 
illiyi, biz müsəlmanların ən parlaq dövrü olmuşdur. 
Biz  bu  dövrdə  islamdan  ilham  almış  yüksək  bir 
təməddünə  (sivilizasiyaya)  malikik.  Bu  isə  öz 
növbəsində dünyanın  ən mühüm  sivilizasiyalardan 
biridir.  Görəsən  biz  bu  mövzu  ilə  əlaqədar 
üzərimizdə  olan  vəzifəni  duymuşuqmu?  öz  keçmiş 
təməddünümüzü təbliğ etməyə nə qədər çalışmışıq. 
Ümumiyyətlə bizim gənclərimiz elə təsəvvür edirlər 


 
 
107 
107 
ki,  müsəlmanlar  islamın  ilk  dövründən  bu  günə 
kimi onun bütün göstərişlərinə əməl etmişlər, ancaq 
əldə edilən son nəticə elə budur ki, var... 
Biz hətta öz kitablarımızdan da xəbərdar deyilik. 
əgər  bizə  -  müsəlmanlar  riyaziyyat  elmələri 
sahəsində  nə  kimi  nailiyyətlər  əldə  etmişlər  -  deyə 
sual versələr, yəqin ki, “bilmirəm” deyərik. 
Bu  gün  bizim  bir  çox  riyaziyyatçı  alimlərimiz 
sübut  etmişlər  ki,  Avropanın  fəxr  etdiyi  bir  çox 
müasir  nailiyyətlər  islam  xalqlarının  təşəbbüsü  ilə 
ixtira edilmişdir. 
Habelə,  incəsənət,  memarlıq,  elm,  fəlsəfə,  fizika 
və kimya sahəsində də belədir. 
Biz  öz  keçmişimizdən  mütləq  xəbərsiz  qalan  bir 
millətik,  keçmişdə  və  hal-hazırda  nə  olduğumuzu 
bilmirik. 
İmam  Rza  (ə)-ın  muzeyinin  bir  hissəsi  Qurana 
həsr  edilmişdir.  Orada  11-ci  əsrdən  bəri  mövcud 
olan  müxtəlif  gözəl  əlyazma  Quranlar  vardır.  Bu 
Quranların  bəzisi  incəsənət  baxımından  yüksək 
əhəmiyyətə  malikdir.  O  muzeyin  məsulunun 
dediyinə  görə,  11-il  bundan  əvvəl  Quranların 
birinin 
qiyməti 
beş 
milyon 
məbləğində 
müəyyənləşmişdir. 


 
 
108 
108 
Görəsən  bu  incəsənəti  kim  yaratmışdır?  Bu 
rəssam 
və 
sənətkarların 
arasında 
bir 
çox 
azərbaycanlı,  iranlı,  türk,  monqol,  ərəb,  hindistanlı 
və  başqa  milliyətlərə  mənsub  olanları  görmək  olar. 
Hər  halda  onlar  islam  ruhu  daşıyan  müsəlman 
imişlər. 
Son  iki-üç  il  ərzində  əldə  edilmiş  Quranların  bir 
çoxu  savab  üçün  istifadəsiz  qalmasın  deyə  xalqın 
istifadəsinə verilmiş, o yazıqlar da Quranın dəyərini 
başa  düşmədiklərindən  onları  laqeyid  şəxslərə 
tapşırmışlar. Həmin laqeyid şəxslər də, bu Quranlar 
köhnəldikdən sonra şəhərin kənarında basdırmışlar. 
Xoşbəxtlikdən  bir  nəfəri  dəfn  etmək  üçün  qəbir 
qazdıqda 
oradan 
sandıqlarda 
yerləşmiş 
bu 
Quranların min yüz cildini tapmışlar. Bu Quranların 
arasında  incəsənət baxımından  çox yüksək qiymətə 
malik  olan  Quranlar  da  varmış...  Biz  nə  qədər  öz 
mədəni irs və sivilizasiyamızdan xəbərsiz imişik... 
Buna  görədir  ki,  deyirik  bizim  bu  sahədəki 
qüsurlarımız  olduqca  çoxdur.  Allaha  and  olsun, 
əgər  qan  ağlasaq  yenə  də  azdır.  Nə  üçün  əmr  be 
məruf  və  nəhy  əz  münkər  sahəsində  bu  qədər 
nöqsanlar  etmişik?!  əmr  be  məruf  və  nəhy  əz 
münkər  nə  deməkdir?  Yəni  həmdərdlik,  bağlılıq, 
həmkarlıq, həmrəylik, mərifət, tanışlıq, qüdrət və s... 


 
 
109 
109 
Bizim  dinimiz  öz  ibadətgahlarında  oturub  ibadətlə 
məşğul  olan  zahidlər  dini  yox,  əksinə  ictimai  bir 
dindir.  Onlar  bir  ömür  ibadətgahlarda  ibadətlə 
məşğul  olduqdan  sonra  artıq  vahid  bir  cəmiyyət 
təşkil  etmələrinin  lazım  olduğunu  başa  düşmüşlər. 
Onlar bir-birlərinin qayğısına qalırlar, amma ictimai 
yaşayış,  həmkarlıq,  vəhdət  və  bağlılıq  dininə  malik 
olan  biz  müsəlmanlar  onlardan  daha  artıq  təfriqə, 
tənhalıq və iztiraba doğru yönəlmişik. 
əmr be məruf və nəhy əz münkərə əmr edən şəxs 
bizim  agah  və  uzaqgörən  bir  millət  olmağımızı 
istəyir.  Biz  nəinki  uzaqgörən  deyilik,  üstəlik  öz 
vəziyyət  və  mövqeyimizi  də  dərk  etmirik.  İmam 
Sadiq (ə) 1300 il bundan əvvəl buyurmuşdur: 
“Zamanının  vəziyyətini  dərk  edən  şəxs  öz 
işində yanılmaz.” 
Bu  o  deməkdir  ki,  öz  zaman,  mövqe  və 
vəziyyətlərindən  xəbərsiz  olanların  işi  həmişə 
tərsinədir,  yəni  düşməni  əzib  rüsvay  etmək  yerinə 
özlərini təhqir edib əcnəbilərə güldürürlər. Bizim də 
əməl  dəftərlərimiz  belədir.  özümüzə  qiymət  verib 
abırlı  və  etibarlı  bir  millət  olmağımız  üçün  nə 
etməliyik? 
Qurani-kərim 
bu 
sualın 
cavabında 
belə 
buyurmuşdur: 


 
 
110 
110 
“Siz  yaxşı  işlərə  əmr  edib,  pis  işlərdən 
çəkindirsəniz, ümmətlərin ən yaxşısı olarsınız.” 
əgər bütün dünya xalqlarının sizin hüquqlarınıza 
hörmət 
qoymasını 
istəyirsinizsə, 
pisliklərdən 
çəkindirib  yaxşılığa  əmr  edin,  həmdərdliklə  islami 
qardaşlığı 
qoruyub, 
zəiflik, 
məlumatsızlıq, 
qanacaqsızlıq və nadanlıqdan çəkinin. 
Bu  pozğunluq  və  əxlaqsızlıq  nə  üçündür?  Ona 
görədir ki, səni sarsıdıb gücsüz saxlasınlar... 
Biz  Hüseyn  ibni  əli  (ə)-ın  hərəkatından 
faydalanmalıyıq. əli ibni əbi Talib və Hüseyn ibni əli 
əleyhissəlamın  maraqlandığı  məsələlərə  daha  artıq 
əhəmiyyət 
verməliyik. 
Nə 
üçün 
biz 
onlar 
maraqlandıqları  məsələlərlə  maraqlanmırıq?  Biz 
onların  rəftar  və  davranışından  dərs  almalıyıq.  öz 
mal-dövlətimizdən necə faydalanmağımızı və Allah 
yolunda  etdiyimiz  infaqların  nə  kimi  şəraitə  malik 
olduğunu bilməliyik. 
Yersiz əmr be məruf və nəhy əz münkərin zərəri 
onun tərk edilməsindən olduqca çoxdur. 
Quran açıq-aşkar buyurur: 
“Mallarını  Allah  yolunda  sərf  edənlərin  halı 
yeddi  sünbül  verən  bir  toxuma  bənzər  ki,  bu 
sünbüllərin hər birində yüz ədəd dənə vardır.” 
Allah istədiyi şəxs üçün bunu qat-qat artırar. 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə