İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

 
 
72 
72 
və  övliyalara  itaət  etməsi  bizim  iddiamızı  aydın 
şəkildə sübut edir. 
Çünki filosoflar cəmiyyətdə ancaq bir məktəb və 
ideologiya aşılayırlar. Otağın bir guşəsində oturaraq 
kitab  yazıb  cəmiyyətə  təhvil  verirlər.  Amma 
peyğəmbərlər  və  övliyalar  ideologiyaya  əhəmiyyət 
verməklə yanaşı, tam qətiyyətlə öz dediklərinə əməl 
edirlər. Daha doğrusu, insan əvvəl əməl edib sonra 
danışarsa, sözünün təsiri neçə dəfə artar. 
əli ibni əbi Talib əleyhissəlam buyurur: 
Mən heç vaxt sizi özüm əməl etmədiyim bir şeyə 
dəvət  etməmişəm  və  habelə  kimsəni  özüm  tərk 
etmədiyim  bir  əməldən  çəkindirməmişəm.  özüm 
tərk edən kimi sizi də çəkindirərəm. 
Xalqı  dilinizlə  deyil,  əməlinizlə  dinə  dəvət  edin. 
İnsan  əməl  edərsə,  cəmiyyətdə  olduqca  artıq  təsir 
bağışlaya bilər. 
Müasir  və  məşhur  filosof  Janpalın  bu  mövzu  ilə 
əlaqədar  yeni  bir  sözü  vardır.  Bu  sözün  yeniliyi 
olmasa  da,  yeni  bir  ifadə  ilə  bəyan  edilmişdir,  o, 
deyir: 
“Mən  cəmiyyəti  özüm  gördüyüm  işə  dəvət 
edərəm,” O, düz deyir, siz öz əməlinizdə cəmiyyəti 
pisliyə, yaxud yaxşılığa dəvət edərsiniz. Şübhəsiz ki, 
sizin  əməliniz  öz  ictimaiyyətinizdə  bir  növ  sədaqət 


 
 
73 
73 
yaradacaqdır,  bu  inkar  edilməz  bir  həqiqətdir. 
əslində  biz  cəmiyyəti  öz  gördüyümüz  işə  dəvət 
edirik.  İnsan,  xalqı  özü  çəkinmədiyi  bir  əməldən 
uzaqlaşdırmaq  istəsə,  onun  fəaliyyəti  nəticəsiz 
qalar.  Mən  sizə  desəm,  siz  mənim  əməlimə  deyil, 
sözümə  baxın!  Bu  iş  mümkün  olası  deyil.  Birinci 
dərəcədə əməl və sonra isə söz öz təsirini göstərir. 
Hər  bir  islahatçı  şəxs  birinci  dərəcədə  özü  saleh 
olmalıdır.  özü  sıravi  əskərlərlə  bərabər  irəliləyən 
sərkərdə  ilə,  arxada  dayanıb  yalnız  əmr  edən 
sərkərdənin  fərqi  çoxdur.  Peyğəmbər  və  övliya 
həmişə:  “Biz  getdik  siz  də  ardımızca  gəlin!”-deyə 
əmr edərmişlər. 
Rəsuli-əkrəm  (s)  öz  buyurduqlarına  əməl 
etməsəydi  islam  ordusu  bu  qədər  müvəffəqiyyət 
əldə edə bilməzdi. Xalqa: «Gecə namazı qılın!»-deyə 
əmr  etsə  də,  özü  hamıdan  çox  ibadət  edərdi.  İnfaq 
və  fədakarlıqda  da  belə  idi.  O,  özü  birinci  fədakar 
idi. Yəni əvvəl özü başlayar, sonra başqalarına əmr 
edərdi.  O,  «Cihadun  fi  səbilillah»  deyə  əmr 
etdikdə,  özü  və  qohum-əqrəbası  cəbhənin  ön 
sırasında  dayanırdılar.  Təbiidir  ki,  Peyğəmbərin  bu 
işi 
başqalarını 
da 
rəğbətləndirirdi. 
Onlar, 
Peyğəmbərin  öz  istəklilərini  ölümə  yolladığını  və 
özünün hamıdan əvvəl silahlanıb düşmənin üzərinə 


 
 
74 
74 
hücum  etdiyini  və  bu  yolda  ziyan  görüb  dişinin 
sınmasını  müşahidə  etdikdə,  artıq  onun  həqiqət 
olduğuna inanırdılar. 
Peyğəmbərin (s) Həmzeyi Seyyidüş-şühəda və əli 
əleyhissəlamdan  istəkli  adamı  var  idimi?  O,  Bədr 
davasında  hamıdan  əvvəl  bu  iki  nəfəri  meydana 
göndərdi. Həzrət əli (ə) Peyğəmbərin əmioğlusu və 
kürəkəni  idi,  o,  Peyğəmbərin  oğlu  kimi  idi.  Çünki, 
əli  (ə)  Peyğəmbərin  evində  böyüyüb,  boya-başa 
çatmışdı. 
əvvəlcə  istəkli  əmisi  Həmzə  və  əmioğlusu 
əbiübəydə  ibni  Harisi  müharibə  meydanına 
göndərdi. 
Hüseyn  ibni  əli  əleyhissəlamın  əməli  çox  idi, 
yoxsa  xütbəsi?  əməllərinin  miqdarı  xütbələri  ilə 
müqayisədə  qat-qat  çox  idi.  əməl  olan  yerdə  sözə 
ehtiyac  duyulmur.  O,  öz  xütbəsində  fəryad  edərək 
buyurdu: 
«öz  qanını  bizim  yolumuzda  axıdıb,  şəhadət 
zirvəsinə  yüksəlmək  istəyənlər  bizimlə  gələ 
bilərlər,  başqa  məqsədləri  olanlar  qayıtsınlar. 
Canından keçməyənlər bizimlə gəlməsinlər. Bizim 
qafiləmiz 
candan 
keçənlərin 
qafiləsidir.» 
Görürsünüz  ki,  imam  Hüseyn  (ə)-ın  ən  istəkliləri 
candan  keçənlərin  qafiləsində  idi.  Hüseyn  (ə)  öz 


 
 
75 
75 
əzizlərini  Mədinədə  qoyub  gəlsəydi,  kimsə  etiraz 
edərdimi?  əlbəttə  yox!  İmam  əgər  öz  əzizlərini 
Kərbəla  səhnəsinə  gətirməsəydi,  onun  qiyamı  bu 
qədər  mənəvi  dəyərə  malik  ola  bilməzdi.  Hüseyn 
əleyhissəlam  Allah  yolunda  öz  qanına  boyanıb 
şəhid  oldu.  O,  öz  var-yoxunu  tamamilə  bu  yolda 
fəda etdi. İmam Hüseyn (ə)-ın əzizləri buraya zorla 
deyil,  əqidə  və  iman  üzrə  gəlmişdilər.  İmam  bu 
səfərdə  zərrəcə  olsa  ürəyində  qorxu  hissi  olanları 
gətirməmişdi. 
Həmin 
səbəbə 
əsasən 
İmam 
əleyhissəlam onunla gələnləri yol uzunu iki-üç dəfə 
sınadı və imtahandan çıxmayanları qaytardı. 
İmam Məkkə şəhərindən hərəkət edərkən: 
“Canından 
keçməyə 
hazır 
olmayanlar 
qayıtsınlar”-deyə  əmr  etdi.  Amma  bəziləri  elə 
təsəvvür  edirdilər  ki,  bəlkə  də  imam  Kufəyə 
mənfəət  dalınca  gedir,  onlar:  “Biz,  qafilədən  geri 
qalmamalıyıq” deyə, yola düşdülər. Çöl ərəblərinin 
bir  hissəsi  imam  Hüseyn  əleyhissəlama  qoşuldular. 
İmam  (ə)  yol  uzunu  belə  bir  xütbə  oxudu:  “Ey 
camaat!  Bizim  müvəffəq  olub  yüksək  məqam  və 
vəzifələr  əldə  edəcəyimizə  ümid  edənlər  səhv 
edirlər.”  Bu  xütbədən  sonra  çoxları  qayıtdılar. 
İmam  tez-tez  ona  qoşulan  camaatı  sınayırdı,  Aşura 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə