İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR


  62  əmr be məruf və nəhy əz münkərin



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

 
 
62 
62 
əmr be məruf və nəhy əz münkərin 
dərəcələri
 
əmr  be  məruf  və  nəhy  əz  münkər  bir  neçə  hissə 
və dərəcəyə bölünür: 
1-Pislikdən  çəkindirən  və  yaxşılığa  dəvət  edən 
şəxs,  ürəkdən  və  bütün  varlığı  ilə  günahlara  nifrət 
bəsləməlidir. əmr be məruf və nəhy əz münkərin ən 
birinci məsələsi hicr və erazdır (günahdan çəkinmək 
və  üz  döndərmək).  Siz  birisinin  pis  və  yaramaz 
işlərlə  məşğul  olduğunu  gördükdə,  onun  özü  ilə 
deyil, işləri ilə mübarizə etməlisiniz. Məsələn, ailəvi 
get-gəliniz  olan  və  hədiyyə  verib-aldığınız  səmimi 
dostunuz aşkar bir günah etdiyini görən zaman, ona 
qabaqkı  səmimiyyətlə  yox,  əksinə  olaraq  çox 
etinasız  və  soyuqqanlıqla  yanaşsanız,  bu  özü  bir 
növ tənbeh olar. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  insan 
əmr  be  məruf  və  nəhy  əz  münkər  haqqında 
məntiqlə  addım  atmalıdır,  daha  doğrusu  onun 
əməli məntiqə uyğun olmalıdır. əlbəttə, bu əks-əməl 
o vaxt təsir göstərə bilər ki, əlaqənizi kəsdiyiniz şəxs 
ruhi  əzab-əziyyət  çəkib  öz  işindən  peşiman  olsun. 
əgər sizin təcrübəsiz gənc övladınız və ya dostunuz 
çirkin bir əmələ qurşansa, sizin əlaqənizin kəsilməsi 
onları  günaha  daha  da  rəğbətləndirər.  Yəni  onlar 


 
 
63 
63 
tam  sərbəstliklə  öz  günahlarını  davam  etdirərlər. 
Məsələn,  get-gəl  etdiyiniz  bir  ailənin  fəsad  və 
günaha  qurşandığını  gördükdə,  öz  abrınızdan 
qorxub  əlaqənizi  kəsirsiniz,  çünki  insan  özündən 
asılı  olmayaraq  başqalarının  təsirinə  məruz  qalır. 
Bəzən, günaha qurşanmış bir dostumuzla əlaqəmizi 
davam  etdirmək  onu  günaha  rəğbətləndirər  və 
ondan uzaqlaşmağımız isə onu tənbeh edər, belə bir 
vəziyyətdə əlaqəmizi kəsməyimiz mütləq vacibdir. 
İkinci mərhələ: 
Alimlərin  nəzərincə,  dillə  öyüd-nəsihət  verərək 
xalqı yaxşı işlərə doğru istiqamətləndirmək nəhy əz 
münkərin  ikinci  mərhələsidir.  Bir  çox  insanlar 
vardır ki, cahillikləri üzündən düşmənin təbliğatına 
uyub  haqq  yolundan  azmışlar.  Bu  kimi  şəxslər, 
fəsadın eyb və zərərlərini onlar üçün açıqlayıb izah 
edə  bilən  mehriban  bir  müəllim,  tərbiyəçi  və 
yolgöstəriciyə  möhtacdırlar.  Bununla  belə  əgər  biz 
günahkar  bir  şəxsi  moizə  və  məntiqlə  doğru  yola 
yönəldə bilsək, onunla əlaqə saxlamağımız vacibdir. 
Üçüncü mərhələ: 
Bu  mərhələ  əməl  mərhələsidir.  Bəzən  günahkar 
şəxs  elə  bir  mərhələdə  olur  ki,  nə  üz  döndərib 
uzaqlaşmaq  təsir  göstərir,  nə  də  öyüd-nəsihət  və 
məntiq.  Belə  bir  vəziyyətdə,  əmələn  günahkar 


 
 
64 
64 
şəxsin qarşısını almalıyıq. Görəsən əməldən məqsəd 
nədir? 
Bəzi vaxtlar tənbeh  etməyimizin lazım olduğuna 
baxmayaraq,  əməldən  məqsəd  hədələmək,  döymək 
və yaralamaq deyildir. 
İslam  həddi-hüdud  dinidir,  islam  nəzərincə  bəzi 
vaxtlar  günahkar  şəxsə  ancaq  tənbeh  təsir  göstərə 
bilər.  əlbəttə  insan  belə  zənn  etməməlidir  ki,  bütün 
yerdə düşmənçilik və kobudluq lazımdır. 
Həzrət  əli  (ə)  Peyğəmbərin  davranışı  barədə 
buyurur: 
“O,  müalicə  edən  bir  həkim  idi.  Həkim,  dava-
dərmanla  və  lazım  olduqda  isə  cərrahlıq  və  dağ 
basmaqla yaraları sağaldar.” 
Şair demişkən: 
 
əzəldən yoğrulmuş sevinclə kədər, 
Lazım gəlsə cərrah, əməl də edər. 
 
əmr  be  mərufun  mərhələləri  də  nəhy  əz 
münkərin mərhələləri kimidir. 
əmr be məruf ya moizə və öyüd-nəsihət verməklə 
və yaxud da əməllə icra olunmalıdır. 
əməl  mərhələsində  təkcə  sözlə  kifayətlənmək 
olmaz.  Bizim  ictimaiyyətin  böyük  eyiblərindən  biri 


 
 
65 
65 
də, sözə həddən artıq əhəmiyyət verməməyimizdir. 
Söz  öz  yerində  yüksək  əhəmiyyətə  malikdir, 
həqiqəti  danışıb,  yazıb  və  izah  etməyincə  heç  bir  iş 
görmək  olmaz.  Bəziləri  isə  hər  bir  şeyi  ancaq  sözlə 
həyata  keçirmək  istəyirlər.  Bizcə  bu  səhvdir.  Söz 
lazımi  şərt  olsa  da  kifayətedici  deyil,  əməl  də 
gərəkdir. 
əmr  be  məruf  və  nəhy  əz  münkər  iki  hissəyə 
bölünmüşdür:  Müstəqim  və  qeyri-müstəqim.  Bəzi 
vaxtlar siz əmr be məruf və nəhy əz münkər etmək 
üçün  müstəqim  surətdə  müdaxilə  edirsiniz,  daha 
doğrusu ayağa qalxıb “filan işi yerinə yetirməyinizi 
xahiş  edirəm”  deyirsiniz.  Amma  bəzən  də  qeyri-
müstəqim  yolla  onu  başa  salırsınız.  Məsələn,  bir 
şəxsin  filan  əməlini  tərifləməklə  ona  bu  işin  yaxşı 
olduğunu  bildirmək  istəyirsiniz.  Bu  üslubun  təsir 
dairəsi olduqca genişdir. 
Bu  məsələni  aydınlaşdırmaq  üçün  bir  rəvayət 
nəql edirik: 
İmam  Həsən  və  imam  Hüseyn  əleyhiməssəlam 
uşaq  ikən  qoca  bir  kişinin  səhv  dəstəmaz  aldığını 
görürlər. 
İslam  adət-ənənəsi  və  psixologiyasından  agah 
olan bu iki imam, ona dəstəmazının düz olmadığını 
bildirmək  istəyirlər.  Digər  dərəfdən  qocanın 


 
 
66 
66 
könlünə  toxunmaq  istəmirdilər.  Çünki  o  kişi 
acıqlanıb  “xeyr!  Mənim  dəstəmazım  düzdür”-deyə 
bilərdi. 
Onlar qabağa gedib dedilər: “Biz hər ikimiz sənin 
hüzurunda  dəstəmaz  alırıq.  Sən  diqqətlə  bax  və 
kimin dəstəmazının yaxşı olduğunu de!” Qoca kişi: 
“Yaxşı, dəstəmaz alın, mən sizin aranızda münsiflik 
edərəm.” 
İmam  Həsən  (ə)  və  imam  Hüseyn  (ə)  hər  ikisi 
düzgün və kamil bir dəstəmaz aldıqdan sonra o, öz 
dəstəmazının batil olduğunu başa düşdü. 
Qoca  dönüb  bu  iki  imama  dedi:  “Sizin  hər 
ikinizin  dəstəmazı  düzdür,  mənim  öz  dəstəmazım 
batil imiş.” 
əgər  onlar  qəzəblə:  “Qoca  kişisən,  heç  utanıb 
xəcalət 
çəkmirsən! 
Hələ 
dəstəmaz 
almağı 
bacarmırsan?”-desəydilər,  onda  o  kişidə  namaza 
qarşı daimi bir nifrət hissi oyana bilərdi. 
Xətiblərin biri deyir: 
Məşhəddə  dinsiz  bir  şəxs  var  idi.  Mən  onunla 
get-gəl  edib  çox  danışıqdan  sonra,  yumşalıb  həqiqi 
bir mömin oldu, tamamilə dəyişdi, yüksək və həssas 
vəzifə  daşıdığına  baxmayaraq  həmişə  namazını 
camaatla qılmağa başladı. Günorta və şam namazını 
Gövhərşad  məscidində,  mərhum  Nəhavəndinin 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə