İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 
 
42 
42 
çatır ki, Hüseyn ibni əli (ə) kimi bir insanın hərəkətə 
gəlib, əks-əməl göstərməsi tələb olunur. O, da bütün 
islam  cəmiyyətini  silkələyir  və  nəticəsi  əsrlər  boyu 
müxtəlif  surətlərdə  zahir  olan,  yüzlər  və  minlərcə 
illər  sonra  da  baş  verən  hərəkətlərin  ilham 
qaynağına  çevrilən  hərəkat  yaradır.  Bu  isə  qeyd 
olunan 
ayənin 
aşkar 
nümunəsidir. 
Biz 
öz 
uşaqlarımızı  sevdiyimiz  halda,  necə  ola  bilər  ki, 
Hüseyn  ibni  əli  əleyhissəlam  öz  övladlarına  qarşı 
biganə olsun? 
Şübhəsiz  o,  öz  uşaqlarını  bizim  öz  uşaqlarımızı 
sevdiyimizdən  daha  artıq  sevərdi.  Çünki  onun 
insaniyyət və ülvi duyğuları bizdən qat-qat çox idi. 
Həzrət  İbrahim  də  yüksək  insani  duyğulara 
malik olduğu üçün öz balasını çox sevirdi. O həzrət 
eyni  halda  Allahı  hər  şeydən  və  hamıdan  çox 
sevirdi və onun qarşısında hər bir şeyi unudurdu. 
Yuxarıda qeyd etdiyimiz səbəblərə əsasən, İmam 
(ə)-ın  qiyamı  bütün  qiyamlardan  üstündür  və 
həmişə  canlı  qalıb  tarix  səhifələrində  parlayır, 
insanlara  əbədi  dərs  verərək  misilsiz  bir  hərəkat 
kimi tanınır. 
Elə  buna  görə  də  biz  islam  nöqteyi-nəzərindən 
əmr  be  məruf  və  nəhy  əz  münkəri  tanımalı  və  bu 
əsasın  bu  qədər  əhəmiyyətli  olduğunun  səbəbini 


 
 
43 
43 
başa  düşməliyik.  Bu  məsələ  o  qədər  əhəmiyyətlidir 
ki, Hüseyn  ibni əli  (ə)  kimi  böyük bir şəxsiyyəti bu 
yolda  canından  keçməyə  və  bütün  əzizlərinin, 
ardıcıllarının,  dostları  və  səhabələrinin  qanının 
töküləcəyini bilərək, dünyada misli görünməyən bir 
faciəni qəbul etməyə vadar etmişdir. 
İndi  min  neçə  yüz  ildən  sonra  yeri  vardır  ki, 
imamın önündə durub şəhadət verək: 
Şəhadət  veririk  ki,  sən  namazı  dirçəldib 
yüksəltdin, zəkatı yerinə yetirdin. Çünki zəkat təkcə 
pul vermək deyildir, nitqin zəkatı var, fikir və əqlin 
də zəkatı vardır. Daha doğrusu, vücudun da zəkatı 
vardır...  Allahın  bizə  bəxş  etdiyi  hər  bir  nemətin 
zəkatı vardır. Siz hər vaxt bu nemətlərin səmərəsini 
Allah  bəndələrinin  ixtiyarına  qoysanız,  o  nemətin 
zəkatını vermiş olarsınız. 
Allah-təala “Bəqərə” surəsində buyurur: 
“Qeyb  aləminə  iman  gətirib  namaz  qılanlar, 
onlara 
əta 
etdiklərimizdən 
Allah 
yolunda 
bağışlayanlar  həqiqətən  mömin  və  təqvalıdırlar.” 
İmam, 
“Bizim 
onlara 
verdiklərimizdən 
bağışlayarlar”  nə  deməkdir?-deyə  soruşanların 
cavabında  buyurdu:  “Zəkat  təkcə  mal-dövlət 
haqqında deyil.” 


 
 
44 
44 
Məsələn, əgər siz başqalarının bilmədiyi bir elmə 
maliksinizsə,  bildiyiniz  elm  faydalıdırsa,  o  elmi 
möhtac 
olanlara 
öyrətməklə 
onun 
zəkatını 
ödəməlisiniz. 
“Sən namaz qılıb zəkatı ödədin, əmr be məruf və 
nəhy əz münkəri yerinə yetirdin. (Yəni əmr be məruf 
və  nəhy  əz  münkər  bu  hərəkatın  əsas  məqsədidir). 
Var gücünlə Allah yolunda hər bir insana layiq olan 
bir şəkildə çalışdın.” 
Burada diqqətimizi cəlb edən bir mövzu var, o da 
bundan  ibarətdir  ki,  görəsən  bu  təsdiqlər  nə 
üçündür? 
Adətən biz, hakimə yəqin olmayan bir sözü sübut 
etmək  üçün  onun  yanına  gedirik.  Məsələn,  bir 
iddianı  sübut  etmək  üçün  deyərik:  “Mən  şəhadət 
verirəm ki, bu şəxs filankəsdən müəyyən qədər pul 
almışdır.”  İndi  biz  burada  İmam  əleyhissəlamın 
xeyrinə  şəhadət  vermək  istəyirikmi?  əsla  belə 
deyildir, burada bəzi alimlər çox gözəl bir mövzuda 
söz açırlar: 
İnsan  bəzi  vaxtlar  dediyi  sözü  başqasına 
bildirmək  üçün  yox,  bu  mənanı  başa  düşdüyünü 
ona göstərmək üçün deyir. 
Bu,  düzgün  bir  işdir.  Siz  bəzən  bir  adamın 
qarşısında  bir  şeyə  şəhadət  verirsiniz,  ancaq  bunu 


 
 
45 
45 
onun  bilməsi  üçün  yox,  (çünki  o  özü  bilir) 
özünüzün  bu  mövzunu  başa  düşdüyünüzü  ona 
demək istəyirsiniz. 
Burada  şahidlik  etiraf  mənasındadır.  Məsələn, 
mən  etiraf  edirəm  ki,  sənin  qiyamın  əmr  be  məruf 
və  nəhy  əz  münkər  məsələsinə  görə  idi.  Mən  sənin 
kufəlilərin  dəvətinə  görə  qiyam  etmədiyini  bilirəm. 
Sən  beyət  məsələsi  üçün  qiyam  etmədin,  sənin 
qiyamın başqa bir mənanı əks etdirir. Sən başqa bir 
qanununu həyata keçirirdin, o qanun əmr be məruf 
və nəhy əz münkər idi. 
İnsan əməlinin cismi və ruhu vardır, ola bilər ki, 
“sən”  və  “mən”  bir  işi  eyni  şəkildə  görək,  nümunə 
üçün  hər  ikimiz  namza  qılıb  infaq  edirik  və  bunlar 
cismi  baxımdan  bir-biri  ilə  fərqlənmir.  Ola  bilər  ki, 
səndə  olan  ixlas,  təvazökarlıq,  məhəbbət,  eşq  və 
ruhi həyacan məndə olmasın. Məhz bu ruhi sifətlər 
sizin  işinizi  dəyərləndirər  və  ona  müqəddəs  rəng 
bəxş edər. 
Çoxları  Allah  yolunda  cihad  etmişlər  və  hal-
hazırda edirlər də, amma nəyə görə əli (ə) bir zərbə 
ilə bu qədər dəyər qazandı? Ariflərin dediyinə görə 
əli  əleyhissəlam  “Allahda  fani  olmaq”  dərəcəsinə 
çatmışdı.  O  həzrət  elə  bir  mərhələyə  çatmışdı  ki, 
düşmən onun mübarək üzünə     , bu hərəkət onun 


 
 
46 
46 
ruhiyyəsinə  təsir  etməsin  deyə,  düşmənin  başını 
kəsməyi  təxirə  saldı.  Demək  o,  öz  varlığını  deyil, 
Allahın  varlığını  istəyirdi,  bu  xüsusiyyəti  yalnız 
övliyalarda  və  peyğəmbərlərdə  görə  bilərik.  Quran 
övliyaların barəsində belə buyurur: 
[Onlar  Allaha]  tövbə,  ibadət  və  şükr-səna 
edənlər,  oruc  tutanlar  [və  ya  cihad  uğrunda,  elm 
təhsil  etmək  üçün  yurdundan  ayrılıb  başqa  yerlərə 
gedənlər],  rüku  və  səcdə  edənlər  [namaz  qılanlar], 
yaxşı  işlər  görməyi  əmr  edib  pis  işləri  yasaq 
edənlərdir. 
[Ya  Məhəmməd!]  Belə  möminləri  [cənnətlə] 
müjdələ!” 
Ariflər  deyərlər:  “İrfanın  birinci  mərhələsi 
tövbədir. Çünki tövbə qayıtmaq deməkdir,  yəni bir 
dəfə  haqq  yolundan  azmış  şəxs  yenə  də  Allaha 
doğru  qayıdır.  Bu  kimi  şəxslər  tövbədən  sonra 
başqasına  deyil,  yalnız  Allaha  pərəstiş  edərlər. 
Tövbə  edən  şəxslərə  Allah  hakim  olar  və  onlar 
yalnız  Allahın  əmrinə  itaət  edərlər  və  Ondan 
başqasına  tabe  olmazlar.  əslində  başqa  mövcudu 
sitayişə  layiq  bilməzlər,  onlar  yalnız  Allaha  ibadət 
edərlər və səyahətçidirlər.” 
Alimlər  “səyahət”  sözünün  izahı  haqqında 
müxtəlif  fikirlər  irəli  sürmüşlər.  Bəziləri  demişlər: 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə