İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 
 
81 
81 
diqqət  yetirilmir  və  əvəzində  mənasız  bir  şey 
həddindən  artıq  dəyərləndirilir.  əli  (ə)  buyurdu: 
«Məncə  islam, xalq arasında tərs üzü geyilmiş bir 
kürk vəziyyətinə düşəcəkdir.» 
Kürkün tərs üzü geyildiyi kimi,  islamı da əksinə 
təbliğ  edəcəklər.  İnsan  kürkün  tərs  üzünü  geysə 
nəinki  qızışmaz,  üstəlik  gülünc  bir  görkəmə  də 
düşər. 
Müsəlmanların  nəzərincə  əmr  be  məruf  və  nəhy 
əz  münkərin  dəyəri  müxtəlifdir.  Bu  məsələni 
müsəlman  alimlərinin  nəzərincə  izah  edirik.  Bu 
alimlər  əmr  be  məruf  və  nəhy  əz  münkər 
qanununun  mahiyyəti  barəsində  elmi  mübahisələr 
aparmış  və  onun  qiymətini  müəyyənləşdirmişlər. 
Lakin  qeyri-müstəqim  mübahisələrdən  də  əmr  be 
məruf və nəhy əz münkərin dəyərini anlamaq olar. 
Rəsuli-əkrəm buyurdu: 
“əgər  insan  islamda  bir-biri  ilə  zidd  olan  iki 
mühüm 
işlə 
rastlaşarsa, 
onların 
daha 
əhəmiyyətlisinə 
əməl 
edib, 
başqasını 
tərk 
etməlidir.” 
Məsələn:  əgər  siz  qəsb  olunmuş  yerdə  birisinin 
suya  düşüb  boğulmasını  gördükdə  nə  etməlisiniz? 
İcazəsiz  başqasının  torpağına  daxil  olmaqla  suda 
boğulanı  xilas  etmək  olarmı?  Birinci  iş  haram, 


 
 
82 
82 
ikincisi  isə  vacibdir.  Nə  etməli?  Qəsb  olunan  yerə 
daxil  olub  boğulan  şəxsi  xilas  etməli  və  ya  öz 
yerimizdə  dayanıb  qəsbi  yerə  ayaq  qoymamalı  və 
bir  insanın  suda  qərq  olmasına  laqeyd  halda 
baxmalıyıqmı?  Burada  hər  iki  mövzuya  hörmətlə 
yanaşmalıyıq:  İbni  əsir  bir  hədisin  haqqında  belə 
deyir: 
əgər  bir  məsələ  xalqın  xeyrinə  və  bir  nəfərin 
zərərinə  olsa,  xalqın  xeyrini  bir  nəfərin  zərərindən 
üstün tutmalıyıq. 
İbni  əsirin  dediyi  söz,  böyük  məsləhətin  kiçik 
məsləhətə  üstün  gəlməsinin  bir  nümunəsidir  və  bu 
hədisi ancaq bir mövzuya həsr etmək olmaz. 
1-özgənin malının hörmətini saxlamalıyıq; 
2-Nəfs 
və 
canın 
hörməti 
həmişə 
malın 
hörmətindən  üstündür,  demək  malı  cana  fəda 
etməliyik,  belə  bir  vəziyyətdə  qəsbi  yerə  daxil 
olmağımız  nəinki  günah  sayılmır,  üstəlik  Allahın 
əmrini  yerinə  yetirdiyimizə  görə  savab  da  hesab 
edilir. 
əmr  be  məruf  və  nəhy  əz  münkər  barəsində 
yaranan  sual  budur  ki,  bu  iki  vəzifənin  hədd-
hüdudu  hara  kimidir?  əmr  be  məruf  və  nəhy  əz 
münkər etmək istəyən şəxs hara kimi irəliləməlidir? 
Heç  bir  təhlükə  qarşısında  olmadığımız  halda 


 
 
83 
83 
tənbəllik 
etməyərək 
ilahi 
vəzifəni 
yerinə 
yetirməliyik.  İnsan  əmr  be  məruf  və  nəhy  əz 
münkər  edərsə  malına  zərər  dəyəcəyini,  həyatını 
itirəcəyini,  öz  ailəsinin  ölüb  və  ya  əsir  olacağını 
yəqin  bilsə  nə  etməlidir?  Belə  bir  vəziyyətdə: 
“Canımız, 
malımız, 
abrımız, 
heysiyyətimiz 
təhlükədədir”-deyə bu ilahi vəzifədən boyun qaçıra 
bilərikmi? İslam, möminin abır və canına son dərəcə 
əhəmiyyət  verir,  siz  bədəninizi  heç  bir  səbəb 
olmadan  azacıq  cızmağa  belə  haqlı  deyilsiniz, 
qalmışdı  ki,  canınızı  təhlükəyə  salasınız.  Şübhə 
yoxdur ki, insan öz canını təhlükəyə salmamalıdır. 
Quran buyurur: 
“öz əlinizlə özünüzü təhlükəyə atmayın.” 
Çoxlu  borcunuz  olsa,  yaxud  öz  eşqinizdə 
müvəffəq  olmasanız  da  özünüzü  damdan  yerə 
atmağınız  düzgün  deyildir.  Quran  sui-qəsd 
barəsində açıq-aşkar buyurur: 
“Qəsdən  özünü  və  ya  başqasını  öldürən  şəxsin 
cəzası  cəhənnəmdir,  o,  həmişəlik  cəhənnəmdə 
qalmalıdır.” 
öz  canlarının  ixtiyar  sahibi  olduğunu  təsəvvür 
edənlər  yanılırlar.  əlinizdə  olan  mal  təkcə  sizin 
özünüzün deyildir, ilk mərhələdə cəmiyyətin, sonra 
isə  sizindir.  Siz  ondan  istifadə  etməkdə  azadsınız, 


 
 
84 
84 
amma israfdan çəkinməlisiniz. Siz deyə bilməzsiniz 
ki,  öz  malımdır,  könlüm  istədiyini  edərəm,  israf 
edib  çölə  tökərəm.  Könlüm  istəsə  paltarımı  cırar, 
meyvəni də xarab edib çölə tökərəm və... xeyr! İslam 
heç kəsə belə bir haqqı vermir. Mal, can, abır, hamısı 
möhtərəmdir. 
Məgər 
ictimaiyyətdə 
özünüzün 
töhmətlənməyinizə  və  hörmətdən  düşməyinizə 
sbəb olan bir iş görə bilərsinizmi? 
əlbəttə  bizim  məqsədimiz  bu  mövzuların 
üzərində 
mübahisə 
aparmaq 
deyildir. 
Söz 
burasındadır  ki,  görəsən  insan  əmr  be  məruf  və 
nəhy  əz  münkər  uğrunda  öz  can,  mal  və  varından 
keçə bilərmi? 
Peyğəmbər (s) buyurmuşdur: 
“Bir-birilə  zidd  olan  iki  dəyərli  mövzu  ilə 
rastlaşdıqda  naçar  olaraq  kiçiyi  böyüyə  fəda 
etməliyik.” 
Bəzi  islam  alimlərinin  nəzərincə  insan  özünə  bir 
zərər yetişəcəyindən qorxmayınca əmr be məruf və 
nəhy  əz  münkər  edə  bilər,  amma  ciddi  bir  təhlükə 
ehtimal verildikdə bu fikirdən daşınmalıdır. 
Bəziləri  isə deyirlər ki, əmr be məruf və nəhy əz 
münkər  bu  mövzulardan  daha  mühümdür.  Biz  hər 
şeydən  əvvəl  əmr  və  nəhy  etdiyimiz  məsələlər 


 
 
85 
85 
haqda 
düşünməli 
onların 
əhəmiyyətini 
öyrənməliyik.  Məsələn,  küçəni  zibilləyən  şəxsi  bu 
işdən  çəkindirdikdə  nalayiq  sözlər  eşidəcəyimizi 
ehtimal etsək, öz fikrimizdən daşınmalıyıq. 
Bəzən,  əmr  və  nəhy  etdiyimiz  məsələnin 
əhəmiyyəti  can,  mal,  abır  və  heysiyyətdən  qat-qat 
çoxdur.  Məsələn,  Quranın  təhlükəyə  düşməsini 
müşahidə etdikdə, vaxtı itirmədən əmr be məruf və 
nəhy  əz  münkər  etməliyik.  Quran  aşkar  şəkildə 
buyurur: 
«Peyğəmbərlərin 
məqsədi 
bəşər 
ictimaiyyətində ədalət yaratmaqdır.» 
Quran yenə də buyurur: 
“And  olsun  ki,  biz  peyğəmbərlərimizi  açıq-aşkar 
dəlillərlə  [möcüzələrlə]  göndərdik.  Biz  onlarla 
birlikdə  [Allahın  hökmlərini  bildirən  səmavi]  kitab 
və ədalət tərəzisi [şəriət] nazil etdik ki, insanlar [bir-
biri ilə] ədalətlə rəftar etsinlər.” 
Rəsuli-əkrəm buyurdu: 
“Zülm  və  sitəm  əsasında  bərpa  olunan 
ictimaiyyətlərin heç birisi artıq yaşamayacaqdır.” 
İslam, 
müsəlmanların 
birliyinə 
olduqca 
əhəmiyyət verir. Allah-təala Quranda buyurur: 
“Hamınız bir yerdə Allahın ipindən [dinindən] 
möhkəm yapışın və bir-birinizdən ayrılmayın.” 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə