İmam hüseynin qiyami və onu doğuran səBƏBLƏR



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix19.10.2018
ölçüsü0,74 Mb.
#75091
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 
 
57 
57 
olduğumuza  görə  bu  sahədə  heç  bir  məsuliyyət 
daşımırıq”  deyə,  iddia  edə  bilmərik.  Quran  bu 
barədə belə buyurmuşdur: 
“Lakin  Allah  olacaq  işi  (möminlərin  qələbəsini, 
kafirlərin  məğlubiyyətini)  yerinə  yetirmək  üçün 
belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə (dəlillə) 
həlak  olsun,  sağ  qalan  da  aşkar  bir  möcüzə  ilə  sağ 
qalsın.” 
Məsum  imamlardan  bəzi  adamların  cahilliyi 
barədə  sual  olunduqda,  onlar:  “Qiyamət  günü 
əməlsiz  bir  alimi  gətirib,  nə  üçün  öz  dediklərinə 
əməl  etmədin?”-deyə,  soruşarlar,  onun  heç  bir 
cavabı  olmaz.  “O,  artıq  öz  çirkin  əməllərinin 
cəzasını çəkməlidir” buyurarlar. 
Başqa  birisini  də  gətirib,  ona:  “Nə  üçün  əməl 
etmədin?”-deyə sual verərlər. 
O “mən bilmirdim, başa düşmürdüm,”-deyər. 
Ona  deyərlər:  “Bilmirdim,  başa  düşmürdüm  də 
cavabdır?  Nə  üçün  gedib  öyrənmirdin?  Allah-təala 
bu ağıl və düşüncəni nə üçün yaratmışdır? Ona görə 
yaratmışdır  ki,  hər  bir  şeyi  diqqətlə  öyrənib  başa 
düşəsən.” 
əmirəl-möminin əli (ə) buyurmuşdur: 
Bizim  xalq  cahil  bir  xalq  oldu,  gərək  onlara  bəla 
göndəriləydi,  bəla  göndərilməzdən  əvvəl  onlar 


 
 
58 
58 
onun  nə  olduğunu  bilmir  və  öngörənlik  etmirlər. 
Görəsən onlar nə üçün belədirlər? 
Onlar  təkcə  öz  vəziyyətlərini  deyil,  hətta  bir 
sosioloq  kimi  öz  yaşadıqları  əsrdən  neçə  il  qabaq 
baş vermiş hadisələri də başa düşməlidirlər. 
“Biz artıq İbrahimə də doğru yolu nəsib etmişdik. 
Biz onun buna layiq olduğunu bilirdik.” 
İmam Hüseyn (ə)-ın hərəkatının qiymətini artıran 
səbəblərin  biri  də  onun  ziyalı,  bəsirətli  və  zəkalı 
olmağı idi. O gün imam Hüseyn (ə) pərdə arxasında 
gördüklərini  başqaları  güzgüdə  də  belə  görə 
bilmirdilər. 
Biz indi oturub o günlərin vəziyyətini araşdırırıq, 
amma  o  zamanın  camaatı  imam  Hüseyn  (ə)-ı 
düşünə bilmirdilər, ancaq Hüseyn ibni əli (ə) hər bir 
şeyi  başa  düşürdü.  O  zamanın  ümumi  əlaqələr 
vasitələri  bu  günkü  kimi  inkişaf  etməmişdi.  Şamda 
baş  vermiş  bir  hadisənin  xəbəri  uzun  müddətdən 
sonra  Mədinə  və  ya  Kufə  camaatına  çatırdı.  Bəzən 
də əhali baş verən hadisələrdən ümumi şəkildə heç 
bir  məlumat  əldə  edə  bilmirdilər.  Məsələn,  Mədinə 
hadisəsini buna misal gətirmək olar. İmam beyətdən 
imtina  edərək  qiyama  qalxdı,  Mədinədən  Məkkəyə 
gəldi  və  bir  sıra  hadislərdən  sonra  şəhid  oldu.  Bu 
mühüm 
hadisədən 
sonra 
əhali 
gözlərini 


 
 
59 
59 
ovuşduraraq 
dedilər: 
“Qəribədir, 
Hüseyn 
əleyhissəlam  da  şəhid  oldu?  Görəsən  o,  niyə  şəhid 
oldu? Xilafət mərkəzi olan Şama gedib məsələnin nə 
olduğunu yaxından öyrənməliyik.” 
Sonradan  neçə  nəfərlik  bir  heyət  Şama  gedib 
xəlifə  ilə  görüşdü,  məsələni  bütün  təfərrüatı  ilə 
öyrənib qayıtdı. Bu heyət üzvlərindən məsələnin nə 
olduğunu  soruşduqda  dedilər:  “Soruşmayın!  Biz 
Şamda 
olarkən 
göydən 
daş 
yağıb 
həlak 
olacağımızdan  qorxurduq!!  Biz  elə  şəxsin  yanından 
gəlirik ki, aşkarda çaxır içir və itbazlıq edir. O, fisq-
fücur əhli və meymunbazdır, hətta öz məhrəmlərilə 
zina edir. 
İmam 
Hüseyn 
(ə) 
“belə 
getsə, 
islamla 
xudafizləşməli olacağıq” deyib ayağa qalxdıqdan və 
bu  yolda  şəhid  olduqdan  sonra  onlar  yuxudan 
ayılıb  Şama  gedirlər.  Oradan  qayıtdıqdan  sonra 
“Hüseyn  (ə)-ın  sözü  haqq  imiş,  o,  uzaqgörənlik 
edibmiş”-deyə etiraf etdilər. 
İmam  Hüseyn  (ə)  bu  mövzuların  hamısını 
əvvəldən  bilirdi  və  elə  buna  görə  də  buyurdu: 
“Bunlar  məni  öldürəcəklər.  Amma  bu  gün  sizə 
deyirəm,  mənim  şəhadətimdən  sonra  onların 
hökuməti davam etməyəcəkdir.” 


 
 
60 
60 
Ali-əbu  Süfyan  hökmranlığı  artıq  devrildi  və  bu 
iş  çox  tez  həyata  keçirildi.  Ali-Üməyyə  də 
hakimiyyətdə  davam  edə  bilmədi,  Bəni-Abbas 
ortaya  çıxıb  xilafəti  onların  əlindən  aldı  və  500-il 
hökumət etdi. 
Kərbəla  hadisəsindən  sonra  artıq  Bəni-Üməyyə 
hökumətinin təməlləri sarsılmışdı. 
O  hökumətin  öz  içindən  özünə  düşmən 
tapılmışdı.  Osman  ibni  Ziyad  öz  rəhmsiz  və 
daşürəkli qardaşı İbni Ziyadın yanına gəlib dedi: 
“Təki Ziyadın bütün övladları yoxsul və bədbəxt 
olaydılar,  amma  bizim  sülalənin  vasitəsilə  belə 
cinayət törənməyəydi.” 
Yezidin  fahişə  və  əxlaqsız  anası  Mərcanə, 
oğlunun belə bir cinayət törətdiyini eşitdikdə dedi: 
“Oğlum!  Sən  bu  işi  gördüyün  üçün  artıq  behişt 
ətrini  hiss  edə  bilməyəcək  və  ondan  heç  bir  xeyir 
görə bilməyəcəksən. 
Qaniçən və cinayətkar Mərvani-Həkəmin qardaşı 
Yəhya  ibni  Həkəm,  Yezidin  məclisində  bir  müxalif 
kimi  ayağa  qalxıb  fəryad  edərək:  “Sübhanəllah!” 
Süməyyə 
(Ziyadın 
anası) 
övladı 
möhtərəm 
olmalıdır,  amma  sən  Peyğəmbər  balalarını  belə  bir 
vəziyyətdə məclisə gətirmisən.” 


 
 
61 
61 
Yezidin  həyat  yoldaşı  Hindin  əhvalatı  bu 
etirazların  aydın  nümunələrindəndir,  o  da  bir 
müxalif  kimi  Yezidi  tənqid  atəşinə  tutdu.  Yezid 
çarəsiz  qalıb  imamın  şəhadətindəki  rolunu  inkar 
edərək dedi: “Mən belə bir işə razılıq verməmişdim, 
Abdullah  ibni  Ziyad  özbaşınalıq  edib  bu  cinayəti 
törətmişdir.” 
İmam  Hüseyn  əleyhissəlamın  şəhadətindən 
Yezid  çox  bədbəxtlik  və  zəlalətlə  hökmranlıq  edib 
cəhənnəmə  vasil  oldu.  Ondan  sonra  onun  özünə 
vəliəhd  təyin  etdiyi  oğlu  Müaviyə  ibni  Yezid  xəlifə 
oldu. O, bir neçə gün sonra mənbərə çıxıb dedi: 
“Ay  camaat!  Mənim  babam  Müaviyə  əli  (ə)-a  və 
atam Yezid isə Hüseyn ibni əli (ə)-a qarşı mübarizə 
apardı.  Bu  müharibələrdə  mənim  atamla  babam 
deyil, həzrət əli (ə)-la imam Hüseyn (ə) haqq idilər. 
Mən  atama  qarşı  nifrət  bəsləyirəm,  özümü  isə 
xilafətə layiq görmürəm. 
Çünki  atam-babam  etdikləri  günahları  bir  daha 
təkrar etmək istəmirəm. Elə buna görə də xilafətdən 
imtina etməyi məsləhət görürəm.” 
Bu 
etirafların 
hamısı, 
imam 
Hüseyn 
əleyhissəlamın qiyamı nəticəsində idi. 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə