İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Dağ keçisi, tülkü və delfinin ağıllı olmasının sirri



Yüklə 354,47 Kb.
səhifə12/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Dağ keçisi, tülkü və delfinin ağıllı olmasının sirri


Ey Müfəzzəl! Heyvanların ağlı haqda fikirləş. Allah-Taalaöz lütf və mərhəmətdən onların fitrətində bu ne`məti qoymuşdur.

Dağ keçisinin bir növü ilanlarla qidalanır. Onun tə`sirindən keçiyə bərk susuzluq gəlir. Keçi zəhərin bədəninə yayılmasının qorxusundan, ilanı öldürü. O, suyun kənarında dayanır və nalə edir. Ancan ondan bir damcı da içmir. Çünki içsə tezliklə ölər.

Gör bu heyvanın fitrəti necə yaradılmışdır ki, suyun ona zərər yetirməsinin qorxusundan, o cür şiddətli susuzluğa tab gətirir? Hətta ağıllı insan da bə`zən susuzluğa dözə bilmir. Tülkü də bərk acanda arxası üstə uzanır. O qarnını köpdürür ki, quşlar onu ölmüş bilsinlər. O vaxt ki, quşlar onun üstə oturdu, onlara hücum edir və onları asanlıqla ələ keçirdir. O kəsdən başqa tülküyə kim bu yolla ruzu ələ gətirməyi öyrədib. Və kim ağılsız bir tülküyə bu hiylədə kömək etmişdir?

Delfin də quş ovlayır. O, suda hiylə ilə ruzusun bu cür ovlayır. Əvvəla balığı tutub öldürür və onu suyun üzünə qoyur. Özü də onun altında gizlənir. Sonra suyu hərəkət etdirir ki orda olması hiss olunmasın. O vaxt ki, quş balığa həmlə edir, delfin onu ovlayır.


Əfi ilan və bulud


Müfəzzəl deyir: Ərz etdim. Ağa! Əfi ilan və bulud haqda danış. İmam (ə) buyurdu: Bulud “Allah tərəfindən” guya vəkildir ki, hər yerdə əfini görsə onu ovlasın. Necə ki, maqnit dəmiri çəkir. Buna görə də bu heyvan bulud və yağışlar olanda, buludun qorxusundan çölə çıxmır? Ilan yalnız hava isti və buludsuz olanda çölə çıxır.

Ərz etdim: Bu iş niyə belədir? İnsanların onun şərrindən xilas olması üçündür.


Quşların, Hörümçəklərin və bövlərin fitrəti.


Müfəzzəl deyir: Ərz etdim. Mənim ağam. Heyvanların yaşayışı barədə buyurdunuz. O kəslər ki, laiqdir bunlardan ibrət dəsi alarlar. Indi də böyük, kiçik və uçan quşlar barəsində buyurunuz. Həzrət (ə) buyurdu: Kiçik qarışqaya bax. Onun bədənində bir çatışmamazlıq müşahidə edirsən?

Qarışqanın həyatına və onların ruzi topladığı da, etdiyi həmkarlığa yaxşı diqqət et. Qarışqalar onların bir miqdarını hündür bir yerdə zəxirə edirlər. Bu iş insanların qidanı evlərinə daşımasına oxşayır. Bəlkə qarışqa bu işdə insandan da çox təlaş edir. Onlar insanlar kimi dənləri və yeməyi yuvaya daşımaqda bir-birinə kömək edirlər. Onlar dənləri iki yerə bölürlər ki, yuvada göyərməsin. Əgər dənlər islansa, onu çölə çıxarıb qurudurlar. Həm də qarışqalar hündür və uca yerlərdə yuva düzəldirlər ki, su ora yetişə bilməsin.

Bütün bunlar Allah tərəfindən onun fitrətində və qərizəsində qouylmuş ağıl və şüurun nəticəsidir.

Böv gör necə ruzusunu ələ gətirmək üçün aldadıcı bir qüvvədən istifadə edir? O vaxt ki böv yaxınlığında milçəyin olmasını hiss edir, ona möhlət verir, bir qədər özünü hərəkətsiz saxlayır. Milçək xatircam olur ki, böv ölmüşdür. Böv birdən dəqiq, hesablanmış və sürətli bir hərəkətlə onu tutur. Milçəyi tam ölənə kimi bu vəziyyətdə saxlayır və sonra böv onu parçalayıb, yeyir. Hörmiçək də milçəkləri tutmaq üçün tələyə oxşar bir tor toxuyur. Sonra o, özü torların arasında gizlənir. O vaxt ki, milçək tora düşür, həmin saat onu ovlayır və onunla qidalanır.

Bu zəif və kiçik heyvanın fitrətində yaradılmış xislətləri, insan yalnız hiləgərliklə və ya bir şeyin vasitəsi ilə həyata keçirir. Əgər qarışqa kimi kiçik bir heyvanda ibrət dərsi varsa, sən onu kiçik olduğuna görə həqir sayma. Çünki bəzən çox qiymətli bir məfhumu, mə`nası kiçik olan bir şeylə müqayisə edirlər və bu heç cür o böyük mə`nanın qədr-qiymətini azaltmır. Necə ki, əgər qızıl dinarı dəmirlə bir tərəziyə qoysalar, heç vaxt bu iş qızılın qiymətini azaltmaz.

Quşun yaradılışında gizlənmiş hikmətlər


Ey Müfəzzəl! Quşlarn bədəninə və yaradılışına nəzər sal. O vaxt ki, məsləhət görüldü quşlar səmada olsun, əllərin yerinə onun üçün yüngül və gözəl qanad yaradıldı. Sonra onun üçün iki ayaq yaradıldı ki, hərəsində də dörd barmaq və iki məxrəcin (sidik və fəzlə) yerinə ona bir məxrəc verildi.

Necə ki, gəminin qabağı iti və dardır və suyu yarıb, üzür. Quşun sinəsi də gəmi kimi havanı yarır və istədiyi yerə uçur. Həmçini onun qanadlarına və quyruğuna böyük lələklər qoyulmuşdur ki, onların köməyi ilə ucalığa rahat uçsun. Onun bütün bədəni lələklə örtülmüşdür ki, hava onların arasına nüfuz etsin və quş hündürlükdə rahat qala bilsin.

Onların insan kimi dodağı və dişləri olmadığından quşlar dəni və əti çeynəmədən yeyir. Bunun üçün onlara iti və möhkəm dimdik verilmişdir.

Onların dişləri olmadığından onlar dənləri bütöv və əti çiy yeyirlər. Onların daxilində bir hərəkət qoyulmuşdur ki, onu çeynəməyə ehtiyac olmur.

Həmçinin belə məsləhət oldu ki, quşlar yumurta qoysun. Əgər quşlar da bə`zi heyvanlar kimi bala dünyaya gətirsəydilər, onun ağırlığı quşu uçmaqdan və hərəkət etməkdən saxlayardı. Quşlar çox vaxt uçduqlarına görə onlardan bə`ziləri, bir həftə, bə`ziləri iki həftə və bə`ziləri üç həftə öz yumurtalarının üstündə yatır. Və o, yumurtalardan cücələr çıxır.

Hansı şəxs bu cür tədbir görmüşdür ki, quş qidanı və dəni çinədanına yığır sonra cücəsi üçün çıxarır? Niyə bu cür özünü cətinliyə və əziyyətə salır? Baxmayaraq ki, onun ağlı və şüuru yoxdur. Və cücəsindən insanlar kimi fəxr, izzət və kömək gözləmir.

Allah-Taalaöz lütf və kəramətindən elə tədbir görmüşdür ki, o alalh verdiyi qərizə ilə cücələrini sevir və onlara yemək verir.

Görmürsən! Necə toyuğun yumurta qoymaqda və cücə bəsləməyə məhəbbəti var. O buna görə ac qalır, heç nə yemir və nəhayət cücə çıxarıb, onu bəsləyir. Bu iş nəsil artırmaq üçündür: Bir halda ki, onun ağlı və dərrakəsi yoxdur, bəs niyə toyuq bu qədər əziyyət çəkir? Bu xisləti Allah onun fitrətində və qərizəsində qoymuşdur.


Quşların yumurtasının yaradılışı və onda gizlənən tədbirlər


Quşun yumurtasının yaradılışından ibrət dərsi götür. O, sarı rəngli maddədən və ağ sudan təşkil tapmışdır. Onun bir hissəsi cücənin əmələ gəlməsi və bir hissəsi qidalanması üçündür. Cücə yumurtadan çıxana qədər həmin qida ona bəs edir. Cücə yumurtanın içində bir məhbusa bənzəyir ki, onun hər tərəfi möhkəm qalalarla örtülmüşdür. Ona qida yetişməsi üçün heç bir yol yoxdur. Buna görə də həbs müddəti üçün lazım olan ruzu və qida onun yanında qoyulmuşdur.

Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə