İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ



Yüklə 354,47 Kb.
səhifə13/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Quşun çinədanı


Ey Müfəzzəl! Quşun çinədanının yaranışında gizlənmiş olan hikmətlər haqda fikirləş. Çinədandan mə`dəsinə qədər olan qida yolu dardır ki, yemək yavaş-yavaş ona yetişsin.

Toyuq diqqətlə və qorxu ilə dənləri yerdən dənləyir. Bəs quşun çinədanı bir torba kimi sinəsindən asılmışdır ki, hər nə tapsa sür`ətlə götürsün. Ancaq mə`dəyə dənlər yavaş-yavaş gedir.

Deməli çinədanın başqa bir xüsusiyyəti də vardır. O budur ki, bə`zi quşlar qidanı öz daxilindən çıxarıb, cücələrin ağzına qoyurlar. Bu işi görmək üçün çinədan ən yaxın yoldur.

Quşların rənginin müxtəlifliyinin sirri.


Müfəzzəl deyir: Bəzi kafirlər quşların rənginin və formasının müxtəlifliyinin öz-özünə və hesab-kitabsız olmasın fikirləşirlər. İmam buyurdu:

Ey Müfəzzəl! Tovuz quşlarının və sığırçınların üstündə olan cürbəcür rənglər və onlarda olan nizam-intizam məgər öz-özünə, hədəfsiz yaradılmışdır?

Bəs niyə hədəfsiz və təsadüfi olan nizan-intizam bir vücudda cəm olmuşdur?

Şübhəsiz ki, əgər bütün bunlür öz-özünə yaransaydı, bu işdə bu cür nizam-intizam olmazdı. Hər şey qarışıq və intizamsız olardı.


Quşların lələkləri


Quşların lələklərinə diqqət et. Onlar paltar kimi çox nazik saplardan toxunmuşdur. Lələklər bir-birinə çox möhkəm birləşmiş və bağlanmışdır. O vaxt ki, onları dartırsan, bir-birindən ayrılmırlar.

Lələklərin arasında möhkəm və milşəkilli bir sütun qoyulmuşdur ki, lələyin hissələrini möhkəm saxlasın. Ancaq bu möhkəmliklə bərabər onun içi boşdur ki, lələyin ağırlığı quşun uçmağına mane olmasın.


Bəzi quşların uzunayaqlı olmasının sirri.


Ey Müfəzzəl: Quşların uzunayaqlı olmasının sirri haqda fikirləşmisənmi? Bu quşlar çox vaxt su çalalarında olurlar. Onların iki hündür qıçı vardır. Quşlar hündür binanın üstündə dayanmış qarolçuya oxşayır ki, həmişə suyun daxilini nəzərdə saxlayır. Hər vaxt öz ruzusun gördü, yavaş-yavaş gəlib, onu ovlayır.

Əgər bu quşların ayaqları qısa olsaydı, onlar ova tərəf hərəkət edəndə, qarını suya dəyərdi və ov qorxudan qaçardı. Bəs bu ayaqlar quşların qidanı ələ gətirməsi üçündür.

Quşların yaranışında olan nizam-intizama nəzər sal. Bunların uzun ayağı olmaqla yanaşı uzun boğazı da vardır. Əgər bu quşların boğazı qısa olsaydı, qidanı yerdən götürə bilməzdi.

Bəzən onların uzun dimdiyi, qidanın boğaza yetişməsinə kömək edir.

Görürsən ki, yaranışda olan hər şey hikmət və tədbirlə xəlq olunmuşdur.

Sərçələr həmişə ruzu axtarırlar


Sərçələrə diqqət et ki, necə qidanın arxasınca gedirlər. Onlar qidanı ələ gətirmək üçün daim çalışırlar. Bütün canlılar bucürdür. Pakdır o Allah ki, ruzunu onların arasında paylayır.

Allah belə etmişdir ki, ruzunu ələ gətirmək çətin olsun. Çünki, canlılar ona mühtacdılar. Çünki, canlıların xeyir və mənfəəti bundadır. Əgər ruzu əziyyətsiz ələ gəlsəydi, heyvanlar o qədər yeyərdilər ki, ölərdilər. Insanlar da bekarçılıqdan sərxoşluğa və günaha mürtəkib olmaqla məhv olardılar.


Yarasa və bayquşun ruzusu


Bilirsən! Yarasanın qidası nədir? Ərz etdim: yox, Mənim mövlam! İmam buyurdu: Onların ruzusu havada olan arılar, ağcaqanadlar və çəyirtkələrdir. Çünki bu həşəratlar və mövcudatlar hər yerdə vardır. Bu həqiqəti dərk etmək üçün gecələr bir həyətin və ya damın üstünə çıraq qoy. O vaxt görəcəksən ki, onun ətrafına həşəratlar cəm olurlar. Bu həşəratların havada yayılmasının nişanəsidir. Əgər bu cür olmasaydı, çıraq yanan kimi həşəratlar onun ətrafına cəm olmazdılar. Bu gecə quşları da onlarla qidalanırlar.

Indi gör necə Allah-Taalayalnız gecə uçan bu quşların ruzusun havada olan həşəratlardan hazırlayır? O həşəratlar ki, bəziləri onları artıq və xeyirsiz sayır.


Yarasanın yaranışı.


Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə onun yaranışı heyvanlara çox yaxındır. Onun da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir.

Yarasa gecə uçan quşlardan hesab olunur. O, havada olan həşəratlarla qidalanır. Bu fikir iki şeyə görə düzgün deyil.

Nəcasətin və bövlün xaric olması, qidalanmanın nişanəsidir.

Dişlərin olması. Əgər o heç nə yeməsəydi, dişlərin olması mənasız olardı. Bir halda ki, yaranışda heç bir şey hikmətsiz deyildir.

Bu quş insan üçün çox faydalıdır. Hətta onun peynindən də dərman düzəltmək üçün istifadə olunur. Onun yaranışında olan e`cazkarlıq xalıqın qüdrətini süb ut etmək üçün ən mühüm dəlildir.

Bal arısı yuva düzəldəndən bal düzəldənə qədər


Bal arısına və birlikdə onların bal düzəltmələrinə diqqət et. Və gör necə onlar diqqətlə və ağılla altı gözlü evləri düzəldirlər.

Əgər bu haqda yaxşı təfəkkür etsən, bu işin mö`cüzəli və zəif olduğunu dərk edərsən. Amma o vaxt ki, bu işin nəticəsinə nəzər salsan, onu əzəmətli və şərafətli görərsən. Ancaq onun faili1 çox cahil və nadandır. Arının bucür olması açıq aşkar bir dəlildir ki, bu iş nəinki onun öz tərəfindən, bəlkə onun fitrətini belə yaradan o kəsin tərəfindən xəlq edilmişdir.


Çəyirtkə zəif bir heyvandır və eyni halda güclüdür.


Insan çəyirtkəyə nəzər salanda, onu çox gücsüz və zəif bir heyvan hesab edir. Ancaq əgər onlar bir tarlaya hücum etsələr, heç kəs oranı çəyirtkələrin əlindən azad edə bilməz. Əgər bir padişah çəyirtkələri öz torpağından çıxartmaq üçün bütün nizami və süvari ordusunu səfərbər etsə, yenə də onlara qalib gələ bilməz. Bu Allah-taalanın qüdrət nişanələrindən deyilmi ki, o ən zəif məxluqunu çox qüvvətli məxluqunun tərəfinə göndərir və o güclü məxluq ona qalib gələ bilmir?

Çəyirtkə seli


Çəyirtkələr bir sel kimi dağlara, səhralara, şəhərlərə və kəndlərə tərəf hərəkət edirlər. Və bu yerin hər tərəfini örtürlər. Bu iş günəş işığının qarşısını alır. Əgər adi insanlar onların bu yerlərdən təmizləmək istəsə, gərək neçə il əziyyət çəksinlər. Bu da Allahın qüdrətini isbat etmək üçün bir nümunədir.

Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə