İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
«Sərxoşluq cürbəcürdür, evladlarım. Hamımız insan oğluyuq. Hamımıza eyni cür təsir elər 
bu sərxoşluq. Insan bu zəqqumdan iki qədəh içərsə kefi tovuz quşu kimi al-əlvan olar. Nə çalsan 
xoşuna gələr. Üçüncü qədəhdə meymuna dönər, budaqdan-budağa hoppanar. Oynaq hava istər, 
oynamaqdan doymaz. Dördüncü qədəhi içərsə, Aslan olub kükrəyər. Ağır havalar istər, Koroğlu-
dan istər, halaya durar. Igid olan aslanlıq məqamında daha bu zəqquma yaxın durmamalıdı, artıq 
içərsə  donuza dönər, ağzında dili dönməz, nə istədiyini bilməz. O Ağyazılıynan Qızıldəli var ha, 
zəqqum  şüşədə dayana  bilmədiyi  kimi  dayana bilməz namussuzlar. Sərxoşun könlünü  xoş elə-
mək çətindir, amma bizim də alnımıza boyun əyəmək yazılıb». 
Kor Bəktaş öz nəfsini bətnində boğur, nəvələrinin nəfsini söz çəkiciylə döyür, döyür, dö-
yürdü. 
Dərindən köks ötürdü və susdu. Əlindəki zurnanın başlığını ağzında islatdıqdan sonra taxtı 
yerinə.  Adəm  də  babasına  yol  göstərmək  üçün  gəldi,  divardan  aılmış  nağaranı  qucağına  aldı. 
Nəvələrindən kiçik Bəktaş babasına, Cəsur dja atasına dikmişdi gözlərini.  Biri nağaraçı, biri də 
zurnaçı idi. Kor Bəktaş soyuq havanı ciyərlərinə çəkdi və sarıldı zurnasına. 
Otaqda külək kimi əsən yoxluq çalmaq məqamında yerini kədərə buraxdı. Kor Bəktaş bir 
körük kimi ovurdlarını şişirdib ürəyindəki yanğını nəfəs-nəfəs üfüləyincə qara zurna dilə gəldi: 
Bir ayrılıq, bir yoxsulluq, bir də ölüm… 
Kor Bəktaş zurnanı yenicə dilləndirmişdi ki, maşın faraları evin qabağını işıqlandırdı. Çal-
mağına ara verdi: 
- Adəm, dəli oğlanlar gəldi, deyəsən. 
Adəm qucağındakı zurnanı kənara qoyub, qalxdı, pəncərəyə yaxınlaşıb pərdəni araladı. 
Dörd taksi dayanmışdı qapıda. Taksilərdən enən gənclər: 
- Bəktaş baba! Adəəəəm! – deyə qışqırdılar. 
Adəm  qapını  açdı.  Çöldəki  gəncləri  görüncə  gözlərinə  işıq  gəldi.  Sehrli  su  içibmiş  kimi 
açıldı iti gözləri, çardaqdan adlayıb endi aşağı: 
- Harda qaldınız, qurbanı olduğum ağa uşaqları,  - dedi, - evdə bizim uşaqlar aclıqdan bir-
birlərinin qulaqlarını gəmirir. Cibimizdə siçanlar oynaşır. – Çardaqdakı arvadını göstərdi. – Bax 
bu  bizim it  yeməz  belə,  üzümə  baxmır,  qurbanı  olduqlarım.  Bizə  də  keçinmək  lazım  deyilmi? 
Evdə it bağlasan, acından ölər. Sizə layiq bir  şey  yox evdə, amma içəri keçsəniz kiçik Bəktaşı 
kəsər, qurban elərəm. Yolunuzda ölüm, ağam. Evimi yandırar, üzümü ağardaram vallah… 
Utanan  üzü  yoxdu,  zarafatcıldı  Adəm,  nağara  çalarkən  qanı  qaynar,  cuşə  gələr,  coşardı. 
Nağarası ilə bir insan kimi danışar, bəzən nağarasından küsərdi. Adəm nağaradan küsüncə, pul 
yağardı  nağaranın  üstünə.  Bəzən  nağaranı  yerə  qoyar,  belbağısını  çıxarar,    nağaranın  ətrafında 
dönə-dönə oynar, bəzən yerə yatar, yerdə yumalanaraq çalardı. Yaxşıca coşdumu, nağaranı ba-
şına qaldırar, bir nağaraya, bir də çanağına vurardı. Bu üzdən də toyların və məclislərin baş na-
ğaraçısıydı Adəm. 
Bölgənin hal əhli gəncləriydi gələnlər. Bu axşam «Qalatasaray»ın italyan kafirləri ilə oyu-
nu vardı. Adəm  ortalığı  şənləndirəcək, onlar da  gülüb  əylənəcəkdilər. Bir də Qalatasaray qalib 
gələrsə, bol qollu oyun olarsa, daha demə… 
Gənclərdən biri hövsələsizləşdi, başını maşının pəncərəsindən çıxartdı: 
- Adəm, nə durubsan, dəli oğlan, qurbanın, qadanınmı vaxtıdır, oğlan? Kiçik Bəktaşı da gə-
tir, haydı tez ol. Qaracanını kafesinə gedirik.  Əlli ol, dəli oğlan, hardasa oyun başlayacaq, gecik-
sən Saatsaz Irəcəb bir quruş da verməz, vallah… 
Saatsaz  Irəcəb  Qalatasarayın  xəstəsiydi,  Qalatasaray  bir  qol  atdımı  Irəcəb  Adəmin  önünə 
keçər,  davulun  qabağında  səkərək  oynar,  olmayan  olyunlar  çıxarar,  bol  bəxşiş  verərdi.  Qalata-
sarayın oyunlarını nağaranın, zurnanın müşaiyyəti ilə izləməyi də Saatsaz Irəcəb icad eləmişdi. 
Oyun sözünü eşidincə Adəmin gözləri bir daha parıldadı. 
-  Yenəmi  oyun  var,  ağam?  -  dedi.  –  Kiçik  Bəktaşla  əmrinizdəyəm.  Nə  zaman  istədiniz, 
Adəm boynunun qılıncın qabağına vermədi, qurbanı olduqlarım… 
Adəm oğlu Bəktaşa qışqırdı: 
- Bəktaş! Nağaranı, zurnanı götür, gəl, yenə oyun varmış. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
On  beş  gün  öncə  Qalatasaray  italyan  kafirləri  ilə  bir      oynamış,  oyun  iki-iki  bərabərliklə 
bitmişdi. O gün Qalatasarayın hər hücumunda Adəm ilə kiçik Bəktaş ortalığı  bir-birinə qatmış, 
Qalatasaray  qol  atdıqca,  coşan  gənclər  nağaranın  üstünə  pul  yağdırmışdılar.  Adəm  çubuğu  da-
vulun ortasına vurduqca da, göy minliklər yerə səpələnmişdi. 
Hər məclsin adamıydı Adəm.  Getdiyi yer topal isə axsayar, kor isə çəp baxardı. Atası ulu 
bir aşıqdı; Dünya görmüş, əzablar çəkmiş, fələyin ilgəyindən qırx dəfə keçmişdi Kor Bəktaş. Ne-
cə olmuş olsa Adəm onun oğluydu. Illərcə ondan dərs almışdı. Kiçik bir uşaqkən toylara gedən-
də axırlarda, təndir damlarında atası ilə qucaqlaşıb yatmışdı. Ağalar nə istəsə Adəm eləyərdi. Də-
və balası görmək istəsələr  belindəki belbağısını çıxardıb, paltarlarını dəyişər, həmən dəvə balası 
olurdu. 
Bu dəfə ağalar Adəmin də azərkeş olmasını istəyirdilər, Adəm də çoxdan qızğın bir azərkeş 
olmuşdu. Neyləsin, qış idi, çörək də toylardan yaşıl sahələrə qonmuşdu. Bir Qalatasaray tərəfdarı 
olmasa, fələkdən qol yeyib duracaqdı, zavalı. 
On beş gün öncəki oyunun ilk on dəqiqəsində futbol terminlərini həmən öyrənib öz dilinə 
çevirmişdi Adəm. «Afisayt, santrifor, penalti, avut, cəza, fasilə…» Hamısını da bir göz qırpımın-
da öyrənmişdi. Elə həmən o gündən gənclərin ondan nə gözlədiklərini hiss eləyib,  oyunda baş 
verənlərə müdaxilə belə eləməyə başlamışdı. Gənclər də əslində Adəmin oyuna müdaxilə eləmə-
sini istəyirdilər. 
On beş gün öncəki oyun Italiyada oynanılırdı. Qalatasaray yaxşı oynayırdı, gənclərin kefi-
nə  dəyəcək  bir  şey  yox  idi.  Hakim  də  yaxşıydı!  Ümumiyyətlə  Qalatasarayın  xeyrinə  qəraralar 
verirdi. Gənclər aramsız olaraq hakimə sitayiş edir, onu alqışlayırdlar. 
- Bravo, hakim! 
- Vay, aslanım! 
- Bizim Kamanda doğulub, böyüyüb hakim! 
- Bravo, göstər qırmızı kartı! 
- Çölə at, o Karanı! 
Gənclər səslərini yüksəldəndə Adəm nağaraya bir-iki çubuq vurub sözə başlardı: «Qurbanı 
olduqlarım, mən deyim də, siz inanmayın. Vallahi də, billahi də, ba hakimin atası türk! Bax, bura 
yazıram, həm də bizim Almaniyada olanlarımızdandır. Baxın, yenə cəriməni bizimkilərə verdi». 
- Atası türkdümü? 
- Həə, qurbanı olduğum, vallahi türkdü! 
- Atası kimdi, Adəm? Kamandandımı? 
- Kim olacak, canım, nəslimizi Avropaya yayan Qart Tahir əmi… 
- Olmaz, yanlışın var, Adəm. 
- Qurbanınız olum, bunun bir baş-gözünə baxın hələ. Bunda heç kafir siması varmı? Eyni 
ilə bizim Tahir əmiyə bənzəyir. Vayy, qurbanı olduğum, Tahir ağa! Kim bilir bu hakimin anasın-
dan nə qədər xeyir dua aldı, neçə gecə quluncunu qırdı, kim bilir. Onun səpdiyi toxumun xeyrini 
görürük, uşaqlar! 
- Adəm, penalti də verərmi? 
- Hakan qapının önündə yıxılsa, penalti də verər, vallah. Nə olmuş olsa belə bir qaşıq qan, 
əmioğluyuq ya… 
- Qol vəziyyəti, Hakan qapıya gedir! 
- Vur, oğlan, vur! 
Hakan qapının qabağında yıxılır, qol vura bilmir, kafedəkilər öncə ayağa sıçrayır, sonra ye-
rə otururdular. Halkan qol qaçırtdıqca Adəm içini yeyirdi: 
- Yahu, Hakanın heyi qalmamış, səhər tezdən morj  yağımı yeyib? 
O gün qəhvədəkilər hop oturur, hop dururdular. Qalatasaray qol atdıqca, Adəm ortada fır-
lanır, nağaranı Saatsaz Irəcəbin qabağında çalırdı. «Qoool!» səsləri, nağara, zurna səsləri bir-bi-
rinə qarışırdı. 
O gün oyun bərabərə bitsə də, Qalatasaray iki qol atmış, Adəm də çörəyini futbol topundan 
qazanmışdı. 
*** 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə