İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bu qəhvəxanalarda qəliz söhbətlər olar, xoruz səsi eşitməmiş xəbərlər eşidilərdi. Bu qəhvə-
xanalarda dövlətli, kasıb, qoca, gənc, manıs, ağa ayrı-seçkiliyi olmazdı. 
Almançı Faiqlə Hacı Duran Uzun Çarşı qəhvəxanalarının ən köhnə müştərilərindəndi. 
Almançı Faiq nəhəng adam idi, sifəti uzun burma bığlarıyla qaranquş tutmuş pişiyə oxşa-
yırdı.  Boynundan  sallanan asılı  qalardı.  Başına  panamasını keçirib qalxanda dağ kimi  görünər, 
qapıdan hansısa Pirə baş əyirmiş kimi ikiqat keçərdi. Oyun oynayarkən çəkdiyi daşı ortaya atar-
atmaz dərhal qara burma bığlarını eşərdi. 
-  Mənim  gəzib-dolanmağım  dünyanın  bütün  var-dövlətinə  dəyər,  əmioğlu.  Bir  gün  kafirə 
hirsləndim, sizin qulunuzam, ölənəcən sizə işləməliyəm, dedim, çıxdım gəldim. Kafir oğlu kafir 
qədrimi  nə  biləcək.  Vətəni  heç  nə  əvəz  etməz!  Oralarda,  adı  Almaniyadı,  deyərdi,  yediyimin, 
içidiyimin dadını-tamını bilmədim, gardaşım. 
Hacı  Duran  yay-qış  pencəyini  əynindən  çıxarmazdı.  Köynəyinin  düyməsini  hulqumuna 
qədər düymələyər, yayın günü qapı-pəncərəni belə bağlatdırardı. Uzun Çarşının dəlisi Hərarətli 
Yaşar qışın günü mayka ilə qəhvəxanaya girəndə Duran əmi ona baxıb iliklərinə qədər donardı. 
Üst dodağının ortasında nazik bir bığı vardı. 
-  Uşaqlar,  dünən  axşam  təzədən  qayıtdım  oynamağa.  Səhərəcən  daş  çəkdim,  sovxa  yaşıl 
ikilik gəlmədi. Adamın yuxusunda da daş bitir, qardaşım, çək at, çək at. Arvad dürtmələyib oya-
dır ki, neynirsən? Deyirəm, arvad, yuxumda Mina dağındaydım, hacılarnan şeytanı daşlayırdım. 
Gündüz  oynadığı  oyunlar  gecələr  Duran  əminin  yuxusuna  girərdi.  "Sizdən  sirr  çıxmaz, 
uşaqlar",  deyib,  keçmişdə  Faiqlə  manıslardan  Zülfiqarı  da  götürüb  sazın  müşayəti  ilə  səhərə 
qədər yeyib-içdiklərindən danışardı. Bir də, ona sataşanda çox küyükər, hamını söyərdi. 
Səhərlər qəhvəxananın şəxsi heyəti yığılınca almançı Faiqlə Hacı Duran atışırdılar: 
- Bu Faiqin özünü öyməyinə baxmayın, uşaqlar, quş ürəyi qədər ürəyi yoxdu, ağciyərin bi-
ridi. Düşməni qorxutmaq üçün bunu göstərib geri çəkəsən, vəssalam. İrəli buraxmayasan, adımı-
zı batırar... 
-  Siz  bunun  dediklərinə  qulaq  asmayın.  Yalan  deyirəmsə,  bu  cığara  kimi  yanım.  Bir  gün 
Hamburqdayam. Qarşıdan üç kafir gəlirdi. Yaxınlaşdılar... Türk, dedi, biri… 
Qulluqçulardan biri dözməyib araya girərdi: 
- Vur, Faiq əmi, daha niyə durmusan? 
-  Vuracağam,  hələ dayan.  Namussuzların  üçü də qayış  qıran cöngə kimiydi.  Yaradana sı-
ğındım, əmioğlu, bismillah, deyib cumdum… Türk, deyənə bir soxuldum, qurd qoyuna soxulan 
kimi… O biri ikisi qaçdı. Hərifi iti döyən kimi döydüm, əmioğlu. Üstümü-başımı çırpıb əlimi-
qolumu yelləyərək yola düzəldim, gedirəm artıq... Bir də baxdım ki, biri dalımca qaçaraq gəlir. 
Gördüm döydüyüm kafirdi. Vecimə almadım, özümü elə apardım ki, guya bunu heç mən döymə-
mişəm. Arxadan "türkk", deyə çağırdı, döndüm. Birdən nə desə yaxşıdı? 
- Türk, bir az bundan əvvəl sizinkilərdən biri məni döydü, bu tərəfə gəldi, onu görmədin? 
- Nayn, - dedim. Adamı necə döymüşdümsə, məni tanıya bilmədi… 
- Əllərinə sağlıq, Faiq əmi. 
- Allah atana rəhmət eləsin, Faiq əmi. 
Manıs Zülfiqar ikisinin də dostuydu. Nə yesələr, nə içsələr gözləri Zülfiqarı axtarardı. Bir 
bulaq başına getmək istəyəndə Zülfiqar işini bilər, tədarükünü görər, sazını götürüb düşərdi yan-
larına. Uzun Çarşıda Zülfiqarı hamı sevərdi. Bəzən o da Faiq ağa ilə Duran ağaya yaman ilişərdi: 
- Uşaqlar, bu almançını görürsünüz, otuz il ona nisyə saz çaldım, kafirlərin yanından gələn-
də mənə bir kürk gətirmədi. Zəhmətimi itirdi. Buna çaldığım havaları başqa birinə çalsaydım, bir 
evin pulunu alardım. Baxın, indi yavan çörəyə möhtacım. Yalan deyirəmsə, köz kimi yanım… 
- Eh, bu Duran ağaya nə deyim!? Yaxşıca yeyib-içdiyimiz yerdə durub həccə getdi. Beş-on 
il də gözləyəydin, əldən-ayaqdan düşüb bir işə yaramayanda gedərdin də. Həcc qaçırdımı, qur-
ban  olduğum?  Taxıldöyənə  qoşulan  öküz  kimi  durduğun  yerdə  ağzını  bağlatdın*.  Amma  Əra-
fatda şeytan bunu görən kimi qorxusundan salavat çevirir, uşaqlar. İbilinin dediyin deyirəm, ba-
balı onun boynuna… 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Həcdən söz düşəndə Duran əmi araya söz qatardı. Həccə getdiyi iki il olmuşdu, amma qəh-
vəxana əhli yanından ötəndə ona sürtüşürdü, altı ayda ilk itkini verdirmiş, bir il sonra da Duran 
əmi yuxusunda okey oynamağa başlamışdı. Duran əminin bircə içməyi çatmırdı. 
Duran əmini çağırtdıran arvadı qəhvəxananın qapısında gözləyərkən söylənərdi: 
- Hamı getdi ağıllandı, bizimki ağlını itirdi, Hacı adam da gumar oynayarmı? Başqa dəlilər 
də var,  gurbanınız olum. Dəliyə təpəyə çıx, desələr, hamısından  əvvəl  bizimki  çıxar. Allahdan 
qorxmaz, bəndədən utanmaz, imkan versələr, içki də içər bu kafir. Hacılığı yerə girsin, həccə ge-
dirəm, deyib, bir ətək pul xərclədi. Bu necə işdi, bilmirəm, əli-ayağı düz olana həcc qismət ol-
maz, bizim nadürüstə qismət olar. 
Bir axşamüstü almançı Faiq Zülfiqar da yanında ikiqat əyilərək qəhvəxanaya girdi. Şəhadət 
barmağıynan Duran əmini çağırdı və qəhvəxananın lap küncündəki masaya keçdilər. Alçaqdan 
danışmağa başladılar. Az sonra Duran əminin səsi yüksəldi: 
- Qudurdunmu, Faiq! Olmaz, qardaşım. O işlər əvvəl idi, indi mənə Hacı Duran, deyərlər. 
Eşidən-bilən olsa, Uzun Çarşıda hansı üznən gəzərəm? Bax bu kafir İbili dalıma vedrə bağlayar, 
dəllal da bazara çıxarar. Evdəki dəliyə çatıncadı, düşmənə ehtiyacım yoxdu, bizim arvad dünyanı 
dağıdar, vallah! 
- Ay Duran, hardan biləcəklər? Qəsab Arifdən yaxşı ət-filan aldım, Zülfiqarı da dünəndən 
bəri sazını kökləyir. Maşın da var… Qalx gedək bulaq başına. Zülfiqar həzin-həzin çalar, biz də 
bala-bala vurarıq… 
- Tövbə, tövbə, məni aləmdə rüsvay eləmək istəyirsən? Hacıyam, deyirəm, inanmırsan? 
- Ay Duran, o boyda baş nazir həccə getdi, sonra viski içmədimi? Mən Respublika başçısı-
yam, deyib sudan duru çıxdı. Kim nə deyə bildi? Ondan artıqmısan? Qalx gedək, heç kim gör-
məz, Zülfiqar da heç kimə sir verməz. 
- Aman, ağam, bu nə sözdü? Elə şey olarmı? Başımı kəssələr də ağzımdan bir kəlmə qaçırt-
maram, - Zülfiqar dedi, ürəyi gedirdi əylənmək üçün. Səssizcə dinləyir, hacı ilə Faiqin haçan ra-
zılığa gələcəyini gözləyirdi. 
Hacı iki yol ayrıcında qalmışdı. Xəyalında gah bağlar, bulaqlar, sazlar, gah da ağ bürüncə-
yə bürünmüş hacılar canlanırdı. Bir tərəfdən qulaqlarında Zülfiqarın səsi əks-səda verirdi, o biri 
tərəfdən sanki təbil səsləri eşidirdi. Buraxsalar, dəsmalını çıxardıb halaya qoşulardı. 
Birdən yerində qurcalandı. Qulağında: “Ləbbeyk! Allahümmə Ləbbeyk!”* sədaları inlədi, 
imtina etdi. 
- Olmaz, olmaz, mən baş nazir tayıyammı, qardaş, - dedi. 
Almançı Faiq əsəbiləşdi: 
- Ay Duran, mən sənin həm danalığını, həm də öküzlüyünü bilirəm. Bir hacılıq elədin, iki 
ildi ağızımızın dadı qaçdı. Həqiqi hacı olsan, heç məni yandırmaz. Getdin Adanaya, orda gözlə-
yib, həcdən gələnlərə qoşularaq gəldin. Zəmzəm deyə gətirdiyin də Acıpınarın suyuna oxşuyur-
du, o zaman səsimi çıxartmadım. Mənə bax, ikicə kəlmə desəm, hacılığın gedər arada… Kimsə 
görməz, deyirəm, qalx gedək, haydı. 
Hacı Duran qorxmağa başlamışdı. Əgər Faiqin dəliliyi tutarsa, gəncliklərindən başlayıb: 
- Ay camaat, bu Hacı Duran ilə ikimiz bir gün… deyib danışarsa? 
Qorxdu, yalvarırmış kimi dedi: 
- Ay Faiq, gudurdunmu? Heç kim görməsə də Allah görər axı. 
Almançı Faiqin səbri tükənmişdi ki, imdadına Zülfiqar çatdı: 
- Qurban olduğum Duran ağa, Allah səni görən kimi gəlib Uzun Çarşıda İbiliyəmi söyləyə-
cək! Qalx, gedək… 
Duran ağa hirsləndi, deyinə-deyinə qəhvəxanadan çıxdı, dalınca da Zülfiqarla Faiq ağa… 
 
 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə