İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Axşamüstü Rəhman dayı məktubu əlinə almış, bir boşqaba da bir az xurma, bir az da ərik 
çəyirdəyi doduraraq məktəbə gəlmişdi. 
- Hocam, al bunları, uşaqlar yesin, - dedi, - bir məktub gəlib, bunu bir də oxu, görəsən nə 
yazırlar? 
Rəhman  dayı  ərəbcə  oxumağı  az-çox  bilirdi,  amma  anlaşılan  buydu  ki,  Osmanlıca  beyti 
sona çıxa bilməmişdi. 
Az öncə ağzını bağladığım zərfi açıb, bir nəfəsə oxudum. O nəhəng daşları yuvarlaya-yu-
varlaya  yüzlərcə  metrə  sürükləyən  adam  yığıldı  qaldı,  dizlərinə  döydü,  məktəbin  pilləkənində 
oturdu. 
- Hocam, mənim həccimi qəbul eləməyiblər, eləmi? 
- Hə, Rəhman dayı, qəbul eləməyiblər. 
- Axtarıb tapıb göndərsək, qəbul elərlərmi, hocam? 
- Bilmirəm, hər halda qəbul elərlər. 
-  Mənim  taleyimi  görürsənmi,  bu  ərəbin  mənə  elədiyini  gördünmü,  hocam?  Niyə  qəbul 
eləməyiblər, bir daha oxu görüm. 
- Həcc pulu 150 dollar az ödənilib, Rəhman dayı. 
- Hocam, pul az deyildi, 150 dolları səndən aldıq ha, görəsən səhvmi hesabladılar? Yoxsa 
bizim Ömər keçirtmədimi? Hocam, sən bir yazı yazsan da, Rəhman Qorxmazın çatmayan pulunu 
mən verdim desən, qəbul eləməzlərmi? 
- Yazaram, amma bilmirəm, qəbul eləyərlərmi, Rəhman dayı? 
- Artıq verək, atam, qəbul eləsinlər də, 300 dollar verək. Olmazmı? 
- Olmaz, Rəhman dayı, rüşvət heçab eləyərlər. 
-  Vayyy!  Oralarda  necə  də  namaz  qıldım,  gecə-gündüz  ibadətlə  məşğul  oldum,  hocam… 
Ömərin  boynu  sınsın,  mənim  uşaqlarım  belədir.  Demək,      Ömər  deyilən  boynu  altında  qalmış 
150  dolları  yeyib  bəlkə?    Keçirtməyibmi?  Indi  el  məni  hacı  bilir,  mən  onların  üzünə  necə 
baxaram. 
- Sən üzülmə, Rəhman dayı, mütləq səhv hesablayıblar, gedər, araşdırar, düzəldərik, inşal-
lah, amma sən kimsəyə bir söz demə. 
- Vayyy! Deyərmiyəm, hocam, əvvəl Allaha, sonra sənə güvənirəm, get, bir soruşdur. 
- Tamam, soruşaram, sən qorxma. 
- Hoca, bir daha oxu, qurban, doğrudan da qəbul eləməyiblər? 
- Sən get, mən həll elərəm, qorxma, yanlış hesablamışlar. 
Dizlərini döyə-döyə getdi, o tərtəmiz duyğuları, o saf və sevgi dolu ürəyiylə. Bir peşmanlıq 
dənizində boğuldum, dalğaların  yırğaladığı cəsədim dəqiqələrcə sərt qayalara  çırpıldı.  Rəhman 
dayı uzaqlaşdı, göz görməz oldu. O axşamkı sözləri gəldi ağlıma. «Nə qədər mən sağam, sənə bir 
şey olmaz, hoca» deyir, ağappaq saqqalı, div kimi bədəniylə qarşımdan getmirdi. 
Bir az sonra Ömər gəldi, gülməkdən keçinirdi, dayanmadan qəhqəhə çəkirdi. 
- Tamam, hocam, - dedi, - indi Rəhman ağa bu işi həll eləmək üçün qoyunlarının hamısını 
verər. Bir az sonra birlikdə bizə gedək, sən anlat. 
Axşam kor-peşiman yanına getdim, olanları anlatdım, üzünü bir sevinc işığı qondu. 
- Məni bağışla, Rəhman dayı, - dedim. 
Bir yuxudan oyanıbmış kimi idi, olayın gerçək olmadığına elə sevindi ki, qalxıb boynuma 
sarıldı, ağlamağa başladı. Ağlamamaq üçün özümü güclə saxlayırdım. 
- Bağışla, Rəhman dayı, - dedim, - gənclərini sözünü yerə sala bilmədim, amma sən də hə-
mən inandın. Belə şeylərə inanarlarmı? 
O  könlü  dənizlər  kimi  geniş,  saflıq,  təmizlik  heykəli  Rəhman  dayı  hirslənmədi,  heç  mə-
zəmmətləmədi də. Məktubun sonundakı möhürü göstərdi: 
-  Hocam,  necə  inanmayım,  altında  hökumətin  imzası  vardı,  -  dedi  və  qəhqəhələr  çəkən 
Öməri səslədi: - Tez bir qoyun kəs, hoca qonağımızdı. 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Kərəm 
 
 
 
Sıldırım qayalarda, dərin vadilərdə çağlaya-çağlaya  yorulan çay Arpaçayı həsrətlə qucaq-
layanda sevdiyinə qovuşan bir igid kimi ram olur, kəndin önündəki geniş düzənlikdə qıvrılaraq 
sakit-sakit axardı. Yay gecələrində Araz kərpic evləri işıqlandıran qaz lampalarının közərən işıq-
larıyla, o biri sahildə tikilmiş dəbdəbəli daş binalardan süzülən pırıl-pırıl elektrik işıqlarıyla ikiyə 
bölünər, işıqlanan səsini götürüb gedərdi. 
Arazın  kənarındakı  düzənliyin  söykəndiyi  çılpaq  təpənin  yamaclarında  yerləşirdi  kənd. 
Araz baharın əvvəllərində coşub sahillərini selə qərq eləsə də, hər yay bərəkət gətirər, nazlı-nazlı 
axardı kəndin kənarından. 
Uşaqlığı bu kənddə keçdi Kərəmin, cavanlığı bu kənddə. Quru qamışları bir-birinə bağla-
yıb  gəmilər,  ərzaq  torbalarının  kənarını  cıraraq  o  gəmilərə  bayraqlar  düzəltdi.  Gəmilərin  içinə 
ümidlə salamlar doldurub Xəzərə göndərdi illərcə. 
- Buuuu, su! Xəzərə qucaq dolusu salam apar. 
Araz  başını  qayalara  vura-vura  həsrətində  olduğu  bir  diyara  axıb  getdi  illərcə.  Hər  bahar 
yenə də sahillərində qamışlar  qalxdı. Neçə bahar durnalar gəldi, neçə payız durnalar getdi. Əkin-
lər sahillərində boy atdı, Kərəmlə bərabər. Göybaşlar, gəlinciklər, sümbüllər yenidən bitdi. Əkin-
lərə, çiçəklərə qarışdı, boy atdı, böyüdü Kərəm. 
*** 
Kəndə iki jandarma gəldi, əllərində bir dəstə kağız var idi. Muxtarı çağırıb bir-bir oxudular 
zərflərin üstünü. Jandarmalar adları oxuyur, Muxtar cavab verirdi: 
- Kənddə yoxdu, komandanım. 
- O da yox, Istanbuldadır. 
- Kərəm Dəmir, - dedi jandarma. 
- Burdadır, bax, ordakı cavandır, - muxtar Kərəmi göstərərək dedi. 
Əskərlərin ətrafındakı kiçik qələbəliyə doğru gəldi Kərəm: 
- Ay Hüseyin əmi, məni niyə axtarırlar? – dedi. 
- Ay Kərəm, sən hələ böyümədin? Yaşın iyirmi olub. Sənin tayların evlənib arvad-uşaq sa-
hibi oldu. Sən hələ də Arazın qırağında quzu otarırsan. Komandan deyir, əskərilik yaşın çatıbdı. 
Muxtarın  söylədkilrini  eşidincə  Kərəmin  gözləri  işıldadı.  Qürurlandlı,  əliylə  kəkilini  dü-
zəltdi,  pencəyinin  içində  çiyinləri  genişləndi.  Pencəyi  indi  ona  dar  gəlirdi.    Çiyinlərini  yuxarı 
qaldırıb bir neçə dəfə endirdi. Cəld irəliyə doğru qaçdı, adamları araladı: 
- Ver görüm, Hüseyin əmi, əskəriliyim hara çıxıb? 
Muxtarın əlindəki zərfi aldı, səbirsizliklə açdı. Yazılanların hamısını oxumadı. Böyük hərf-
lərlə yazılan «Istanbul»u görüncə sevindi. 
- Istanbul! Istanbul! Təvəkkül əmimin yanına gedirəm! - gülərək dedi. 
Əmi, dayı, bibi, xala, qohum-əqrəba  bir-bir dəvət etdilər Kərəmi. Yemədiklərini Kərəmə 
yedizdirdilər, geymədiklərini geydirdilər, imkanlarının məhdudluğuna baxmayaraq cibinə xərclik 
qoydular. 
Bir sabah anası ağlayaraq arxasınca bir qab su atdı: 
- Araz kimi çağla, get, Araz kimi çağla, gəl! – dedi. 
Bir zamanlar önündə insanlar qaynaşan uçuq su dəyirmanının qabağından yola düşdü ma-
şın.  Geridə  ayrılığın  acısıyla  yellənən  əllər,  bir  də  Kərəmin  daha  kimsələrə  söyləmədiyi  könül 
ağrısı qaldı. 
Maşın  dönə-dönə  kəndin  arxasındakı  təpənin  üzərinə  çıxanda  aşağıda  qalan  kəndə  uzun-
uzadı  baxdı  Kərəm.  Qovaqlar  yamyaşıl  zoğlar  bağlamış,  alçalar  ağappaq  çiçəyə  bürünmüşdü. 
Xəfifcə əsən külək əkinləri, otları bir yatırıb, bir qaldırır, toxunduğu çobanyastıqlarından, gəlin-
ciklərdən aldığı qoxunu dörd bir yana yayırdı. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə