www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Nədən olmamışdı? Nədən olmurdu? Düşünür, düşünürdüm…. Uzaqdan silah səsləri gəlir-
di. Gecələr boyunca yuxularım qaçardı. Rəhman dayı bu kürd kişisi, ulu bir ağsaqqal, bir ərən
olub dolaşardı xəyallarımda.
Tarlada bir qarışqanın özündən qat-qat ağır bir dənəyə yapışıb yuvasına gətirdiyi kimi, iri
bir daşa sarılıb yuvarlardı Rəhman dayı. Bir qarış torpaq üçün qayaları qucaqlar, ömrünü yeyəyə
verərdi. Evnə vaxtı azan oxununca beli, lingi bir tərəfə qoyar, bir az irəlidəki kanalaın başında
outrar, dəstəmazını alar, palıdların kölgəsində namaza durardı. O div kimi cüssəli, vursan yıxıl-
maz bədəniylə huşu başında əyilərdi Allahın hüzurunda. Qəlbində, könlündə əskiyliyi yoxdu.
Dev cüssəsinə rəğmən bir qarışqanı incitməyəcək qədər yuxa qəlbli, geniş ürəkli idi. Içində bir
atəş kimi yanıb közərirdi Həccə getmək istəyi…
«Aaah, hocam, Allah bir qismət eləsəydi o mübarək torpağı», - deyərdi. Hər il ziyarət za-
manı əldə etdiyi qazancın bir bölümünü həccə getmək üçün ayırar, amma ayırdığı pulun ancaq
yarısı qalırdı.
Cümə ertəsi və bazar günləri evdəki televizoru məktəbdə qurar, kənd adamlarını çağırar-
dım. Cümə ertəsi yaşlılar, bazar günləri də gənclər gələrdi televizoru izləməyə. Həftə sonları çay,
qənd gətirər, bir də samovarı qoyardım sinifə. Mustafa dayı, Bəktaş dayı, Məhmət dayı, Rəhman
dayı, hamısı
şagirdlərin yerlərində oturar, çay içər, film izlər, xəbərlərə qulaq asardılar. Bəzən bir
xəbəri öz aralarında bir müddət türkcə danışdıqdan sonra kürtcə danışmağa başlayardılar, sinifə
bir uğultu yayılar, qalmaqal başlardı. Rəhman dayı bir müəllim kimi ayağa qalxıb həmkəndliləri-
nə hirslənər, onları məzəmmətlərdi:
- Hoca dediyinizi
başa düşmür, düz danışın.
- Danışsınlar, vacib deyil, - deyərdim, amma Rəhman dayı məktəbi mənim evim kimi də-
yərləndirərdi.
- Olurmu, hocam. Biz sənin evindəyik, atam, - deyərdi.
Rəhman dayı cümə ertəsi xəbərlərini yaddaşına yazar, bazar günləri tarlaya gəldiyində çay
içərkən soruşardı:
- Hocam, məmləkətin halı necədi? Biz xəbərləri dinləsək də, bir şey başa düşmürük. Bu
terror nə olacaq, atam?
Onun yaddaşındakı bütün suallara cavab verməyə çalışırdım. Terrorun tüğyan elədiyi illər-
di, dağlarda əmin-amanlıq deyildi. Mahala daha otuz kilometr uzaqda bir quş uçmaz, karvan
keçməz dağ kəndində terrora çarə axtarırdı Rəhman dayı. Terrorun bitəcəyinə əmin olsaydı,
bədənini güllələrə sipər eləməkdən çəkinməzdi. Hər terror hadisəsində sinəsinə döyər, yanıma
gələr, radioda dinlədiyi xəbərləri mənə yorumlardı. Şəhid olan əskərlərimizin harda şəhid olduq-
larını soruşardı:
- Hocam, deyirsən oralar uzaqdımı? – deyərdi. Yaşadığı kənddən başqa bir də Dərsimi tanı-
yardı. Rəhman dayı dörd il əskərilikdə olmuşdu, ikinci dünya müharibəsində Dərsimdə əskər
imiş. Anladırdı bəzən.
«Hocam, dinimiz bir, müsəlmanıq, müsəlman da heç müsəlmana düşmən olarmı? Dövlətə
qarşı çıxarlarmı heç? Kürd nə, türk nə, atam? Ikisi də bu barmaqlarım kimi, hansını kəssən, o bi-
risi də göynəyəcək. Biz qardaşıq, atam. Keçən gün xəbərlərdə qulaq asdım, bir müəllimi vurub-
lar. Hocam, indi sən bir qərbsən burda, bizim kəndin gəncləri qalxıb, sənə silah çəksinlərmi?
Tövbə, ya rəbbiii! Göstərmə, ya rəbiii! Aman hocam, sən ağlı başında adamsan, bizim gənclər də
səni çox sevirlər. Səni onların içində görüncə ürəyim fərəhlə döyünür. Cahil adam suya bənzəyir,
qabağını haraya döndərsən,
oraya da axar, qurban».
Bir səhər tezdən oyandım və pərdəni çəkdim. Rəhman dayı yenə də daşlarla əlləşirdi. Evdə
səhər yeməyi hazırlatdım və yanına getdim.
- Rəhman dayı, gəlinin səhər yeməyi hazırlayıb, haydı evə gedək. – dedim.
Dikəldi, çaşıb qalmışdı, iki əlini yana açıb başını qabağa əydi, üst-başına göz gəzdirdi. Gül-
dü. Gülüncə də gözləri ağappaq saqqalının içində yoxa çıxırdı.
- Hocam, üst-başım toz-torpaqdı, mən sənin evinə necə gedim, indi Zeynəb qarı gələr, sən
məni bağşla, qurbanın olum.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Olmaz, - dedim, məni qırmayacağını, qəlbinin yumşaqlığını, gövrəkliyini bilirdim. Qaşla-
rımı çattım: - Mən də bir daha sənin yanına gəlmərəm, - dedim, - küsərəm.
Yaxınlaşdı, gəlib üsulluca yanımda durdu, boynuma sarıldı. Bir yandan da məni küsdürmə-
mək üçün yalvarır, bir yandan da kiçik, məsum gözləri gülürdü.
Nəvəsi Ebruya mənim dərs keçməyimi çox istəyirdi. Təkid ettim əvvəlcə, sonda isə hədələ-
dim:
- Mən də bir
daha sizə gəlməyəcəyəm, gələn il də Ebrunu kim oxudar oxudar.
- Elə demə, qurban, Ebrunu sən oxudacaqsan.
- Oxutmaram!
- De haydı. Mən neyləyim, hocam?
Onu çarəsiz vəziyyətdə qoymuşdum. Evimizin önündəki tut ağacını göstərdi.
- Hocam, ağacın dibinə bir çul parçası atarsan, gələrəm, içəriyə keçmərəm, - dedi.
Mən evinə getdiyimdə evini alt-üst eləyən, tarlasına getdiyimdə könlünü kilim eləyən bu
kürd kişisi niyə bu qədər çəkinir, niyə müəllimin evinə getməkdən qorxurdu? Məktəbdə, bizim
qaldığımız ev də onun üçün bir dövlət binasıydı. Başa düşmüşdüm. Bu qorxusunu aradan götürə-
cəkdim, qərarlıydım, üstəlik Rəhman dayı da israrlarım qarşısında çətin vəziyyətdə qalmışdı,
məni qırmayacağı bəlliydi.
- Evə keçəcəksən, səhər yeməyini bərabər yeyəcəyik. Bax, gəlməsən Ebrunu oxutmayaca-
ğam.
«Ebru» deyincən susur, əlini yanlara açır, danışa bilmirdi.
Rəhman dayı dözə bilmədi:
- Tamam, hocam, - dedi, - gedək.
Birlikdə evə doğru getdik. Mən qapını açıb içəri keçdim, Rəhman dayı qaloşlarını çıxartdı.
Corabları yırtılmışdı, ayaq barmaqları görünürdü. Mənim fərq etdiyimi görüb utandı, ayağını
gizləməyə çalışdı və üzündəki acı bir ifadəylə:
- Hoca,
sənə qurban olum, - dedi, - bu ağacın altına bir çul parçası sər, oturum da.
O nur üzlü adama daha bundan artıq təkid eləyə bilmədim, eləmədim.
- Tamam, Rəhman dayı, - dedim, - sən keç ağacın altına, mən gəlirəm.
Danışdıq, yenə dərdləşdik, Həccə getməyi
niyət eləmişdi, qərarlıydı:
- Qismət olarsa, həccə gedəcəyəm, hocam, - dedi. - Inşallah qaysılardan bu il yaxşı pul
götürərik. Keçən il dolu vurdu, öncəki il də çiçəkləri töküldü, soyxalar meyvə vermədilər. Beş-
on qoyun da satacağam. Ölmədən bir ayağım o mübarək torpağa dəysəydi, yuxularıma girir,
vallah, bu il inşallah gedərəm.
- Inşallah, istədiyin kimi olar, Rəhman dayı.
- Hocam, mən qalxım, - dedi. – Ya Allah, ya şeyx, ya mədət.
Dizlərinə dayanaraq dikəldi və dizlərinə qədər enən uzun qollarını yelləyə-yelləyə getdi,
yenə tarladakı bir daşın başı üstə dayandı.
Qış artıq yaxınlaşmış, uca təpələrə qar yağmışdı. O gecə məni yuxu aparmadı, evdə dörd
dolanıb gərdiş eləyirdim. Gecə saat ikini keçmişdi. Kənd qaranlığa qərq olmuş, dərin bir sükut
içində uyuyurdu, külək evdən bir az aralıdakı qoz ağaclarının dili ilə danışırdı. Bu boyda kənddə
sadəcə mənim evimdə işıq yanırdı, hələ də yata bilməmişdim.
Birdən evin qapısını döydülər, mətbəxin pəncərəsindən çölə baxdım, çöldə iki kişi gözlə-
yirdi. Kənddə hər kəsi tanıyırdım, gələnlər yad adamlardılar. Evin qabağında bir küçə fanarı var
idi. Gələnlər fanarın işığında dayanmışdılar. Birinin köynəyində qan izləri var idi, digərinə söy-
kənərək dayanmışdı, o birisinin isə çiynində tüfəng var idi.
- Kimdir? – deyə səslədim, amma cavab vermədilər. Qəribə bir qorxuya düşdüm, ətrafda
kimsə yoxdu, bir müddət qapını açıb açmamaqda tərəddüd elədim. «Ebe üçün gəliblər hər hal-
da», deyə düşündüm. Kənddəki xəstələrin üstünə belə gecə getməyə qorxardı zavalı qız. Bu
üzdən gecələr xəstələri olanlar, başqa kənddən Ebe üçün gələnlər əvvəlcə məni oyandırardılar.
Gecələr sadəcə mənimlə gedərdi xəstəyə baxmağa. Yenə də qapını açmağa tərəddüd edirdim.