İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Çay gətirtdim. Qəndini atıb qarışdırdım. Siqaretini yandırdım. Yaralı könlünü qanatmamaq 
üçün söhbəti dəyişdim. 
- Yaşın neçə oldu, Şahan əmi? 
- Doqquz yüz otuz ikidənəm, yetmiş beş ildir arxamdan enmədi fələk. Nə ovundurdu, nə də 
güldürdü 
Soruşmağa tərəddüd elədim, dayandım, sonra: 
- Saz…- dedim, - Şahan əmi, saz, türkü? 
Iki əlini birdən mənə doğru uzatdı: 
- On beş ildir sazdan küsmüşəm, divardan asıla qalıb, o mənə baxır, mən ona baxıram. Ça-
lıb oynadığımız yalan oldu, indi uşaqlar çalır, amma toylardan da əlimizi üzdük, qulu olduğum, 
şəkimizi  vurduq.  Toylara  aşıq  çağıran  varmı?  Biz  kafir  olubmuşuq,  xəbərimiz  yox!  Bir  qismi 
müsəlman toyu eləyir, çalğısız toy olurmu, atam? Bir qismi də salonlarda toy eləyir. Sazlar elek-
trikə  qoşulur,  bir  cihaz  varmış,  sazı,  zurnanı,  halayı,  qırıq  havanı…  Havaları  o  cihaz  çalırmış. 
Sən bilərsən, adı nə isə… 
«Orq» demək istədim, vaz keçdim. Bu söz onun şüurunda heç nə ifadə elməyəcəkdi. Siqa-
retindən dərin bir qullab vurdu, ciyərləri sökülürmüş kimi öskürdü, boğuldu. Çayından bir udum 
içib boğazını təmizlədi və ürəyini boşaltmağa davam elədi: 
- Dövran dəyişdi, əşirətin çoxu pis gündədi. Bir qarış torpağımız yox, amma bura bizə və-
təndi. Uşaqlar daha burda qalmırlar, qışda Izmirə gedirlər. Tənəkə, kağız toplayıb çörək pulu qa-
zanırlar. Bizim kimi əldən-ayaqdan düşənlər qaldı burda. 
Kafeyə girdiyimə peşiman oldum, danışmağa söz tapa bilmədim, sonra yenidən soruşdum: 
- Uşaqlar yoxdu, dedin, Şahan əmi, barı xalam yanındamı? 
- Məni yarı yolda qoydu, getdi o. Beş ildi. Oğlanlar, gəlinlər, qonum-qonşu… baxırlar, sağ 
olsunlar. Evin yarısı uçtu, bir otaqlı evdə qalıram. Yeməyimi verir, siqaretimi alırlar, şükür… 
- Xəstəxana, həkim, dərman bəs? 
- Vilayətdə bir yer var. Yaşıl kart almaq üçün bir ərizə yazdırıb, ora getdim. Sonra ordakı 
məmurlar mənim evimə baxmağa gəldilər. Doğrudanmı kasıbdır, deyə baxırmışlar, ağanın oğlu. 
- Eeee, nə oldu? 
-  It  yatağında çörəyin kiçiyi olurmu, qurbanı olduğum? Bir dəst  yataqla, qab-qacağı, sazı, 
nağaranı yazıb getdilər. Sonra nə axtaran oldu. Nə də soruşan…. Ramazanda yardım eləyən olur, 
amma eldən gələn, pay olmaz, demişlər. Bax, ac gəzib, tox yellənirik, yıxıla-dura gedirik, qurba-
nı olduğum. 
Nə soruşdumsa, Şahan ustanın sözləri bir dərd seli olub üstümə gəldi, dəli sel məni bir kö-
tük kimi acının girdabına apardı. Bir yerlərdən bir şey tapıb rahatlanmaq istəyirdim. 
- Şahan əmi, sənə qocalıq təqaüdü kəsildimi? Müraciət etdinmi? Yaxşı, pis, bir aylıq? 
Əvvəlcə gülümsədi, sonra içini çəkdi: 
- Teho, dəli oğlan, - dedi, -dinlə hələ… 
Stulumu masaya doğru lap yaxın çəkib, Şahan ustaya yaxınlaşdım. Anlatmağa başladı. 
- Bizim əşirətdən bir üzü qara qışın sonu, baharın əvvəlində unsuz,  yarmasız qalınca, qon-
şudan arıq bir at tapıb, bəlkə «uşaq sünnət elətdirən» oldu, deyə yollara düşür. Bu məsəli eşidib-
sənmi? 
- Yox. 
- Çox getdikdən sonra bir çobana rast gəlir. Çobanın qabağında beş yüz qoyunluq yaz sürü-
sü varmış. Çobana yaxınlaşıb soruşur: 
- Ağa, bu sürü kimindi? 
Çoban: Həmid ağanındı, - deyir. 
- Malına bərəkət, - deyib, bizimki ağzını yelə verir. 
Bir az da gedəndən sonra bir qaramal sürüsü görür. Gedir çobanın yanına: 
- Bu sürü kimindi, ağam? – soruşur. 
Çoban: «Həmid ağanın» deyincə, «Allah artırsın» deyərək, arıq atını sürüb gedir. 
Axşama yaxın bir at sürüsü görür, mən deyim iki yüz, sən de üç yüz at varmış. Bizim üzü 
qara çobana yaxınlaşıb yenə soruşur: 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Ağam, bu atlar kimindi? 
Çoban yenə: «Həmid ağanın» deyincə, bizimki mindiyi atdan enib, ata bir qamçı vurur, at 
sıçrayıb dördnala sürünün içinə çapır. Bizimki başını yuxarı qaldırıb deyir: 
«Al, qurbanı olduğum, al! Bu atı da Həmid ağaya ver!» 
- Bax, qurbanı olduğum, verdikləri siqaretin pulu deyil. Axşama qədər növbədə gözləyirik, 
ala bilmirik. Mən də dedim ki: 
- Ağam, alın, bu da sizin olsun! Daha qocalıq təqaüdü almağa getmirəm… 
 
 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Bizim evin qibləsi 
 
 
 
Qabağında söyüd ağacları, yanı başında yaz-qış şırıl-şırıl axan bir çeşmə var idi. Çardağın 
lap kənarında boy verən cəhrayı balqabaq gülləri, çardağı aşıb pəncərələrə qədər uzanan ərgüvən 
çiçəkli sarmaşıqlar… Əhənglə ağardılmış divarları söyüdlərin arasından gülümsəyirdi. Dörd fəsil 
mətbəxindəki ocağı tüstülənərdi. Otaqları, şən, şaqraq, beş uşaqlı bir evdi. 
Qapısı gündoğana açılırdı. Qiblə divarı daşdan, digər üç divarı kərpicdəndi. Dörd otağı var-
dı, böyük otaq, kiçik otaq, mətbəx, ev otağı. 
Pərqu  yastıqları,  xalı,  döşəkçələri  və  toxunma  kilimləriylə  bəzədilmişdi  böyük  otaq.  Hər 
zaman dönmə dolabı   kiltiliydi, qapısını açmaq  isə uşaqlara qadağandı. Qonaq gələndə lampası 
yanar,    bacası  tüstülənər,  üzü  aydınlaşardı.  Böyük  otaqdakı  pərqu  yastıqların  üzərində  rəngbə-
rəng şəkillər var idi. Birbirinə iplərlə bağlanmış dəvə şəkilləri. Dəvələr bir karvan olur, elə hey 
uzaq diyarlara gedərdi. O karvanlar hara gedərdi, hardan gələrdi, bilinməzdi. Yaz-qış, gecə-gün-
düz gedərdi karvanımız. 
Kiçik otaq iki pəncərəliydi. Biri açıq, bir də kor pəncərə… Qışda soyuq olmasın deyə kor 
pəncərə salafanlarla örtülərdi. Qışda kor pəncərədən heç bir yer görünməzdi. Gün batanda kiçik 
otağın digər pəncərəsinə günəş işığı düşərdi, çöldən baxanda alov-alov görünərdi, həmişə o pən-
cərədən kəndə baxardıq. 
Qat-qat yorğan və döşəklərin olduğu yüklük ev otağındaydı. Ev otağının içində həmişə yaz 
fəsli olurdu. Saçaqları bir qızın saçları kimi hörülmüş  soğanlar, dişlərini ağardan diş-diş qarğıda-
lılar, bostanlar sovulanda hələ göy ikən toplanmış pamidorlar… 
Mətbəxin quzey divarında   ocaq var idi. Içində ölgün təzək alovları, qabağına külü tökül-
müş, üstündə hisli qazançası…Bərk  yel əsəndə evi  tüstüyə qərq elərdi bu ocaq. Nənəm dağınıq, 
xınalı saçlarıyla, dumanların içində cadu eləyən bir ovsunçu kimi dururdu ocağın önündə. Ocaq 
alovlananda    tüstünün  içindən  sifəti  parıldayardı.  Nənəmin  xınalı  saçları  alov  kimiydi.  Ocağı 
üfürərək yandıranda sanırdım saçları indicə od alıb alışacaq… 
Ocaq dəmirlərinin üstündəki hisə batmış qapqara qazanda hər zaman aş bişərdi. Dovğa aşı, 
paxlalı aş, sütlü aş… 
Ocağın hər tərəfində iki taxtadan ibarət olan stullar vardı. Nənəm o stullardan birində out-
rar, maşa ilə ocağın közlərini eşər, uzun taxta çömçəsiylə hey aş qarışdırardı. 
O şən, şaqraq, beş uşaqlı ev indi bir viranədi. Bir tək qiblədəki divarı uçmayıb qalıb. Qar-
larla ərimiş, yağışlarla axıb getmiş kərpic divarlar. 
Mətbəxin divarındakı ocağın yanına gedib oturdum, ocağın qalıqları hələ də qaraydı. Əlim-
dəki  çöp  ilə  ocağın  külləri  arasındakı  keçmişi  eşələrkən  dastanlar  söyləyən  ixtiyarların  səsini 
duydum birdən. Ağ saqqallı qocalar oturdu ocağın başında: Kümpür  Məmməd, Yaqub ağa, Qo-
ca Osman… bütün ixtiyarlar qarşımda dururdular. Əlimi uzatsam, əllərindən yapışacaqdım. San-
ki keçmiş bir zamandaydım. 
Ocaq  yenidən alovlandı, qarlar çırpıldı üzümə, bir uğultuyla pəncərələri döyəcləyib keçdi 
külək. Yenə axşam düşmək üzrəydi, günəş Dədə Damını aşdı, hava qaralmağa başladı. Qapının 
qabağından suya gedən qadınlar keçdi. Qollarında ağır vedrələr qarı yara-yara, üşüyərək keçdi-
lər… 
Təzək alovunun işığında nənəm lampanı yandırdı, ocağın başında oturdu. Birdən ocaq dilə 
gəldi, danışdı. O ixtiyarların diliylə rəvayətlər, dastanlar anlatmağa başladı. Hüseyni Kərbəlada 
susuzluqdan yanarkən, Arzuyu bulağa enərkən, Koroğlunu  yol kəsərkən, Kərəmi ağlarkən gör-
düm.  Insanlar o yanda bu yanda, səsləri də açıq-aydındı. Hamısı bu müqəddəs ocağın başınday-
dılar… 
Bir  müddət  sonra      yuxudan  oyanıbmış  kimi  gözlərimi  ovuşdurub  özümə  gəldim,  ocağın 
başındakılar  da gözlərim önündən bir-bir yoxa çıxdılar. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə