İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   37   38   39   40   41   42   43   44   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Salmaaaan! 
- Nə vaaar? 
- Nənəni bir alman aparır! 
- Salmaaan! 
- Nənəni bir alman aparır! 
Salman dönüb uşaqları daşa basardı. «Oruc bir aya enib» deyə bir yandan sevinər, bir yan-
dan da arxasınca qışqıran uşaqları söyə-söyə gedərdi. 
Ramazan ayı gələndə hər axşam, obaşdan  zamanı minarəyə çıxar, kəndliləri obaşdana qal-
dırardı molla əmi. 
O il Ramazan ayı fevral ayında gəlmişdi. Havalar soyuqdu. Gecə çöldə möhkəm şaxta var-
dı. Kənd adamları qapı-bacanı möhkəmcə bağlayıb dərin yuxuya dalmışdılar. Molla əmi obaşjan 
vaxtı  çıxdı  minarəyə.  Molla  əminin  səsi  ağzından  çıxar-çıxmaz  külək  aparır,  uzaqlarda  donub 
yoxa çıxırdı. Qəsəbə adamları molla əminin səsini eşitsələr də isti yataqlarında xumarlanır, qal-
xıb  işıqlarını  yandırmırdılar.  Sanki  bütün  qəsəbə  obaşdana  qalxmamaq  üçün  bir-birlərinə  söz 
vermişdilər, molla əmi də onları obaşdana qaldırmaq üçün and içmişdi. 
Molla əminin səsi qəsəbənin dörd yanındakı səsgücləndiricilərdən gurladı: 
- Hələ baax! Obaşdandı, qalxın! 
Evlərdə səs-səda yoxdu, işıqlar yanmırdı. Molla əmi səsini yüksəltdi. 
- Hələ baax! Obaşdandı, qalxın 
Qəsəbədə hasar yox, pəncərələrdən işıq belə sızmır. Molla əminin səsi minarədə titrəyirdi. 
Səsini əməllicə qaldırdı. 
- Hələ baax! Obaşdandı, deyirəm, ay millət! Qalxın görək! 
Evlərdə tək-tük işıqlar yanmağa başladı. Molla əminin səbri tükəndi. Qəzəbi küləyə qarışıb 
dağlarda əks-səda verdi. 
- Hələ bax! Mən obaşdandı demirəəəəm? Hələ də işıqlarınız yanmır! Ay köpəkoğlunun ba-
laları, niyə qalxmırsınız? Ay başınıza kül ələnsin! Ay yuxunuz ərşə çəkilsin! Qulağınıza yuyucu 
barmağı  girsin!  Obaşdan deyirəm  axı! Niyə qalxmırsınız? Özümü  vermişəm  küləyin qabağına, 
mən yazıq burda donum? Ay səsinizə səs verən tapılmasın! Obaşdandı deyirəm axı, qalxın! 
Az sonra qəsəbənin bütün işıqları yandı. Molla əmi qəzəblə endi minarədən, deyinərək evə 
getdi. 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Agac atlar 
 
 
Məktəbin həyət-bacası qayır-qayır qaynaşır, uşaqlar oynaşırdılar... 
Budaqalara  bahar  qonmuşdu.  Badamlar,  qaysılar,  əriklər...  hamısı  ağappaq  çiçəyə  bürün-
müşdü. Günəşin şəfəqləri uşaqların yanağında əks edirdi... 
İki uşaq həyətdə bir-biriylə höcətləşir, iki sərçə divarın üstündə dimdikləşirdi. Uşaqlar to-
pu,  sərçələr  də  divarın  üstündə  atılıb-düşən  qayğısız  sərçəni  bölüşə  bilmirdilər...  Qızlar  da  şən 
idi. Hamısı sakitcə, tək ayaq üstündə “cızdançıxdı” oynayırdılar. 
O topu hansı uşaq ələ keçirəcək? Bu qayğısız balaca quş hansı sərçənin dişisi olacaq? Sər-
çələr tüklərini daha da qabartdılar.Özlərini div sanırdılar. Tüklərini nə qədər qabartsalar da, sər-
çəydilər ki, sərçə... İkisi də bapbalaca bədənlərinə sığmırdı. Bir-birinin gözünü qorxutmaq istə-
yirdi.  Bəlliydi  ki,  damarlarında  qan  coşmuşdu,  həvəslənmişdilər.  Erkək  sərçələr  qızğın,  hirsli-
hirsli  cükküldəşirdilər.  Qanadlarını  yerlə  sürüyüb  xoruzlanırdılar.  Sanki  döyüş  meydanında  iki 
pəhləvan idi. İki pəhləvan! Bir dümbək, bir də zurna-balaban çatmırdı. Havalanmış sərçələr bir-
birinə acıq verir, bir-birinin dövrəsində hey fırlanır, fırlanırdılar... 
Uşaqlardan biri topu götürüb qaçdı, o biri  uşaq da onun dalınca... Sərçələr bir-birini qova-
ladılar. Biri uçub qarşıdakı söyüdün budağına qondu, o biri də onun dalınca... 
Uşaqlar oynadıqları oyunu dəyişdirmişdilər. Qızlar yerdə cızdıqları kiçik qutucuqların üstü-
nə yastı bir daş atıb, cızın içində bir-bir hoppanırdılar. Oğlanlar dəli daylar kimi o yan-bu yana 
qaçışırdılar. Keşkə zəng çalınmaya, dərs heç başlamayaydı... 
Uşaqların  hər  biri  öz    dünyasındaydı.  Təkcə  İsmayıl  kefsizdi,  ağlamsınırdı,  yoldaşlarına 
qaynayıb-qarışmırdı. O, qarşıdakı qapıya gedib çatmamış, o biri uşaqlar geriyə qaçışırdılar. Çır-
pınırdı, yıxılıb-dururdu, cəhd göstərirdi, yenə də yıxılırdı İsmayıl. Yıxılırdı... 
İflic, bir ala qarğa kimi lap körpəliyindən onu caynağına almışdı. O, sinfin qanadı qırıq sər-
çəsiydi. Bir damla, bir damla suyu çatdırıb damızdıra bilməmişdilər ağzına. Buna görə də İsma-
yılın bir tərəfi iflic, bir yandan da yarımcan idi. İki qaçanda bir yıxılardı. Əl-ayağını daş-çınqıl 
sıyırırdı. Cılız, arıq, zəif ayağını sürüyə-sürüyə həmişə əlacsız-əlacsız ağlayıb müəlliminə üz tu-
turdu: 
- Müəllim, mənimlə oynamırlar! 
- Kim səninlə oynamır, İsmayıl! Gəl görüm. 
- Məni oyuna qoymurlar, qaça... ıhı! Qaça... ıhı! Qaça bilmirsən deyirlər. 
- Gedək, İsmayıl, mən də sənin dəstəndənəm... 
İsmayılın əlindən tutub gedirəm. Topu uşaqların əlindən alıb: ”Əli, sən qabağa, Ömər, sən 
buraya, Mustafa, qarşı tərəfə, İsmayıl, buraya ...” dəstəni təzədən yığırıq. 
Bəzi uşaqlar mızıldanıb, etiraz edirlər. Hakim gəlməmişdən əvvəl 2-0 udmuşdular. Onsuz 
da həmişə  İsmayıldan irəlidəydilər.  Bədən tərbiyəsi  dərsində  İsmayılla  eyni  dəstədən olub,  top 
oynayırıq. Ona bir qol vurdurmaqdan ötrü bütün qaydaları pozub, uşaqlara aman vermirəm, tutub 
çəkirəm, dartışdırıram. Etirazları qulaq ardına vururam, çünki hakim mənəm. Bizim dəstənin qa-
pısından qol  keçsə də, həmişə  İsmayılın  böyrüncə qaçıram.  O,  yerə  yıxılar-yıxılmaz:  ”Əzildi”- 
deyirəm, mənim ona yazığım gəlir, ürəyim yanır. 
İsmayıl hələ körpə ikən sağlamlığını itirmişdi. Qəzavü-qədərin hesabını çoxdan saymışdı. 
İsmayıl hesabı  lobyalarla, qarğıdalılarla çıxır, vurur, bölürdü. Ətrafımızdakı  heyvanları bir  göz 
qırpımında tanıyardı: inək, qoyun, sığırçın, sərçə... 
Görmədiyi şəhərləri xəritələrdən tapır - öz şəhərimiz kimi. Oxuduğumuz adsız hekayələrə  
ən gözəl adı o verir. Mahnı da oxuyur, yanıltmaclar, tapmacalar da söyləyir İsmayıl... Onun rəsm 
dəftəri rəngarəng olur: səma - mavi, günəş - sarı, budaq - yaşıl... İri-iri quşlar çəkir İsmayıl. Dağ-
ların, buludların üstündən uçur onun quşları. Onun rəsmində quşlardan aşağıda uşaqlar da olur. 
Uşaqlardan biri həmişə yaşıdlarından kənarda durur. O birilər ayaq üstə olsa da, o, çöməlib otu-
rur. Büzüşüb oturan uşağın İsmayıl olduğunu bilirəm. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə