İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   37   38   39   40   41   42   43   44   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Hər dərsdə o biri uşaqlarla ayaqlaşsa da, bədən tərbiyəsi dərsində çarəsizdir. Bədən tərbiyə-
si  çatanda digər uşaqlar həyəcanla, səbrsizliklə, çılğınlıqla hərəkətə  gələr,  İsmayılın  ürəyi qəm-
qüssə ilə dolardı. Boynunu burar: 
- Şəkil çəkək, müəllim, - deyərdi, - idmana getməyək. 
O biri uşaqlar çımxırır. Hakim onların da qəbul edəcəyi son çıxış yolunu tapır, İsmayılı bə-
zən dibsiz quyulardan çəkib çıxarır: 
- Di, qulaq asın, nağıl danışacağam. 
"Nağıl" sözünün sehri bütün sinfi öz ağuşuna alar, arxaya yayxanıb, diqqətlə ağzıma baxar-
lar. O an səs-səmir eşidilməz. Bir nağıla dəyişərlər bədən tərbiyəsi dərsini. Nağıl ki başladı, ha-
mımız başqa bir dünyaya - keçmiş zamanlara gedirik: ”Biri var imiş, biri yox imiş, Allahın çoxlu 
qulları  var  imiş.  Əvvəl  zaman  içində,  xəlbir  saman  içində...  Dəvələr  dəllal  ikən,  mən  nənəmin  
beşiyini yır-yır yırğalayarkən... Keçmiş zamanda ölkələrin birində bir padşah var imiş. Padşahın 
da  dünyalar  gözəli  üç  şahzadəsi...  Kiçik  şahzadə  hamısından  igid  və  cəsur  imiş.  Yayını  çəkib, 
oxunu atanda divin gözünə batarmış... Kiçik şahzadə taxta çıxanda, qırx gün, qırx gecə toy-bay-
ram eləyib, yeyib-içib, murada yetmişlər. Onlar çatmış muradına, biz də yetişdik sona... Di, çıxın 
tənəffüsə...“ 
* * * 
Günəşin şəfəqləri uşaqların yanağından mənim gözlərimə düşür. Bu dəfə elə bil hamısı ki-
çik şahzadə, hamısının qarşısında bir div var. Hamısı da yayları dartıblar. İsmayıl məktəbin bağ-
çasından bir az aralı olan qoca bir söyüd ağacının dibindədir. Gözünün birini qıyıb, oxunu  divin 
gözünə tuşlayır. Ox gözünə dəyməsə div ölməyəcək. Divi gözündən vurmalıdı... Div bir azdan 
öləcək, gözlərindən qan şoralanıb axacaq, nərəsi yeri-göyü başına götürəcək. Sonra İsmayıl taxta 
çıxacaq, şah olacaq, bir toy-düyün qurulacaq və bayram şənliyi keçiriləcək... 
Hava  tər-təmiz,  sərçələr  atılıb-düşür.  Qabaqdakı  Ulupınar  meşələrinin  ətəklərində  sular 
çağlayır. Çoxdandır ki, uşaqlar gəzməyə getmək istəyirlər. Artıq əsl vaxtdır, özü də sabah... 
Yaxınlıqdakı şagirdləri səslədim. 
- Sabah gəzməyə gedirik, uşaqlar, hamı azuqəsini götürüb gəlsin. 
Səs-küyləri aləmi bürüdü. 
- Sabah gəzməyə gedirik!... Sabah gəzməyə gedirik!... 
Bir az sonra hamısı ətrafımdaydı. Hamısı da eyni sualı verirdi: 
- Haraya gedəcəyik, nə vaxt gedəcəyik, önlüklərimizi geyəcəyikmi?... 
- Ulupınara gedəcəyik, sabah saat 9-da, istədiyiniz paltarı geyə bilərsiniz. Di, tez olun, çan-
talarınızı götürüb evə gedin... 
Kimisi  unudaraq, kimisi axıra qədər öyrənməsə də, amma soruşmasalar rahat olmazlar: 
- Tapşırığınız varmı, müəllim? 
- Bahara bağışladım, ev tapşırığınız yoxdu. 
- Uraaa! Uraaa! 
* * * 
O sabah məktəbə həmişəkindən də tez gəldilər. Səbirsizdilər. Hamısı əşyalarını hazırlatmış-
dı. Gözləri həmişəkindən daha canlı, daha diri, daha parlaq idi. Qarşılarına keçsən bir “Amin ala-
yı” kimi yeriyəcəklər. 
- Haydı, - deyib, Ulupınara  tərəf yola düşdük. 
Uşaqlar ilk dəfə gün işığına çıxan körpə quzular kimi atılıb-düşürdülər. Bir az sonra yorula-
caqlarını, hətta, geriyə qalacaqlarını bilirdim. İsmayıl arxada qaldığına görə yenə həyəcanlanırdı. 
Mən tələsmədən onların ardınca addımlayırdım. Bir yandan da baharı seyr edirdim. 
Bir şanapipik quşu qarşımda qaçırdı. Adam onun quş və ya siçan olduğunu başa düşə bil-
mirdi. Ara-sıra qanadlanıb uçmasaydı, quş olmadığına and içərdin. Bildirçin səsləri eşidilir, de-
mək,  gəliblər.  Göydə  həvəslə  bir  qırğı  süzür,  arabir  qanad  çalmır,  elə  bil  göydən  asılıb  qalıb. 
Əkin sahələrinin içində rəngbərəng kəpənəklər uçuşur. Bir günlük ömrə sığan bu qədər rəng?.. 
Kəpənəklər kimi uşaqlar da o çiçəkdən bu çiçəyə qanadlanırlar. Yolun kənarında inciçiçəyi, xar-
dallar, dəvədabanı, quzuqulağı, yovşan, gəlinciklər... hamısı çiçəkləyib. Ara-sıra birnəfəsə qaçıb 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
gələn şagirdlər topladıqları çiçəkləri mənə verirlər, sonra  yenə qaçıb gedirlər. Biri nəsə bir iş gö-
rən kimi, hamısı onu təkrarlayır. Əllərimdə dəstə-dəstə çiçəklər... əllərim çiçəkləyib. 
Az getdik, üz getdik, dərə-təpə düz getdik... Yorğun-arğın Ulupınara çatdıq. Çeşmənin gö-
zündən dupduru bir su qaynayır və aşıb-daşır,  gümüşü bir iplik kimi qıvrıla-qıvrıla axırdı. Hər 
tərəf  çayır-çəməndi.  Uşaqlar  çəmənlikdə  ağnaşırlar.  Özlərini  ora-bura  çırpırlar.  İsmayıl  yıxılsa 
belə burada əzilməzdi. Onlar yıxılıb-duranda heç bir təşviş keçirmirdim. 
Mən onları səsləməkdən yoruldum, onlar qaçıb-oynamaqdan yorulmadılar. Bir az sonra ya-
naqları  alma  kimi  qızarmış,  pörtmüş  halda,  ləhləyə-ləhləyə  ətrafımda  toplaşdılar.  Süfrə  açdıq. 
Kömbələr, yumurtalar, pendirlər, yağlar... Hamı birinci tikəsini götürüb üstümə gəldi: 
- Müəllim bunu sən ye... Müəllim bunu sən ye!... 
Günortadan sonra gəzməyə daha taqətləri qalmamışdı.Çəmənliyə sərildilər. Düzənliyə enən 
coşqun çaylar kimi duruldular. 
- Qalxın- dedim- kəndə gedirik. Tənbəl-tənbəl toplandılar. Səhərki coşğunluqdan əsər-əla-
mət  qalmamışdı.  Qaçaraq  gəldikləri  məsafəni  yeriyə-yeriyə  gedə  bilmirdilər.  Səhər  yanından 
ötəndə  baş  çəkdiyimiz  bulağın  başında  dincəlməyə  icazə  verdim.  Çeşmənin  üstündə  yamyaşıl 
söyüd ağacı vardı. 
- Uşaqlar!- dedim,- siz söyüd ağacından tütək düzəldə bilirsinizmi? 
- Xeeeyiir! 
- Mən siz boyda olanda bu ağaclardan tütək düzəldərdim. 
Çaşqın-çaşqın baxdılar. Bıçağımı çıxarıb söydün bir budağını kəsdim. Hamısı toplaşıb mə-
ni  izləməyə  başladı.  Canına  su  yığılmış  söyüd  budağının  qabığını  ehmalca  soydum.  Süd  kimi 
ağappaq budaq qabıqdan sıyrılıb çıxdı. Səs-küy kəsildi, sanki sinifdə nağıl danışırdım. İncə bir 
boru kimi əlimdəki söyüd budağının uc tərəfdən üz qatını ehtiyatla yontalayıb çıxartdım, özümə 
gözəl bir tütək düzəltdim. Onlarca göz məni maraqla izləyirdi. Tütəyi ağzıma yaxınlaşdırıb üflə-
yəndə səs-küy qopdu. 
- Müəllim, mənə də tütək... müəllim, mənə də tütək... 
Sıraya düzüldülər, hamısına bir-bir tütək düzəltdim. Gözlərinə yenidən parıltı gəldi. Bir an 
yorulduqlarını unutdular. Tütəkləri götürüb yola düşdük. Arxaya baxdım. Uşaqlar yaman yorul-
muşdu,  daha  yeriyə  bilmirdilər.  Onları  toparlayıb  kəndə  gətirməyə  əziyyət  çəkirdim.  Az  sonra 
qoca  bir  söyüd  ağacının    yanında  dincəlməyə  qərar  verdik.  Kəndə  çatmağa  hələ  xeyli  yolumuz 
qalmışdı. Uşaqları özbaşına buraxsam, bu sərin kölgəlikdən qalxmayacaq, uzandıqları yerdə yu-
xuya gedəcəkdilər. Keçən ildən budanıb və bir tərəfə atılmış söyüd budaqlarına sataşdı gözüm. 
Təzədən uşaqları yığıb sıraya düzdüm. 
- Kim yaxşı at çapa bilir? 
Yenə də gözləri hədəqəsindən çıxdı. 
- Mən, mən, mən... 
- Gəlin baxaq, görək kim atı yaxşı çapıb, kəndə birinci çatacaq! 
İsmayılı unutmuşdum. Bir damla suyun qurbanı olmuş İsmayıl bir an yadımdan çıxmışdı. 
Amma geriyə  yol  yox idi. ”Atlılar” çığır-bağır salmışdılar. Quru budaqlardan götürüb hərəsinə 
bir at, bir qamçı verdim. Ağac “atlar”ın hamısı gözəldi, cins “atlar” idi. Kəhər atlar, boz atlar, qır 
atlar, kürən atlar... İsmayılın da bir atı vardı - kiçik, xırda bir budaq, qıvraq kürən at. O da hamı 
kimi öz atına minmişdi. ”Haydı” deməyimi gözləyirdi... 
Atlıları üzü kəndə tərəf düzmüşdüm. Artıq hamısı bir-bir atlanmışdı.”Haydı” deyə bilmir-
dim. Bir çarə tapmalıydım. İsmayıl  yenə də yıxılacaqdı, mən kəndə yaralıyla dönəcəkdim. Son 
çarə tapıldı - özümə də bir at ayırdım. İri bir budağı da mən mindim və İsmayılın yanına sürdüm 
atımı. 
- Haydı!- dedim - görək kəndə kim birinci çatacaq. 
Atların kişnərtisi, ”tıqıtıq, tıqıtıq” nal səsləri, bir yandan çalınan tütəklər... toz dumana qa-
rışdı. Kəndə tərəf axın başladı. 
Heç yerindən tərpənməmiş İsmayılın atı sürüşdü. Qaldırdım. Təzədən mindi atına, alınma-
dı, bir daha, bir daha... 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə