İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   37   38   39   40   41   42   43   44   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
bilmədim. Bir bəhanəylə gözlərini görmək istədim, qapıdan sallanıb, arxasınca ümidsizcəsinə ça-
ğırdım. 
- Kiçik qız, adın nədi sənin? 
Qız çevrilib baxmadı, qadının ətəyinə bir az da qısıldı. Qadın bir neçə pillə aşağıdan səs-
ləndi, səsi mənə qədər güclə çatdı və soyuq divarlara çırpılıb çilikləndi: 
- Pünhanə, balam, Pünhanə… 
Günlər, gecələr boyu o qızı düşündüm, uzun gecələri danışdım o qızla: 
"Pünhanə! Gözlərin nə rəngdi sənin? Bəs əllərin, əllərin?… O kiçik ayaqlarınlamı qaçdın 
güllələrin, bombaların qarşısından? O kiçik addımlarınlamı aşdın dağları? Üşümədinmi, Pünha-
nə? Üşümədinmi? Üzün niyə uşaq üzü deyil, nə üçün bu qədər yanıb, Pünhanə? Bombaların, gül-
lələrin səsini eşitdimi qulaqların? Bəs gözlərin, gözlərin nə rəng idi, Pünhanə? Axan qanı gördü-
mü o gözlərin? Qanlar sıçradımı evinizin divarlarına? Divarların dibində ağlayıb qaldınmı heç? 
Bir ceyran kimi qorxudan böyümüş gözlərinlə qan içən kaftarlara baxdınmı? Onda neçə yaşında 
idin, Pünhanə? Məktəbə gedirdinmi? Bəs qələmin, dəftərin, boyaların? Oyun oynayarkənmi, tək 
ayağının üstündə səkərkənmi düşdü bombalar? Yoldaşların,  yoldaşların öldümü, Pünhanə? Qa-
namı batdı oyuncaqların? “ 
Heç bir gecə, heç bir suala cavab vermədi o qız, heç baxmadı üzümə, heç görmədim gözlə-
rini… 
Gecə sulu bir qar səpələyirdi. Pəncərədən çölə baxırdım. Göy guruldayır, şimşəklər çaxırdı 
dalbadal. Bəlkə şimşək deyildi, bəlkə yenə uzaq şəhərlərə, kəndlərə bombalar yağırdı. Ətraf gah 
işıqlanır, gah zülmət bir qaranlığa qərq olurdu. O bir anlıq işıqda, işıqlarla birlikdə bir qız uşağı 
gəlib dayandı qarşımda. Uzun bir hörüyü vardı bu qızın, hörüyünün ucunda da solğun, rəngi bi-
linməyən bir lent. Şüşəyə yaxınlaşdıqca itirdi üzü. O uzaq şəhərlərdən qaçmışdı yəqin ki. İslan-
mışdı, pərişan, yorğun, qorxaq və ürkəkdi… Elə bil əlimi uzatsam, qızın əllərini tutacaqdım. La-
kin  əllərimi  uzadanda,  əllərim  boşluqdan  asılı  qalırdı.  Əlimi  tutmurdu,  əlləri  yox  idi  bu  qızın. 
Qaşları, gözləri, ağzı, burnu, yanaqları yox idi… Bir hörük və bir lentdən ibarət idi bu qız. Lent 
qana batmışdı, qıpqırmızı idi. Qızın üzündə bir işıq parlayırdı, ağ bir işıq. Və o hörük də, o lent 
də əriyir, itirdi bu işığın içində. 
Sonra əsmər, zəif bir əl uzandı şüşəyə. O əl uzandı, uzandı, şüşəni deşib gözlərimin önünə 
qədər gəldi. Həmin qadının əli idi və bu əsmər, zəif əllərdən qan axmağa başladı. Sonra bu əlin 
arxasında bir qadın siuleti meydana çıxdı… Qaranlığın içində qara bir kölgə kimi dayanan qadı-
nın da üzü yox idi, amma səsini eşidirdim. Səsi bir fəryad idi: 
"Oğul", - dedi, - oğul, Qarabağ qaçqınıyıq...”Oğul, bir kömək et deməliydi, yəqin, demədi!" 
*** 
Gecəni yata bilmədim, səhər erkəndən qalxdım. İşə gedəndə binanın ağsaqqalı Kəlbayı kəs-
di yolumu. 
- Müəllim, binanın qapıçısı çıxıb gedib, daha gəlməyəcək, cavan bir xidmətçi tapmışam, in-
di gəlməlidi. Sən danış onunla, binanın idarəçisi sənsən də, müəllim, xəbərin yoxdu? Dünən mən 
yandırmışam qazanı…" 
- Yaxşı, gəlsin, Kəlbayı,- dedim - gəlsin, baxarıq… 
Binanı guya Kəlbayı ilə mən idarə edirdik. Mən hesab işlərinə baxardım, o da odun, kömür, 
təmir işlərinə… Hər ay bir hay-həşir qopurdu bizim binada. Gah lift işləmir, su kəsilir, elektrik 
xətləri yanır, gah da yanacaq donur, kanalizasiya tutulur, qapıçı pulu ödənmirdi… 
- Təməli xarabdı bu binanın, - dedi Kəlbayı, - bu saqqalımdan utanıram, yoxsa bunların ha-
mısını verəsən qılıncın qabağına… 
- Az qaldı, bu qışı da ötürək, ilk işim başqa bir yerə köçmək olacaq. 
Biz Kəlbayı ilə danışanda incə, çəlimsiz bir gənc yaxınlaşdı. 
- Sabahınız xeyir. 
- Xidmətçi gəldi, müəllim, budu xidmətçi, - dedi Kəlbayı. 
Gələn on beş-on altı yaşlarında bir cavan idi. Səhər tezdən gəlib dirənmişdi qapıya. Tez-tez 
əsnəyir,  gözlərindən  yuxu  tökülürdü. Mən çaşqın-çaşqın  uşağı  süzürdüm  və elə bil ağır kömür 
torbalarını öz kürəyimdə hiss edirdim. Böyük vedrələrlə qazanxanadan kül çıxarırmış kimi diz-


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
lərim bükülürdü. Yıxılıb qalırdım zirzəminin qaranlıq pillələrində. Qazanı yandırarkən boğulur-
dum tüstüdən, danlayırdılar məni, hirslənirdilər, söyürdülər… 
Dünyanın hər üzünü görmüş qoca Salman dayı dözə bilməmişdi bu binanın əziyyətinə, çı-
xıb getmişdi… Üstəlik hər iş  gəlirdi Salman dayının əlindən. Elektriki, suyu, qazanı özü təmir 
edərdi… Bu çəlimsiz uşaq, hələ yeniyetmə bir cavan nə edəcəkdi? Hələ ana uşağıydı axı?.. So-
yuq səhərləri necə oyanacaqdı erkəndən, necə qalayacaqdı qazanı, o ağır vedrələri necə qaldıra-
caqdı? Necə?.. 
Əlacsız qalıb soruşdum: 
- Sən… sən, öhdəsindən gələ bilərsənmi, çətindir axı… 
Uşaqdan əvvəl Kəlbayı cavab verdi: 
- Hə, cavan xidmətçidi də, müəllim, niyə bacarmasın? Mən bunun yaşında olsam, daşı əzib 
un ələyərəm. 
- Hələ çox gəncdi, Kəlbayı, hələ uş… 
- Bacararam, abi, bundan qabaq başqa binalarda da işləmişəm. 
“Olmaz”- deyə, geri qaytara bilmədim uşağı. Zirzəmiyə endik. Hər tərəf his, rütubət, kömür 
qoxusu, nəm qoxusu… Küncdə qapıçıların qaldığı uçuq-sökük bir daxma… Çürümüş, su sızdı-
ran borular, bir-birinə calanmış, hardan gəlib hara getdiyi bilinməyən elektrik kabelləri, bir kün-
cə yığılmış böyük kömür torbaları, iri odun kötükləri… 
Kəlbayının "daşı əzsə un edən cavan xidmətçi" dediyi oğlandan soruşdum: 
- Adın nədi? 
- Seyfəddin. 
- Seyfəddin, səhər saat altıda qazanı yandırmalısan, odun və kömür burdadı. 
- Oldu. 
- Saat yeddidə isti suyu verməlisən, su vannaları odur ordadı. 
- Oldu, abi. 
- Aman, diqqətli ol, bacarmadığın bir iş olsa, əlini vurma. 
İşlərini başa saldım, yüzlərlə əmr sıraladım Seyfəddinə. 
"Edəcəksən, edəcəksən, gedəcəksən, gələcəksən, tutacaqsan, atacaqsan, yatacaqsan, qalxa-
caqsan… oldumu? 
- Oldu, abi, oldu abi. 
Seyfəddin qalacağı daxmaya baxdı. Salman dayıdan qalma köhnə bir yorğan, taxta bir stul, 
kiçik bir balon, kirli bir stəkan, hisli bir tava, bir küncdə əl fənəri, vintaçan, yanmış elektrik  sı-
ğortaları, kəlbətin, çəkic… 
Seyfəddin qalacağı yeri qaydaya salmalı idi. Mən insanı boğan, əzən, acı qoxuyan zirzəmi-
dən yuxarı çıxdım, dərin bir nəfəs aldım, Kəlbayıya "xudahafiz, uşağa kömək elə",- deyib iş yeri-
nə üz tutdum. 
*** 
Axşamüstü evdən axtardılar. 
- Çox soyuqdu, qızdırıcılar yanmır, elektriklər də kəsilib, hardasan? 
Hava  qaralırdı,  qızdırıcılar  çoxdan  yanmalıydı.  Görəsən,  Seyfəddin  elə  ilk  gündən  çıxıb 
getmişdimi? Görəsən Seyfəddin? …Bu fikirlərlə avtomobilə mindim, evə nə vaxt çatdığımı bil-
mədim. Binanın girişində Hacı Sevəm nənə qarşıladı məni, şikayətlərini sıraladı: 
-Ay oğul, donmuşuq axı. Niyə yanmır bu qızdırıcı? 
-  Baxarıq,  Sevəm  nənə,  yandırarıq  indi,  yeni  qapıçı  çox  cavandı,  bəlkə  yandıra  bilməyib, 
düşüm bir baxım. 
Zirzəmiyə doğru bir neçə pillə endim, qatı bir kif qoxusu vurdu üzümə.  Qapını itələdim, 
cırıldayaraq açıldı. İçəri zülmət qaranlıq idi. Bir-iki pillə də enib çağırdım: 
- Seyfəddin! Seyfəddin! 
Cavab gəlmədi. İçəridə heç nə işləmirdi. Nə qızdırıcının səsi, nə suyun... “Yəqin çıxıb ge-
dib, haqlıdı uşaq"- dedim içimdə, "burada kim qalar ki?..“ 
Evə qayıdıb əl fənərini götürdüm, təkrar endim aşağı. 
- Seyfəddin! Seyfəddin! 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə