İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   37   38   39   40   41   42   43   44   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Qarabağ qaçqınları 
 
 
Budaqları dar bir küçəyə əyilmiş salxım söyüdün altında dayandım. “Müəllimlər Evi”nin 
zalından hələ də tar səsi gəlirdi. Bu səs başqa səslərə hökm edib, hamsını bir-bir silmişdi küçə-
dən. Bir az da uzaqlaşsam, bulvara çıxsam, sanki çox qədimlərdən, əsrlərin arxasından gələn bu 
təranə uğultular içində itəcək, bir-birinə söykənmiş yöndəmsiz binalara, əyri-üyrü yollara, dön-
gələrə dəyib parçalanacaqdı. 
Kim bilir, hansı aşiq ürəyinin yanıq nəğmələrini tökmüşdü bu tara, hansı ürək alovlandır-
mışdı bu melodiyaları!?. Bir ürək yanğısıydı bu səs, minlərlə fəryaddı... Elə yanıq, elə içdən, öl-
gün, elə bezgin, dərdli ki… Dinlədikcə məni özünə çəkir, nəhəng bir dalğa kimi udur və kimsəsiz 
bir sahilə sürükləyirdi. O sahildə yalnız bir səs, bir melodiya vardı - bu tarın səsi. 
Geri qayıtdım. Ruhumu oxşayan o sehrli səs ilıq bir meh kimi məni apardıqca güney küləyi 
dəymiş qartək əriyirdim. 
Pillələri iki-iki çıxıb, pilləkənin başında dayandım. Şah pərdədə titrəyən, çırpınan bir miz-
rab, hər məqamda ayrı bir kədərə batır; şur, segah, mugam… Salonun qapısına söykəndim, içəri 
girməyə çəkinirdim. 
Kiminsə  məlahətli  səsi  tellərin  yanğısını,  tellərdə  böyüyüb  çoxalan  hüznü  sözə  tökməyə 
başladı: "Dost baaağıııııındaaa açılııııbdı güüüül, Güləəə sarıııılıbdı bülbül…" Tar o sözlərin hər 
bir hecasına uyğun səslənirdi. 
Tar susdu. Salondan ucalan yüksək ritmli bir nağara səsi qarmonun incə, cəld səsinə qarış-
dı. O hüznlü səs isə coşğun bir sevgi nəğməsi oldu, bir çağırışa çevrildi: "Mehribanım, Mehri-
baaaan, gəl oynaaa, gül oynaaa. Gözəəəl oğlan, göözəl qıııız, çal-oyna…" 
Sonra bütün səslər susdu. Bir anlığa sükut bürüdü salonu. Və giley dolu bir səs parçalayıb 
dağıtdı o sükutu: 
"Olmur, e! Olmur! Olmuuuur!" Ay Özgə! Sən neynirsən? Roluna hardan başlayırsan?.. Ta-
mer, həmişə demirəm, niyə qızın qabağına çatanda qollarını aşağı salırsan? Budur, bax, belə et-
məlisən.” 
Qapını yavaşca açıb, ayaqlarımın ucunda içəri girdim. Salondakı gənclər bütün diqqətiylə 
şıkayətlənən o adamı dinləyirdilər. Bəstəboy bir kişiydi… Səsi elə amiranə idi ki, birdən "sən nə 
gəzirsən  burada,  çıx  çölə!"  -  desə,  heç  etiraz  etmədən  sivişib  aradan  çıxacaqdım.  Salondakı  o 
hüzn, o yanğı, coşğu, dəvət… sehrli bir pərdənin arxasında qalmışdı. Salondakıların hamısı, özü-
nü didib-parçalayan o adamı dinləyirdi. Başıpapaqlı, beli xəncərli, dəri çəkmələri diz qapaqlarına 
qədər çıxan cavanlar, rəngarəng ipək şallar içində gözləri sürməli, ceyran kimi gənc qızlar… ha-
mısı bu adamı dövrəyə almışdı. 
Çalğıçılar da qulaq kəsilmişdi. Qarmonçu ayaq üstə, qarmonu da boynundan asılı idi. Na-
ğaracı nağarasını qucağında tutub gözləyirdi. Tar onların yanındakı kürsünün üstündə idi. Göv-
dəsi  sədəf  işləməli  bu  tar  bir  az  əvvəlki  səslərin  sahibiydi.  Qəribə,  məlul,  qəmli-qəmli  yatırdı 
kürsünün üstündə, bir uzaq diyarda, qürbətdə idi sanki. 
Deməli, bu balacaboy adam çalırdı bu tarı. İndi isə gah qızlara səslənib min bir işvəylə naz-
lanır, gah da kişilərə sarı sərt və cəld hərəkətlərlə alıcı quşlar kimi fırlanır, qanadlanır, süzürdü. 
Bu yaşda adam işini elə şövqlə görürdü ki… 
Əynindəki uzun, az qala palto kimi görünən pencəyinin qollarını biləklərindən geriyə doğru 
qatlasa da, pencəyin qolları yenə də uzun idi. Qollarını aşağı endirəndə birdən əlləri itir, bu uzun 
pencək onun kiçik qollarını udurdu. Sağ yanağında dərin yara izləri vardı. Bəlkə buna görə aza-
cıq uzanmış ağ saqqallını kəsməmişdi. Sağ gözü digər gözündən çox iri görünürdü, sanki bir az 
çölə doğru çıxmış kimiydi. Ağ saçları geriyə daranmışdı və tez-tez qolunu çirmələyib bir əlini al-
ınına aparır, saçlarını arxaya doğru tumarlayırdı. Ucadan danışanda ağızının sol yanında qızıl bir 
diş  parlayırdı.  Bu  qızıl  diş  az  qala  qaralmış,  seyrək,  toxunsan  düşəcəkmiş  kimi  dayanan  digər 
dişlərin arasında çox qəribə görünürdü. Üzündəki dərin qırışlar bu adamın dünyanı neçə ildir ad-
dımladığından xəbər verirdi. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Tarzən hər kəsi xəbərdar edib neyləmək lazım olduğunu bir-bir izah etdi: 
- Oldu? Bir daha başdan, - dedi yüksək səslə. 
Oturuşumu  dəyişdirdim,  özümü  yığışdırdım.  Sanki  mənə  də  nəsə  tapşırmışdı  bu  adam. 
Sanki mən də nəsə edəcəkdim… 
Gənc qızları, cavanları yenidən səhnəyə düzdü. Sürətlə gəlib tarı əlinə aldı və oturdu. Sağa-
sola bir daha baxdı, birdən gözlərini mənə dikdi, baxışlarını üstümdə gəzdirdi bir müddət. Yuva-
sından atılmış iri gözündə naməlum bir fəlakətin izləri vardı. İçim titrədi. Çölə doğru atılacaqmış 
kimi dayanan gözü boş və mənasız baxırdı, o gözünün görmədiyini hiss etdim. Yaxından baxan-
da üzündəki yara izlərinin çox dərin olduğunu anladım. 
Tarzən dönüb nağaraçıya başıyla işarə etdi və tarı sinəsinə basdı. Tara elə sarılmışdı ki… 
bu adamla bu tar arasında sanki sirli bir doğmalıq, ilahi bir eşq, bir bağlılıq vardı. 
Hər kəs hazır idi, hətta mən də… nağara "düm tək, düm tək"- deyə bir səs çıxardı, adamın 
kiçik əlləri tarın  tellərində  gəzməyə başladı. Qarmonun  səsi  çox dərindən gəlirdi. Yenə o ağır, 
hüznlü parçanı ifa etməyə başladılar. 
İpək geyimli qızlar səhnənin ortasında bir başqa qızı dövrəyə almışdılar. Kişilər də onların 
ətrafında  idi.  Musiqi  başlayan  kimi  qızlar  duru  bir  suda,  qamışların  arasında  nazlanan  sonalar 
kimi  sanki  sürüşərək  kənara  çəkildilər.  Ortada  incə,  zərif,  boylu-buxunlu  bir  qız  qaldı.  Birdən 
cəld  hərəkətlərlə  səhnəyə  çıxan  cavan  oğlan  o  qızın  ətrafında  fırlanmağa  başladı.  Yalvarırmış 
kimi  hərəkətlər edən  cavan bir şahin  kimi  qollarını  iki  yana salıb qızın  ətrafında pərəstişkarlıq 
edirdi. Elə bil qız mavi ipəklər içində bir göy qumru, bir göyərçin idi. Qız elə nazlanırdı ki, kişi 
rəqqas  ətrafına  baxıb  əllərini  iki  yana  açır,  bir  çarə  axtarır,  hərdənbir  əllərini  yuxarı  qaldırıb 
tanrıya yalvarırdı. Qız başından sallanan tülün bir kənarı ilə ağızını bağladı, əliylə oğlana "get" 
işarəsi etdi. Oğlan qızdan uzaqlaşdı, xəyali bir güzgüyə baxıb “bəzəndi”, “saçını-başını düzəltdi” 
və çevik hərəkətlərlə yenidən qızın ətrafında fırlanmağa başladı. Qız duvağını açdı, güldü. O an 
tarın  hüznlü  səsi  itdi,  nağaranın  ritmi  sürətləndi,  qarmon  coşdu.  O  kiçik  adamın  səsi  də,  ifası 
kimi  cazibədardı:  "Mehribanım,  Mehribaaaan,  gəl  oynaaaa,  çal  oyna.  Gözəəəl  oğlan,  göözəl 
qıııız, çal oyna…" 
Səhnədə  bir  toy  başladı.  Oğlan  nazlanan  qızın  əlindən  tutdu,  digər  rəqqasələrin  alqışları 
arasında səhnənin dörd bir tərəfini dolandılar. Sanki birlikdə toya gələnləri salamlayırdılar. Gənc 
qızlar, oğlanlar, səhnənin dörd yanından rəngarəng bir sel olub axdılar, axdılar, axdılar… 
Tarı buraxdı bəstəboy adam. Səhnəyə gəldi. 
- Bəsdi, yaxşıdı,- dedi,- yaxşıdı, bax belə ey! 
Gənclər çölə çıxarkən uzun boylu, qəşəng geyinmiş bir nəfər girdi içəri. Cibindən üç dənə 
“onluq” çıxardı, çalğıçılara payladı. Tarzən boynunu büküb: 
- Uşaq xəstədi,- dedi, dərman alıb aparacağam, iki lirə də ver. Gələn həftə əskik verərsən. 
- Mənə deyilən budu, - dedi, adam. - Başqa pul vermədi… 
*** 
Səhəri gun tezdən qapımızın zəngi çalındı. Xanım mətbəxdən qışqırdı: 
- Qapıya baaax! 
Qalxdım, tələsik qapını açdım. Yaşlı bir qadın idi, yanında da on yaşlarında bir qız uşağı… 
Qız  anasıydımı,  nənəsiydimi,  -  qadının  ətəyindən  möhkəmcə  yapışmışdı.  Mən  qapını  açanda 
üzünü  qadının  ətəyində  gizlətdi.  Uzun  bir  hörüyü  var  idi,  hörüyünün  ucunda  da  solğun,  rəngi 
bilinməyən bir lent… Qadın nəmli gözlərini qaçırdı məndən. Gözlərində anlaşılmaz bir narahat-
lıq vardı. Yelpiyinin ucunu əliylə gözlərinə apardı. İncə, əsmər, zəif əlini uzatdı, boğuq bir səslə: 
- Oğul, - dedi, - oğul, Qarabağ qaçqınıyıq, yəqin “o oğul bir kömək edərsənmi” deyəcəkdi... 
Dedimi, mən eşitmədim, yoxsa deyə bilmədimi?.. 
Bu sözlər - dediyi də, demədiyi də, bir bıçaq kimi batdı ürəyimə. Qanım içimə axdı… 
- İçəri gəlsəydin, xala, - dedim, - gəl, soyuqdu, uşaq da qızınar bir az... 
- Yox, balam, - dedi, - çox sağ ol, gedək... 
İncə, zəif, əsmər əlini yumub, binanın yarıqaranlığında bir kölgə kimi geriyə döndü qadın. 
Qız da ətəyə bağlıymış kimi, qadının sovrulan balağıyla birlikdə dönüb getdi. Qızın üzünü görə 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə