İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
yindəki yara birdən-birə təzələndi. Bir alovun ortasındaymış kimi narahat, mənasızcasına ora-bu-
ra vurnuxmağa başladı. Başını bürüyüb günlərcə yatmaq istəyirdi. Evə özünü zorla çatdırdı Hey-
dər. Gecəni bir yorğan kimi çəkdi başına. 
Ertəsi gün axşama kimii evdən çıxmadı. Axşamüstü geyindi, pencəyini çiyninə atıb çıxdı. 
Tut ağacının dibinə gələndə Dəstəgül iki uşağı və əri ilə çıxdı qarşısına. Sifəti ağappaqdı. Yeri-
dikcə saçları əfil-əfil dalğalanırdı. Uca boyuyla görünüşü yel dəyən zəmi kimiydi. Boynunu dik 
tutub saçlarını çiyinlərinə ataraq bir baxdı Heydərə!!!! Dizlərinin gözü titrədi Heydərin, birdən 
gözləri qaraldı. Özünü ələ almağa çalışdı, iti addımlarla yeridi. Bir əl boynunun kökündən yapı-
şıb onu arxaya doğru dartırdı. Tini dönərkən Dəstəgülün arxasınca son dəfə baxdı. Dili, düşüncə-
ləri, yaddaşı, beyni tutulmuşdu. Bir  şey xatırlamır, danışmır, düşünə bilmirdi. 
Qəsəbəni bu başdan o başa addımladı, başı qabaqda getdi. Qəsəbənin son evləri də arxasın-
da qaldı. Hava artıq qaralmışdı. Gənclik illərindən bu günə gəlməyə çalışır, bir neçə ay öncəki 
həyatını düşünür, şeyxin qaşısında gəlib dururdu. Birdən o günkü kimi bir əl hafizəsini silməyə 
başladı, təzə keçmişini unutdururdu. Dostlarının yanına gedib gəlirdi. Bir tikan üstündəydi, hansı 
yana dönsə bağrı qan olurdu. Bir baxışla ağlını başından alan Dəstəgülün gözlərindəki sirri dü-
şündü bir müddət. «Yandı bağrım, yandı eşqin əlindən» dedi. Çaşqın, dəli kimi yeriməyə başladı, 
dönüb çarşıya getdi və yolunu bilərəkdən viranədən  saldı. 
Dostları ordaydılar. Üçünün da yanında bir şüşə şərab var idi. 
- Çıx get işinə, - Qədir dedi, - onsuz da fələklə aramız pozulub. 
- Niyə gəldin? – Hacı dedi. – Sən tövbəli deyilmisən? 
Qüdrət yenə hüzünlü və səssizdi. 
Heydərin gözləri qəzəblə parıldayırdı. Xasiyyətini bilirdilər, dostları susdular. Viranəyə bir 
səssizlik çöktü. Birdən Qüdrətin əlindəki şüşəni çəkib aldı Heydər. 
- Oğlan… Oğlan, bir daha tövbə elərsəm, tövbələr olsun! – dedi və qırmızı şərabın şüşəsini 
çəkdi başına. 
Gecə yarısı tut ağacının dibində yenə o səs və o mahnı səslənirdi. 
Başımda qızıl tacım, həm susuzum, həm acım. 
Heydərin çaşqına dönən anası dizlərinə döyür, əllərini havaya qaldırırmış kimi bir yandan 
ağlayır, bir yandan da qarğış eləyirdi. 
- Sebep, məzarında bayquşlar ötsün... 
 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Şeyxin çavuşu 
 
 
 
Müridlərinin olduğu hər bir kəndə Şeyxin bir vəkili vardı. Uzaq dağ kəndlərinin qışda şə-
hərlə və şeyxlə əlaqəsi kəsilincə hər sahədə fətvanı bu çavuşlar verir, kəndlilərin üzərində Şeyxin 
mənəvi kölgəsi kimi dolanır, kəndlinin gününü buluddan çıxartmazdılar. 
Ətraf kəndlərin ən nüfuzlu çavuşu Yusif dayıydı. 
Ağ saqqalı, hörmə təkkəsi,  qədimi  çəliyi  ilə kəndin  ən aşağısından sabah namazına gəlir, 
azanı verərdi. Sabah azanının normal bir səs tonuyla oxuyarkən «Es salati minen nevm» qisminə 
gəlincə birdən səsinin tonunu dəyişdirir, kəndlini namaza gəlməsi üçün sanki təhdid edirdi. 
Azanı  bitirəndən sonra bəzən mikrafonu bağlamağı  unudardı.  «Bu necə  müsəlmançılıqdı, 
atam! Müsəlman camiyə gəlməzmi?» nidaları minarədəki mikrafonlardan ətrafa yayılardı. 
Yaşar çavuş şeyxdən aldığı mənəvi qüvvə ilə xəstələri dua ilə müalicə elər, itən heyvanları 
qurd yeməsin deyə qurdların ağzını bağlar, uşağı olmayan qadınlar üçün suya dua oxuyub gön-
dərər, yeriyə bilməyən, danışa bilməyən, yerini batıran uşaqlara dua yazar, erkən baharda göyün 
üzünü bulud aldımı, ərikləri dolu vurmaması üçün ağaclara və bağlara doğru ağzını tutub üfürər-
di. 
Anlaşılmamazlıqları o çözər, evlənənlərin başlığını o kəsər, bazarlıqlarda son sözü o deyər-
di. Payızda kənddən şeyxə gedəcək bal, yağ, yarma, ət və palıd odunu üçün kəndliyə miqdarını o 
deyərdi. 
Zavallı kəndlilər özlərindən istənilənləri yuxarıdan gələn bir əmr imiş kimi diqqətlə hazır-
lar, gətirib Yaşar çavuşa verərdilər. 
Yaşar çavuş danışmağa başlamazdan öncə:  «Daha dəstəmaza dururam,  ata» dedimi, axan 
sular durar, hansı işə əl atarsa, istədiyi kimi sonuclandırardı. Olayı çözümə qovuşdura bilməzsə, 
ertəsi gün mütləq şeyxi yuxusunda görər, şeyx ona olayın necə çözülməsini söylərdi. Şeyxi yu-
xusunda gördüyü zamanlarda da öz istədiyi kimi, fəqət şeyx əliylə çözərdi məsələləri. 
Axşamlar heyvanları evə gəlməyənlər Yaşar çavuşun yanına gəlib qurdun ağzını bağlatdı-
rardılar. «Mənim inəyim evə gəlmədi, qurban, qurdun ağzını bağla da». 
Dua oxuyar, üflər, bir bıçaq, ya da qayçının ağzını şak deyə bağlardı Yaşar çavuş. Kəndli-
lərə də bir günlük vaxt verərdi. «Bir gün içində heyvanı tapdınız, tapdınız, yoxsa açaram qurdla-
rın ağzını, sizin bir inəyinizin üzündən dağdakı heyvanları ac qoya bilmərəm, dağdakı qurdlara 
görə günaha girə bilmərəm, atam!» deyərdi. 
Özünün çavuş olmasının gərəkliyini Yaşar çavuşun olmadığı yerlərdə dini sübutlar gətirə-
rək israrla müdafiə eləyən Salman əmi: «Ulu baba, mən səksən yaşındayam, bunun dəstəmazı bir 
gün pozulmadımı, bu heçmi yeyib içmir? Mübarək şeyx də iki gündən bir bunun yuxusuna gi-
rir!» deyərək iradını bildirərdi. 
Bəzən böyük şeyxin kəndidir deyə bölgə və rayonlardan avtobus dolusu gələn müridlərin 
gəlişi  ilə kənd şənlənir,  canlanırdı.  Kənardan  gələnlər olanda camidə  Yaşar çavuşun bir övliya 
roluna girdiyi zikir ayinləri başlardı. Yanıqlı səsi iki müridin oxuduğu ağlamalı ilahilərin müşa-
iyyəti ilə yüksələr, «Hu Allah! Hu, Allah!» səsləri caminin divarına çırpılıb, kəndin dar küçələ-
rinə yayılardı. 
Kənar ellərdən gələn müridləri görüncə Yaşar çavuş coşardı. Vəcd halındaymış kimi başını 
ahənglə sağa-sola yellər, müridlərin səsi kəsiləndə yanıqlı bir ağı deyərdi. Onun bu halını görən 
yad müridlər bir piri faninin hüzurunda olduqlarını zənn eləyərək ətrafına toplaşar, xorla ağlaşar-
dılar. 
Yayda kəndin  suları  əməlli-başlı azalar, bir qaşıq su üçün böyük dava-dalaşlar  yaranardı. 
Su növbəti gələn kəndlilər kanaldan vedrə ilə su götürülməsinə belə qarşı çıxar, iki nəfərlə suyu 
gözlərdilər. Kəndlinin su növbəsi çatana kimi əkdiyi tütün, əkdiyi ərik ağacları çox zaman susuz-
luqdan  yanardı. Amma  Yaşar çavuşun kanalın lap  yanındakı tarlası həmişə  yamyaşıl olardı. O 
«Şeyxin  qismətinə  əkdim,  atam,  bu  qaysıları  şeyxə  göndərəcəyəm»  deyə  kimin  növbəsi  olursa 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə