www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Bəhri usta
Əli Akbaşa
Çölün sərin gecəsində ulduzlar titrək şamlar kimi yanırdı. Uzaqdan ara sıra nağara səsi gə-
lirdi…
Birdən gecə silah səsləriylə inildədi, sarsıldı…
Toyun masabəyisi Əli Çavuş əsasına dayanıb təlaşla ayağa qalxdı:
«Eyvah!, - dedi , -gəlirlər, qayın dəstəsi gəlir!»
Neçə toylar görmüşdü Əli Çavuş… Qoşa nağara ilə gələnləri qarşılar, ağır qonaqların kön-
lünü alar, yola salardı. Neçə qapıya gözü yaşlı, ağ duvaqlı gəlin gətirmiş, neçə cavanı zifah gecə-
sinə yola salmışdı. Silah səslərini eşidincə həyəcanlandı, sağa-sola əmrlər yağdırmağa başladı.
«Qayın dəstəsi gəlir! Qəhvəçini oyandın, yemək bişirənləri çağırın gəlsinlər, kababçılar
manqalı yandırsın, xidmətçilər işə başlasın, aşıqlarıı yola çıxarın, aşıqlar hazırdır?»
Əli Çavuş əsasını yerə vura-vura, oğlan evində bir səliqə sahman yaratdı. Kimin neyləyə-
cəyini başa saldı. Xidmətçilərə qışqırdı.
«Oğlan evinin əlli metr qabağına çıxarın nağara zurnanı! Gələn qayının dəstəsidi! Yolda
qarşılamaq lazımdı. Sabah gəlini gətirəcəyik. Gəlinimizin qardaşları yolu yoxuşa dirəməsinlər.
Haydı,
üzümü qara eləməyin, gözünüzü sevim».
Masabəyinin gözləri geniş açılmışdı. Dəyənəyini sürüyərək nağaraçı Aslanla zurnaçı Ək-
rəmin yanına getdi:
«Amandı ha! – dedi. Qız evinin nağarasının səsini batırın, qarşılama havasını ürəkdən
çalın. Aslan, gözünə dönüm, nağaranı Osmanın qabağında çal. Bu Osmandı! Özün də bilirsən,
qurbanı olduğum.
Huylu at kimidir Osman,
qabaqdan gələni qapar, arxadan gələni təpiklər».
Əli Çavuş oğlan evinin xidmətçilərini də nağaranın arxasına düzdü.
«Gələnlərə yer göstərin, - dedi, bir sözlərini iki eləməyin, uşaqlar, xidmətinizdə qüsur ol-
masın. Amandı ha! Dəli Osmanın könlünü alın, qurbanınız olum, toy evini başımıza uçurmasın».
Qaynın dəstəsi oğlan evinə bir şey alacaqlarmış kimi gəlirdilər. Onları ağırlamaq Əli Çavu-
şun işiydi. Qayınların bitib tükənməz istəklərinə boyun əyər, yaz günü əba, qış günü yaba, av-
qustda qar, çilədə nar… nə istəsələr yerinə yetirərdi. Gəlini sağ salamat gətirmək üçün ələkdə su
daşıyar, şam alovunda çay qaynadardı.
Nağaraçını, zurnaçını, xidmətçiləri qaynın dəstəsini qarşılamaq üçün düzən masabəyi əsa-
sını sürüyə-sürüyə gəldi, qoz ağacının gövdəsinə söykəndi. Üzündə getdikcə artan bir təşviş var
idi.
«Qaynın dəsdəsi qapıya dayandı! Həzin sazlar hazırdımı?» - deyə yenidən guruldadı və
təndir damına doğru getdi.
Beləcə neçə gecəni yola vermişdi Bəhri usta. Dərd ölçər, qəm biçərdi belə axşamlarda. Əli
Çavuş təndir damının qapısını
açar açmaz, diksinib yerindən qalxdı. Gözlərini Əli Çavuşa dikdi:
- Hazırıq, Əli qağa, hazırıq. Təlaşlanma, qurbanı olduğum» - dedi. Təndir damının kərpic
divarına söykənmiş, başı çiyninə düşmüş mürküləyən oğlunu səslədi. -Tufan, qayın dəstəsi gəlir,
qalx dəli oğla» -dedi və Əli Çavuşa tərəf döndü:
-Əli qağa, Allah üzümüzə baxar qəzasız, bəlasız sovuşdurarıq inşallah. Indi
bu dəli oğlanlar
bağdan quduz olublarmış kimi girərlər oğlan evinə. Sabah göz-gözə baxacağıq deməzlər, qırıb
tökərlər ortalığı. Əvvəllər beləydimi, qurbanı olduğum ağam? Ağalar da, ağaların uşaqları da
əsilzadəydilər. Məclislər ağır, tünlük olurdu, böyük kiçik bilirdilər. Aaah! Qədimidə sözü qılınc
kimi kəsən bəylər vardı. Qan axsa, axan qanı bir-iki sözlə kəsərdilər… Toyların da bir dadı-duzu
vardı. Ağa uşaqları zatıqırıq oldular. Babaları Dadaloğlu, Koroğlu, Kərəm dastanlarının oxunma-
sını istərdilər. Eşq ilə dilləndirərdik sazın tellərini. Sazda nə havalar çalınardı! Elə məclislər qu-
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
rulurdu ki, səhərlərə qədər saz yanar, söz əriyərdi. Əvvəldən də vardı könlü yaralı gənclər, amma
sevda belə ötüb-keçən deyildi. Sevdanın ötürülən, könülün toxtayan olacağını bilirdi əvvəlkilər.
Indi…
-
Bəhri usta,
indi hər şey dəyişdi, əvvəlki toylar hardadı, əski sevdalar hardadı.
- Qurbanı olduğum Əli qağa, üzüm ayağının altına… Bu dəli uşaq öz kökündən boy atma-
yıbmı? Sanki o babaların nəvələri, o ataların oğulları deyil bunlar. Bunlar elə zənn eləyir ağalıq
verməknən olür, igitlik vurmağnan. Əvvəllər xətirə, könülə dəyən olmazdı. Qədir bilən, könül
alan qalmadı…. Aaaah! «Qırıldı bəylər, paşalar, keçəllərə qaldı dövran», deyərdi babam…
- Haqlısan, usta, amma adət budu, min illərdir davam eləyir, boyun əyəcəyik, başqa çarə-
mizmi var?
Bəhri usta işini bilən, əzəldən ürəyinin bir tərəfi yaralı aşıqdı. Bir qartal kimi aldımı sazı si-
nəsinə, pəncəsində inləyən tellərdən qüssə qanadlanardı. Mizraba ürəyini qoyardı, könlünü qana-
dardı saz çalarkən. Bəhri usta oxuyarkən dodaqlarını örtən qapqara bığlarının arxasında yanıqlı,
yorğun bir səs inildəyərdi. Sol əli sazın pərdələrində can çəkişən bir quş kimi çırpınar, sağ əli alı-
şıb yanan sazın sinəsinə bir pərvanə kimi dönər, dönər, dönərdi… O mizrablara vurduqca bir cüt
durna havalanardı sevdalı ürəklərdən….
Bəhri usta oğlu Tufanı da qəm xəmirindən yoğurmuşdu. Tufan hələ uşaqdı, amma ən çətin
havalar bir qəm seli kimi axırdı sazından. Bir uşaq anasına sarılan kimi sarılırdı qucağına sığma-
yan saza. Bəhri usta onun saz çalmasını qürurla seyr edər və:
«Bu dəli oğlanın mizrabı kimsələrə bənzəməz», - deyərdi.
Atası saz çalarkən Tufan körpə şahin kimi başını əsdirərək izlərdi onu. Babasının dayandığı
yerdən o başlardı. Ondan aldığı qığılcımı kiçik ürəyində yeni bir atəşlə yandırardı məclislərdə…
Əli Çavuş:
- Mən gələnləri qarşılayım, sən də hazır ol, Bəhri usta, - dedi və çıxdı.
Əzab çəkən bir mürid kimiydi Bəhri usta. Təslim olmuşdu. Üzündəki dərin cizgilərdən dü-
şüncələr yağırdı. Sazını alıb
bir giriş elədi, Tufanın gözlərinə baxdı.
Tufan atasının bir səs axtardığını başa düşdü. Öz sazının tellərini köklədi, atasına qoşuldu.
Sazlar bir müddət birlikdə çaldılar,
səslər uyuşurdu, hazırdılar…
Silah səsləri oğlan evinin qapısına qədər dayandı. Nağara, zurna səsi qoyun quzuya qarışan
kimi qarışdı bir-birinə. Zurnanın qəmli, yanıqlı havaları pırıl-pırıl alışıb yanan göy üzünə yayılır-
dı. Ulduzlar sanki halaya durmuşdular. Halayın başındakı çoban ulduzu dəsmalını yelləyərək
sanki türkü oxuyurdu:
«Su gələr, lilləndirər…»
Qız evinin nağarası susar susmaz, oğlan evinin nağarası, zurnası çalmağa başladı. Aslan
nağarasını dizi üstə qoymuş, rəqsin təranələri altında özünü unutmuşdu. Nağaranı Dəli Osmanın
ayaqlarına kimi əyərək çalır, çubuqlarını ahəngə uyğun olaraq endirib qaldırırdı… Nağara halay
çəkənlərin ayaqları havaya qalxıb yerə endikcə gur-gur guruldayır, halay çəkənlərə yol göstərir-
di.
Qayın dəstəsinin qabağında havaya pullar səpərək bağıran Dəli Osmanın dili ağzında dön-
mür, nə dediyi heç anlaşılmırdı. Halaydan ayrılıb sağa-sola səntirləyərək getdi, belindən silahını
çıxarıb xəzinəsini havaya boşaltdı.
Osmanı bu halda görənlərin təşvişi daha da artmışdı. Dəvə üstündə adam öldürərdi Osman.
Özünü apara bilməzdi. Bir-iki qədəh içincə alçak dağlardan hesab sorar, böyük yolları kəsərdi.
Karsızın birisiydi, amma babası zəngindi, arxalı da adamdı. Qaynının kölkəsində gəzər, bununla
da fəxr elərdi. Onun axşamdan qırıb tökdükləri sabah tezdən unudulardı. Osman bu halda gələn-
də, məclisləri dağıdar, çox məclislər də özü dağılardı.
Toyların qədim yemək bişirəni Mühacir qızı bişirdiyi yeməkləri bəyənməyib dağıtmasının,
yenidən qazan asdırıb yemək bişirtdirməsinin neçə dəfələrlə şahidi olmuşdu. Osmanı qarşısında
görüncə deyinməyə başladı.
«Ölümünü düşünməyən onun bunun artığı! Dağ dayısı, dovşan əmisiymiş bunun. Hər qa-
yın dəstəsinin başına bu keçməlidi. Kəlhüseynlərin buna nə yaxınlığı var? Qurbanınız olum, mə-
ni qınamayın. Bunu görəndə cin atına minirəm. Boynu sınmasa buna güc-qüvvət də çatmazdı».