İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bu zaman evin qabağında bir gurultu qopdu, birdən səslər çoxaldı, sanki bütün kənd oraya 
toplanmışdı. Rəhman dayının səsini tanıdım. Qapını açdım. Kənd adamları o iki gənci yerə uzat-
mışdılar, Rəhman dayı başları üzərində dayanıb gözləyirdi. 
Nə olduğunu başa düşmədim. Aşağı endim. Kənd adamlarını bir tərəfə çəkdim, qorxudan 
gözləri  geniş  açılan  gənclərin  yanına  getdim  və    kim  olduqlarını  soruşdum.  Biri  nə  olduğunu 
başa saldı. «Tohma çayının sahilindəki bir kəndə getdik, qız qaçırdacaqdıq, qızın ailəsi hiss elə-
yibmiş, atəş açdılar, qaçdıq, yoldaşım yaralandı. Nə olar, kömək edin». 
Bir neçə evin qapısını döyüb kömək istəyiblər, kimsə qapını açmayınca da kənddə işığı ya-
nan tək bir yer olduğu üçün mənim evimə, kömək istəməyə gəliblərmiş. 
Yardım  istədikləri  evlərdən  biri  də  Rəhman  dayının  eviymiş.  Rəhman  dayı  şübhələnmiş, 
qonşuları da qaldırıb bunları təqib eləmiş, gənclər bizim evə gəlincə, terrorist olduqlarını güman 
eləyən Rəhman dayı canını sipər edib gənclərin üstünə atılmışdı. 
Sevgi nələrə qadirmiş, gənclərə üzüldüm. 
- Rəhman dayı, - dedim, - yazıqdılar, gənclərə yol göstər, qoy çıxıb getsinlər. 
Rəhman dayı gənclərə nəsihət verdi, onları yola saldı və mənim yanıma gəldi: 
- Hocam, sən narahat olma, mən nə qədər sağam bu kənddə sənə bir şey olmaz,  gecə-gün-
düz gözüm sənin qapında, keç içəri, yorğanı başına çək. Yat. 
Kənddə bir terror olayı olar, hoca çıxıb gedər deyə həyəcanlanır, təyinat mövsümü gəlincə, 
«başqa yerə təyinat istəmə, qurban» deyə yalvarardı zavallı. 
Məktəbə bir rəsmi şəxs maşınla gələrsə, evdə əlinə nə keçərsə bir nimçəyə doldurar, qışda 
daima  sobanını  üstündə  qaynayan  qəhvədandan  çay  dəmlər,  məktəbə  gətirərdi,  Rəhman  dayı. 
Məktəbə gələn yad adamlar kim olurlarsa olsunlar, çiyinlərini qucaqlayar: 
- Atam, biz bu hocadan çox razıyıq, qurban olum, bunu bir yerə göndərməyin, eləyə bilər-
sinizsə, buna heç başqa yerə təyinat verməyin, - deyə yalvarardı. 
Mən yay tətilinə gedərkən yanıma gələr: 
- Hocam, inşallah, başqa yerə təyinat verməzlər, tez gəl, qozunu, əriyini, armudunu ayıra-
cağam, - deyərdi. 
Ramazan ayı bitmiş, həcc mövsümü yaxınlaşmışdı, bir axşam oğlu Ömər ilə qapını döydü 
Rəhman dayı. Əlindəki boşqabda qoz, ərik qurusu və ərik çəyirdəyi, üzündə də hər zamankı mə-
sum ifadə var idi. 
- Içəri keçin, - dedim. 
- Yox, atam, yox,  bir şey söyləyib gedəcəyəm, - dedi söyləyəcəyi şeyi unudubmuş kimi bir 
neçə dəfə udqundu. 
- Hocam, - dedi, - sənə bir şey deyəcəyəm, amma… 
Deyə bilmədi, sustu və oğlu Ömərin qolunu dürtmələdi. Deyə bilmədiy nəydisə, Ömər de-
yəcəkdi. Onun o məsum, məzlum baxışı məni duyğulandırırdı. 
- Xeyir, Rəhman dayı, Ömər deməyəcək, sən deyəcəksən. 
- Ata, mən deyə bilmərəm, - dedi və gülərək üzünü məndən gizlədi. 
- Sən de, Ömər nə oldu? 
Ömər qayğısız, zarafatcıl, dəli-dolu, igid bir dəliqanlıydı. Əskərliyini yenicə bitirmişdi, am-
ma yaşıdlarından fərqli olaraq hələ subaydı. Qara  saqqalı vardı, «Rəhman ağa məni evləndimə-
yincə, bu saqqalı kəsməyəcəyəm», deyirdi. Babasının vəkili olaraq gəlmişdi, dəcəlcəsinə gülərək 
danışmağa başladı. 
- Hocam, səndən məsləhət adlmağa gəlmişik. Subay oğlu olan adama oğlunu evləndirmək 
vacibdi, yə Həccə getmək? 
- Tez ol, de! – Rəhman dayı dedi və hirsləndi. 
Güldü, sözün əl-ayağını yığdı Ömər: 
- Hocam, atam həccə gedəcək, 150 dolları çatmır. 
Rəhman dayı utanırdı, üzümə baxa bilmirdi, deyə bilmədiyi şey buymuş, demək. 
- Məndə var, verərəm, Rəhman dayı, - dedim və pulu gətirib Ömərə verdim. Bu sıxıntıları-
na baxmayaraq kəndin ən zəngin adamlarından hesab olunurdu, Rəhman dayı dualar edərək get-
di. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Bir qış günü qonaqlıq verdi, kəndiylə vidalaşdı, məktəbə gəlib mənimlə halallaşdı, avtobu-
sa mindirib göndərdik Rəhman dayını. Dayı kənddən ayrılarkən başladı ağlamağa, mübarək tor-
paqlara çatandan sonra hər küncdə ağlayacağı bəlliydi. Allah qismət eləmiş, duaları qəbul olmuş-
du. Getdi… 
Bir gün Ömər bir neçə yoldaşıyla məktəbə gəldi. Üzündə yenə dəcəl bir gülüş vardı. 
- Hocam, - dedi, - babam sabah həcdən gələcək, o gələndən iki gün sonra bir kağız yazıb 
bizə verəcəksən. Rəhman ağanı elə bir müşkülə salacağıq ki, bu müşküldən qurtulmaq üçün bizə 
bir qoyun kəsəcək, bərabər yeyəcəyik. 
Kəndin  cavanları  ağayana,  səmimi,  dürüst,  hörmət  saxlayan  idilər.  Onları  sevirdim,  həftə 
sonu futbol oyunları olduğundan utana-sıxıla gəlib televizoru məktəbə qoymağımı xahiş edirdi-
lər, heç qırmazdım onları. Bir də komanda yaradıb futbol topu almışdıq, boş zamanlarda futbol 
oynar, ətrafdakı kəndlərə yarışlara gedərdik. Hamısı işsiz-gücsüz, qışda divar diblərində oturub 
yazın gəlməsini gözləyərdilər. Baharda şəhərə gedər, qışa qədər inşaatlarda fəhləlik eləyərdilər. 
Şeytanca bir planları vardı. 
- Olmaz, uşaqlar, - dedim, - sonra Rəhman dayı inanar, üzülər, günaha batarıq. 
Beş gənc yalvarırdılar. Ömər: 
- Hocam, qırma bizi, Rəhman ağanın bir qoyununu kəsib  yeyək. O ancaq sənə inanır, sən 
eləməsən, bu iş olmaz, - dedi. 
Bir yanda o məsum üzü ilə, saf, təmiz ürəkli, müəllimi oğlu kimi sevən nur üzlü Rəhman 
dayı, bir yanda qolumdan tutub yalvaran gənclər… Az-çox   olacaqları təsəvvür eləyirdim. Gənc-
lər durmadan israr edirdilər. Onları qıra bilmədim. Əvəzində xəyanət elədim, sattım Rəhman da-
yını. 
- Tamam, - dedim. 
Ertəsi  gün  Rəhman  dayını  qarşıladılar,  şəhərdən  alıb,  kəndə  gətirdilər.  Yeməklər  verildi, 
mövlud oxundu, Rəhman dayıgilə xoş gəldinə getdik, boynuma sarılıb ağladı. Mənə xüsusi ola-
raq gətirdiyi və öncədən ayırdığı hədiyyələri digər otaqdan götürüb gətirdi, əlimə verdi. Bir qutu 
xurma və bir şüşə zəmzəm suyu, bir də qızım üçün sədəfdən boyunbağı. 
Zavallı  Rəhman  dayının  ona  hazırlanan  və  mənim  də  ortaq  olduğum  plandan  heç  xəbəri 
yoxdu. Üzü daha da aydınlaşmış, saqqalı daha da ağarmışdı, sakitcə oturur, xoş gəldinə gələnləri 
qarşılayır, gedənləri yola salırdı. 
Ertəsi gün Ömər  yanında da yolddaşları məktəbə gəldilər. Orta məktəbə bir uşaq göndər-
dim və Şahin  hocanın yazı makinasını da alıb gəlməsini xahiş elədim. Bir az sonra Şahin hoca 
əlində makina ilə gəldi. 
- Xeyirdi, hocam, makina ilə nə yazacaqsan? 
- Otur, - dedim, - rəsmi yazı yazacağıq. 
- Hocam, qurban olum, yaxşı yaz, - Ömər dedi. – Rəhman ağı oxuyunca dizinə döyüb ağ-
lasın. Məni evləndirməmək nəymiş, görsün. 
Makinaya ağ kağız qoyub, yazını yazmağa başladım. Makinanın düymələrini taqqıldadaraq 
bir azdan yazını tamamladım. Səudiyə Ərəbistan hökumətindən gəlirdi yazı: 
«Hörmətli Rəhman Qorxmaz, 1991-ci ildə Türkiyə Cumhuriyyətinin aidiyyatı orqanlarına 
Həccə getmək istədiyinizi bildirərək, müraciət eləmisiniz. Hökumətimiz Həcc ibadətinizi yerinə 
yetirməniz  üçün  lazım  olan  bütün  işləri  görmüşdür.  Vətəndaşı  olduğunuz  Türkiyə 
Cumhuriyyətinin səlahiyyətli nümayəndələrinə sizi qəbul etdiyimizə dair gərəkli bilgilər verildi. 
Buna uyğun olaraq ölkəmizə gəlib, mübarək torpaqlarda bir ay qaldınız və müqəddəs torpaqlarda 
Həcc borcunuzu yerinə yetirdiniz. Fəqət Səudiyyə Ərəbistanı hökumətinin apardığı araşdırmalar 
nəticəsində Həcc pulunuzun 150 dollar az ödənildiyi müəyyən edilmişdir, bu səbəbdən də həcci-
niz qəbul olmamışdır». 
Şahin hoca ədəbiyyatçıydı, yazının altındakı imza yerinə əski əlifba ilə Füzulidən bir beyt 
yazdı.  Beytin  üzərinə  də  məktəbin  möhürünü  vurdum.  Dolabdan  bir  sarı  zərf  çıxartdım, zərfin 
hardan gəldiyi göstərilən hissəsinə də Şahin hoca bir beyt döşədi, məktubu alanın yerinə  də Rəh-
man dayının adını və ünvanını yazıb, zərfi Ömərə verdim. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə