İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Makaryus… 
- Daha ölmədimi o? 
- Yox, tutsam öldürəcəkdim, qaçdı, tuta bilmədim. 
- Başa düşdüm. 
Dəqiqədən bir siqaret qutusunu uzadır, qutunun içində iki-üç siqareti var. 
- Sağ ol, Rəşid, çəkməyək. 
- Xərcliyin, beşliyin varmı? Yolçusan, qurban, yoxsa, çəkinmə… 
- Sağ ol, Rəşid, var, var. 
- Onda mənə bir milyon ver. 
Adamın nəyi varsa, yoxsa, hamısını vermək istəyir. 
- Al, Rəşid, bu olarmı? 
- Olmaz! Bir milyonun varsa ver! 
Rəşid  ilə danışırıq, bir  yandan da böyük qardaşımı  axtarır  gözlərim. Gələn  gedən  yoxdu. 
Birdən ortalıq şənlənir. Seçimlər var, son gündü, şəhərləri dolaşan partiyanın  maşın karvanı tür-
bənin önündən keçir, şeypur səsləri, qalmaqal, gurultu, nağara, zurna səsləri. Hər maşın karvanı 
da özünü sabahısı günün iqtidarı kimi görür. Karvanlar dəstə ilə keçirlər, yüzlərcə maşın, rəngbə-
rəng bayraqlar. Rəşid sıçrayıb  ayağa qalxır, hər karvan Rəşidi salamlayır, bütün partiyalar onu 
tanıyırlar. Rəşid hamısına salam verir. Dəyənəyini qaldırıb gələnləri qarşılayır və yola salır. Hər 
karvandan da bir bayraq uzadırlar, bayraqları alıb gəlir, Rəşid. Gülərək oturur. Sonra mənə tərəf 
dönür. 
- Səsini kimə verəcəksəən? 
- Mənim burda səsim yoxdu, Rəşid… Sən səs verəcəksənmi? 
- Hə, verəcəyəm. 
Partiyaların bayraqlarını göstərirəm. 
- Hansına verəcəksən? 
- Hamısına da vuracağam! 
- Nəə? 
- Hə, hamısına vuracağam, möhürü alacaq, hamısına vuracağam. 
- Həəə, gözəl, vur, Rəşid, vur. 
- Abi. 
- Əfəndim, Rəşid. 
- Bunlar namaz qılsa, yağış  yağar, elə deyilmi? Bunlar namaz qılmırlar, ona görə də  yağ-
mır. 
- Onu bilmərəm, Rəşid. Kim dedi sənə bunları? 
- Bizim caminin imamı dedi. Mən səhərlər quran kurslarına da gedirəm. Kiçik uşaqlar var 
orda. Hoca*** məni qovur, amma yenə gedirəm. Soruşsan, hər şeyi bilərəm. Haydı, məndən so-
ruş. 
- Nə soruşum? 
- Hoca kimi soruş. 
- Yaxşı, Rəşid, söylə görüm,  kimin qulusan? 
- Allahın. 
- Afərin, Rəşid. 
- Başqa şey də soruş. 
- Kimin ümmətisən? 
- Iıııııh, Həzrəti Əlinin? 
Gülürəm, Rəşid də gülür, gözlərinin içi gülür, gözləri billir-billir oynayır. Sağa-sola baxı-
ram,  gözüm  yolda,  böyük  qardaşımı  gözləyirəm.  Hələ  gəlib  gedən  yoxdu.  Ağlı  çoxluq  eləyən 
Rəşid susmur. 
- Abi, mənim ağlımda  bir şey də var. Sənə deyimmi? 
- De, Rəşid. 
- Kimsəyə demə haaa. 
- Tamam, demərəm. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Kafeyə gedəcək, iki stəkan çay istəyəcəyəm, çay gəlincə də qaçacağam. 
- Eeee? 
- Çaya  bir quruş da verməyəcəyəm, hahahaaaaaa… 
- Bu da çox zor  fikir, Rəşid. 
- Hə, zor. 
- Rəşid, qurban. 
- Nə var, abi? 
- Sən bu ağlının yarısını icarəyə versən, yarısı ilə də keçinərsən. 
- Kimə versəm? 
- Az öncə gedən partiyaçılar vardı ha, onlara. 
- Vermərəm o şərəfsizlərə, namaz qılmırlar, yağış yağmır, əkinlər yaxşı olmur… 
Bir maşın dayanır türbənin qabağında. Içindən mənə gülümsəyən gözlər baxır. Siqaretimi 
Rəşidə verirəm, çantamı götürüb qalxıram. Rəşid arxamca qışqırır: 
- Gülə-gülə, abiii! 
Dönüb cavab verirəm: 
- Sağ ol, Rəşid, ağlından muğayat ol, qurban. 
 
 
 
 
* Abi – böyük qardaş, özündən yaşlıya müraciət edərkən deyilir. 
*Abla – bacı, böyük bacı 
* Hoca – müəllim, tərbiyəçi, məşqçi, xoca. 
 
 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Hökumətin imzası 
 
 
 
Ayağında qara qaloş, əynində qara şalvar,  başında yay-qış çıxarmadığı toxunma papaq, ar-
xasında heybəsi, əlinə beli alar, kəndin qurtaracağındakı məktəbin lap qarşısındakı tarlaya gələr-
di. Kənd hər səhər sübhdən oyanan Rəhman dayının səsiylə qarşılardı səhəri. 
Günorta vaxtı Zeynəb nənənin çiynindəki nimçədə yağ, pendir, çay və bir bükülü saç çörə-
yindən ibarət olan nahar yeməyi gələrdi. 
Rəhman dayının üç fəsli vardı. Üçündə də eyni işi görərdi. Bahar,  yay və payız, tarladan 
daşları çıxardar, çıxartdığı iri daşları tarlanın ortasına daşıyardı. 
Ya yerdən vulkan püskürtmüşdü, ya da göydən yağmışdı daşlar. Kənddəki hər tarla, palıd 
ağaclıqlarından və daş  yığınlarından ibarətdi və   daş  yığınlarının arasında qalan, hələ də xışla 
əkilən bu boş yerlərə əkin əkərdi kənd adamları. 
Həftə sonları yatağımdan qalxıb pəncərədən baxanda Rəhman dayının tarlasında  ya köhnə 
bir daş yığımının bir az da böyüdüyünü, ya da yeni bir daş yığını görərdim. 
Palıdın dibində oturub çay içdiyi zaman çay boğazından keçməz,  yorğun-arğın evə qədər 
gələr: «Hocam, gəl, gözünə dönüm sənin, gəl, bir stəkan çayımı iç», - deyə dəvət elərdi. 
Evdə Rəhman dayının süfrəsində olmadığını bildiyim nə varsa, zeytun, halva,  mürəbbə… 
Boşqablara doldurub yanına gedərdim. Qəlbi incə, ürəyi geniş, sevgiylə dolu bir adamdı Rəhman 
dayı. Tarlasına addım atmaq, onun qonağı olmaq deməkdi. Çayımı o süzür, yağ sürtdüyü çörəyi 
mənə uzadır, ayağa qalxıb altındakı klim parçasını götürür: «Sən qonaqsan, atam» deyər, altıma 
sərərdi. 
Bir  ata  kimi  mənə  qarşı  şəfqətliydi.  Onun  hörmətindən  utanar,  sıxılar,  əzilərdim,  amma 
onun istəklərini qəbul eləməsəm üzüləcəyini, inciyəcəyini bilir, çarəsiz qalaraq hər istəyinə bo-
yun əyirdim. 
Yanında bardaş qurub süfrəsində oturunca, gizli bir sevinc duyar, bir müəllimin süfrəsinə 
gəlib onunla yemək yeməsindən məmnun olardı. Dərdləşirdi mənimlə, iri barmaqlarını çiynimə 
qoyar,  əlinə  keçən  bir  palıd  budağıyla  torpağı  eşər,  başını  qabağa  əyib  başlardı  anlatmağa: 
«Hocam, sən sanki bizim kənddə anadan olubsan, evimizə gəlirsən, çörəyimizi yeyirsən, toylara, 
mövludlara da gəlirsən, o biri hocalar niyə gəlmirlər, atam? Halbuki hamısına da hörmət eləyirik. 
Bir də sənin kimi Qəhrəman müəllim var idi, insan evladıydı, bizimlə oturub durar, söz-söhbət 
elərdi. Keçənlərdə Zeynəb qarı isti çörək bişirdi, iki çörəyi qızın əlinə verib orta məktəbin müəl-
liminə göndərdim, almamışdı, qız geri gətirdi. Alıb da itlərə atsaydı, bundan yaxşıydı.  Sabah qış 
gəlir də, kəndə maşın işləməsə, bu hoca nə yeyəcək, qurban? Ərizə yazdırmağa,   xəbərləri oxut-
durmağa, pasportun surətini yazdırmağa, şəhərdən gələn hər kağızı oxutmağa kəndçi həmişə sə-
nin qapına gəlir, nə edək, avamlıqdı, hocam. Allah sənin də qismətini bu kənddən üzməsin, ye, 
iç, başımızın üstündə gəz. Hoca, qurbanın olum, pul verib də, kömür alma, bu il odununu mən 
verəcəyəm, odunları da əlimlə yarıb içəri atacağam, dərdimizin dərmanısan, hamımız səndən ra-
zıyıq,  hamınızı  dövlət  göndərir,  ayrı-qeyriniz  yox,  amma  o  birilərin  yanına  getmək  olmur  ki, 
atam». 
Rəhman  dayıdan  ayrılıb  evə  gələndən  sonra  onun  dediklərini  təkrarlar,  hər  bir  cümləsini 
yaddaşımda canlandırar, düşünürdüm. Rəhman dayı bu yerləri fəth eləmək üçün bir açar və bu 
dağlarda illərdən bəri alovlanan atəşi külə döndərəcək torpaq, söndürəcək bulaqdı. Bir yol gös-
tərmək, bir ərizə yazmaq, bir yazını oxuy  ub anlayacağı dildə izah eləmək, toyuna gedib oyna-
maq,  yasına  gedib  iştirak  eləmək,  süfrəsində  oturub  plovuna  qaşıq  uzatmaq,  göndərdiyi  bir-iki 
almanı gülər  üzlə qəbul eləmək heç də çətin deyildi. 
Üstəlik Rəhman dayı  dövlət olaraq  buralara göndərdiyi müəllimin nə yeyəcəyini düşünür, 
bir şirin dillə, gülər üzlə qışlıq odun bağışlayırdı. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə