İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
 
 
* Ahi - Səlcuqların dövründə İslami əsaslara (doğruluq və düzlük) söykənən təşkilat, o təşkilatın üzvü 
* quyruqlu – qab 
* almançı – dolanışıq xatirinə Almaniyaya müvəqqəti gedən 
* abdallar – kompakt yaşayan sazəndələr, çalğıçılar, manıslar 
* okey – üzerinde nömreler olan plastik daşlarla oynanan oyun 
* taxıldöyənə qoşulan öküzün ağzını bağlayırlar ki, taxıldöyəni çəkərkən taxılı yeməsin 
* ləbbeyk – Allahın dərgahında hər şeyə hazır olduğunu bildirmə 
 
 
Çevirən: Eyvaz ZEYNALOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Evin yıxılsın, Hacı 
 
 
Ziya Afşara 
 
 
Bir  küləklə çovuyan qar yağdımı… Qayabaşı məhəlləsinin   dəlmə-deşik kərpic evləri tit-
rəyər, abdal*lar qışda eldən bir ayrıca üşüyərdilər. Oyma sazlar divarlarda boynu bükük qalardı, 
yanıqlı kamançalar, keçi dərisindən olan nağaralar, qara zurnalar… Hər qış əlləri yanlarına dü-
şərdi yazıqların. 
Yayda bir-birinin dalısınca məhəlləyə gəlib gedən maşınların, toy dəvəti verən ağaların iz-
ləri itər, qış gələndən sonra görünməz olardı. Yağan qarı dalda yerlərə yığan külək qurd kimi ula-
yar, Abdallar məhəlləsində bir alıcı quş kimi dolanardı. Susardı bütün nağaralar, zurnalar, sazlar 
və suyu  sovulmuş dəyirmana dönərdi kərpic evlər. 
Nə divar diblərində abdal kişilərindən zurna, saz, kamança dərsi alan  qarabuğdayı uşaqlar, 
nə  qapının  önündə  çatılmış  ocaqlarda  çır-çırpı  yandıraraq    hisli  qəhvədanlarda  çay  qaynadan 
əziyyəti çox abdal anaları, nə də  limonad qapaqları ilə qardaşlarını müşaiyyət eləyən saçları da-
ğınıq qızlar vardı… Hamısı qışın soyuq pəncəsindəki kərpic evlərdə analarını gözləyən quş bala-
ları kimi baharı gözləyərdilər. 
Dimdiyi  qırıq  şapkası,  yaxası  tiftiklənmiş  köynəyi,    qıvraq  arıq  bədənləri  ilə  əmilərimizə 
oxşardılar abdallar. Iri, qara gözləri, dağınıq saçları ilə analarımıza bənzərdilər Abdallar məhəl-
ləsinin qadınları, amma yoxluq qılıncı onları bir başqa cür kəsərdi. Tarla yox, əkin yox! Cüt yox, 
cütçü yox! Od yox, ocaq yox! Un yox, yarma yox! Qışda abdal evlərində bir çarəsizlik, kərpic 
evlərin pəncərələrində də sərt şimal şərq küləkləri əsərdi. Dolanar, gəzər, hər qış yenidən gələrdi 
qış qıtlığı və bir nər dəvə kimi çökərdi abdalların qapısında. 
Gecələr kübrə torbalarının salafanları ilə qapadılmış pəncərələrindən süzülən korun-korun 
işıqlar bu fəsildə Abdallar məhəlləsinin tək bir rəngi olurdu. Ən kasad aydı bu şaxtalı aylar. Nə 
əskərliyə, nə qürbətə  gedənləri,  nə də  Almaniyadan  gələnləri olurdu. Axşamlar üç-beş hal  əhli 
gənclər bir araya gəlib bir şüşə «Bozoğlan»ın axırına çıxar, bir neçə taksi ilə Abdallar məhəllə-
sinə gələrdilərsə, qapılar aralanar, küçələr bir az daha işıqlanardı. 
Məhəlləyə  maşınlar  gələndə  məhəllə  uşaqlarının  sifətinə  qan  gələrdi,  maşınların  işıqları 
məhəllə uşaqlarının göz bəbəklərini böyüdərdi. Atalarının «Ağa», «Ağanın oğlu» dediyi əmiləri 
onlar da sevərdilər. Ağalar gəlib atalarını aparınca, evə buğda çörəyi, biskvit, konfet, halva, al-
ma, naringi ayaq açardı. 
Qışda  məhəlləyə  gələn  gənclərin  istəyinə  görə  bir  həzin  saz,  ya  da  zurna,  nağara  dəstəsi 
yaradılardı. Şərabdan keflənmiş gənclər əvvəlcə Kor Bəktaşın evinin önünə gələrdilər.  Kor Bək-
taşın nağaraçısı Adəm     onların istədiyi çalğıçı dəstələrini bir göz qırpımında tapıb gətirər, çal-
ğıçıları maşınlara mindirər, ən sonda da özü minərdi. Adəm nağaranı qoltuğuna alar-almaz gənc-
lər coşar:  «Vur usta! Vur!» deyə bağırardılar, bu arada nağaranın da üzərinə bir neçə dənə göy 
minlik düşərdi. 
Ağa  istərsə,  aşıq  ölməzmi?  Adəm  uçuşan  minlikləri  görüncə,  çubuqlarını  nağaraya  deyil, 
yoxluğun üzünə-üzünə vurardı. Damarlarında qan təzyiqlə vurar, qollarına  yeni bir güc gələrdi 
belə axşamlarda.   Atasına  yaxınlaşan, əlləri üşüyən   kiçik Bəktaş nəfəsini çəkib başını yuxarı 
qaldırar,  babası  Kor  Bəktaşın  bəstələdiyi  yanıqlı  havalarla  ortalığı  acı-acı  inlədərdi.    Zurnanın 
yanıqlı səsi belə qarlı gecələrdə Abdallar məhəlləsinin rəsmini çəkərdi. 
Incə-incə bir qar yağar fağırların düzünə 
Nədən fələk inanmır füqəranın sözünə. 
**** 
Çalğıçı dəstələri tamamlanınca taksilər yola düşər, zurnanın qüssəli səsi küləyin səsinə qa-
rışaraq yayılar və şaxtaya düşmüş gecənin içində donub gedərdi. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Abdallar belə  gecələrin səhərisi  qarı dizləyə-dizləyə çıxardılar məhəlləyə. Yorğun bədən-
lərinə təzə bir ruh, fəri sönmüş gözlərinə işıq gəlir, evlərinə xoşbəxt qayıdardılar. Kor Bəktaşın   
Adəmi, 
*Abdal, - dərviş, aşıq, musiqiçi, ozan 
Şahan  ustanın    Aslanı,  Qara  Süleymanın  Heydəri…  Səhərə  qədər  gənclərin  min  bir  cür 
əziyyətlərinə qatlaşar, uşaqlarına çörək pulu qazanardılar. 
Bəzən də evladlarını evləndirmək üçün yorğan-döşək saldıran ağa xanımları Abdallar mə-
həlləsinin qadınlarını çağırardılar. Abdallar məhəlləsinin qadınları bu işi çox gözəl bacarardılar. 
Ağa  qızlarının  yorğanlarını  öz  qızlarının  yorğanlarını  sırıyırmışlar  kimi  diqqətlə  sırıyardılar. 
Yorğan sırımaq üçün getdikləri ağa evlərinə kiçik oğlan uşaqlarını götürməz, yalnız qız uşaqla-
rını aparardılar. Oğlan uşağı bu, rahat durmaz, əyər  ağanın oğluyla dalaşıb bir dəcəllik elərsə, 
ağanın evində nə iş görə bilərik deyə, narahat olardılar. 
Qışda yorğan-döşək işi olanda da uşaqların boğazından bir isti aş keçər, yazıqların dişləri 
çörəyə dəyərdi. Hələ ağa Almaniyadan gələn olarsa və ağa uşaqlarının köhnə ayaqqabıları, köh-
nə paltarları da varsa… 
Qış Əzrail kimi gələr, uzandıqca uzanardı insafsız qış. Qışı yola salmaq üçün nə acılar çə-
kilərdi. Qış küləyi onların ürəyinə əsər, qar onların üzünə sovrulardı ən çox. Qış uzandıqca yayda 
aldıqları əşyalardan pula gedən nə varsa dəyər-dəyməzinə satardılar, bəzən yastıq-yorğana qədər  
bazara çıxardardılar. 
Uşaqları,  körpələri  xəstələnəndə həkimə pul  tapa bilməyəndə bölgənin bunu özünə fürsət 
bilənlərindən faizlə pul alar,  yayda qazandıqlarının  yarısını sələmçilərə faiz olaraq ödəyərdilər. 
Qarşqanın qazancından da dəvəyə pay olurdu. 
Yoxluq evə-eşiyə buraxılası mətah deyildi, amma ağalıq başqa, abdallıq başqa. Yoxsulluq 
iqliminin abdallarıydılar onlar. 
*** 
Axşamın gəlişi ilə birlikdə dərd-ələm Kor Bəktaşın evinə hücum çəkdi. Çarəsizlikdən ürəyi 
sıxıldı. Tütün qabını götürdü. Tütün qabının içindəki son tütün qırıntılarını ağ kağızın arasına qo-
yub bükdü, dərindən bir qullab vurdu və: 
- Zurnanı bura gətir, - arvadına dedi, - zurnanı bura gətir. 
Qara zurnanı  arvadı  kimi  sevərdi. Yeməyə çörək tapmasa da zurnanı  yağlamağı  heç vaxt 
unutmazdı. Qara zurna  dərdi kimi ötər, anasız quzu kimi mələrdi Kor Bəktaşın əlində… 
Yayda gəlini almaq üçün gedəndə bu zurnayla çaldığı havalara qız evində bircə nəfər olsun 
belə ağlamayan qalmazdı. «Ağ gəlin»i çalanda qız evində bir ağlaşma tufanı başlardı. Hələ oğlu 
Adəm də qabağında nağara ilə dolanıb döndükcə, ovurdlarını başqa bir həvəslə doldurar və sevgi 
ilə üflərdi qara zurnanı. Nə zaman nəfəs alırdı, zurnanın səsi kəsilmədən necə davam elərdi, bir 
kimsə başa düşə bilməzdi. 
Kor Bəktaş belə qəm yüklü axşamlarda nəvələri kiçik Bəktaşla Cəsura nağara ilə zurnanın 
yanında həyatı da öyrədərdi. Bir müdrik, ulu abdaldı Kor Bəktaş. 
Qara zurnasını əlinə aldı və nəvələrini yanına çağırdı: «Uşaqlar, mən ölərəm, siz qalarsınız. 
Yoxluq qapıya qoyulacaq mal deyil, amma ağalıq da, abdallıq da nəsilnəndir. Biz ağalara xidmət 
üçün  varıq.  Onlar  bizim  çörək,  aş  ağacımızdılar.  Süfrədə  qaba  saldığımız  qaşığa  nə  gəlirsə, 
onlardan gəlir. Onlar olmasa, bax bu təpənin başında ayaqlarımızı sürüyə-sürüyə ölərik. Ağaların 
qızları,  gəlinləri  də  bizim  anamız,  bacımız  olur.  Çörəyimizdə  onların  da  duzu  var.  Ehtiyac  nə 
zaman sıxışdırsa, qapılarına getsək, ağalar evdə olmasa belə, çörəyimizi onlar verər. Evladlarım, 
ağalar nə verirsə, şükür edin, elə çox da ummayın. Əvvəl Allah, sonra da onlar, aclıq çəkməyə 
qoymazlar  bizi.  Dedim  axı.  Ağalığın  da,  aşıqlığın  da  bir  adəti,  ənənəsi  var.  Olur  ki,  toylarda 
ağanın uşaqları qədərindən artıq içir, sizə söyüş söyərsə, bir qulağınızdan alın, o birisindən verin. 
Duymayın, kar olun, danışmayın, lal olun. Olar ki, hirslənib sizi döyərlərsə, əlsiz, ayaqsız olun. 
Qul qüsursuz olmaz, evladlarım. Aman haaa! Ağaların üzünə qayıdıb, çörəyinizə təpik atmayın». 
Bir  abdal  Allah  dərgahındaymış  kimi  danışırdı.  Oturuşunu  dəyişdirdi  və  danışmağına 
davam elədi Kor Bəktaş: 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə