İmmunologiya


) Atopik dermatit zamanı əsas dermatoloji sindrom hansıdır?



Yüklə 1,35 Mb.
səhifə10/15
tarix17.11.2017
ölçüsü1,35 Mb.
#10733
1   ...   7   8   9   10   11   12   13   14   15

627) Atopik dermatit zamanı əsas dermatoloji sindrom hansıdır?
A) Ekzema sindromu

B) Lixenifikasiya

C) Vezikulyar səpgi

D) Urtikar səpgi

E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.216
628) Atopik dermatit üçün hansı dəri səpgisi xarakterdir?
A) Papulalı

B) Eritematoz

C) Vezikulyar

D) Urtikar

E) Polimorf
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.216
629) Spesifik müayinə zamanı atopik dermatit üçün bunlardan hansı daha çox diaqnostik əhəmiyyətə malikdir?
A) Ümumi IgE təyini

B) Sadalananların hamısı

C) Allerqoanamnez və klinika

D) Allerqoanamnez

E) Dəri sınaqları
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186
630) Atopik dermatit zamanı hansının artmasına daha çox rast gəlinir?
A) IgG səviyyəsi

B) B-limfositlərin sayı

C) T-limfositlərin sayı

D) IgM səviyyəsi

E) IgE səviyyəsi
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186
631) Atopik dermatitli xəstələri nə zaman vaksinasiya etmək olar?
A) Həyat göstəricilərinə görə

B) Heç bir halda

C) Davamlı remissiya fazasında

D) Dəri zədələri məhdudlaşmış olduqda

E) Sadalananların hamısında
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186
632) Allergik reaksiyaların patokimyəvi mərhələsinə hansı təsir edir?
A) İmmunostimulyatorlar

B) Sadalananların hamısı

C) ß-adrenoreseptorların stimulyatorları

D) Antihistamin preparatları

E) Qlükokortikosteroidlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
633) Bunlardan hansı məlumdur?
A) Histamin reseptorlarının 1- və 2-ci tipi

B) Histamin reseptorlarının 2 tipi

C) Histamin reseptorlarının 1-ci tipi

D) Histamin reseptorlarının 3-cü tipi

E) Histamin reseptorlarının 4-cü tipi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
634) H-1-histamin reseptorlarının stimulyasiyası zamanı hansı fizioloji effektlər baş verir?
A) Saya əzələnin yığılması

B) Damar divarının keçiriciliyinin azalması

C) Sadalananların hamısı

D) Mədə sekresiyasının artması

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
635) H-2-histamin reseptorlarının stimulyasiyası zamanı hansı fizioloji effektlər baş verir?
A) Damar divarının keçiriciliyinin artması

B) Sadalananların hamısı

C) Saya əzələnin yığılması

D) Sadalananların heç biri

E) Mədə sekresiyasının artması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
636) H-1-histamin reseptorlarının blokatoru hansı antihistamin preparatıdır?
A) Sadalananların heç biri

B) Taqomet

C) Dimedrol

D) Ranitidin

E) Simetidin
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
637) H-2-histamin reseptorlarının blokatoru hansı antihistamin preparatıdır?
A) Pipolfen

B) Sadalananların heç biri

C) Famotidin

D) Suprastin

E) Dimedrol
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
638) Hematoensefalik baryerdən hansı keçmir?
A) Sadalananların hamısı

B) Dimedrol, antazolin, siklizin

C) Peritol, teralen, histril

D) Loratadin,astemizol,terfenadin,akrivastin

E) Dokserqan,antizan,mereprin
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
639) Terapevtik dozada hansı xolino-, adreno-, serotonin reseptorlarını blokada etmir?
A) Peritol, teralen, histril

B) Sadalananların hamısı

C) Dimeral,antazolin,siklizin

D) Tavegil,antizan,dokserqan

E) Loratazin,astemizol, terfenadin,akrivastin
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
640) Hansı daha çox prolongir təsirə malikdir?
A) Setirizin

B) Astemizol

C) Sadalananların hamısı

D) Terfenadin

E) Loratadin
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
641) Hansı terapevtik dozada sedativ təsirə malik deyil?
A) Dokserqan,antizan,mereprin

B) Dimeral,antazolin,sikilizin

C) Loratazin,astemizol,terfenadin,akrivastin

D) Peritol,teralen,histril

E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
642) Kliniki göstəricilərə görə H-1-antihistamin preparatları hansı xəstələrdə tətbiq olunur?
A) Astmatik hal

B) Sadalananların hamısı

C) Pollinoz

D) Sadalananların heç biri

E) İnfeksion-allergik bronxial astma
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
643) İntalın təsir mexanizmi nədədir?
A) Antiprostaqlandin təsirdə

B) Bronxgenişləndirici təsirdə

C) Antifosfolipaz təsirdə

D) Tosqun hüceyrələrin membranına stabilləşdirici təsirdə

E) Sadalananların hamısında
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
644) Kliniki göstəricilərə görə intal hansı xəstələrdə tətbiq olunur?
A) Sadalananların hamısı

B) Pollinoz

C) İnfeksion-allergik bronxial astma

D) Astmatik hal

E) Xroniki residivləşən övrə
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
645) İntalı inqalyasiya formasında istifadə edərkən maksimal terapevtik doza hansıdır?
A) 40 mq

B) 80 mq


C) 160 mq

D) 140 mq

E) 120 mq
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
646) İntalın inqalyasiya tətbiqinin optimal müddəti hansıdır?
A) 1,5 ay

B) 3-4 ay

C) 1 ay

D) 2 ay


E) 2 həftə
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.206
647) Allergik rinitin müalicəsi üçün intalın dərman forması hansıdır?
A) Sadalananların hamısı

B) Frenal

C) Lomuzol

D) Nalkrom

E) Optikrom
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г. ,cтр.206
648) Allergik konyuktivitin müalicəsi üçün intalın dərman forması hansıdır?
A) Sadalananların hamısı

B) Nalkrom

C) Frenal

D) Lomuzol

E) Optikrom
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.206
649) Xəstələrə nə zaman intalın tətbiqi əksgöstərişdir?
A) Kəskin boğulma pristupunda

B) Allergik rinitdə

C) Qida allergiyasında

D) Allergik konyuktivitdə

E) Sadalananların hamısında
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
650) Aşağıdakılardan hansı intalabənzər təsirə malikdir?
A) Sadalananların hamısı

B) Bikarfen

C) Zaditen

D) Dimedrol

E) Peritol
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
651) Zaditenin tətbiqinin optimal müddəti nə qədərdir?
A) 2 həftə

B) 2 ay


C) 1 il

D) 1 ay


E) 6 ay
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
652) Bunlardan hansı daha qabarıq iltihab əleyhinə, allergiya əleyhinə təsirə malikdir?
A) Zirtek

B) Fenistil

C) Tayled

D) İntal


E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
653) Xəstələrə nə zaman tayledi təyin etmək olar?
A) Bronxlarda iltihab prosesinin kliniki təzahürü ilə bronxial astma olduqda

B) Sadalananların hamısında

C) Sadalananların heç birində

D) Kəskin boğulma pristupunda

E) Astmatik halda
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
654) Terapiyanın bazis preparatı kimi intal və tayleddən nə zaman istifadə olunur?
A) Bronxial astmanın profilaktikası zamanı

B) Yüngül gedişatlı bronxial astma zamanı

C) Ağır gedişatlı bronxial astma zamanı

D) Yüngül və orta-ağır gedişatlı bronxial astma zamanı

E) Orta ağırlıqda bronxial astma zamanı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
655) Tayled hansı formada istifadə olunur?
A) Burun üçün damcı

B) Sirop


C) İnqalyasiya üçün aerozol

D) Həb


E) İynə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
656) Hansı rejim tayledin istifadəsi üçün məqsədəuyğundur?
A) Sutkada iki dəfə

B) Həftəlik fasilə ilə 3 gün tsikli üzrə sutkada bir dəfə

C) Həftədə bir dəfə

D) İlkin mərhələdə sutkada 4 dəfə,sonra ikiqat qəbula keçmək

E) Sutkada bir dəfə
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423
657) Tayledin tətbiqinin optimal müddəti hansıdır?
A) 3-4 ay

B) 1,5 ay

C) 2 həftə

D) 2 ay


E) 1 ay
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
658) Tayledin tətbiqi zamanı hansı yan təsirlər olur?
A) Ağızda acılıq

B) Aqranulositoz

C) Diareya

D) Dəridə və selikli qişada hemorragik səpgi

E) Eritema
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
659) Spesifik immunoterapiya nə zaman geniş istifadə olunur?
A) Epidermal allergiya zamanı

B) Bakterial allergiya zamanı

C) Göbələk allergiyası zamanı

D) Qida allergiyası zamanı

E) Pollinoz zamanı
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
660) Qida allergiyasının əsas spesifik metodu hansıdır?
A) Sadalananların heç biri

B) Oral hiposensibilizasiya

C) Parenteral hiposensibilizasiya

D) Eliminasiya

E) Sadalananların hamısı
Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.188
661) Atopik xəstəliklərin spesifik terapiyasının daha radikal metodu hansıdır?
A) Allergenlərin tam eliminasiyası

B) Allergenlərin qismən eliminasiyası

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) Spesifik immunoterapiya
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186
662) Atopik xəstəliklər zamanı allergenlərin qeyri-tam eliminasiyası hansı ilə əlaqədardır?
A) Sadalananların hamısı ilə

B) Yaş ilə

C) Endokrin xəstəliklər ilə

D) Genetik faktorlarla

E) Allergenlərin növü ilə
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186
663) Spesifik immunoterapiya nə zaman aparılır?
A) Allergenlə kontaktı kəsmək mümkün olmadıqda atopik xəstəliklər zamanı

B) Sadalananların hamısında

C) İnfeksion-allergik xəstəliklər zamanı

D) Bütün allergik xəstəliklər zamanı

E) Atopik xəstəliklər zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
664) Spesifik immunoterapiyanı kim aparır?
A) Allerqoloq-immunoloq

B) Otorinolarinqoloq

C) Ailə həkimi

D) Sadalananların hər biri

E) Terapevt
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
665) Atopik bronxial astma zamanı nə zaman spesifik immunoterapiya aparılır?
A) Xəstəliyin allergik mexanizmi aparıcı rol oynayırsa

B) Spesifik diaqnostikanın dəqiq nəticələri olduqda

C) Sadalananların hamısında

D) Əsas xəstəliyin qabarıq kəskinləşməsi olmadıqda

E) Əsas xəstəliyin kəskinləşməsi başladıqda
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
666) Pollinoz zamanı spesifik immunoterapiya hansına əksgöstəriş deyil?
A) Kəskinləşmə mərhələsində xroniki infeksiyaya

B) Autoimmun xəstəliklərə

C) Ürək-damar çatışmazlığına

D) Hamiləliyə

E) Xroniki böyrək çatışmazlığına
Ədəbiyyat: Дранник Г.Н. «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
667) Dermatophagoides gənəsinə qarşı allergiyadan törənən atopik bronxial astmanın müalicəsi necə aparılır?
A) Yazda

B) Payızda

C) Yayda

D) Qışda


E) İlboyu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
668) Allergen yeridilərkən yerli reaksiya zamanı nə etmək lazımdır?
A) İynə vurulan yerə yod sürtülür

B) Venadaxili 0,1 % adrenalin vurulur

C) İynə vurulan yerə buz qoyulur

D) Əzələdaxili qlükokortikosteroid vurulur

E) İynə vurulan yerə sarğı qoyulur
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.519
669) Bunlardan hansı paraproteinləri xarakterizə etmir?
A) Strukturca homogen immunoqlobulindir

B) Monoklonal immunoqlobulinlərdir

C) Anticisim aktivliyinə malik olmayan,şiş plazmatik hüceyrələr klonundan sintez olunur

D) Mielom zülalıdır

E) M-proteindir
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.338
670) Çoxlu mieloma sadalanan laborator tədqiqat göstəricilərindən hansı ilə müşayiət olunmur?
A) Retikulositoz

B) Sadalananların hamısı

C) EÇS-nin artması

D) Bens-Cons zülalı

E) M-qradient
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.338
671) Xəstələrin immunoloji müayinəsinin dinamikası necə həyata keçir?
A) Xəstə klinikaya daxil olarkən bir dəfə müayinə kimi

B) Dinamikada immunotrop terapiyanın istifadəsi zamanı

C) Xəstənin ikiqat müayinəsi kimi

D) Xəstəlik müddətində immunoloji monitorinq kimi

E) Xəstəlikdən sonra immunoloji monitorinq kimi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.
672) İlkin immundefisit halının səbəbi hansıdır?
A) Xroniki böyrək çatışmazlığı

B) Xroniki böyrək çatışmazlığı, fermentlərin defisiti

C) Xroniki böyrək çatışmazlığı, embriogenez defektləri

D) Genetik pozulma, xroniki böyrək çatışmazlığı

E) Genetik pozulma, fermentlərin defisiti,embriogenez defektləri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il.,səh.170
673) B-hüceyrə tipli ilkin immundefisit infeksiyası necə olur?
A) Bakterial, parazitar

B) Virus


C) Yalnız parazitar

D) Yalnız bakterial

E) Göbələk
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.170
674) B-hüceyrə tipi üzrə ilkin immundefisitlərin birinci kliniki əlamətləri nə zaman təzahür edir?
A) Doğulduqdan 4-6 aydan sonra

B) Doğulduqdan iki il sonra

C) Gənclik dövründə

D) Doğulduqdan bir aydan sonra

E) Yeniyetmə dövründə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva“Klinik immunologiya” 2007-ci il., səh.170
675) B-hüceyrə tipi üzrə ilkin immundefisit zamanı hansı səviyyədə immun sistemin defekti olur?
A) Mieloid sütun hüceyrə

B) Dalaq


C) Sümük iliyi

D) Pre-B-hüceyrə

E) Timus
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.170
676) B-hüceyrə immundefisiti zamanı patogenetik əsaslandırılmış terapiya hansıdır?
A) Timik hormonların yeridilməsi

B) Antibiotiklərin yeridilməsi

C) Timusun transplantasiyası

D) Dalağın transplantasiyası

E) İmmunoqlobulinlərin yeridilməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
677) T-hüceyrə immunitetinin ilkin immundefisiti zamanı hansı infeksiya daha çox rast gəlinir?
A) Bakterial infeksiya, parazitar infeksiya

B) Bakterial infeksiya

C) Bakterial infeksiya, virus infeksiyası

D) Bakterial infeksiya, göbələk infeksiyası

E) Parazitar infeksiya, virus infeksiyası,göbələk infeksiyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
678) İlkin T-hüceyrə immundefisitinin bunlardan hansı kliniki markeri deyil?
A) Timusun hipoplaziyası

B) Qalxanabənzər ətraf vəzilərin patologiyası

C) Residivlənən virus infeksiyası

D) Residivlənən piogen infeksiya

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
679) Faqositozun deffekti zamanı daha çox hansına rast gəlinir?
A) Parazitar infeksiya

B) Virus infeksiyası

C) Yalnız bakterial infeksiya

D) Bakterial infeksiya, göbələk infeksiyası

E) Yalnız göbələk infeksiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307
680) Faqositar sistemin ilkin defekti na zaman təzahür edir?
A) Gənclik dövründə

B) Yeniyetmə dövründə

C) Doğulduğu gündən

D) 2 yaşından

E) Doğulduqdan 4-6 aydan sonra
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307
681) Faqositar hüceyrələtin defektinin kliniki markeri hansıdır?
A) Dalağın hiperplaziyası

B) Qaraciyərin hipoplaziyası

C) Xroniki qranulematoz dəri və dərialtı yağ hüceyrələrinin zədələnməsi

D) Sadalananların hamısı

E) Timusun hipoplaziyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.307
682) T-hüceyrənin ilkin immundefisiti üçün hansı xarakterdir?
A) Mieloperoksidaza defisiti

B) Sadalananların heç biri

C) Adenozindezaminaza defisiti ; alkalin-fosfotaza defisiti

D) Qlükoza-6-fosfatdehidrogenaza defisiti

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.170
683) Faqositar sistemin ilkin defisiti üçün hansı xarakterdir?
A) Nukleozidfosforilaza defisiti

B) Mieloperoksidaza defisiti ; qlükoza-6-fosfatdehidrogenaza defisiti

C) Adenozindezaminaza defisiti

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.307
684) Komplement sisteminin defekti zamanı hansına daha çox rast gəlinir?
A) Sadalananların heç birinə

B) Parazitar infeksiyaya

C) Virus infeksiyasına

D) Sadalananların hamısına

E) Göbələk infeksiyasına ; bakterial infeksiyaya
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.308
685) Komplement sisteminin defisiti bilavasitə necə təzahür edir?
A) Sadalananların hamısı ilə

B) Limfoproliferativ sindromla

C) Sadalananların heç biri ilə

D) Autoimmun sindromla ; infeksion sindromla

E) Allergik sindromla
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.308
686) Job sindromu ( hiperimmunoqlobulinemiya E) hansının pozulmasının markeridir?
A) T- və B- hüceyrə immunitetinin

B) B-limfositlərin funksiyasının

C) Faqositoz sisteminin funksiyasının

D) T-limfositlərin funksiyasının

E) Komplement sisteminin funksiyasının
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.179
687) Lui-Bar sindromu (ataksiya-teleangiektaziya) hansının markeridir?
A) B-limfositlərin immundefisiti

B) Komplement sisteminin ilkin immundefisiti

C) T-limfositlərin immundefisiti

D) Faqositoz sisteminin defekti

E) İmmunitetin T- və B-sisteminin kombinə olmuş defisiti
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.176
688) Bunlardan hansı ikincili immundefisitlərin səbəbi deyil?
A) İmmunsupressiv terapiya

B) Xroniki infeksiya

C) Xromosom pozulmaları

D) Sadalananların hamısı

E) Onkoloji xəstəliklər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.185
689) Nə zaman ikincili immundefisitlər kliniki təzahür edir?
A) Doğulduqdan sonra ilk günlərdə

B) 1 yaşından

C) Doğulduqdan 4-6 aydan sonra

D) Müxtəlif vaxtlarda

E) 2 yaşından
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.185
690) İkincili immundefisit halının infeksion sindromu üzrə təhlükə qrupuna hansı xəstələr aiddir?
A) Sadalananların hamısı

B) Bronxların, ağciyərlərin, dərinin, tez-tez KRVİ, qastroenteropatiyanın, meningitin, sepsisin bakterial infeksiyaları olan

C) Sistem Qırmızı Qurdeşənəyi , trombositopeniya, sklerodermiya, dağınıq skleroz,qeyri-spesifik xoralı koliti olan

D) Limfomalı, limfosarkomalı, limfoqranulematoz, Xockin xəstəliyi,Kapoşi sarkoması olan

E) Neyrodermit, psoriaz, atopiya, bronxial astması olan
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,166
691) B-hüceyrə tipli immundefisitlərin müalicəsi zamanı hansı tövsiyə olunmur?
A) G-qlobulin

B) Eritrositlərin infuziyası, G-qlobulin

C) Hiperimmun g-qlobulin

D) Timus preparatları, hiperimmun g-qlobulin

E) Eritrositlərin infuziyası, timus preparatları
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166
692) T-hüceyrə tipli immundefisitlər zamanı hansı tövsiyə olunmur?
A) Timus preparatları

B) Adenozindezaminaza

C) G-qlobulin, timus preparatları

D) Adenozindezaminaza, leykositlərin infuziyası

E) G-qlobulin, leykositlərin infuziyası
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.152
693) Faqositoz sisteminin immundefisiti zamanı hansı tövsiyə olunur?
A) Sadalananların hamısı

B) Dondurulmuş plazma

C) Eritrositlərin infuziyası

D) G-qlobulin

E) Timus preparatları
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.155
694) İkincili immundefisit halı üçün hansı xarakterdir?
A) Cinslə ilişikli

B) Anamnezdə qeyri-xoş ekzogen təsirlərə göstəriş

C) Anamnezdə xoş ekzogen təsirlərə göstəriş

D) Fermentlərin defisiti

E) İmmun orqanların morfoloji defekti
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166
695) Qazanılmış immundefisit hansıdır?
A) T-hüceyrə leykozu

B) Məxmərək

C) Qızılca

D) Qrip


E) İnsanın immundefisit virusu (HİV)
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.166
696) İnsanın immun çatışmazlıq virusu hansıdır?
A) DNT-dən və bir neçə kodlaşdırılmış zülaldan ibarət sadə quruluşlu virus

B) RNT,DNT, daxili və xarici qişadan ibarət mürəkkəb quruluşlu virus

C) RNT və zülali qişadan ibarət sadə quruluşlu virus

D) 2 molekul RNT-dən, daxili zülal və xarici qlikolipoprotein qişasından ibarət mürəkkəb quruluşlu virus

E) 2 molekul RNT-dən ibarət, zülali qişalı sadə virus
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.193
697) İnsanın immun çatışmazlıq virusu (HİV) hansı fəsiləyə aiddir?
A) Paramiksoviruslar, lentiviruslar yarımfəsiləsinə

B) Retroviruslar (Retroviridae), onkoviruslar yarımfəsiləsinə

C) Retroviruslar (Retroviridae), rotaviruslar tipinə

D) Paramiksoviruslar (Paramyxoviridae), PC-viruslar cinsinə

E) Retroviruslar, lentiviruslar yarımfəsiləsinə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.193


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə