İmpuls siqnalları parametrləri. Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları



Yüklə 6,23 Mb.
səhifə13/15
tarix19.01.2023
ölçüsü6,23 Mb.
#98803
1   ...   7   8   9   10   11   12   13   14   15
Reqemli elektronika elektron muhazirələr

2. Dekoderlər.
Dekoderlər koderlərin yerinə yetirdikləri funksiyanın əksini yerinə yetirirlər və n – dərəcəli mövqeli kod girişinə və N sayda unitar siqnal çıxışına malik olan qurğulardır. Dekoderlərin giriş və çıxışları arasında

kimi asılılıq vardır.

Dekoderləri qurarkən koderin qurulma cədvəlindən istifadə olunur. Dekoderin qurulması prinsipini   sturukturuna malik olan sxem əsasında öyrənək. Bunun üçün ilk öncə aşağıdakı alqoritmə nəzər salaq:


Cədvələ əsasən yaza bilərik:
     
  
  
     
  
  
  sturukturuna malik dekoder qurmaq üçün 16 ədəd 4 girişli AND elementindən istifadə olunur. Cədvələ əsasən sxem qurularkən düz və invers girişlərdən istifadə olunmalıdır. Bu cür dekoder sxemi aşağıdakı kimidir:


Bu sxem xətti dekoder sxemi adlanır və bu sxemlər giriş kodunun dərəcəsi məntiq elementlərinin girişlərinin sayına mütənasib olduqda qurulur. Bi çox hallarda isə giriş kodunun dərəcəsi elementlərin girişlərinin sayına uyğun gəlmir. Bu cür hallarda kaskad (piramidal) və matrisli dekoder sxemlərindən istifadə olunur.


Dekoderin mikrosxemi isə aşağıdakı kimidir:
3. Kaskad (piramidal) dekoderlər.
Kaskad dekoderlər giriş kodunun dərəcəsi elementlərin girişlərinin sayından böyük olduqda qurulur. Fərz edək ki, 4 dərəcəli -   giriş kodu olan dekoderi ikigirişli elementlərdə qurmaq tələb olunur. Bu halda giriş kodunun dərəcələri bölünür. Buna əsasən ilkin olaraq   və   girişləri istifadə olunur və I kaskad qurulur. Bundan sonra   girişinə uyğun olaraq II kaskad qurulur. Nəhayət,   girişinə uyğun olaraq isə III kaskad qurulur. Bu cür dekoder sxemi aşağıdakı kimidir:

4


§ Cəmləyicilər
Cəmləyicilər rəqəmsal texnologiyalarda hesablama əməliyyatları aparan əsas qurğulardır. Ən sadə cəmləyici birdərəcəli ikilik kodu cəmləyən qurğudur. Onun cədvəli aşağıdakı kimidir:



Cəmləyicinin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

Yarm

Yarımcəmləyicinin sxemini aşağıdakı kimi göstərmək olar:

İkilik kodda cəmləmə zamanı əvvəlki mərtəbədə yaranmış ötürməni nəzərə almaq üçün birdərəcəli tam cəmləyicilərdən istifadə olunur. Birdərəcəli tam cəmləyicilər çoxdərəcəli cəmləyiciləri qurmaq üçün istifadə olunur.




Bunu nəzərə alaraq birdərəcəli tam cəmləyicini aşağıdakı kimi qurmaq olar:

Birdərəcəli tam cəmləyicinin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:

Çoxdərəcəli cəmləyicilərin müxtəlif qurulma prinsipləri mövcuddur:
1. Ardıcıl ötürməli ardıcıl cəmləyicilər
2. Ardıcıl ötürməli paralel cəmləyicilər
3. Paralel ötürməli paralel cəmləyicilər
Bunların içərisində ən sürətlə işləyənləri paralel ötürməli paralel cəmləyicilərdir.
4 dərəcəli ardıcıl ötürməli paralel cəmləyicinin sxeminə nəzər salaq:

Bu cəmləyicilər yüksək sürətlə işləyən cəmləyicilərdir. 4 dərəcəli ardıcıl ötürməli paralel cəmləyicinin mikrosxemini aşağıdakı kimi göstərmək olar:

Bu cəmləyici üzərində çıxma əməliyyatını yerinə yetirmək üçün girişdə   girişləri invers olmalı,   isə məntiqi “1” - ə birləşdirilməlidir. Onda sxem aşağıdakı kimi olacaqdır:



Yüklə 6,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə