İmpuls siqnalları parametrləri. Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları



Yüklə 6,23 Mb.
səhifə11/15
tarix19.01.2023
ölçüsü6,23 Mb.
#98803
1   ...   7   8   9   10   11   12   13   14   15
Reqemli elektronika elektron muhazirələr

1. Paralel registrlər
Paralel registerlər informasiyanı paralel kodda qəbul edir, yadda saxlayır, paralel düz və ya əks kodda ötürür. Bu registerlər adətən komputer və informasiya texnologiyalarında ən cəld işləyən SRAM – ların əsasını təşkil edirlər.
Registerin iş prinsipini öyrənmək üçün 8 dərəcəli paralel register sxeminə nəzər salaq. Bu zaman ən əlverişli variant D – triggerlər üzərində registerin qurulmasıdır.

Burada WR – yazmaq (write); RD – oxumaq (read) girişləridir.


Paralel registerlərin Beynəlxalq standartda işarəsi aşağıdakı kimidir:


2. Ardıcıl (sürüşdürmə) registerlər.
Ardıcıl registerlər ardıcıl kodu paralel koda və əksinə paralel kodu ardıcıl koda çevirirlər. Adətən informasiyanı soldan qəbul edib sağa sürüşdürməli, və sağdan qəbul edib sola sürüşdürməli variantlarda hazırlanırlar. Bu registerlər impuls paylayıcıları kimi telekommunikasiya və avtomatlaşdırma sistemlərində obyektlərin periodik olaraq qoşulub – açılmasını təmin edirlər.
Arcıdıl registerin iş prinsipini öyrənmək üçün informasiyanı sağdan qəbul edib sola sürüşdürən 4 dərəcəli register sxeminə nəzər salaq. Bu registerlər də ikitaktlı triggerlər üzərində qurulur və ən əlverişli variant ikitaktlı D – triggerlər üzərində register sxemlərinin qurulmasıdır.

Bu registerlərlə işləyərkən registerə ilk daxil edilən bit dərəcəsi kiçik bit dərəcəsi olmalıdır və hər bir bit bir takt siqnalı ilə müşahidə edilməlidir.
Registerin işarəsi isə şəkildəki kimidir. Şəkildə   işarəsi informasiyanı soldan qəbul edib sağa sürüşdürən registeri xarakterizə edir,   işarəsi isə informasiyanı sağdan qəbul edib sola sürüşdürən registeri xarakterizə edir.
Soldan qəbul edib sağa sürüşdürməli registerlərlə işləyərkən bit dərəcəsi böyük bit dərəcəsi olmalıdır.

§ Dairəvi sayğac sxemləri (impuls paylayıcıları)
Dairəvi sayğac sxemləri obyektlərin dairəvi olaraq qoşulub – açılması, yaxud onların qrup şəklində qoşulub – açılması sxemlərində, eləcə də yaddaş elementlərində (dinamik yaddaş – DRAM) istifadə olunan xüsusi sxemlərdir.
Register sxemlərinə uyğun olaraq bunlar da sola sürüşdürən və sağa sürüşdürən sxemlərə malik olurlar, lakin bu sxemləri fərqləndirən cəhət registerlərdən fərqli olaraq onlara yazılan informasiyanın itməməsi və dövri olaraq sürüşdürülməsidir.
Dairəvi sayğac sxemlərinin iş rejimlərinə nəzər salaq. Bunun üçün informasiyanı soldan qəbul edib sağa sürüşdürən register sxeminə nəzər salaq:

S ağa sürüşdürməli dairəvi register sxemi isə aşağıdakı kimidir:




Yüklə 6,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə