İmpuls siqnalları parametrləri. Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları



Yüklə 6,23 Mb.
səhifə10/15
tarix19.01.2023
ölçüsü6,23 Mb.
#98803
1   ...   7   8   9   10   11   12   13   14   15
Reqemli elektronika elektron muhazirələr

3. Reversiv sayğaclar.
Bu sayğaclar özlərində həm toplama, həm də çıxma rejimli sayğacların xüsusiyyətlərini birləşdirir və əlavə bir idarəedici siqnalla idarə olunaraq 2 rejimdə işləyirlər. Reversiv sayğac sxemi aşağıdakı kimi qurulur:

Bu ikidərəcəli sayğac sxemidir. Buna uyğun olaraq 4 dərəcəli sayğac sxemi aşağıdakı kimi olar:



Reversiv sayğacın Beynəlxalq standartda işarəsi aşağıdakı kimidir:

Burada A B C D girişləri çıxma rejimli sayğacın hansı rəqəmdən geriyə, toplama rejimli sayğacın isə hansı rəqəmə qədər saymasını təmin etmək üçün istifadə olunan girişlərdir. Bu girişlərə müvafiq rəqəmlərin ikilik kodları yazılır.


0 - 0000 5 - 0101
1 - 0001 6 - 0110
2 - 0010 7 - 0111
3 - 0011 8 - 1000
4 - 0100 9 - 1001

§ Sinxron sayğaclar (paralel ötüməli sayğaclar)
Ardıcıl ötürməli sayğacların çatışmayan cəhəti onların sayma tezliklkərinin aşağı olmasıdır. Bu problemi aradan qaldırmaq üçün sinxron sayğaclardan – paralel ötürməli sayğaclardan istifadə olunur. Sinxron sayğaclar xüsusi məntiq elementlərinin hesabına saymasnın dərəcələrinin lazım olan kombinasiyalarda eyni zamanda (sinxron olaraq) işləməsini təmin edir.
4 dərəcəli sinxron sayğacın sxemi aşağıdakı kimidir:

§ Məcburi (ixtiyari) say əmsallı sayğaclar
Bu sayğacın iş prinsipini, rejimini öyrənmək üçün onluq sayğac sxeminə baxaq. Bunun üçün 4 dərəcəli sayğac sxemini nəzərdən keçirək:

Burada 10 – a qədər saymanı həyata keçirmək üçün 9 rəqəminin ikilik kodunu AND və OR elementlərinin köməyilə sayğac sxeminə daxil etmək lazımdır.



§ Registrlər

Registrlər tədbiq imkanlarına görə ən çox istifadə olunan qurğulardır. Tiplərinə görə registerlər 3 növə bölünürlər:


1. Paralel registrlər
2. Ardıcıl registrlər
3. Universal reversiv registrlər
Registrin əsas göstəricisi onun dərəcəsidir. Dərəcə registrin tərkibindəki triggerlərin sayı ilə müəyyən edilir və onun yadda saxladığı informasiyanın miqyasını göstərir. Məsələn, 4 dərəcəli register 4 bitlik informasiyanı yadda saxlayır.
Registrlər kod çeviriciləri, eləcə də impuls paylayıcıları kimi telekommunikasiya və avtomatlaşdırmada geniş tədbiq olunur.
Registrlər tipindən asılı olmayaraq hər biri sinxron qurğulardır. Bu o deməkdir ki, onun tərkibindəki bütün triggerlərin takt girişləri eyni takt siqnalı ilə sinxron olaraq işlədilir.


Yüklə 6,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə