KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
40
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR
İDARƏSİNİN PREZİDENT KİTABXANASI BUGÜN.
M.H.ƏHMƏDOV
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasi
Prezident Kitabxanası 2003-cü ildə Azərbaycan xalqının ümummilli li-
deri Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərinin iki ən qədim kitabxanasının
- Mərkəzi Şəhər kitabxanasının (keçmiş Lenin adına kitabxana) və Azər-
baycan Respublikası Prezidenti İşlər İdarəsi Təsərrüfat şöbəsinin nəzdində
olan kitabxananın (keçmiş Siyasi Maarif Evinin kitabxanası) bazasında
yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il
tarixli Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Pre-
zidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir. Əməkdaşlarının hamısı
dövlət qulluqçusudur.
Kitabxananın əsas vəzifəsi Azərbaycan Respublikası Prezidentinin Ad-
ministrasiyasının, İşlər İdarəsinin, mərkəzi və yerli icra orqanlarının əmək-
daşlarına, eləcə də geniş oxucu kütləsinə kitabxana
biblioqrafiya və infor-
masiya xidməti göstərmək, onların kitablara, dövri nəşrlərə və kitabxana
fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəməkdir.
Kitabxananın fəaliyyətinin əsas istiqamətləri kitablar
və digər sənəd
növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları
mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və
elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu
daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə ver-
məkdən ibarətdir.
Kitabxananın fondunda XVI - XIX əsrlərdə və XX əsrin əvvəllərində
nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır.
Fondda iqtisadiyyata,
siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statis-
tikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil
edir.
2009-cu ildə “Kitab abidələri haqqında” əsasnəməyə uyğun
olaraq
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən res-
publikada olan nadir və unikal nüsxələrin dövlət reyestri tərtib edilmişdir. Bu
reyestrə əsasən məlum olmuşdur ki, respublikamızda ən çox kitab abidəsi
(1088 adda) Prezident Kitabxanasında saxlanılır. Respublikamızda ən qədim
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
41
kitab abidəsi hesab olunan 1591-ci ildə italyan dilində nəşr olunan “Historia di
Parma” kitabı da Prezident Kitabxanasının fondunda saxlanılır.
Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə
çap edilən 300
adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Ki-
tabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi
diqqət yetirilir.
Kitabxana proseslərinin avtomatlaşdırılması sistemi. Kitabxanada
müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir. Kitab-
xanada lokal kompüter şəbəkəsi yaradılmış, İnternetə çıxış təmin edilmişdir.
Portativ kompüterləri olan oxucular kitabxananın oxu zalından İnternetə sim-
siz əlaqə sistemi ilə də qoşula bilərlər. Kitabxanada İRBİS Kitabxana Avto-
matlaşdırılma Sisteminin son versiyasının (İRBİS 64) tam komplekti tətbiq
edilmişdir. Bu sistem fondun komplektləşməsindən tutmuş,
kitab verilişinədək
bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir. Sistem həm də
oxuculara kitabxanada hazırlanmış tammətnli verilənlər bazasından istifadə
etməyə imkan verir. Bundan əlavə, hər bir İnternet istifadəçisi kitabxananın
Web səhifəsi vasitəsi ilə onun elektron kataloqundan və digər elektron re-
surslarından istifadə edə bilər.
Soraq - biblioqrafiya aparatı və biblioqrafik xidmət. Kitabxanada
Azərbaycan, rus və digər dillərdə olan ədəbiyyatı əks
etdirən əlifba və sistemli
kataloq tərtib edilmişdir. 2003-cü ildən etibarən kitabxananın aldığı bütün
kitablar haqqında məlumat elektron kataloqa (EK) daxil edilir. 2004-cü ildən
isə fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli materialların biblioqrafik
təsvirləri də EK-nın tərkibindəki ayrı bir verilənlər bazasına daxil edilir.
Kitabxanada müxtəlif təyinatlı biblioqrafik vəsaitlər də tərtib və nəşr edilir.
EK-dan və biblioqrafik vəsaitlərin elektron variantlarından həm də Kitabxa-
nanın Web səhifəsi ilə də istifadə etmək olar. Kitabxana öz istifadəçilərinə
tam həcmdə soraq-biblioqrafiya və biblioqrafik informasiya xidməti göstərir.
Xüsusi oxucu qruplarına elektron poçt (E-mail) vasitəsilə də biblioqrafik
informasiya xidməti göstərilir. Kitabxanada ənənəvi
kitabxana-biblioqrafiya
xidmətləri ilə yanaşı, İnternetdən istifadə, müxtəlif təqdimatlar və mətbuat
konfranslarının keçirilməsi, skaner, surətçıxarma, laminasiya və s. əlavə
xidmətlərdən də istifadə etmək olar.
Elektron biblioqrafik nəşrlər. 2003-cü ildən etibarən kitabxananın
fonduna daxil olan kitablar və dövri mətbuat nəşrləri əsasında aşağıdakı cari
elektron biblioqrafik göstəricilər tərtib və nəşr edilir:
Azərbaycan Respublikasının Prezidenti: Gündəlik fəaliyyətin xronikası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı
qanun, fərman və sərəncamların biblioqrafiyası
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları