KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
33
də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini
nümayiş etdirən
amillərdən biridir».
Alim və mütəxəssisləri elmi ədəbiyyatla tam şəkildə təmin etmək
məqsədilə fondlarını müntəzəm olaraq və lazımi elmi ədəbiyyatla zənginləşdir-
mək MEK əməkdaşlarının ən vacib vəzifələrindən biridir. Bu mənada təbii
olaraq hesab edilə bilər ki, fond kitabxananın əsas müəyyənləşdirici mahiy-
yətini təşkil
edir və məxsus olduğu ölkənin, həmçinin bütün dünya ölkələrinin
elmi istehsal və mədəni potensialını əks etdirən çap əsərlərini və digər sənədləri
əks etdirir. MEK-in fondları milli sərvətimiz olmaqla yanaşı, böyük maddi,
mənəvi dəyərlərə malikdir və oxucuların mədəni səviyyəsinin mühüm göstə-
ricilərindən biri sayılır. Bu baxımdan MEK-in Milli ədəbiyyat fondu xüsusi yer
tutur. Burada xalq-poetik yaradıcılığı, Azərbaycan ədəbiyyatı klassiklərinin
əsərləri, rus və xarici ölkə klassiklərinin tərcümə olunmuş ədəbiyyatı öz əksini
tapmışdır. Bundan əlavə Milli ədəbiyyat fonduna şifahi xalq ədəbiyyatı
materiallarından Azərbaycan xalq dastanları, nağılları, bayatıları, tapmacaları,
XII-XX əsrlər Azərbaycan ədəbiyyatı klassikləri N.Gəncəvi, İ.Nəsimi, M.Fü-
zuli, M.F.Axundov, M.Ə.Sabir, C. Məmmədquluzadə, C.Cabbarlı, M.S. Ordu-
badinin əsərləri, tarixə və incəsənətə aid elmi-tədqiqat əsərləri daxildir. Uzun
illər ərzində Milli ədəbiyyat fondu oxucuların
ümumi sorğu istiqamətlərinə
görə, kitabxananın profilinə, seçmə dolğunluğunu, müntəzəm komplektləşdirmə
istiqamətlərini nəzərə alaraq formalaşmışdır. Qiymətli, elmi əhəmiyyətə malik
kitablarla zəngin olan Milli ədəbiyyat fondunu qoruyub saxlamaq və daha da
zənginləşdirmək kitabxanamızın ən başlıca vəzifələrindən biridir.
Ölkəmizdə
mövcud olan müstəqillik bu vəzifələri reallaşdırmaq üçün əsas təminatçıdır.
Müstəqilliyimizin ilk illərində yaranmış müharibə şəraiti, ölkənin siyasi
həyatında baş verən hərc-mərclik kitabxana işinə mənfi təsir göstərmişdir. Belə
vəziyyət ilk növbədə informasiya qıtlığında özünü göstərdi. Kitabxanalara qarşı
olan laqeyd münasibət nəticəsində, maliyyə vəsaitinin çatışmazlığından və s.
kitabxana fondlarının yeni ədəbiyyatla komplektləşdirilməsi, demək olar ki,
iflic vəziyyətinə düşdü. Əsas komplektləşdirmə mərkəzi sayılan Kitab Palatası
öz fəaliyyətini dayandırmışdı, Akademiyanın elmi-tədqiqat institutlarının
maliyyə çətinlikləri ilə bağlı tədqiqatları dondurulmuşdu, nəticədə elmi ədəbiy-
yatın nəşri məhdudlaşmışdır və fonda daxil olan ədəbiyyatın sayı xeyli
azalmışdır. Belə ki, 1992-1993-cü illərdə Milli ədəbiyyat fonduna cəmi 444-463
nüsxə yeni kitab
daxil olmuşdur, bu da keçmiş illərlə müqayisədə çox azdır.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən
sonra onun apardığı düzgün siyasət cəmiyyətdə köklü surətdə dəyişikliklər
yaratdı. İlk növbədə atəşkəsə nail olduq. İqtisadiyyatda aparılan köklü dəyişik-
liklər, bazar iqtisadiyyatının bərqərar olması, torpağın kəndlilərə verilməsi, xa-
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
34
rici investorların Azərbaycan iqtisadiyyatına cəlb olunması, Azərbaycanın dün-
yada nüfuzunun artması və iqtisadiyyatın dinamik inkişafı ilə nəticələndi.
Yeni şəraitə uyğun olaraq kitabxanalar üçün yeni dünya görüşünə, milli,
bəşəri sərvətlərə və dəyərlərə əsaslanan inkişaf konsepsiyasının hazırlanması
problemi meydana çıxdı. Bu konsepsiyanın əsas müddəaları Azərbaycan Res-
publikasının «Kitabxana işi haqqında» qanununda öz əksini tapmışdır.
1998-ci il dekabrın 29-da Azərbaycan Respublikası Milli
Məclisində
qəbul edilmiş «Kitabxana işi haqqında» qanun ölkəmizdə kitabxanaların
fəaliyyəti üçün yeni mərhələnin başlanmasına səbəb oldu. Kitabxanalar elm,
informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və
digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, cəmiyyətin intellektual
və mənəvi potensialının inkişafına xidmət göstərən sosial instituta çevrildilər.
Yeni bazar iqtisadiyyatı münasibətlərinin yaranması, iqtisadiyyatda aparılan
islahatlar yeni nəşriyyatların yaranmasına təkan verdi.
Azərbaycan Respublika-
sının «Kitabxana işi haqqında» qanununa əsasən məcburi nüsxələrin alınması
kitabxanaların komplektləşdirmə ehtiyaclarını qismən də olsa həll etmiş oldu.
Bu vəziyyəti biz əyani surətdə tərtib olunmuş qrafik sxemdə müşahidə edirik.
«Kitabxana işi haqqında» qanun qüvvəyə mindikdən sonra, yəni 1998-ci ildən
2005-ci ilə qədər Milli ədəbiyyat fonduna daxil olan yeni ədəbiyyatın sayı 901
nüsxədən – 2111 nüsxəyə qədər artmışdır.
Ölkəmizin iqtisadi inkişafı, dövlətin elmi müəssisələrə göstərdiyi qayğı
nəticəsində elmi-tədqiqat işlərində də xeyli inkişaf müşahidə olunur və elmi
kitabların yeni alınmış kitablar arasında faizi getdikcə artır.
«Kitabxana işi haqqında» qanun MEK-in Milli ədəbiyyat fondunun zən-
ginləşməsinə təkan verdi. Müxtəlif elm sahələrinə aid materiallar əldə olundu.
Milli ədəbiyyat fondunun dinamik inkişafını təyin etmək məqsədilə 2006-cı ildə
“Müstəqillik dövründə Milli ədəbiyyat fondunun təhlili və tədqiqi” adlı elmi-
tədqiqat işinin aparılması MEK-in Elmi Şurası tərəfindən məqsədəuyğun hesab
olunaraq təsdiqləndi. Bu elmi-tədqiqat işini həyata keçirmək məqsədilə işçi
qrupu yaradıldı.
Müstəqillik dövründə MEK-də komplektləşdirmənin düzgün aparılması
nəticəsində daxil olan yeni ədəbiyyat mövzu dolğunluğu
ilə seçilir və fondun
daha da zənginləşməsinə səbəb olur. Belə olan halda oxucuların sorğu istiqa-
mətlərindən asılı olmayaraq, onları tam şəkildə lazımi ədəbiyyatla təmin etmək
imkanı yaranır.Məhz buna görə də tədqiqat işlərindən ən vacibi düzgün istiqa-
mətdə komplektləşdirmə işini aparmaqdır. Elmi-tədqiqat işlərinin yekununda
oxucular tərəfindən uzun müddət sifariş olunmayan,
kitabxana profilinə uyğun
olmayan ədəbiyyatın siyahısı tərtib olundu. Beləliklə elmi-tədqiqat işinin daha
bir məqsədinə nail olundu, yəni fond lazımsız ədəbiyyatdan azad oldu. Son 3-4
il ərzində kitabxana fondlarına daxil olan yeni ədəbiyyatın ənənəvi kataloqların-