KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
26
Bakıda keçirilən Türkdilli ölkələrin Milli Kitabxanaları direktorlarının
II konfransında Türkdilli ölkələrin milli kitabxanalarının
toplu elektron ka-
taloqunun tərtibi, vahid portalın təşkili, Türkdilli ölkələrin milli kitabxana-
larında mühafizə olunan əlyazmalarının kataloqunun nəşri və tammətnli
elektron versiyasının yaradılması məsələləri müzakirə olunmuşdur.
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-kommersiya Əməkdaş-
lıq təşkilatının X ümumi iclasında isə regional korporativ elektron kataloqların
və tammətnli elektron resursların, analitik elektron məlumat bazalarının
yaradılması, birgə regional kitabxana layihələrinin həyata keçirilməsi və s.
məsələlər müzakirə olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Kitabxanasının hər iki kon-
fransda müzakirə olunan məsələlərdə fəal iştirakı qloballaşan informasiya cə-
miyyəti quruculuğu şəraitində bütün iş proseslərinin
müasir dövrün tələblərinə
uyğun yenidən qurulması və modernləşdirilməsi istiqamətində əhəmiyyətli
addımların atılmasında, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqində
geniş imkanlar açacaqdır.
Əvvəlcə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı
önünə və Şəhidlər Xiyabanına əklil və gül dəstələri qoymuşlar. Daha sonra
qonaqlar Milli Kitabxanaya gəlmiş, kitabxana ilə yaxından tanış olmuşlar.
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Naziri cənab
Əbülfəs Qarayevin və yubileyə dəvət almış qonaqların iştirakı ilə Milli Kitab-
xanada 8 adda - “Heydər Əliyev Milli Kitabxanamızda”, “Tariximizdən
səhifələr”, “Azərbaycan xarici mətbuatda”, “Musiqi tariximizin qızıl fon-
dundan”, “85 il xalqın xidmətində”, “Kitabxanamızın inciləri”, “Azərbaycanın
kitab abidələri”, “Əməkdaşlarımızın yubiley töhfələri” sərgilərinin açılışı ol-
muşdur
[
7
]
. Sərgilər qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Kitab-
xananın işçilərinin əl işlərindən ibarət “Əməkdaşlarımızın yubiley töhfələri”
sərgisinin eksponatları qonaqlar tərəfindən xüsusi maraq və diqqətlə qar-
şılanmışdır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab
Əbülfəs Qarayev Milli Kitabxananın 85 illik yubiley tədbirlərinə gəlmiş qo-
naqları “Xarici ədəbiyyat zalı”nda qəbul etmişdir. O, Milli Kitabxananın tari-
xində yubiley mərasiminin ilk dəfə belə təntənəli keçirildiyini,
digər öl-
kələrdən bu qədər qonağın iştirak etdiyini xüsusi vurğulamışdır.
“Avrasiya Kitabxanalar Assambleyası” Qeyri-Kommersiya Əməkdaş-
lıq Təşkilatının (BAE) prezidenti, Belorus Milli Kitabxanasının direktoru Ro-
man Motulski, Türkiyə Milli Kitabxanasının
direktoru Tüncel Acar, Qa-
zaxıstan Milli Akademiya kitabxanasının baş direktoru Roza Berdiqaliyeva,
Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova öz çıxışların-
da yubiley tədbirlərinin belə yüksək səviyyədə qeyd edilməsi üçün cənab
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
27
nazirə təşəkkürlərini bildirib, bu təcrübədən yararlanacaqlarını qeyd etmiş-
dilər.
2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan
edilməsi ötən ili xüsusilə yaddaqalan etmiş, mədəniyyət
tariximizin şərəfli
səhifəsinə çevirmişdir. “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009”
tədbirlər
çərçivəsində Milli Kitabxanada aprel ayının 20-21-də İqtisadi Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanalarının direktorları Şurasının
II Konfransı keçirilmişdır. Konfransda Azərbaycan, Türkiyə, İran, Pakistan,
Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan
ölkələrinin
Milli Kitabxana direktorları və İƏT Mədəniyyət İnstitutunun nümayəndələri
iştirak etmişdir. Bakı konfransının əsas məramlarından biri bu təşkilatın
nizamnaməsinin qəbulundan ibarət olmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab
Əbülfəs Qarayev İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şu-
rasının II Konfransını açaraq 2009-cu ildə Bakı şəhərinin İslam mədə-
niyyətinin paytaxtı elan olunmasından, bu münasibətlə ölkədə keçirilən və
planlaşdırılan möhtəşəm tədbirlərdən danışmışdır. Bakı şəhərinin son illərdə
dünya əhəmiyyətli tədbirlərin keçirildiyi məkana
çevrilməsini Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin
nəticəsi və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mənəvi dəyərlərimizin təbliği
istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin tərkib hissəsi
olduğuna
diqqəti çəkmiş, 9 İslam ölkəsinin milli kitabxanasının direktorlarının
Bakıda toplaşmasında iştirakını mühüm hadisə hesab etmişdir.
Tədbir çərçivəsində Milli Kitabxananın sərgi zalında “İslam mədə-
niyyəti kitab səhifələrində” adlı geniş beynəlxalq kitab sərgisinin açılışı mə-
rasimi də olmuşdur. Qonaqların, Milli Məclisin üzvlərinin, görkəmli ziya-
lıların və əksər İslam ölkələrinin Bakıdakı səfirlərinin iştirakilə açılışı keçi-
rilən sərginin ekspozisiyasında 9 ölkənin Milli Kitabxanalarının fondlarından
600-ədək kitab nümayiş olunmuşdur və sərginin sonunda həmin kitablar
Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur.
Bakı konfransında İƏT-ə üzv ölkələrin Milli Kitabxanalarının Direk-
torlar Şurasının nizamnaməsi qəbul olunmuş,
Azərbaycan Milli Kitabxa-
nasının direktoru təşklatın sədri, İran İslam Respublikasının Milli Kitabxana
və Arxiv təşkilatının direktoru Əli Əkbər Aşari isə Baş direktoru seçilmişlər.
Konfransın işində İƏT-ə üzv ölkələrdən 16 xarici qonaq iştirak etmişdir.
13-15 iyul 2009-cu il tarixində Milli Kitabxanada İSESKO, Azər-
baycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və
Azərbaycan Milli Elmər Akademiyası ilə birgə
“Bakı-İslam mədəniyyətinin
paytaxtı – 2009” tədbirlər çərçivəsində “Asiyada İslam Tibbi əlyazmalarının