KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
22
şərait yaradan və onların təkrar istifadəsinə imkan verən avtomatlaşdırılmış
sistem tətbiq olunur.
VIRTUA avtomatlaşdırılmış idarəetmə sisteminin
tətbiqi kitabxanaya
daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumatın verilməsi
məsələsini də həll etmişdir. Bu gün külli miqdarda vəsait sərf edərək yeni
ədəbiyyat bülletenləri çap etməyə artıq ehtiyac yoxdur. Çünki kitabxanaya
müxtəlif mənbələrdən daxil olan bütün ədəbiyyat Milli Kitabxananın saytın-
dakı “Yeni ədəbiyyat” bölməsində əksini tapıb və oxucular həmin düyməni
basmaqla hər gün kitabxanaya daxil olan yeni ədəbiyyat barədə məlumat ala
bilirlər.
Milli Kitabxana hər il kitabxana işinin
bu və ya başqa məsələlərinə
dair xeyli miqdarda vəsaitlər nəşr edir və kitabxanalara göndərir. Bunların
içərisində 60-70-ci illərdə çap olunan və müəyyən səbəblərdən uzun müddət
çap olunmayan “Əlamətdar və tarixi günlər təqvimi”ni xüsusilə qeyd etmək
lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri yenidən bərpa olunmuşdur və həmin
ildə 2005-ci ili əhatə edən ilk buraxılış işıq üzü görmüşdür. 2006-2009-cı
illərə aid buraxılışlar çap olunmuşdur və hazırda isə 2010-cu ili əhatə edən 6-
cı buraxılış nəşrə hazırlanır.
Son dövrdə Milli kitabxana tərəfindən bir sıra vəsaitlər çap olunaraq
ölkə kitabxanalarına və oxuculara təqdim olunmuşdur. Bunların içərisində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müstəqilliyimiz
əbədidir” çoxcildliyinin I-X cildlərinin köməkçi göstəricisi”ni,
Azərbaycan
Respublikası Prezidentinin “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”na dair ədəbiyyatı əks etdirən “Azərbaycan Respublikası region-
larının sosial-iqtisadi inkişafı” adlı biblioqrafik göstəricinin iki buraxılışını,
“Heydər Əliyev Fondu 5 il” biblioqrafiyasını, “Azərbaycanın görkəmli şəxsiy-
yətləri” seriyasından çap olunan “Mir Cəlal: Biblioqrafiya”, “Qara Qarayev:
Biblioqrafiya”, “Fikrət Əmirov: Bibloqrafiya” və “Üzeyir Hacıbəyli: Biblio-
qrafiya”, “Səttar Bəhlulzadə: Biblioqrafiya” kimi fundamental biblioqrafik
vəsaitlərini, “Azərbaycan Xalq Cümhuriyyəti-90”, “Şəhidlər” biblioqrafik
göstəricilərini və s. qeyd etmək olar.
Hazırda bir sıra sanballı vəsaitlər üzərində iş yekunlaşmaq
üzrədir və
ilin sonunadək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Müs-
təqilliyimiz əbədidir” çoxcildliyinin XI-XXVIII cildlərinin köməkçi gös-
təricisi”, Azərbaycan xalçaları və tarixi abidələrimiz haqqında biblioqrafiyalar
və s. fundamental göstəricilər çap olunaraq oxucuların ixtiyarına veriləcəkdir.
Son illərdə Milli Kitabxana tərəfindən bir sıra metodik materiallar da
tərtib olunaraq yerlərə göndərilmişdir. Bunların içərisində 2004-cü ildə çap
olunan “Kitabxana işinə dair normativ aktlar” adlı vəsait, “İkirəqəmli müəllif
işarəsi cədvəlləri”ni xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildə kitabxanaların
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
23
xahişi ilə təkrar çap olunan bu vəsaitlər qısa
bir zamanda bütün kitabxana-
çıların stolüstü kitabına çevrilmişdir.
Milli Kitabxana tərəfindən nəşr edilən bütün vəsaitlər mütəmadi olaraq
yerlərdəki və Bakı şəhərindəki kitabxanalara göndərilir. Lakin bu vəsaitlərin
nəşrinə və yerlərə göndərilməsinə xeyli vəsait və zaman sərf olunduğundan bu
işin də təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu məqsədlə avtomatlaş-
dırılmış sistemin tətbiqi nəticəsində kitabxananın nəşrlərinin tam elektron
mətnləri kitabxananın saytının “Kitabxanamızın nəşrləri”
bölməsində yerləş-
dirilir və istənilən kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan
bəhrələnə bilər. Yəni onlar çap olunmazdan və yerlərə göndərilməzdən xeyli
əvvəl virtual rejimdə bütün respublika kitabxanalarının və kitabxanaçılarının
sərəncamına verilir.
Milli Kitabxana 70-80-ci illərdə “Azərbaycan mədəniyyəti və incəsə-
nəti haqqında yeni ədəbiyyat” adlı cari biblioqrafik informasiya göstəricisi
nəşr edirdi və maliyyə problemləri ilə əlaqədar neçə illərdən bəri bu vəsaitin
nəşri dayandırılmışdı. Avtomatlaşdırılmış sistem tətbiq olunduqdan sonra bu
cari biblioqrafik vəsaitin nəşri bərpa olub və onun tam mətni kitabxananın
saytında müvafiq bölmədə yerləşdirilib. Həmin vəsait
nəşr olunaraq Mədə-
niyyət və Turizm Nazirliyinin işçilərinə və sahənin aparıcı mütəxəssislərinə
çatdırılır. Eyni zamanda ayda bir dəfə çap olunan bu vəsaitdə müvafiq
mövzuya dair qəzet və jurnal materialları əksini tapır və əhatə olunan ma-
terialların tam elektron mətnləri də saytın müvafiq bölməsində yerləşdirilir və
istənilən oxucu kitabxananın saytının müvafiq düyməsini basaraq istədiyi
materialın tam mətnini oxumaq və onu çap edərək istifadə etmək imkanına
malik olur.
Bir neçə il bundan öncə Yaponiya hökuməti ilə Azərbaycan hökuməti
arasında
bağlanan müqaviləyə əsasən, Milli Kitabxanaya texniki yardım kimi
verilmiş müasir tipli texniki avadanlıqların quraşdırılması həyata keçirilıb.
Buraya qiymətli kitab fondlarının konservasiyasını həyata keçirmək üçün
onların mikrofilmlərinin hazırlanması və mikrofilmləri oxumaq üçün ava-
danlıqlar, hələ keçən əsrin əvvəllərində buraxılan qiymətli qrammafon
vallarının CD disklərə və audio kasetlərə yazılmasını təmin edən müasir tipli
qurğular, CD disk, audio kaset, qrammafon valları oxumaq məqsədilə 15 nəfər
fərdi yerlik fonoteka kabineti üçün avadanlıqlar, kitab təqdimatları və
müxtəlif kütləvi
tədbirlərin keçirilməsi üçün, prezentasiya, səs-gücləndirici və
akustika avadanlıqları daxildir.
Mikrofilmlərin mətninin xüsusi fayllar vasitəsilə kompüter yaddaşına
köçürülməsinə imkan verən qurğu isə xüsusilə əhəmiyyətlidir və qiymətli
kitabların və qəzet-jurnal dəstlərinin tam elektron mətnlərinin yaradılmasının
sürətləndirilməsi işində böyük rol oynayır. Artıq bugünədək 450-dən çox