KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
28
vəziyyəti” adlı İSESKO-nun regional seminarı keçirilmişdir.
Seminarda
İSESKO-dan, Azərbaycan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya Ərəb
Cəmahiriyyəsi, Bəhreyn, Suriya, İran ölkəsindən nümayəndələr, AMEA-nın
Əlyazmalar İnstitutunun və respublikanın əlyazmalar üzrə digər aparıcı
təşkilatlarının mütəxəssisləri iştirak edirdilər.
Tədbir çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” möv-
zusunda geniş sərgi də nümayiş olundu. 3 gün davam edən seminarda xarici
və Azərbaycan mütəxxəsisləri qədim tibbi əlyazmaların qorunub saxlanılması
və konservasiyası haqqında problemləri araşdırıb və müzakirələr etdilər,
sonda orta əsr tibb əlyazmalarının etibarlı mühafizəsini
təmin etmək
məqsədilə tövsiyyələr qəbul olundu.
10-12 sentyabr 2009 -cu il tarixində Azərbaycanın mədəniyyət, kitab
və kitabxana işi tarixində ilk dəfə keçirilən I Bakı Beynəlxalq kitab sərgi-
yarmarkasında 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəs-
sisələrinin nəşrləri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Heydər
Əliyev
Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə
çap olunmuş kitablar, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının fondundan da kitablar nümayiş olunurdu.
Sentyabr ayının 12-də Milli Kitabxanada I Bakı Beynəlxalq kitab
sərgi-yarmarkasında iştirak edən 10 xarici ölkə milli kitabxanalarının direk-
torlarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə mərasimi ke-
çirildi. Tədbirdə Qazaxıstan, Belarus, Tacikistan,
Estoniya, Latviya, Pakistan,
Qırğızıstan, Türkiyə, Tatarıstan və Slovakiya Milli Kitabxana direktorları və
digər qonaqlar iştirak edirdi.
Bu gün Milli Kitabxananın fondunda 4,5 milyon nüsxə ədəbiyyat
saxlanılır. 2009-cu ildə kitabxanaya 20 min nüsxədən artıq yeni ədəbiyyat
daxil olmuşdur.
İl ərzində kitabxananın daimi oxucularının sayı 38 666 nəfər,
virtual
oxucuların – elektron kataloqdan və elektron kitabxanadan istifadə edən oxu-
cuların (saytdan istifadə edənlər istisna olmaqla) sayı 118 452 nəfər, virtual
sifarişin xidmətlərindən istifadə edənlərin sayı 329 nəfər, Rusiya Dövlət Ki-
tabxanasının virtual oxu zalından istifadə edənlərin sayı 447 nəfər olmuşdur.
Orta illik davamiyyət 209 522 nəfər olmuş, kitab verilişi isə 746 648 nüsxəyə
çatdırılmışdır.
Azərbaycan ədəbiyyatının arxivi şöbəsinin nəzdində fəaliyyət göstərən
Mikrofilm bölməsində bu il 50 nüsxə kitab, 1923-1927-ci
illəri əhatə edən
“Mədəni maarif” jurnalı mikrofilmləşdirilib. 49 ədəd mikrofilm elektron
kitabxanaya köçürülmüşdür.
Elektron resursların yaradılması şöbəsi tərəfindən 2009-cu ildə 32 986
adda Azərbaycan və rus dilində olan cari ədəbiyyatın biblioqrafik yazısı
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№
1
2010
29
yaradılaraq elektron kataloqun məlumat bazasına daxil edilib. Ümumiyyətlə
bu günə kimi 94 757 biblioqrafik yazı, 267 142 nüsxə ədəbiyyat elektron ka-
taloqa daxil edilmişdir.
M.Qorki
adına Mərkəzi Səyyar Kitabxana Fondunun saytı və elektron
kataloqu M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazır-
lanmışdır. 2009-cu ilin fevral ayından M.Qorki adına Mərkəzi Səyyar Kitab-
xana Fondunda Milli Kitabxanadan birbaşa elektron sənəd sifarişi bölməsi
yaradılmışdır.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və infor-
masiya texnologiyaları şöbəsi cari ildə 244 kitabın
tam mətnini, 8 dövri mət-
buat nömrəsini elektron kitabxanaya yerləşdirib. Hazırda bu iş müəlliflərin
çoxsaylı müraciətləri əsasında davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın icrası ilə əlaqədar olaraq şöbə Prezidentin “Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar
2004-cü il tarixli Sərancamı ilə nəşr olunan kitabların əksəriyyətinin elektron
versiyasını hazırlanıb oxucuların istifadəsinə təqdim edib.
Kitabxananın saytında “Prezident İlham Əliyev və mədəniyyət” adlı 2
cildlik kitaba (I cild və II cild), Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında
“Культура и культурные шедевры Азербайджана – уникальное послание
будущим поколениям” adlı kitaba, “Üzeyir Hacıbəyli” adlı elektron
məlumat bazasına, “Azərbaycan kitabı” adlı 3 cildlik biblioqrafik kitabın I və
II cildinin elektron versiyalarına birbaşa keçid düymələri yerləşdirilib.
Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari ildə 37 989
nüsxə kitab daxil
olub ki, bunlardan 15 674 nüsxə Mədəniyyət və Turizm Nazirliyinin xəttilə,
6600 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap
olunan, 1894 nüsxə müəllif hədiyyələri, 8470 nüsxə büdcə hesabına, 5351
nüsxə isə ayrı-ayrı təşkilatlardan daxil olan kitablardır. İl ərzində isə 28 348
nüsxə kitab Azərbaycanın şəhər və rayonlarının kitabxanalarına və dünya
kitabxanalarına paylanıb.
2005-ci ildən başlayaraq Azərbaycan Milli Kitabxanasının beynəlxalq
əlaqələri genişlənməyə başlamışdır. Kitabxananın ilk beynəlxalq əlaqəsi
1991-ci ildə Türkiyə Milli Kitabxanası ilə olmuşdur.
Lakin sonralar bu isti-
qamətdə işlər zəifləmişdir. Yalnız 2005-ci ildən beynəlxalq əlaqələr sahəsində
səmərəli işlər görülmüşdür. Həmin ildə Rusiya Milli Dövlət Kitabxanası ilə
qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq kitab mübadiləsi
sahəsində fəaliyyəti istiqamətində də xeyli işlər görülmüşdür. 2000-ci ildə