İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 28
vəziyyəti” adlı  İSESKO-nun regional seminarı keçirilmişdir. Seminarda 
İSESKO-dan, Azərbaycan, Misir, Tunis, Səudiyyə  Ərəbistanı, Liviya Ərəb 
Cəmahiriyyəsi, Bəhreyn, Suriya, İran ölkəsindən nümayəndələr, AMEA-nın 
Əlyazmalar  İnstitutunun və respublikanın  əlyazmalar üzrə digər aparıcı 
təşkilatlarının mütəxəssisləri iştirak edirdilər.  
Tədbir çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” möv-
zusunda geniş sərgi də nümayiş olundu. 3 gün davam edən seminarda xarici 
və Azərbaycan mütəxxəsisləri qədim tibbi əlyazmaların qorunub saxlanılması 
və konservasiyası haqqında problemləri araşdırıb və müzakirələr etdilər, 
sonda orta əsr tibb əlyazmalarının etibarlı mühafizəsini təmin etmək 
məqsədilə tövsiyyələr qəbul olundu.  
10-12 sentyabr 2009 -cu il tarixində Azərbaycanın mədəniyyət, kitab 
və kitabxana işi tarixində ilk dəfə keçirilən I Bakı Beynəlxalq kitab sərgi-
yarmarkasında 20-dən çox xarici ölkənin nəşriyyat və poliqrafiya müəs-
sisələrinin nəşrləri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Heydər 
Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 
çap olunmuş kitablar, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanasının fondundan da kitablar nümayiş olunurdu.   
Sentyabr ayının 12-də Milli Kitabxanada I Bakı Beynəlxalq kitab 
sərgi-yarmarkasında iştirak edən 10 xarici ölkə milli kitabxanalarının direk-
torlarının gətirdikləri kitabların Milli Kitabxanaya təqdimetmə  mərasimi ke-
çirildi. Tədbirdə Qazaxıstan, Belarus, Tacikistan, Estoniya, Latviya, Pakistan, 
Qırğızıstan, Türkiyə, Tatarıstan və Slovakiya Milli Kitabxana direktorları və 
digər qonaqlar iştirak edirdi.  
Bu gün Milli Kitabxananın  fondunda  4,5 milyon nüsxə  ədəbiyyat 
saxlanılır. 2009-cu ildə kitabxanaya 20 min nüsxədən artıq yeni ədəbiyyat 
daxil olmuşdur.  
 
İl ərzində kitabxananın daimi oxucularının sayı 38 666  nəfər, virtual 
oxucuların – elektron kataloqdan və elektron kitabxanadan istifadə edən oxu-
cuların (saytdan istifadə edənlər istisna olmaqla)  sayı 118 452  nəfər, virtual 
sifarişin xidmətlərindən istifadə edənlərin sayı 329  nəfər, Rusiya Dövlət Ki-
tabxanasının virtual oxu zalından istifadə edənlərin sayı 447 nəfər olmuşdur.  
Orta illik davamiyyət 209 522 nəfər olmuş, kitab verilişi isə 746 648   nüsxəyə 
çatdırılmışdır.  
Azərbaycan ədəbiyyatının arxivi şöbəsinin nəzdində fəaliyyət göstərən 
Mikrofilm bölməsində bu il 50 nüsxə kitab, 1923-1927-ci illəri  əhatə edən 
“Mədəni maarif”  jurnalı mikrofilmləşdirilib. 49 ədəd mikrofilm elektron 
kitabxanaya köçürülmüşdür.  
Elektron resursların yaradılması şöbəsi tərəfindən 2009-cu ildə 32 986 
adda Azərbaycan və rus dilində olan cari ədəbiyyatın biblioqrafik yazısı 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 29
yaradılaraq elektron kataloqun məlumat bazasına daxil edilib. Ümumiyyətlə 
bu günə kimi 94 757 biblioqrafik yazı, 267 142  nüsxə ədəbiyyat elektron ka-
taloqa daxil edilmişdir. 
 M.Qorki 
adına Mərkəzi Səyyar Kitabxana Fondunun saytı və elektron 
kataloqu M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazır-
lanmışdır. 2009-cu ilin fevral  ayından  M.Qorki adına Mərkəzi Səyyar Kitab-
xana Fondunda  Milli Kitabxanadan birbaşa elektron  sənəd  sifarişi  bölməsi  
yaradılmışdır.   
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması  və infor-
masiya texnologiyaları şöbəsi cari ildə 244  kitabın tam mətnini, 8 dövri mət-
buat  nömrəsini elektron kitabxanaya yerləşdirib. Hazırda bu iş müəlliflərin 
çoxsaylı müraciətləri əsasında davam etdirilir. 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət 
Proqramı”nın icrası ilə əlaqədar olaraq şöbə Prezidentin “Azərbaycan dilində 
latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”  12 yanvar 
2004-cü il tarixli Sərancamı ilə nəşr olunan kitabların əksəriyyətinin elektron 
versiyasını  hazırlanıb oxucuların istifadəsinə təqdim edib. 
Kitabxananın saytında “Prezident İlham Əliyev və mədəniyyət” adlı 2 
cildlik kitaba (I cild və II cild), Azərbaycanın birinci  xanımı, YUNESKO və 
İSESKO-nun xoşməramlı  səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında  
“Культура и культурные шедевры Азербайджана – уникальное послание 
будущим  поколениям” adlı kitaba, “Üzeyir Hacıbəyli” adlı elektron 
məlumat bazasına, “Azərbaycan kitabı” adlı 3 cildlik biblioqrafik kitabın I və 
II cildinin elektron versiyalarına birbaşa keçid düymələri yerləşdirilib. 
  
Ölkədaxili kitab mübadiləsi şöbəsinə cari ildə 37 989 nüsxə kitab daxil 
olub ki, bunlardan  15 674  nüsxə  Mədəniyyət və Turizm Nazirliyinin xəttilə, 
6600 nüsxə kitab Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap 
olunan, 1894 nüsxə müəllif hədiyyələri, 8470 nüsxə büdcə hesabına, 5351 
nüsxə isə ayrı-ayrı təşkilatlardan daxil olan kitablardır. İl ərzində isə  28 348  
nüsxə kitab Azərbaycanın  şəhər və rayonlarının kitabxanalarına və dünya 
kitabxanalarına  paylanıb. 
2005-ci ildən başlayaraq Azərbaycan Milli Kitabxanasının beynəlxalq 
əlaqələri genişlənməyə başlamışdır. Kitabxananın ilk beynəlxalq  əlaqəsi 
1991-ci ildə Türkiyə Milli Kitabxanası ilə olmuşdur. Lakin sonralar bu isti-
qamətdə işlər zəifləmişdir. Yalnız 2005-ci ildən beynəlxalq əlaqələr sahəsində 
səmərəli işlər görülmüşdür. Həmin ildə Rusiya Milli Dövlət Kitabxanası ilə 
qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır. 
Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq kitab mübadiləsi 
sahəsində  fəaliyyəti istiqamətində  də xeyli  işlər  görülmüşdür. 2000-ci ildə 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə