İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 33
də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən 
amillərdən biridir».  
Alim və mütəxəssisləri elmi ədəbiyyatla tam şəkildə  təmin etmək 
məqsədilə fondlarını müntəzəm olaraq və lazımi elmi ədəbiyyatla zənginləşdir-
mək MEK əməkdaşlarının  ən vacib vəzifələrindən biridir. Bu mənada təbii 
olaraq hesab edilə bilər ki, fond kitabxananın  əsas müəyyənləşdirici mahiy-
yətini təşkil edir və məxsus olduğu ölkənin, həmçinin bütün dünya ölkələrinin 
elmi istehsal və mədəni potensialını əks etdirən çap əsərlərini və digər sənədləri 
əks etdirir. MEK-in fondları milli sərvətimiz olmaqla yanaşı, böyük maddi, 
mənəvi dəyərlərə malikdir və oxucuların mədəni səviyyəsinin mühüm göstə-
ricilərindən biri sayılır. Bu baxımdan MEK-in Milli ədəbiyyat fondu xüsusi yer 
tutur. Burada xalq-poetik yaradıcılığı, Azərbaycan  ədəbiyyatı klassiklərinin 
əsərləri, rus və xarici ölkə klassiklərinin tərcümə olunmuş ədəbiyyatı öz əksini 
tapmışdır. Bundan əlavə Milli ədəbiyyat fonduna şifahi xalq ədəbiyyatı 
materiallarından Azərbaycan xalq dastanları, nağılları, bayatıları, tapmacaları, 
XII-XX  əsrlər Azərbaycan  ədəbiyyatı klassikləri N.Gəncəvi,  İ.Nəsimi, M.Fü-
zuli, M.F.Axundov, M.Ə.Sabir, C. Məmmədquluzadə, C.Cabbarlı, M.S. Ordu-
badinin  əsərləri, tarixə  və incəsənətə aid elmi-tədqiqat  əsərləri daxildir. Uzun 
illər  ərzində Milli ədəbiyyat fondu oxucuların ümumi sorğu istiqamətlərinə 
görə, kitabxananın profilinə, seçmə dolğunluğunu, müntəzəm komplektləşdirmə 
istiqamətlərini nəzərə alaraq formalaşmışdır. Qiymətli, elmi əhəmiyyətə malik 
kitablarla zəngin olan Milli ədəbiyyat fondunu qoruyub saxlamaq və daha da 
zənginləşdirmək kitabxanamızın  ən başlıca vəzifələrindən biridir. Ölkəmizdə 
mövcud olan müstəqillik bu vəzifələri reallaşdırmaq üçün əsas təminatçıdır.  
Müstəqilliyimizin ilk illərində yaranmış müharibə  şəraiti, ölkənin siyasi 
həyatında baş verən hərc-mərclik kitabxana işinə mənfi təsir göstərmişdir. Belə 
vəziyyət ilk növbədə informasiya qıtlığında özünü göstərdi. Kitabxanalara qarşı 
olan laqeyd münasibət nəticəsində, maliyyə  vəsaitinin çatışmazlığından və s. 
kitabxana fondlarının yeni ədəbiyyatla komplektləşdirilməsi, demək olar ki, 
iflic vəziyyətinə düşdü. Əsas komplektləşdirmə mərkəzi sayılan Kitab Palatası 
öz fəaliyyətini dayandırmışdı, Akademiyanın elmi-tədqiqat institutlarının 
maliyyə çətinlikləri ilə bağlı tədqiqatları dondurulmuşdu, nəticədə elmi ədəbiy-
yatın nəşri məhdudlaşmışdır və fonda daxil olan ədəbiyyatın sayı xeyli 
azalmışdır. Belə ki, 1992-1993-cü illərdə Milli ədəbiyyat fonduna cəmi 444-463 
nüsxə yeni kitab daxil olmuşdur, bu da keçmiş illərlə müqayisədə çox azdır. 
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən 
sonra onun apardığı düzgün siyasət cəmiyyətdə köklü surətdə  dəyişikliklər 
yaratdı. İlk növbədə atəşkəsə nail olduq. İqtisadiyyatda aparılan köklü dəyişik-
liklər, bazar iqtisadiyyatının bərqərar olması, torpağın kəndlilərə verilməsi, xa-


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 34
rici investorların Azərbaycan iqtisadiyyatına cəlb olunması, Azərbaycanın dün-
yada nüfuzunun artması və iqtisadiyyatın dinamik inkişafı ilə nəticələndi. 
Yeni şəraitə uyğun olaraq kitabxanalar üçün yeni dünya görüşünə, milli, 
bəşəri sərvətlərə  və  dəyərlərə  əsaslanan inkişaf konsepsiyasının hazırlanması 
problemi meydana çıxdı. Bu konsepsiyanın əsas müddəaları Azərbaycan Res-
publikasının «Kitabxana işi haqqında» qanununda öz əksini tapmışdır. 
1998-ci il dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisində 
qəbul edilmiş «Kitabxana işi haqqında» qanun ölkəmizdə kitabxanaların 
fəaliyyəti üçün yeni mərhələnin başlanmasına səbəb oldu. Kitabxanalar elm, 
informasiya, mədəniyyət, təhsil və  tərbiyə müəssisəsi kimi çap əsərlərini və 
digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, cəmiyyətin intellektual 
və  mənəvi potensialının inkişafına xidmət göstərən sosial instituta çevrildilər. 
Yeni bazar iqtisadiyyatı münasibətlərinin yaranması, iqtisadiyyatda aparılan 
islahatlar yeni nəşriyyatların yaranmasına təkan verdi. Azərbaycan Respublika-
sının «Kitabxana işi haqqında» qanununa əsasən məcburi nüsxələrin alınması 
kitabxanaların komplektləşdirmə ehtiyaclarını qismən də olsa həll etmiş oldu. 
Bu vəziyyəti biz əyani surətdə tərtib olunmuş qrafik sxemdə müşahidə edirik. 
«Kitabxana işi haqqında» qanun qüvvəyə mindikdən sonra, yəni 1998-ci ildən 
2005-ci ilə qədər Milli ədəbiyyat fonduna daxil olan yeni ədəbiyyatın sayı 901 
nüsxədən – 2111 nüsxəyə qədər artmışdır. 
Ölkəmizin iqtisadi inkişafı, dövlətin elmi müəssisələrə göstərdiyi qayğı 
nəticəsində elmi-tədqiqat işlərində  də xeyli inkişaf müşahidə olunur və elmi 
kitabların yeni alınmış kitablar arasında faizi getdikcə artır. 
«Kitabxana işi haqqında» qanun MEK-in Milli ədəbiyyat fondunun zən-
ginləşməsinə təkan verdi. Müxtəlif elm sahələrinə aid materiallar əldə olundu. 
Milli ədəbiyyat fondunun dinamik inkişafını təyin etmək məqsədilə 2006-cı ildə 
“Müstəqillik dövründə Milli ədəbiyyat fondunun təhlili və  tədqiqi” adlı elmi-
tədqiqat işinin aparılması MEK-in Elmi Şurası tərəfindən məqsədəuyğun hesab 
olunaraq təsdiqləndi. Bu elmi-tədqiqat işini həyata keçirmək məqsədilə  işçi 
qrupu yaradıldı.  
Müstəqillik dövründə MEK-də komplektləşdirmənin düzgün aparılması 
nəticəsində daxil olan yeni ədəbiyyat mövzu dolğunluğu ilə seçilir və fondun 
daha da zənginləşməsinə  səbəb olur. Belə olan halda oxucuların sorğu istiqa-
mətlərindən asılı olmayaraq, onları tam şəkildə lazımi ədəbiyyatla təmin etmək 
imkanı yaranır.Məhz buna görə də tədqiqat işlərindən ən vacibi düzgün istiqa-
mətdə komplektləşdirmə  işini aparmaqdır. Elmi-tədqiqat işlərinin yekununda 
oxucular tərəfindən uzun müddət sifariş olunmayan, kitabxana profilinə uyğun 
olmayan ədəbiyyatın siyahısı tərtib olundu. Beləliklə elmi-tədqiqat işinin daha 
bir məqsədinə nail olundu, yəni fond lazımsız ədəbiyyatdan azad oldu. Son 3-4 
il ərzində kitabxana fondlarına daxil olan yeni ədəbiyyatın ənənəvi kataloqların-


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə